Məhkəmə qərarları › İş №2(006)-3296/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3296/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3296/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "İddiaçı" İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2986,20 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 3016,20 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi Üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİF7 İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017ci il tarixli 01/2822 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********20030 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1102AQ**********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2’nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2016-cı il tarixli 090288 saylı akt əsasında 172,80 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 399,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 546,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 203.60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 99.80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 345.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100.80 manat, xx.xx.2018-ci il tarixli 01926.05 saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100.80 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 302.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, cəmi 3049,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq bildirmək istəyir ki, cavabdeh 2016-cı ilin fevral avından sonra 108 manat məbləğində qaz sayğacına ödəniş etmiş, həmin məbləğin 63 manat hissəsi isə onun hesabına yazılmış borc məbləğindən tutulmuşdur. Qeyd olunan 63 manat məbləğində pulun borca görə tutulmuş olduğu nəzərə alınsa, cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 2986,20 manat təşkil etməkdədir. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə 2986,20 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi xəbərdarlıq məktubunda izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2986,20 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 3016,20 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi Üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİF7 İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01/2822 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə istehlakçı Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 01/2822 saylı müqaviləsinin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. **********20030 saylı abonentin saldosundan görünür ki, Cavabdehnın sərf edilmiş təbii qaza görə yaranmış borc üzrə tutulma cəmi 63 manat təşkil edir. xx.xx.2016-cı il tarixli, 090288 saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********20030) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan kənar istifadə etməsi müəyyən edilmişdir. QİS-in görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2016-cı il tarixli, 090288 saylı akta əsasən cavabdehə cəmi 1728 m3 itirilmiş qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********20030) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan kənar istifadə etməsi müəyyən edilmişdir. QİS-in görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən cavabdehə cəmi 1998 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********20030) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, sayğacdan kənar xətt tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən cavabdehə cəmi 2731 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********20030) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1018 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********20030) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. BRQSD-nin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 499 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********20030) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1728 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********20030) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 576 m3 itirilmiş qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********20030) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 576 m3 itirilmiş qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********20030) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1008 m3 itirilmiş qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********20030) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Xidmət sahələrinin görəcəyi işlər barədə tələblər adlı sənəddən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1008 m3 itirilmiş qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********20030) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 1008 m3 itirilmiş qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********20030) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 3024 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********20030) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 2520 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********20030) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi tərəflərindən aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə cəmi 2520 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. 635922728 saylı mədaxil qəbzindən görünür ki, hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda sayğacda pozuntu halının mövcudluğu aşkar edilmiş və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə zərər vurulması halının sübuta yetirilmiş olması ilə razılaşsa da, həmin aktlar əsasında borc məbləğinin hesablanmasında İddiaçı tərəfindən səhvə yol verildiyini qeyd edir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh məxsus mənzil İddiaçı tərəfindən qazla təmin edildiyindən xx.xx.2017-ci il tarixli 01/2822 nömrəli müqavilə üzrə qeydiyyata alınmışdır. İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********20030) xx.xx.2016, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020-ci il tarixlərdə təbii qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacdan kənar istifadə olduğu aşkar edilmiş, bununla əlaqədar həmin tarixlərdə aktlar tərtib edilərək, cavabdehə 2986,20 manat ödəniş hesablanmışdır. Hazırda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, hesablanmış borcun cavabdehdən tutulmasını tələb edir. xx.xx.2016, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020-ci il tarixli aktlar üzrə hesablanmış borc məbləğlərinə nəzər salsaq müəyyən edilir ki, hər akta əsasən “İddiaçı “İstehsalat Birliyinin” tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi halı aşkarlandığına görə cavabedehə müvafiq olaraq 1728, 1998, 2731, 1018, 499, 1728, 576, 576, 1008, 1008, 1008, 3024, 2520 və 2520 qaz sərfiyyatı hesablanmışdır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 22 dekabr tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx xxxxxx 2016-cı il tarixli Qərarında dəyişiklik edilməsi haqqında 2 saylı, xx xxxxx 2019-cu il tarixli qərarına əsasən “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx xxxxxx 2016-cı il tarixli 18 nömrəli Qərarının birinci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci sətirlərində “1700” rəqəmi “2200” rəqəmi ilə əvəz edilmiş, əhali istehlakçı qrupu ilə 2019cu ilin 1 yanvar tarixindən 2019-cu ilin 30 aprel tarixinədək olan hesablaşmalar bu qərarın birinci hissəsinə əsasən müəyyən edilən təbii qazın illik istehlak həcmi nəzərə alınaraq həyata keçirilməsi qərara alınmışdır. Qərar 2019-cu il 1 may tarixindən qüvvəyə minmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən cavabdehin 2016, 2017, 2018, 2019 və 2020-ci illər ərzində dövlət tərəfindən müəyyən olunmuş limitdən artıq təbii qazdan istifadə etdiyi barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyi üçün İddiaçınə təbii qazdan qeyri-qanuni istifadə edilməsi nəticəsində dəymiş zərərin məbləği abonent Cavabdeh adına hesablanmış 1728, 1998, 2731, 1018, 499, 1728, 576, 576, 1008, 1008, 1008, 3024, 2520 və 2520 həcmində qaz sərfiyyatı 10 qəpiyə vurularaq müəyyən edilməlidir (172,8 + 199,8 + 273,1 + 101,8 + 49,9 + 172,8 + 57,6 + 57,6 + 100,8 + 100,8 + 100,8 + 302,4 + 252 + 252 = 2194,2 manat). Həmçinin cavabdeh tərəfindən 2016-cı ilin fevral ayından sonra ödənilmiş 108 manat məbləğində pulun 63 manatının borcunun silinməsinə yönəldiyi nəzərə alınmalı, təbii qazdan qeyri-qanuni istifadə edilməsi nəticəsində ona hesablanmış 2194,2 manat məbləğindən 63 manat çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu eyni nisbətdə tərəflərə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 2131,2 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 21 manatı, cəmi 2152,2 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2131,2 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 21 manatı, cəmi 2152,2 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar