Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3297/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, ərizəçi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, ərizəçi İddiaçı (Tovuz Regional «Asan Xidmət» Mərkəzində notariat ofisi maraqlı şəxs qismində cəlb olunmaqla) “qohumluq faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi İddiaçı (Tovuz Regional «Asan Xidmət» Mərkəzində notariat ofisi maraqlı şəxs qismində cəlb olunmaqla) “qohumluq faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1953-cü il tarixdə anadan olmuş, xx.xx.2023-cü il tarixdə ölmüş əri X17 xx.xx.2006-ci il tarixdə ölmüş X7 oğlu olması barədə qohumluq əlaqələrinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi İddiaçı məhrum əri X32 ilə ailə qurmuş, onların iki övladı xx.xx.1980-ci il təvəllüdlü X42 və xx.xx.1984-cü il təvollUdülü X39 doğulmuşdur. Ərizəçi İddiaçı mərhum qaynatası X12 ilə mərhum qaynanası X10 rəsmi nikaha daxil olmadan el adəti ilə ailə qurmuşlar. Onların birgə yaşayışından xx.xx.1953-cü il tarixdə ərizəçinin əri X32 anadan olmuşdur. Ərizəçinin əri X17 anası Məleykə Aslanova xx.xx.1986-cı il tarixdə ürək çatışmazlığından vəfat etmiş, atası Fərhad Məmmədov isə xx.xx.2006-cı il tarixində kardiogen şokdan vəfat etmişdir. X48 rayonu Qədirli kəndində qeydiyyatda olmuş, Tovuz rayonunda daşınmaz əmlak məhrum atasından ona miras qalmışdır. Sonuncu həmin əmlakı faktiki olaraq qəbul etmişdir. O, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Tovuz regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinə müraciət etmişdir. Tovuz regional "Asan Xidmət" mərkəzinin Notariat ofisi Arif Aslanov ilə məhrum Fərhad Məmmədov arasında qohumluğunu təsdiq edən sənədlərin təqdim edilməməsi səbəbindən müraciətə mənfi cavab vermişdir. Ərizəçinin əri X25 02.07.202S-cii il tarixdə ürəyin aterosklerotik xəstəliyindən vəfat etmişdir. Ona görə də hazırda sonuncunun hər hansı bir tələblə məhkəməyə müraciət etməsi qeyri-mümkün olmuşdur. Ərizəçi İddiaçı məhrum əri X17 birinci dərəcəli vərəsəsi olduğuna görə, sonuncunun faktiki olaraq qəbul etdiyi miras ona keçmişdir. Ərizəçi İddiaçı vərəsə kimi tanınmaq üçün X49 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etmişdir. Onun müraciəti əsasında müvafiq vərəsəlik işi açılmışdır. Göründüyü kimi ərizəçinin məhrum əri X17 məhrum X7 oğlu olması barədə hər hansı bir sənəd olmadığından, miras əmlakın rəsmiləşdirilməsi mümkün olmamışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət edərək ərizənin təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs Tovuz Regional «Asan Xidmət» Mərkəzində notariat ofisinə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X33 ifadəsində göstərmişdir ki, X17 əmisi oğludur. X1 Fərhad Haxverdi oğlunun həyat yoldaşı olmuşdur. Faktiki nikahlarından Aslanov Arif və Aslanov Misir olmuşdur. Tovuz rayonunda 1 evləri vardır. Həmin ev X7 adınadır. Bütün qohumlar, tanışlar X28 Arifin atası olaraq bilir. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, X17 bibisi oğludur. X36 anası olmuşdur. Məmmədov Fərhad ilə Aslanova Məleykənin faktiki nikahlarından Aslanov Arif və Aslanov Misir olmuşdur. Bütün qohumlar, tanışlar X28 Arifin atası olaraq bilir. X29 Məleykədən sonra başqa ailə həyatı qurmuşdur, amma həmin nikahdan övladı olmamışdır. Tovuz rayonunda X19 Arifə torpaq sahəsi və 1 ev qalmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X20 ifadəsində göstərmişdir ki, X17 əmisi qızıdır. X37 Arifin atasıdır, Aslanova Məleykə isə anasıdır. Tovuz rayonunda X19 Arifə 1 ev qalmışdır. Məmmədov Fərhadın dəfnində Aslanov Arif iştirak etmişdir. Dəfn xərclərini Arif özü çəkmişdir. Hər ay Aslanov Arif atası Məmmədov Fərhada pul göndərirdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X34 ifadəsində göstərmişdir ki, X17 qardaşı oğludur. Aslanova Məleykə nənəsidir. Aslanov Arif əvvəl Tovuz rayonunda, sonra isə Bakıda yaşamışdır. Məmmədov Fərhadın dəfnində Aslanov Arif iştirak etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Tovuz Rayon VVADQ şöbəsi tərəfindən verilmiş 1-İE seriyalı 990099 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X32 xx.xx.1953-cü ildə Tovuz rayonunun Xatınlı kəndində doğulmuşdur. Anası kimi X10 qeyd edilmişdir. Tovuz Rayon VVADQ şöbəsi tərəfindən verilmiş 1-İE seriyalı 990100 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X26 1954-cü ildə Tovuz rayonunun Xatınlı kəndində doğulmuşdur. Anası kimi X10 qeyd edilmişdir. Tovuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 281833 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X10 xx.xx.1986-cı ildə ürək çatışmazlığından vəfat etmişdir. Tovuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 553 nömrəli arayışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X12 xx.xx.2006-cı il tarixdə Tovuz rayonu, Qədirli kəndində kardiogen şokdan vəfat etmişdir. Tovuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 554 nömrəli arayışın surətinə əsasən, X12 ilə X15 arasındakı nikah Tovuz rayonu Xatınlı kənd İcra Nümayəndəliyində xx.xx.1973-cü ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına «Məmmədova» soyadı verilmişdir Tovuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 552 nömrəli arayışın surətinə əsasən, X13 xx.xx.2009-cu il tarixdə kardiogen şokdan vəfat etmişdir. Tovuz rayonunun Qədirli kənd nümayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən, Tovuz rayonunun Qədirli kənd sakinləri 1928-ci il təvəllüdlü X12 və 1931-ci il təvəllüdlü X5 faktiki nikahından 1953-cü il təvəllüdlü Arif və Misir adlı uşaqları olmuşdur. 3 saylı Bakı Asan Xidmət Mərkəzin tərəfindən verilmiş AZ-İİ seyriyalı 577530 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X32 ilə İddiaçı arasındakı nikah xx.xx.2023-cü il tarixdə bağlanmşdır. Bakı Şəhəri Nəsimi Rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli AZ-İİ 366684 nömrəli ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X32 xx.xx.2023-cü il tarixdə ürəyin aterosklerotik xəstəliyindən vəfat etmişdir. Bakı şəhəri, Oktyabr rayonunun hərbi komisarlığı tərəfindən verilmiş H3 seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, X32 hərbi hissədə olmuşdur. Hərbi biletin X17 ailə vəziyyəti ilə bağlı hissəsindən görünür ki, mərhumun qardaşı Aslanov Misir, X41, atası Fərhad Məmmədovdur. Tovuz rayon nümayəndəliyi tərəfindən verilmiş XİV-LC seriyalı 656744 nömrəli pasporta əsasən, X12 1931-ci il tarixdə Tovuz rayonunda doğulmuşdur. X49 Xidmət Mərkəzindəki notariat ofisinin X21 ünvanladığı xx.xx.2022-ci il tarixli 891 nömrəli məktubuna əsasən mərhumla qohumluğu təsdiq edən sənədlər təqdim edilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün edilmiş müraciəti rəsmiləşdirmək mümkün olmamışdır. X49 Xidmət Mərkəzindəki notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 2009 nömrəli məktubuna əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X16 miras qalmış əmlaka dair İddiaçı müraciəti əsasında xx.xx.2023-cü il tarixdə 8V-601 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-5446/2024 nömrəli məktubuna əsasən, X6 xx.xx.1961-ci ildə Qazax rayon qeydiyyat şöbəsində Mustafayeva (Məmmədova) Pakiza Əli qızı ilə nikaha daxil olduğu və sonuncunun xx.xx.1979-cu ildə ölməsi ilə əlaqədar bu nikaha xitam verildiyi məlum olmuşdur. X2 həmin nikah pozulmadan xx.xx.1973-cü ildə Tovuz rayonunun Xatınlı icra nümayəndəliyində Musayeva (Məmmədova) Zöhrə Məhərrəm qızı ilə nikah bağlamış, bu nikaha isə F.Məmmədovun xx.xx.2006-cı ildə ölməsi ilə əlaqədar xitam verilmişdir. Eyni zamanda araşdırma zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.1953-cü və 1957-ci il təvəllüdlü Arif, 1954-cü və xx.xx.1959-cu il təvəllüdlü Misir adlı övladlarının doğumu nikahı olmayan ananın ərizəsi əsasında qeydə alınmışdır. Qeyd edilir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqındaşəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasınınvə babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Bununla yanaşı informasiya sistemində valideynləri X18 və X10 olan xx.xx.1967-ci il təvəllüdlü Nuranə Bayramovanın doğumuna dair məlumat aşkarlanması, Məleykə Aslanova xx.xx.1986-cı ildə, Zöhrə Məmmədova 06.08.-2009-cu ildə, xx.xx.1953cü il təvəllüdlü Arif Asanov xx.xx.2023-cü ildə, 1954-cü il təvəllüdlü Misir Aslanov isə xx.xx.2023-cü ildə vəfat etmişdir. Həmçinin məlumat verilir ki, informasiya sistemində F.Məmmədovun özünün və övladının doğumu, M.Aslanovanın isə doğumu və nikahının qeydə alınmasına dair məlumat müəyyən edilmədi. Göstərilənlərlə yanaşı qeyd edilir ki, xx.xx.1960-cı ildə Tovuz rayonunda bərpa edilmiş xx.xx.1953-cü il təvəllüdlü Arif Aslanovun doğumu haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədlər qeydiyyat şöbəsinin arxivində saxlanılmadığından həmin sənədlərin surətinin göndərilməsinin mümkün olmadığı qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş Arif Aslanovun doğumu haqqında akt qeydinin təsdiq olunmuş surətinə əsasən, X32 xx.xx.1953-cü ildə Tovuz rayonunun Xatınlı kəndində doğulmuşdur. X3r. AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.1953-cü il təvəllüdlü X17 şəxsiyyət vəsiqəsinin alınmasına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün deyildir. AR Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən X32 barəsində olan sorğu aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Dövlət Arxivinə göndərilmişdir. Tovuz Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Tovuz şəhərinin təsərrüfatbaşına kitabları olmadığı üçün X17 1958-1961-ci illərdə qeydiyyatda olmasına əsas olmuş sənədlərin təsdiq olunmuş surətinin göndərilməsi mümkün olmamışdır. AR Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təjhsil qüzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən X17 1958-1961-ci illərdə A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbində təhsil aldığına dair heç bir məlumat tapılmamışdır. Tətbiq edilən hüquq: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı:
2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1134. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. Maddə 1159.1.1. Vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 195.2. Sədrlik edən, şahidin işdə iştirak edən şəxslərlə olan münasibətlərini aydınlaşdırır və işin halları üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. Maddə 195.4. Hakim şahidin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Maddə 307.2.1. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; Maddə 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edildi ki, ərizəçi İddiaçı mərhum X17 arvadı olmuşdur. X35 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Aslanov Arif sağlığında atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmiş, lakin miras qoyanla qohumluğunu təsdiq edən sənədləri təqdim edilmədiyindən müvafiq sənədin verilməsindən imtina olunmuşdur. Belə ki, Arif Aslanovun doğum haqqında şəhadətnaməsində ana qrafasında X10 göstərilsə də, ata qrafası boş saxlanılmışdır, yəni onun atalığı müəyyən edilməmişdir. Bundan sonra Arif Aslanov məhkəmə qaydasında atalıq faktının etiraf olunması barədə ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2023-cü il tarixli 2(062)-1922/2023 nömrəli qərardadı ilə MPM-in 259.0.6-cı maddəsinə əsasən ərizə baxılmamış saxlanılmışdır. Hazırda onun arvadı İddiaçı mərhum əri X17 xx.xx.2006-ci il tarixdə ölmüş X7 oğlu olması barədə qohumluq əlaqələrinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçi İddiaçı məhrum əri X17 birinci dərəcəli vərəsəsidir, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi hüquqi fakt ona, X17 faktiki olaraq qəbul etdiyi miras ona keçdiyindən, miras əmlakın rəsmiləşdirilməsi, vərəsəlik hüquqlarının tanınması üçün lazımdır. Belə ki, iş üzrə müəyyən olunur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-139F nömrəli şəhadətnaməyə əsasən Tovuz rayonunda 0.10 ha torpaq sahəsi miras qalmışdır. Həmin evə dair vərəsəlik işinin açılması üçün qohumluq faktını təsdiq edən sənəd təqdim edilmədiyi üçün notariat ofisi tərəfindən ərizəçiyə imtina edilmişdir. Məhkəmə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi qohumluq faktının miras əmlaka vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün lazım olmasını və həmin faktın başqa yolla müəyyən edilməsinin mümkün olmamasını, eyni zamanda iş üzrə dindirilmiş şahid ifadələri və Tovuz rayonunun Qədirli kənd nümayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli aktla, habelə X17 hərbi bileti (ailə vəziyyəti ilə bağlı hissəsi nəzər alınmaqla) ilə ərizəçinin əri X4 olması müəyyən edildiyindən, həmin hüquqi fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Eyni zamanda ərizəçi ərinin atasına məxsus olmuş sənədlərin - əmək kitabçası, pasportunun əsllərini təqdim etməklə həqiqətən də X7 əri Arif Aslanovun atası olmasını, əks təqdirdə həmin sənədlərin onda olmasının başqa izahının olmaması kimi əsaslandırmaqla işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması ilə bağlı vəzifəsini yerinə yetirmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan və məhkəmə baxışı zamanı araşdırılmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1953-cü il tarixdə doğulmuş, xx.xx.2023-cü il tarixdə ölmüş X17 xx.xx.2006-ci il tarixdə ölmüş X7 oğlu olması faktı müəyyən edilməlidir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1953-cü il tarixdə doğulmuş, xx.xx.2023-cü il tarixdə ölmüş X17 xx.xx.2006-ci il tarixdə ölmüş X7 oğlu olması barədə qohumluq əlaqələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Həbibə Miriyeva