Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3303/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı Məmmədrza oğlunun, Cavabdehin nümayəndəsi və vəkili - Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs - X1 iştirakları ilə, İddiaçı Məmmədrza oğlunun müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti olmaqla Cavabdehnə qarşı «əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqınnı ödənilməsi, dəymiş zərərin cavabdehin tutulması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədrza oğlu müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti olmaqla Cavabdehnə qarşı «əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqınnı ödənilməsi, dəymiş zərərin cavabdehin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli 337-K saylı Əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, dəymiş zərərin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məmmədrza oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2020-ci il tarixli 337-K saylı Əmrinə əsasən onu Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin B bəndinə əsasən işdən azad edilmişdir. Həmin əmri qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, 2015-ci ilin fevral ayında əmək müqaviləsinə əsasən işə qəbul olmuş, beş ildən sonra isə onun əmək müqaviləsi daimi olmuşdur. Buna baxmayaraq, işəgötürən onu qanunsuz olaraq, müqavilə müddətinin bitməsini göstərməklə 2020-ci ilin sonunda işdən azad etmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, əmrin surəti və digər haqq-hesab sənədləri ona verilməmiş, Əmək Müfəttişliyinə müraciət etmək məcburiyyətində qalmışdır. Əmək Müfəttişliyinin saylı və tarixli qərarına əsasən cavabdeh İXM-nin 192.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Sonuncu dəfə 10 may 2022-ci il tarixində müraciət etsə də cavabdeh ona əmrin surətini və digər sənədləri verməmişdir. Əlavə olunmuş Əmək Müfəttişliyinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən cavabdehin inzibatə məsuliyyətə cəlb olunduğu təsdiq edilmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 30 dekabr 2020-ci il tarixli 51 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Məmmədrza oğlu iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddia barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin, məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2015-ci il tarixli ******* saylı Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2015ci il tarixdə Cavabdehndə xəzinədar vəzifəsinə işə bul edilmiş, xx.xx.2019-cu il tarixdə orkestrin artisiti vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “2b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixli 51 saylı Əmrdən görünür ki, orkestr artisti – böyük baraban iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “2b” bəndinə əsasən tutduğu vəzifədən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci il tarixli MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, cavabdehdə iddiaçının əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməklə İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2021-ci il tarixli MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, cavabdehdə iddiaçının əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyindən İXM-nin 192.6-cı maddəsinə əsasən X7 1500 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: d) əmək müqaviləsinin müddəti; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 4-cü bəndinə əsasən bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 1, 2, 3 və 5-ci bəndlərinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü bəndlərinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.2015-ci il tarixdə Cavabdehndə xəzinədar vəzifəsinə işə bul edilmiş, xx.xx.2019-cu il tarixdə orkestrin artisiti vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli 51 saylı əmrlə əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli 51 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, göstərilən əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə, yəni müqavilə müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İş materiallarında olan əmək kitabçasından görünür ki, əmək müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmışdır ki, bu halda həmin müqavilənin müddətinin qurtarması ilə əlaqədar xitam verilməsi üçün əsas xx.xx.2020-ci il tarixədək olmuşdur, göstərilən müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin müqavilə müddətsiz bağlanmış əmək müqaviləsi hesab olunur. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə və 73-cü maddəsinin 1-ci bəndinə tələblərinin pozulması ilə xitam verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci, 68-ci və 73-cü maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını və qaydalarını pozaraq iddiaçı ilə əmək münasibətlərinə xitam verdiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinin tələbinə əsasən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçı orkestr artisti – böyük baraban vəzifəsinə bərpa edilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün isə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür ki, cavabdeh tərəfindən göstərilən sənədlər iddiaçıya məhkəmə iclasında təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmədiyindən hazırki mübahisəyə münasibətdə iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh, İddiaçı Məmmədrza oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli 51 saylı əmri ləğv edilsin. xx.xx.2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Məmmədrza oğlu əvvəlki işinə - orkestr artisti – böyük baraban vəzifəsinə bərpa edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3303/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3303/2023
21.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver