Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3316/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək,xx xxxx 2015-ci il tarixdə İraq Respublikasında X2 doğum faktının müəyyən olunması, doğum haqqında şəhadətnamə verilərkən ana qrafasında “X29”, ata qrafasında “X20”, vətəndaş qrafasında “X8” yazılması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi bacısı qızı X1 Tural Fuad oğlu ilə qeyri-rəsmi nikaha daxil olub və onunla İraq Respublikasına getmişdir. Oradan isə bu günə kimi geri qayıtmamışdırlar. Orada olarkən onların bu nikahdan xx xxxx 2015-ci il tarixdə X8 anadan olmuşdur. Həmin uşaq qardaşı ilə birlikdə Azərbaycan Respublikasının müvafiq qurumlarının köməyi ilə Azərbaycana gətirilmişlər. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, hər iki uşaq o cümlədən Abbullayeva/ X8 onun himayəsinə verilmişlər və onlara qəyyum təyin olunmuşdur. Lakin sonuncu uşaq qeyri-rəsmi nikahdan və həm də doğularkən qeydə alınmaması səbəbindən onun doğum haqqında şəhadətnaməsini ala bilməmişdir. Buna görə də Maraqlı şəxsnə müraciət etsə də, ona imtina məktubu verərək məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda qeyd edilən məzmunda izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci, 307.2.11-ci, 308-ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/Q-516/75 nömrəli arayışda uşağın doğumunun qeydə alınmadığı, həmçinin uşağın valideynlərinin İraqda saxlanıldığı üçün bildirilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin məcəllənin 46.2-ci maddəsinə görə valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Doğum haqqında akt qeydləri kitabında xx.xx.1986-ci il tarixdə Nizami rayon qeydiyyat şöbəsi tərəfindən edilmiş 915 nömrəli qeyddən görünür ki, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş X17 atası xx.xx.1966-ci il təvəllüdlü X13, anası xx.xx.1959-cu il təvəllüdlü X23. Doğum haqqında akt qeydləri kitabında xx.xx.1986-ci il tarixdə Oktyabr (Yasamal) rayon qeydiyyat şöbəsi tərəfindən edilmiş 2001 nömrəli qeyddən görünür ki, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş X9 atası xx.xx.1949-cu il təvəllüdlü X18, anası xx.xx.1945-ci il təvəllüdlü X10r. Azərbaycan Respublikasının İraqdakı Səfirliyi-Bağdad tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş Azərbaycan Respublikasına Qayıdış haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2015-ci ildə İraq Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2020-ci il tarixli, 57 nömrəli, xx.xx.2012-ci il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü Abdullayeva/X5 üzərində qəyyum təyin olunması haqqında Sərəncamına əsasən, Ərizəçi valideyn himayəsindən kənar qalmış azyaşlılar xx.xx.2012-ci il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X14 üzərində qəyyum təyin olunmuş, bir qəyyum kimi Ərizəçi himayəsində olan yetkinlik yaşına çatmayan azyaşlılar xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X4 hüquq və mənafelərinin qorunması tapşırılmışdır. 3 nömrəli X25 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktından görünür ki, Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 57 nömrəli Sərəncamına əsasən ünvan 2 ünvanlı evdə qeydiyyatda olan və yaşayan Ərizəçi bacısı nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X4 qəyyumluğunu üzərinə götürmüş və xəstəxanadan ona uşaq sağlam vəziyyətdə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 8 nömrəli Bakı uşaq xəstəxanası tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ambulator kitabçadan çıxarışın surətindən görünür ki, xx.xx.2015ci il tarixdə doğulmuş, İraq Respublikasında daimi yaşayan X6 əsas xəstəlik enterotroz və yanaşı xəstəlik anemiya diaqnozu qoyulmuş, pasiyentin obyektiv müayinəsinin nəticələrindən görünür ki, dəri təmizdir, dərialtı piy toxuması normal inkişaf edib, ağciyərdə və ürəkdə patoloji dəyişiklik yoxdur, əsnəyi sakit, qarnı yumşaq ağrısızdır, qaraciyər və dalaq əllənmir, nəcis və sidik ifrazi normaldır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 bildirmişdir ki,o, X9 doğma qardaşıdır. O, X17 X20 ilə qeyri-rəsmi nikaha daxil olduğu, onların bu nikahlarından iki uşağının İraq Respublikasında anadan olduğunu bildirmişdir. Normal şəkildə əlaqə saxlaya bilmədiklərindən uşaqları mütəmadi görməmişdir. X2 təxminən 5 yaşı vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 bildirmişdir ki, o, X9 atasıdır. X1 Tural Fuad oğlu ilə qeyri-rəsmi nikahları olmuşdur. Onlar sonradan İraq Respublikasına getmiş və bu günə kimi geri qayıtmamışlar. Oğlu və gəlini ilə əlaqələri tam olmamış, ancaq telefon vasitəsilə əlaqə saxlamışlar. Onların iki övladı - Osmanla Həlimə, İraq Respublikasında dünyaya gəlmişdir. Həmin uşaqlar Azərbaycan Respublikasının müvafiq qurumlarının köməyi ilə Azərbaycana gətirilmiş və Ərizəçi onlara qəyyum təyin edilmişdir. Həlimə Bakıda anadan olmamış, onun anası Gülnar, atası isə oğlu Turaldır. Həlimənin 5 yaşı vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X1 Tural Fuad oğlu ilə qeyri-rəsmi nikaha daxil olub birlikdə İraq Respublikasına getmişlər. Onların qeyri-rəsmi münasibətlərindən İraq Respublikasında doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X19 adlı övladları olmuşdur. Uşaqlar Azərbaycan Respublikasının müvafiq qurumlarının köməyi ilə Azərbaycana gətirilmişlər.Ərizəçi uşaqlardan xx.xx.2015-ci il təvəllüdlü X7 qeyri-rəsmi nikahdan doğulması və doğumunun qeydə alınmaması səbəbindən doğum haqqında şəhadətnamə ala bilməmiş, X12 doğum haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə yazılı ərizə ilə müraciət etmiş, lakin ona bu məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.Məhkəmə baxışı iclasında dindirilmiş hər iki şahid X3 xx.xx.2015-ci il tarixdə İraq Respublikasında anadan olması, X29 və X9 qızının olması faktını təsdiq etmişdir. Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 4.3-cü bəndindən görünür ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan və məhkəmə baxışı zamanı araşdırılmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquq müəyyən edici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən onun ərizəsi təmin edilməli, xx.xx.2015-ci il tarixdə İraq Respublikasında bir qiz uşağının X15 doğulması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamə verilərkən doğumhaqqındaaktqeydlərindəsoyadı “Abibullayeva”, adı “Həlimə”, ata adı “Tural”, doğum tarixi “xx xxxx 2015-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “İraq Respublikası”, ata qrafasında “atası X20,milliyyəti “azərbaycanlı””, ana qrafasında “anası X29, milliyyəti “azərbaycanlı”” kimi qeydiyyat aparılmalıdır. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2015-ci il tarixdə İraq Respublikasında bir qiz uşağının X15 doğulması faktı müəyyən edilsin Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Abibullayeva”, adı “Həlimə”, ata adı “Tural”, doğum tarixi “xx xxxx 2015-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “İraq Respublikası”, ata qrafasında “atası X20, milliyyəti “azərbaycanlı””, ana qrafasında “anası X29, milliyyəti “azərbaycanlı”” kimi qeydiyyat aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3316/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3316/2020
31.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver