Məhkəmə qərarları › İş №2(006)-3343/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(006)-3343/2021

09.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3343/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə əlavə qətnamənin çıxarılması məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizə təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi 21, 02 saylı mənzilindən Cavabdeh övladları X4, X5, X2, X3 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3941/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, istifadə hüququnun itirilmiş hesab edilməsi Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdan çıxarılması barədə qət edilmişdir. İddiaçı 29 mart 2021-ci il tarixdə əlavə qətnamənin çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi 21, 02 saylı mənzilindən Cavabdeh övladları X4, X5, X2, X3 istifadə hüquqlarına xitam verilməsi barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəni nəzərdən keçirən, iddiaçının nümayəndəsinin izahatını dinləyən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa; Qüvvədə olan mülki-prosessual qanunvericilik məhkəmə qətnaməsinin məzmunca müfəssəl olmasını, məhkəmə baxışının predmeti olmuş bütün tələblərə həlledici cavab verməsini və beləliklə də, işə yenidən baxılmasının tələb olunmamasından ötrü tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinə tam aydınlıq gətirilməsini tələb edir. Bu tələb qətnamənin tamlığını şərtləndirir. Məhkəmənin qətnaməsi tam olmadıqda, yəni qətnamə ilə həll edilməli olan məsələlər aydınlaşdırılmadıqda, qanunvericilik qətnamənin bu çatışmazlığın aradan qaldırılmasının üsulu kimi əlavə qətnamənin çıxarılmasını nəzərdə tutur. Əlavə qətnamənin çıxarılmasının qanunvericilikdə nəzərdə tutulmuş əsaslarından biri işdə iştirak edən şəxslər tələblərdən hər hansı sübutlar təqdim etmiş və izahatlar verildiyi halda, bu tələblər barədə qətnamənin çıxarılmamasıdır. Əlavə qətnamənin çıxarılması iş üzrə qətnamə çıxarmış hakimin öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin ərizəsi ilə mülki məhkəmə icraatının ümumi qaydalarına əsasən həyata keçirilir. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması haqqında məsələyə baxmağa mane olmur (MPM-in 229.1-ci və 229.2-ci maddələri, “Məhkəmə qətnaməsi haqqında» AR Ali Məhkəməsi Plenumunun Qərarının 15.3-cü bəndi). Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3941/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, istifadə hüququnun itirilmiş hesab edilməsi Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdan çıxarılması barədə qət edilsədə, məhkəmə İddiaçı tərəfindən verilmiş iddia tələbinin əlavəsinə barədə ərizəyə aydınlıq gətirilməmişdir. Məhkəmə, iddia ərizəsində Cavabdeh övladları X4, X5, X2, X3 da Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi 21, 02 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi tələbinə gəldikdə qeyd edir ki, həmin uşaqlarda valideyni ilə birlikdə həmin mənzildə yaşamışlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsənin 1-ci hissəsində qeyd olunmuşdur: “hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır.” Azərbaycan Respublikası MM-nin 27.2-ci maddəsinə görə isə 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Odur ki, X4, X5, X2, X3 da Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi 21, 02 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi 21, 02 saylı mənzilindən Cavabdeh övladları X4, X5, X2, X3 istifadə hüquqlarına xitam verilsin. Əlavə qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar