Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-335/2022 09.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi X1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə (Bakı Şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərilməklə) qarşı «vurulmuş zərərin ödənilməsi və əmlakın bərpası vəzifəsinin qoyulması» tələbinə dair, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı «yeni və təmirli mənzillə təmin edilməsi, kirayə haqqının ödənilməsi» tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə (Bakı Şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərilməklə) qarşı «vurulmuş zərərin ödənilməsi və əmlakın bərpası vəzifəsinin qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi İddiaçı qarşı «yeni və təmirli mənzillə təmin edilməsi, kirayə haqqının ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, hazırki iş üzrə ilk iddiadan imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativi ərizəylə məhkəməyə müraciət edərək, hazırki iş üzrə qarşılıqlı iddiadan imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin iddialardan imtina etməsi barədə ərizələrini tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən imtinalar məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə (Bakı Şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərilməklə) qarşı «vurulmuş zərərin ödənilməsi və əmlakın bərpası vəzifəsinin qoyulması» tələbinə dair, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı «yeni və təmirli mənzillə təmin edilməsi, kirayə haqqının ödənilməsi» tələbinə dair İddiaçı və Cavabdeh Mənzil Tikinti Kooperativinin iddialardan imtinaları qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-335/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-335/2022
09.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver