Məhkəmə qərarları › İş №2(006)-3353/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3353/2020

10.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3353/2020 10.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı "İddiaçı" X5 nümayəndəsi X2 iştirakı ilə İddiaçı "İddiaçı" X5 Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" X5 Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-916/2017 saylı qətnaməsinə əsasən cavabdehlər X3, X4 və Cavabdeh müştərək qaydada 943.091,52 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7 saylı evin, 178 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir.Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-960/2018 saylı qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-916/2017 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın xx.xx.2018-ci il tarixli, 2(102)- 8589/18 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)- 960/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7 saylı evin, 178 saylı mənzili İddiaçı X5 mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış alınmışdır.Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7 saylı evin, 178 saylı mənzildə bu günə kimi hələ də qeydiyyatdadır. Bununla da, cavabdeh əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. Göstərilənlərə əsasən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7 saylı evin, 178 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "İddiaçı" X5 nümayəndəsi X6 iddia tələbini müdafiə etdi və məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 7, mənzil 178 "İddiaçı" X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır.. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmçinin, Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yuxarıda qeyd olunan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" QSC Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 7, mənzil 178-i mülkiyyətinə qəbul etdiyinə görə cavabdehin həmin mənzildə istifadə hüququnun qalması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə cavabdehin istifadə hüququ itirilmiş hesab olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1-ə olan istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar