Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3380/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının qeydində və doğum haqqında şəhadətnamədə səhvən yazılmış soyadın əvəz edilməsi, müvafiq düzəlişlər aparılmaqla yeni doğum haqqında şəhadətnamənə verilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının qeydində və doğum haqqında şəhadətnamədə səhvən yazılmış soyadın əvəz edilməsi, müvafiq düzəlişlər aparılmaqla yeni doğum haqqında şəhadətnamənə verilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1953-cü ildə Cəlilabad rayonunun (keçmiş Ast-Bazar) Abazallı kəndində anadan olmuş, atası -X3, anası-X1r. Ona “Şəmsəddin" adı qoyulmuş, amma atasının soyadı “Həsənov" ola-ola naməlum səbəblərdən onun soyadı “Quliyev” kimi yazılmışdır. Nə indi qüvvədə olan qanunvericiliyin tələblərinə görə, nə də o vaxtlar qüvvədə olan SSSRİ Nazirlər kabinetinin təsdiq etdiyi qanunvericiliyə görə ona valideyinlərinin soyadından fərqli soyad yazılmasına icazə verilmirdi. Sonradan şəxsiyyət vəsiqəsi və pasport alanda soyadı “Həsənov"-doğru yazıldığından ona doğum haqqında şəhadətnamədəki "Quliyev" qeydinə əhəmiyyət verməmişdir. Lakin indi dövlət orqanlarına müraciətlər edəndə şəxsiyyət vəsiqəsi ilə birlikdə doğum haqqında şəhadətnamə də tələb olunur ki, soyadındaki ziddiyyət onun hüquqlarını həyata keçirəndə maneçilik və məhdudiyyətlər yaradır. O, bu yanlışlığı düzəltmək üçün maraqlı şəxsə-Maraqlı şəxsnə müraciət etdi, lakin ona imtina cavabı verilərək məhkəməyə müraciət etmək tövsiyyə edildi. Qeyd olunanlara əsasən, xx xxx 1953-cü il tarixdə Cəlilabad rayonunun Təklə (Keçmiş Şorabçı) kənd sovetliyində vətəndaşlıq vəziyyəti aktları kitabında 30 nömrə ilə doğum faktının qeydində və bu qeyd əsasında ona verilmiş eyni saylı və eyni tarixli doğum haqqında şəhadətnamə soyad qrafasında səhvən yazılmış “Quliyev” soyadının “Həsənov” soyadı ilə əvəz edilməsi, ona müvafiq düzəlişlər aparılmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və bildirdi ki, qohumu ona ev bağışlamaq istəyir, lakin notarius müqaviləni qohumluq münasibətlərini görmədiyi üçün bu səbəbdən təsdiqləmir, odur ki, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və mülki işin materiallarını araşdırıb hesab edir ki, hüquqi faktın müəyyən edilməsi barədə ərizə təmin edilməməlidir. İşdə olan xx xxx 1953-cü il tarixdə verilmiş ИЕ № 801070 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirilmişdir) görünür ki, X2 xx xxx 1953-cü ildə Ast-bazar rayonunun Abazallı kəndində anadan olmuşdur, atası X3, anası X1r. İşdə olan xx xxx 1953-cü il tarixli, 30 saylı doğum haqqında akt qeydində ərizəçinin soyadı “Quliyev”, adı isə “Şəmsədin” olaraq göstərilmişdir. İşdə olan AZE № ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən (əslinə baxış keçirilmişdir) görünür ki, ərizəçinin soyadı “Həsənov” olaraq göstərilmişdir. İş materiallarındakı № 15771503 nömrəli partiya biletinin, Ц № 533850 nömrəli diplomun, № 7599 nömrəli attestatın, № 14147554 nömrəli komsomol biletinin və 34 saylı sürücülük vəsiqəsinin surətlərindən (əsillərinə baxış keçirilmişdir) görünür ki, bütün sənədlərdə ərizəçinin soyadı “Həsənov” kimi göstərilmişdir. İşdə olan Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli, 05/9-75/68 saylı məktubunda Ərizəçi bildirilir ki, onun doğumu haqqında akt qeydinə düzəliş edilərək uşaq haqqında məlumat qrafasında soyadınızın "Quliyevidən “Həsənov”a dəyişiklik edilməsi barədə Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Sənədlər nəzərdən keçirilərkən Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1953-cü il tarixdə tərtib edilmiş 30 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadınız "Quliyev” yazıldığı halda, ASAN1 tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE №******** nömrəli şəxsiyyət vəsiqəsində isə soyadının “Həsənov” göstərildiyi məlum olmuşdur. Təqdim edilən sənədlər arasında ziddiyyət və dəyişiklik edilməsi üçün kifayət qədər sənədlər təqdim edə bilmədiyindən qeydiyyat şöbəsində müvafiq düzəlişin edilməsi mümkün olmamışdır. Hazırki ərizə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 161.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi yeni doğum haqqında şəhadətnamənin verilməsi zərurətini bağşlanma müqaviləsinin bağlanması zamanı notariusun bu barədə tələb irəli sürməsi ilə əlaqələndirmişdir. İş materiallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanı (Maraqlı şəxs) tərəfindən ərizəçiyə məxsus doğum haqqında akt qeydində düzəlişlərin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 32-ci fəslində bağışlama müqaviləsinin bağlanması üçün (ərizəçiyə hər hansı əmlakın bağışlanması üçün) qanunvericilikdə doğum haqqında şəhadətnamə ilə bağlı birbaşa göstəriş və tələb nəzərdə tutulmamışdır. Belə olan halda, ərizəçinin müvafiq notariat orqanının rəsmi cavabından, hərəkət və ya hərəkətsizliyindən şikayət etmək hüququ yaranmış olur. Lakin ərizəçi bu hüquqdan istifadə etməyərək birbaşa məhkəməyə ərizə ilə müraciət etmişdir. Hazırki iş üzrə məhkəmə yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulan halda hüquqi faktı müəyyən edə bilərdi. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının qeydində və doğum haqqında şəhadətnamədə səhvən yazılmış soyadın əvəz edilməsi, müvafiq düzəlişlər aparılmaqla yeni doğum haqqında şəhadətnamənə verilməsi» tələbinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının qeydində və doğum haqqında şəhadətnamədə səhvən yazılmış soyadın əvəz edilməsi, müvafiq düzəlişlər aparılmaqla yeni doğum haqqında şəhadətnamənə verilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3380/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3380/2020
18.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver