Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3380/2023 15.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı öhdəlik üzrə pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16996 manat pulun alınaraq ona ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “Honda Civik minik” markalı buraxılış ili 2014-cü il, ** VD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinə” əsasən 28 ay müddətinə ödəniş olunması qaydasında satılmasının rəsmiləşdirilməsi üçün Cavabdeh ilə ilkin müqavilə bağlanmışdır. Nəqliyyat vasitəsinə olan hüquqları AR DİN BDYP Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, BB184417 nömrəli X1 Şəhadətnaməsinə əsasən tanınmışdır. Məhz bu hüquqlardan istifadə edərək mülkiyyəti üzərində sərəncam verib cavabdehə satmaq istəmişdir. İlkin Alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə 15 saylı xüsusi notariat ofisinin xüsusi notariusu X3 təsdiqlədiyi 3M-494 reyestr qeydli əqdlə rəsmiləşdirilmişdir. Aralarında notarial qaydada rəsmiləşdirilmiş müqavilənin 1.2. bəndinə əsasən nəqliyyat vasitəsinin satış qiyməti 17996 manat müəyyən edilmiş və digər maddələrlə ilk məbləğ 1000 manat notariatda ödənilməklə qalan hissəsi yəni, 16996 manat hissəsi hər ay 607 manat olmaqla 28 ay müddətinə ona ödəniləcəyi müəyyənləşdirilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən məbləğ tam satıcıya ödəndikdən sonra “Satıcı” AR DİN DYPİ tərəfindən nəqliyyat vasitəsinin müayinədən keçirilməsi barədə arayış alaraq avtomobili “Alıcıya” satmağı, əsas (alqı-satqı) müqaviləni bağlamağı və avtomobili “Alıcının” mülkiyyətinə verməyi öz öhdəsinə götürür. Müqavilə bağlanandan bu günədək olan müddət ərzində razılaşdırılmış pul vəsaitlərinin ödənilməsi həyata keçirilməmiş və müqavilə şərtləri pozulmuşdur. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsn izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin ilkin alqı-saqısı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə gələcəkdə satıcı İddiaçı və gələcəkdə alıcı X4 bu müqavilədə müəyyən edilmiş şərtlərlə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2021-ci il tarixdə BB184417 qeydiyyat nömrəsi olan X1 şəhadətnaməsinə əsasən satıcıya məxsus olan Honda Civic minik markalı, buraxılış ili 2014-cü il, dövlət nömrə nişanı ** VD *** olan avtomobilə dair gələcəkdə əsas alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmələri haqqında bağlanmışdır. İş materiallarında olan müraciətdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 3 (üç) iş günü ərzində müqavilə razılaşması üzrə hesablanmış 12 aylıq ödənişin pulunu - 7.284 manat pulun ona ödənilməsini təmin edilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı və çəkilmiş əlavə xərclərin, əldən çıxmış faydanın, maddi və mənəvi ziyana görə əlavə pul vəsaitinin ödənilməsinin tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş “Honda Civic” markalı ** VD *** dövlət qeydiyyat nişanlı X1 hərəkətlərindən görünür ki, həmin avtomobilin sahibi İddiaçı tərəfindən Cavabdeh xx.xx.2021-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-ci illərdə nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə, xx.xx.2022-xx.xx.2023-cü illərdə nəqliyyat vasitəsinə sərəncam hüququna dair etibarnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyatdan çıxmaqla həmin tarixdə X2 adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə çıxmışdır. xx.xx.2022-ci il tarixdə “X8” MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş “Honda Civic” markalı ** VD *** dövlət qeydiyyat nişanlı X1 hərəkətlərindən görünür ki, nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyatdan çıxmasına əsas həmin tarixdə bağlanmış alğı-satqı müqaviləsi olmuşdur. Müqavilənin “Satıcı”nın s.a.a., imzası” qrafasında “Qurbanov” qeydi olmaqla imza çəkilmişdir. Həmin müqaviləyə əsasən nəqliyyat vasitəsi 2000 manata satılmışdır. İş materiallarında olan lizinq verən “X8” MMC ilə lizinq alan Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daxili lizinq müqaviləsinin surətindən görünür ki, həmin müqavilə “Honda Civic” markalı avtomobilin 15550 manata 36 ay müddətinə sonuncuya verilməsi haqqında bağlanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında “Honda Civic” markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair ilkin müqavilə bağlanmış, İddiaçı tərəfindən Cavabdeh nəqliyyat vasitəsinə sərəncam hüququna dair etibarnamə verilmişdir, həmin avtomobil Cavabdeh tərəfindən satılsa da, Pərvanə Namiq qızı ilə aralarında gəldikləri razılığa əməl edilməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora MPM) 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 16.996 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən, iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 16.996 manat alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3380/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3380/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver