Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3389/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borc məbləğinə hesablanmış faizlərin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin Cavabdeh ASCnin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında bağlanış 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsinə əsasən İddiaçı faiz borcunu tələb etməsinin əsassız hesab edilməsi, həmin müqavilə və həmin tarixli ipoteka müqaviləsi üzrə öhdəliyə xitam verilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(103)-1604/2017 saylı, 16 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında bağlanmış 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsinə əsasən yaranmış 1372 (bir min üç yüz yetmiş iki) ABŞ dolları, 48 (qırx səkkiz) sent faiz borcunun, müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsi üzrə 5 faizlə hesablanmış faz borcu 5.552 (beş min beş yüz əlli iki) ABŞ dolları 93 (doxsan üç) sent ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsinə dair faiz borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə izahatında bildirdi ki, Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən kredit müqaviləsinin müddəti 12 ay, yəni 13 avqust 2010-cu il tarixədək müəyyən edilmişdir. Göstərilən kreditin təminatı olaraq həmçinin Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında 13 avqust 2009-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 39 saylı evin, 113 saylı mənzilinə dair 31 saylı ipoteka müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsi üzrə borc İddiaçı tərəfindən tam ödənilmiş və hər hansı məbləğdə borc qalmamışdır. Lakin, Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında bağlanış 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsi üzrə faiz borcunun ödənilməməsinə əsaslanmış və faiz borcunun ondan tutulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbindən iddiaçının nümayəndəsinin izahatından və işin digər materiallarından aşkar surətdə göründüyü kimi, Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında bağlanmış 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsi üzrə hər hansı əsas borc məbləği qalmamışdır. Göstərilən iddia tələbi yalnız faiz borcunun ödənilməsindən ibarət oİmuşdur. Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı “Cavabdeh» ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə faiz borcu tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(103)-1604/2017 saylı, 16 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Binəqədi rayon məhkəməsinin 22 iyul 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı lia ərizəsi qismən təmin edilərək, Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında bağlanmış 13 avqust 2009cu il tarixli 2647 saylı kredit müqaviləsinə əsasən yaranmış 1372 (bir min üç yüz yetmiş) ABŞ dolları, 48 (qırx səkkiz) sent faiz borcunun, müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsi üzrə 5 faizlə sablanmış faz borcu 5.552 (beş min beş yüz əlli iki) ABŞ dolları 93 (doxsan üç) sent ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə həmçinin borcun tutulmasının ipotekaya qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 39 saylı evin, 113 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 52.000 (əlli iki min) manatla açıq hərracda satışa .ıxarılması və satışdan əldə olunmuş pul vəsaitinin hesabına İddiaçı Cavabdeh ASC-nə olan borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(103)-1604/2017 saylı, 16 yanvar 2017-ci il tarixli qətnaməsi əsasında icra vərəqəsi (sənədi) verilərək icra edilməsi üçün Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(103)- 1604/2017 saylı, 16 yanvar 2017-ci il tarixli qətnaməsi əsasında ona hesablanmış faiz borcu silinməli və icra sənədi üzrə icraata xitam verilməlidir. Belə ki, şərh olunduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(103)-1604/2017 saylı, 16 yanvar 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsindən (sənədindən) aşkar şəkildə göründüyü kimi, məhkəmənin qanuni qüvvədə olan qətnaməsinə və bunun əsasında verilmiş icra sənədinə əsasən Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında bağlanmış 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsinə əsasən yaranmış 1372 (bir min üç yüz yetmiş iki) ABŞ dolları, 48 (qırx səkkiz) sent faiz borcunun, müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsi üzrə 5 faizlə hesablanmış faz borcu 5.552 (beş min beş yüz əlli iki) ABŞ dolları 93 (doxsan üç) sent ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında bağlanış 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsinə əsasən ondan tutulmalı olan borc məbləği yalnız faiz borcudur. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il tarixli Fərmanının 8.9-cu bəndinə əsasən, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 8.10-cu bəndinə əsasən, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il tarixli Fərmanının 8.9-cu maddə ilə faizlərin silinməsi nəzərdə tutulduğundan, bununla da Dövlətin qəbul etdiyi akta əsasən onun banka olan faiz borcu silinməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, üddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə utulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 557.1-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyrimümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərərçəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə əsasən, fərmanlar Qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlardır. Sadalanan qanunvericilik aktları normalarına əsasən onun Cavabdeh ASC qarşısında olan faiz borcunun silinməsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il tarixli Fərmanının 8.9-cu bəndi ilə nəzərdə tutulduğundan, bununla da qanun qüvvəli normativ akt əsasında faiz borcumun silinməli olduğundan, bank qarşısında faiz borcunun ödənilməsinə dair öhdəliyə xitam verilmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(103)-1604/2017 saylı, 16 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən - Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında bağlanış 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsinə əsasən yaranmış 1372 (bir min üç yüz yetmiş iki) ABŞ dolları, 48 (qırx səkkiz) sent faiz borcunun, müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsi üzrə 5 faizlə hesablanmış faz borcu 5.552 (beş min beş yüz əlli iki) ABŞ dolları 93 (doxsan üç) sent ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsinə dair- faiz borcunun silinməsinin təmin edilməsi ilə əlaqədar Cavabdeh ASC-nə yazılı şəkildə ərizə ilə müraciət etmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1604/2017 saylı, 16 yanvar 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair Nərimanov rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. Lakin, həm Cavabdeh ASC-nə və həm də Nərimanov rayon İcra və Probasiya Şöbəsinə müraciətinin nəticəsi olmamışdır. Belə ki, Cavabdeh» ASC faiz borcunun silinməsini təmin etməmiş, Nərimanov rayon İcra və Probasiya Şöbəsi isə icra sənədi üzrə icraata xitam verməmişdir. Bununla da əsassız olan öhdəlik hələ də onun üzərində qalmaqdadır. Odur ki, mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1604/2017 nömrəli, 16.01.2017-ci il tarixli qətnaməsi ilə təmin edilmiş 6925,41 ABŞ dolları məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının ərizəsi tam əsassızdır. İddiaçı ilə Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı arasında 13 avqust 2009-cu il tarixli 2647 nömrəli kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən bank tərəfindən İddiaçı 12 ay müddətinə illik 26% dərəcəsi ilə 30000 ABŞ dolları kredit verilmişdir. Kreditin təminatı kimi 13 avqust 2009-cu il tarixli 31 saylı İpoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 39 saylı evin 113 saylı mənzili ipotekaya qoymuşdur. İddiaçı müqavilə üzrə öhdəliyini icra etmədiyi üçün Bank tərəfindən məhkəməyə müraciət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1604/2017 nömrəli, 16.01.2017-ci il tarixli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmiş, Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında bağlanmış 13 avqust 2009-cu il tarixli 2647 nömrəli kredit müqaviləsinə əsasən yaranmış 1372,48 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi üzrə 5 faiz ilə hesablanmış faiz borcu 5552,93 ABŞ dolları olmaqla, cəmi 6925,93 ABŞ dollarının ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə cavabdeh İddiaçı tutularaq “Cavabdeh “ASC-yə ödənilməsi, borcun tutulmasının ipotekaya qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 39 saylı evin 113 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 52000 manat olmaqla açıq hərracda satışa çıxarımaqla satışdan əldə olunan pul vəsaiti hesabına İddiaçı “Cavabdeh “ASC-yə olan borcuna ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1604/2017 nömrəli, 16.01.2017ci il tarixli qətnaməsi ilə təmin edilmiş tələb hal-hazırkı iddia üzrə mübahisənin predmeti ola bilməz. Əks halda hal- hazırkı mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qanunsuz olaraq təkrar araşdırılması nəticəsini yaratmış olardı. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 2( 103)-1604/2017 nömrəli, 16.01.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin silinməsini Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 saylı, 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əsaslandırmışdır. İddiaçı, ərizəsində əsassız olaraq Fərmanın 8.9-cu bəndinə istinad edərək məhkəmədən borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, iddiaçının tələbini araşdırmazdan əvvəl onunla Cavabdeh ASC arasında imzalanmış 13 avqust 2009-cu il tarixli 2647 nömrəli kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşüb-düşməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulmuşdur. Eyni zamanda “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarının 2.1.4-cü bəndində qeyd edilmişdir ki, vaxtı keçmiş kredit borcu- fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 2019-cu il 1 mart tarixinə 360 gündən çox gecikdirilmiş borclardır. Göründüyü kimi, Fərman və ona müvafiq olaraq qəbul edilmiş Qaydalar 2012-ci ilin yanvar ayının 1-dən əvvəl bağlanmış kredit müqavilələrini əhatə etmir və həmin Fərmanın və Qaydaların təsiri həmin müqavilələrə şamil edilə bilməz. Belə olan halda iddiaçı ilə Bank arasında bağlanmış kredit müqaviləsi 13.08.2009-cu il tarixində imzalandığı üçün Fərmanın təsir dairəsinə düşə bilməz. İddiaçı, müqavilə üzrə sonuncu ödənişini 28.11.2012-ci il tarixində etmişdir. Həmin tarixdən sonra bu günədək heç bir ödəniş etməmişdir. İddiaçı tərəfindən ödəniş edilmədiyi üçün müvafiq olaraq ABŞ dollarının məzənnəsinin artması ilə əlaqədar kompensasiya məbləği hesablanmamışdır. Məhz bu hala münasibətdə də iddiaçının Banka qarşı hər hansı tələbi tam əsassız olardı. Fərmandan və Qaydalardan da göründüyü kimi iddaçının iddası tamamilə əsassızdır, iddiaçı ilə bank arasında bağlanan 13.08.2009-cu il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il tarixli fərmanının təsir dairəsinə düşmür. Həmçinin ipoteka ilə təmin edilmiş təminatlı kreditlərlə bağlı fərmanda və qaydalarda heç bir güzəşt nəzərdə tutulmamışdır. Sonda iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdehının 2 saylı Sabunçu rayon filialı arasında bağlanmış 13.08.2009-cu il tarixli, № 31 saylı ipoteka müqaviləsindən görünür ki, 30000 ABŞ dolları məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində istifadədə olan 0,11365 ha torpaq sahəsində yerləşən 39 nömrəli 9 mərtəbəli binada 47,7 kv.m ümumi, 29.65 kv.m yaşayış sahədən ibarət 2 otaqlı 113 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdehının 2 saylı Sabunçu rayon filialı arasında bağlanmış 13.08.2009-cu il tarixli, №2647 saylı ipoteka müqaviləsindən görünür ki,biznes fəaliyyətinin genişləndirilməsi üçün borcalana Bankın verəcəyi 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli qətnaməsindən görünür ki, Binəqədi rayon məhkəməsinin 22 iyul 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında bağlanmış 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsinə əsasən yaranmış 1372 (bir min üç yüz yetmiş) ABŞ dolları, 48 (qırx səkkiz) sent faiz borcunun, müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsi üzrə 5 faizlə sablanmış faz borcu 5.552 (beş min beş yüz əlli iki) ABŞ dolları 93 (doxsan üç) sent ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə həmçinin borcun tutulmasının ipotekaya qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 39 saylı evin, 113 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 52.000 (əlli iki min) manatla açıq hərracda satışa cıxarılması və satışdan əldə olunmuş pul vəsaitinin hesabına İddiaçı Cavabdeh ASC-nə olan borcun ödənilməsi qət edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (21.02.2015- ci və 21.12.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə X2 tərəfindən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməlidir. Fərmanın 8.6-cı bəndinə əsasən, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; Fərmanın 8.9-cu bəndinə əsasən, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; Fərmanın 8.10-cu bəndinə əsasən, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra ha Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən kredit müqaviləsinin müddəti 12 ay, yəni 13 avqust 2010-cu il tarixədək müəyyən edilmişdir. Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında bağlanış 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsi üzrə faiz borcunun ödənilməməsi ilə əlaqədar, bank faiz borcunun tutulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı “Cavabdeh» ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə faiz borcu tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-(103)-1604/2017 saylı, 16 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Binəqədi rayon məhkəməsinin 22 iyul 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı lia ərizəsi qismən təmin edilərək, Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə İddiaçı arasında bağlanmış 13 avqust 2009-cu il tarixli 2647 saylı kredit müqaviləsinə əsasən yaranmış 1372 (bir min üç yüz yetmiş) ABŞ dolları, 48 (qırx səkkiz) sent faiz borcunun, müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsi üzrə 5 faizlə sablanmış faz borcu 5.552 (beş min beş yüz əlli iki) ABŞ dolları 93 (doxsan üç) sent ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulmuşdur. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarının 2.1.4-cü bəndində qeyd edilmişdir ki, vaxtı keçmiş kredit borcu- fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 2019-cu il 1 mart tarixinə 360 gündən çox gecikdirilmiş borclardır. Göründüyü kimi, Fərman və ona müvafiq olaraq qəbul edilmiş Qaydalar 2012-ci ilin yanvar ayının 1-dən əvvəl bağlanmış kredit müqavilələrini əhatə etmir və həmin Fərmanın və Qaydaların təsiri həmin müqavilələrə şamil edilə bilməz. Beləliklə, iddiaçı ilə bank arasında bağlanan 13.08.2009-cu il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 551 saylı, 28 fevral 2019-cu il tarixli fərmanının təsir dairəsinə düşmür. Həmçinin ipoteka ilə təmin edilmiş təminatlı kreditlərlə bağlı fərmanda və qaydalarda heç bir güzəşt nəzərdə tutulmamışdır. Belə olan halda İddiaçı Cavabdeh ASC-yə qarşı “borc məbləğinə hesablanmış faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “borc məbləğinə hesablanmış faizlərin silinməsi” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “borc məbləğinə hesablanmış faizlərin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3389/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3389/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver