Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-339/2023 11.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi Kazımov Cahangı̇ r Oruc oğlunun iştirakı ilə Ərizəçi Kazımov Cahangı̇ r Oruc oğlunun Maraqlı şəxs qismində cəlb etməklə «doğum akt qeydinin bərpa edilməsi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Kazımov Cahangı̇ r Oruc oğlu Maraqlı şəxs qismində cəlb etməklə «doğum akt qeydinin bərpa edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X10 26 noyabr 2020-ci il tarixində vəfat etmiş, onun adında və mülkiyyətində olmuş fərdi ev ondan miras qalmışdır. O, həmin mirası vərəsə olaraq qəbul etməyi üçün ərazi üzrə Bakı şəhəri, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən 13 saylı notariat ofisinə müraciət etmişdir. Orada ona bildirilmişdir ki, atasının vəfatı ilə əlaqədar mirasın açılması faktı aşkar olunmur və bu notariat ofisində mirasın açılması mümkündür, lakin Kazımov Cahangı̇ r Oruc oğlunun Oruc Kazımovun vərəsəsi kimi qəbul etmələri üçün ondan müvafiq sənədlər, o cümlədən də, ona məxsus doğum haqqında şəhadətnamə tələb olunur. Kazımov Cahangı̇ r Oruc oğlu xx xxxxxx 1960-cı il tarixində Ermənistan Respublikasının Kirovakan rayonunda anadan olmuşdur. Onun doğumu Ermənistan SSR-də qeydə alınmışdır. Orada doğulduğundan və məlum səbəblərə görə oradan qaçqın düşdüklərindən bütün sənədləri də Ermənistanda qalmışdır. AR vətəndaşı olduğu üçün hazırda ora getməyi qeyri-mümkündür. Doğum haqqında şəhadətnaməni notariat kontoruna təqdim edə bilmədiyi üçün aidiyyəti yerlərə, o cümlədən X3 Reyestri Xidmətinə və Maraqlı şəxsnə rəsmi müraciətlər etsə də, bu idarələr tərəfindən tələbin təmin olunması mümkün olmadığı bildirilmişdir. Səbəb olaraq onun doğum haqqında şəhadətnaməsinin arxivinin Azərbaycanda olmaması göstərilmişdir və ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən, ərizəçinin xx xxxxxx 1960-cı il tarixində Ermənistanın Kirovakan rayonunda doğulmağı, X10, anası isə Kazımova (İsgəndərova) Zərnişan Rəsul qızı göstərilməklə doğum akt qeydinin bərpası tələbi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan ərizəçi ərizəsini dəqiqləşdirərək onun xx xxxxxx 1960-cı il tarixində Ermənistanın Kirovakan rayonunda doğulması barədə doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydləri kitabında ata qrafasında "X19", atanın milliyyətinin “azərbaycanlı”, ana qrafasında "Kazımova (İsgəndərova) Zərnişan Rəsul qızı", ananın milliyyətinin “azərbaycanlı” kimi qeyd edilməsi barədə qeydiyyatın aparılması və bunun əsasında doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında ərizəçi X19 izahat verərək ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Maraqlı şəxs baş məsləhətçisi Sevinc Məmmədova məhkəməyə ərizə ünvanlayaraq Nəsimi Rayon Qeydiyyat Şöbəsinin iş yükünü nəzərə alaraq X13 mülki işinə dair keçirələcək məhkəmə baxış iclasını onların nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İşin materiallarında olan Bakı-Nəsimi RPİ tərəfindən xx.xx.2011-ci il tarixində verilmiş AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kazimov Cahangı̇ r Oruc oğlu xx.xx.1960-cı il tarixində Ermənistan Respublikasının Kirovakan şəhərində anadan olmuşdur.
8. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Kazimov Cahangı̇ r Oruc oğluna ünvanlanmış 02 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Kazimov Cahangı̇ r Oruc oğlunun ərizəsinə cavab olaraq bildirilmişdir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, X3 qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
9. İş materiallarında olan X3 Reyestri Xidməti tərəfindən X15 ünvanlanmış 07 dekabr 2021-ci il tarixli, 05/2-K-14/15 nömrəli məktubdan görünür ki, X13 ərizəsinə cavab olaraq bildirilmişdir ki, “X6” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən doğumun qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Ermənistan Respublikasında tərtib edilmiş X3 qeydləri Azərbaycan Respublikasının X3 reyestri xidmətinin, habelə qeydiyyat şöbələrinin arxivlərində saxlanılmır. Araşdırma zamanı doğum haqqında akt qeydinin qeydiyyat şöbəsində bərpa edilməsi üçün kifayət qədər sənədin olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən, məhkəməyə müraciət ediləcəyi təqdirdə məhkəmənin çıxaracağı qərardan asılı olaraq qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydinin bərpa edilməsi və bu barədə şəhadətnamənin verilməsi məsələsinə baxılacaqdır.
10. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə “X6” AQİS-dən çıxarışdan görünür ki, 10 yanvar 1936-cı il təvvəllüdlü X19 26 noyabr 2020-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 dekabr 2020-ci il tarixində 1472 nömrə ilə qeyd edilmişdir.
11. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 082-48074 nömrəli sorğuya cavab məktubundan görünür ki, Kazimov Cahangı̇ r Oruc oğlunun fərdi uçot kartının təsdiqlənmiş kserosurəti məhkəməyə göndərilmişdir. Qeyd olunan uçot kartında qeydiyyata alınmanın və şəxsiyyət vəsiqəsinin verilməsi (dəyişdirilməsi) üçün əsas olan sənədlər qeyd edilmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, ərizəçi onun bibisi oğludur. xx xxxxxx 1960-cı il tarixində Ermənistan Respublikasının Kirovakan rayonunda anadan olmuşdur. X10, anası X4r. Atası və anasını yaxından tanıyır. Hazırda ərizəçi ilə bir məhəllədə yaşayırlar. Ermənistan Respublikasında olarkən də eyni məhəllədə yaşamışlar.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşı oğludur. xx xxxxxx 1960-cı il tarixində Ermənistan Respublikasının Kirovakan rayonunda anadan olmuşdur. X10, anası X4r. Atası və anasını yaxından tanıyır. Ərizəçinin atası, yəni onun qardaşı 2 il bundan öncə vəfat etmişdir. Dəfnində iştirak etmişdir. Anası isə sağdır və hazırda qohumluq əlaqələri mövcuddur.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun atasıdır. xx xxxxxx 1960-cı il tarixində Ermənistan Respublikasının Kirovakan rayonunda anadan olmuşdur. X10, anası X4r. X2 tanıyır, əlaqəsi vardır. X8 isə vəfat etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə məhkəmədə müəyyən olundu ki, Kazımov Cahangı̇ r Oruc oğlu xx.xx.1960-cı il tarixində Ermənistan Respublikasının Kirovakan şəhərində anadan olmuş, X10, anası X4r. Ərizəçi Ermənistan Respublikasından qaçqın düşdüyündən bütün sənədlər orada qalmışdır. Ərizəçi X3 Reyestri Xidmətinə və Nəsimi Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin müəyyən edilməsini xahiş etmiş, lakin X3 Reyestri Xidməti və Maraqlı şəxs bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişlər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
17. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir.
18. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
19. Göründüyü kimi ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir.
20. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
21. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X3, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X3 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X3 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X3 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
22. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ərizəçi Kazımov Cahangı̇ r Oruc oğlunun xx.xx.1960-cı il tarixində Ermənistan Respublikasının Kirovakan rayonunda doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunmalı, doğum haqqında akt qeydləri kitabında ata qrafasında “X19”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X7”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılmalı və bunun əsasında doğum haqqında şəhadətnamə verilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi Kazımov Cahangı̇ r Oruc oğlunun xx.xx.1960-cı il tarixində Ermənistan Respublikasının Kirovakan rayonunda doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunsun. Doğum haqqında akt qeydləri kitabında ata qrafasında “X19”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X7”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılsın və bunun əsasında doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov