Məhkəmə qərarları › İş №2(006)-3399/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3399/2020

05.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3399/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İlkin iddia üzrə İddiaçı ASC-nin Cavabdeh qarşı «mənzilin boşaldılması və təhvil verilməsi tələbi»nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “çıxarışın ləğv edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «mənzilin boşaldılması və təhvil verilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti “xxxxxxx” MMC və Cavabdeh qarşı kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(006)-194/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş, “xxxxxxx” MMC-dən xx.xx.2013-cü il tarixli 614/H-13 saylı kredit müqaviləsinə əsasən 110659,31 ABŞ dolları əsas, 4574,75 ABŞ dolları faiz, 1500 ABŞ dolları cərimə borcunun tutulması, tələb olunan məbləğin ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanındakı 140 saylı mənzilə yönəldilməsi və həmin əmlakın ilkin satış qiymətinin 180000 manat müəyyən edilməklə açıq hərracda satılması və həmin məbləğ hesabına borc məbləğinin banka ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilməklə 20 manat hissəsinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, qiymətləndirmə ekspertizasının dəyəri olan 150 manat məbləğinin 40 manatı iddiaçıdan, 110 manat hissəsinin cavabdehlərdən tutularaq “X6” MMC-yə ödənilməsi, mühasibatlıq ekspertizasının dəyəri olan 40 manat məbləğinin 10 manatı iddiaçıdan, 30 manat hissəsinin cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Nəsimi rayon İcra Şöbəsi Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015ci il tarixli, 2(006)-194/2015 saylı icra vərəqəsi əsasında xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən “X2 Mərkəzi” MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuşdur. İddiaçı ASC tərəfindən təklif qəbul edilmiş və buna uyğun olaraq DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən yuxarıda göstərilən mənzil mülkiyyət hüququ əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir.Bank tərəfindən mənzilin boşaldılması və Banka təhvil verilməsi üçün mənzilin mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir. Beləliklə də, Bankın mülkiyyət hüquqlarına müdaxilə edilmiş olur. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, ünvan 2 ünvanındakı 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 154,5 m2 olan mənzilin boşaldılması və evin İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi ərizə təqdim edərək, İddiaçı ASC-nin Cavabdeh Oktay qızına qarşı xx.xx.2017-ci il tarixli iddia ərizəsində mənzilin ünvan 3 ünvanındakı 16 mərəbəli binanın 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 154,5 kv.m. olan 140 nömrəli mənzil kimi oxunması xahiş edilmişdir. Öz növbəsində, Cavabdeh İddiaçı ASC-yə qarşı “çıxarışın ləğv edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxx” MMC ilə xx xxxxxx 2013-ci il tarixdə İddiaçı ASC arasında 614/H-13 saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən bank “xxxxxxx" MMC-yə 12 ay müddətinə illik 18% ilə 125.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin tarixdə 614/İT-13-01 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçıya məxsus olan ünvan 4 ünvanında yerləşən 4 otaqlı, 92,2 kv.m yaşayış, 62,3 kv.m köməkçi, 154,5 kv.m ümumi sahədən ibarət 140 saylı mənzil ipoteka qoyulmuşdur. Qeyd olunan əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin dövlət reyestrində qeydə alınmışdır. İddiaçı ASC Nəsimi Rayon Məhkəməsinə kredit borcunun ödənilməsinə dair iddia ərizəsi ilə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(006)-194/2015 saylı qətnaməsi ilə xx.xx.2013-cü il tarixli, 614/11-13 saylı kredit müqaviləsi üzrə 110659,31 ABŞ dolları əsas borc, 4574,75 ABŞ dolları faiz borcu, 1500 ABŞ dolları dəbbə pulu, cəmi 116734,06 ABŞ dolları pulun tutulduğu andan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dolları manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh “xxxxxxx” MMC-dən alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 7 nömrəli evin 140 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 180.000manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 116.734,06ABŞ dolları pul tutulduğu andan Azərbaycan Respublikası Mərkəzi Bankı bərəlindən müəyyən edilmiş ABŞ dolları manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçı "İddiaçı" ASC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh verilməsi qət edilmişdir Qətnamə icra olunması üçün Nəsimi rayon icra şöbəsinə həvalə edilmişdir.“X2 Mərkəzi” MMC Nəsimi rayon icra şöbəsinin sifarişinə əsasən xx xxxxxx 2016-cı il tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-194/2015 saylı icra vərəqəsinə əsasən hərrac keçirmişdir. Hərracda yuxarıda göstərilən əmlakın son satış qiyməti 114750 manat məbləğində göstərilmişdir. Alıcı qismində isə İddiaçı ASC göstərilmişdir.İddiaçı Cavabdeh Səbail Rayon Məhkəməsinə “X2 Mərkəzi” MMC-yə qarşı hərracın yekunları barədə protokolun ləğv edilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1417/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Belə olan halda, İddiaçı ASC tərəfindən alınmış çıxarış əsassızdır. Göstərilənlərə əsasən ilkin iddianın rədd edilməsi, DƏDRX-nin Bakı şəhər Ərazi İdərəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Çıxarışın(Seriya RX 0972259, Reyestr nömrəsi **********11-05301-093145, Qeydiyyat nömrəsi **********) ləğv olunaraq əvvəlki vəziyyətinə, yəni Bakı şəhər, Nəsimi rayonu, C.Səlimov küçəsi, ev 7, 41 saylı mənzilin Cavabdeh mülkiyyətinə qaytarılaraq ona yeni çıxarış verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ASC-nin nümayəndəsi X3 ilkin iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə ilkin iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 4, mənzil 140 "İddiaçı" ASC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1445 nömrəli reyestr kitabının 132421 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1417/2016 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh “X2 Mərkəzi” MMC-yə (Nəsimi rayon İcra şöbəsi iş üzrə maraqlı şəxs, İddiaçı ASC 3-cü şəxs qismində qeyd olunan) qarşı “hərracın yekunları barədə protokolun ləğvi” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(103)-9031/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1417/2016 saylı iş üzrə xx xxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmçinin, Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yuxarıda qeyd olunan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, İddiaçı ASC ünvan 4, mənzil 140-ı mülkiyyətinə qəbul etdiyinə görə cavabdehin həmin mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarını pozur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, ünvan 2 ünvanındakı 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 154,5 m2 olan 140 nömrəli mənzil boşaldılmalı və ev İddiaçı ASC-yə təhvil verilməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bundan əlavə, göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında mübahisəli evə dair hərracın yekunları barədə protokolun ləğvi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Qeyd olunan qətnamə ilə hazırki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hərracın yekunları barədə protokolun ləğvi barədə iddia tələbi rədd edilmişdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən onun qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəməhesabedirki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməli, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, ünvan 2 ünvanındakı 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 154,5 m2 olan 140 nömrəli mənzil boşaldılmalı və ev İddiaçı ASC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, ünvan 2 ünvanındakı 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 154,5 m2 olan 140 nömrəli mənzil boşaldılsın və ev İddiaçı ASC-yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar