Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-34/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «cavabdeh tərəfindən sökülmüş qonşu mənzillərin onun tərəfindən bərpa edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «cavabdeh tərəfindən sökülmüş qonşu mənzillərin onun tərəfindən bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qısa müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi ev 4 ünvanında yerləşən 120 və 122 saylı mənzillərin əvvəlki vəziyyətlərinin bərpa edilməsinə məcbur edilməsinə və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 iyun 2019-cu il tarixində, ********** qeydiyyat və **********59-05101-093024 reyestr nömrəsi ilə qeydə alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Bakı şəhəri, X2 küçəsi, ev 4, mənzil 121 ünvanında yerləşən mənzil onun tam mülkiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında Cavabdeh istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən, yəni Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 ünvanında 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun Cavabdeh tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Cavabdeh icarə əsasında istifadəsinə verilmişdir. Cavabdeh “dəyişdirilmə müqavilələrinə” əsasən köçürdüyü mənzillərin bəzilərinin qapı pəncərələrini və döşəmələrini qanunsuz olaraq sökmüşdür. Bildirir ki, qeyd etdiyi müqavilələr heç biri Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. Nəticədə hər bir imzalanmış “dəyişdirilmə müqaviləsi”nin heç bir hüquqi əhəmiyyəti yoxdur. Köçürülmüş sakinlərin mənzillərin sökülməsinin və ya onun tamlığının pozulmasının Cavabdeh MMC-nin maraqlarına uyğun olduğu aydındır. Odur ki, Cavabdeh MMC-nin digər mülkiyyətçilərin hüquqlarını pozan hərəkətlərlə razılaşması və ya onlara göz yumması, eləcə də həmin hərəkətlərin mülkiyyətçilərin və ya digər şəxslərin təşəbbüsü ilə həyata keçirildiyini bildirməsi onun məsuliyyətini istisna edə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, keçən müddət ərzində İddiaçı mülkiyyəti sökülmüş və hazırda mövcud deyildir. Bununla bağlı Nəsimi Rayon Prokurorluğunda müvafiq araşdırma aparılır. Araşdırma dövründə cinayət işi üzrə İddiaçı dəymiş ziyanın ödənilməsi ilə əlaqədar araşdırma zamanı təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, vurulmuş ziyanın məbləği 106000 manatdır. Həmçinin qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilmiş mənzillərlə bağlı müvafiq müqavilələr bağlanmış, həmin mənzillər boşaldılaraq MMC-yə təhvil verilmişdir. Bir sözlə həmin mənzillər hazırda mövcud deyil. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 121 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında Cavabdeh Məhdud Məəsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən, yəni Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 ünvanında 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun Cavabdeh tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Cavabdeh icarə əsasında istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 47 nömrəli Müqavilədən görünür ki, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi X5 36 kv.m-dən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada Cavabdeh MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 38.10 kv.m olan yaşayış sahə mənzilin mülkiyyətçisi X3 tərəfindən X1. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1635 nömrəli torpaq icarə müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 15500 kv.m torpaq sahəsi Cavabdeh MMCyə icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 13-cü maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsi isə müəyyən edir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyətin növündən asılı olmayaraq mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Bakı şəhəri, X2 küçəsi, ev 4, mənzil 121 ünvanında yerləşən mənzil iddiaçının tam mülkiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında Cavabdeh Məhdud Məəsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən, yəni Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 ünvanında 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun Cavabdeh tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Cavabdeh icarə əsasında istifadəsinə verilmişdir. Cavabdeh “dəyişdirilmə müqavilələrinə” əsasən köçürdüyü mənzillərin bəzilərinin qapı pəncərələrini və döşəmələrini olaraq sökmüşdür. İddiaçı iddia edir ki, qeyd etdiyi müqavilələr heç biri Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. Nəticədə hər bir imzalanmış “dəyişdirilmə müqaviləsi”nin heç bir hüquqi əhəmiyyəti yoxdur. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi tamamilə əsassız olduğundan təmin edilməməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında tərəflərin verdiyi izahatlardan aydın olur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, X2 küçəsi, ev 4 ünvanında yerləşən 121 nömrəli mənzil artıq sökülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iddiaçı və cavabdeh tərəf bu faktı öz izahatları ilə təsdiq edirlər. Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarında olan müqavilə bağlanmış vətəndaşların siyahısından və onlarla bağlanmış müqavilənin məzmunundan görünür ki, tikinti şirkəti ilə həmin mənzillərin mülkiyyətçiləri arasında razılıq əldə edilmişdir. İddiaçı bu müqavilələrin qanunsuz olduğunu iddia etsə də məhkəmə müqavilədə hər hansı bir qanuna zidd müddəa aşkar etməmiş, iddiaçı da buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu da onun iddiasının formal mülahizələrə əsaslandığını göstərir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının ümumiyyətlə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəməyə yalnız hüququ pozulmuş şəxs öz adından müraciət edə və iddia edilən pozuntunun aradan qaldırılmasında məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Hazırkı mübahisədə isə iddiaçı olan İddiaçı Bakı şəhəri, X2 küçəsi, ev 4, mənzil 120 və 122 nömrəli mənzillərin əvvəlki vəziyyətlərinin bərpa edilməsini xahiş etsə də həmin mənzillər iddiaçının mülkiyyətində olmadığından onun belə bir hüququ yoxdur. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-34/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-34/2024
30.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver