Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3405/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinə qarşı «əmək kitabçasındakı qeydlərdə dəyişiklik edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinə qarşı «əmək kitabçasındakı qeydlərdə dəyişiklik edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyi tərəfindən Nəsimi rayon sanitar-X5 rayonu Gigiyena və Epidemiologiya Mərkəzi adlandırılması barədə onun əmək kitabçasına zəruri əlavə yazıların yerinə yetirilməsi; Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin üzərinə onun xeyrinə mənəvi ziyanın kompensasiyası kimi 800 manat pul məbləğinin ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını; Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə Nəsimi rayon Məhkəməsinin xüsusi qərardadının göndərilməsi, Azərbaycan Respublikası əmək qanunvericiliyinə ciddi riayət edilməsinin zəruriliyinin göstərilməsi, məhkəmə xərclərinin ödənilməsinin cavabdeh Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinə həvalə olunmasını xahiş etmişdir. Sonradan, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində mülki işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 23.02.2021-ci il tarixə qədər Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzində həkim-epidemioloq işləmişdir. 19.02.2021-ci il tarixdə yaşla əlaqədar olaraq təqaüdə çıxmışdır. Əmək kitabçasına əsasən, o, Nəsimi rayon sanitar-epidemioloji stansiyasının (SES) ştatına qəbul olunmuşdur, Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzindən (GEM) çıxarılmışdır. Onun işlədiyi dövrdə təşkilatın adı dəyişmiş – sanitar-epidemioloji stansiya Gigiyena və Epidemiologiya Mərkəzi adlandırılmışdır. Bununla yanaşı, onun dəfələrlə müraciətinə baxmayaraq, Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin administrasiyası iş yerinin adının dəyişdirilməsi barədə onun əmək kitabçasında yazı yazmaqdan imtina etmişdir. GEM administrasiyasında ona yeni bir qeydlər etməyəcəyini söyləmiş, çünki o artıq işdən çıxarılmışdır və GEM-də işləmir. Direktor bildirmişdir ki, qanunla işləyir və buna görə də, sanitar-epidemioloji stansiyanın GEM-də adının dəyişdirilməsi barədə qeydlər aparılmayacaq. O, Respublika Tibb İşçiləri Həmkarlar Təşkilatına müraciət etmişdir. Həmkarlar Təşkilatı Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmək kitabçasında qeydlərin rəsmiləşdirilməsi üçün əmək kitabçalarının aparılması qaydalarının çıxarışları əlavə edilməklə onun iş yeri üzrə tibb X10na məktub göndərmişdir. Buna baxmayaraq, Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin müdiriyyəti yenə də müvafiq qeydin aparılmasına etiraz etmişdir. Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinin bu hərəkətləri ilə ona mənəvi ziyan dəymişdir. 12.03.2021-ci il tarixdə əmək kitabçasını aldıqdan sonra təqaüdün yenidən hesablanması üçün sənədləri indiyədək təqdim edə bilmir. Bundan başqa, dəfələrlə Gigiyena və Epidemiologiya Mərkəzinə, Respublika Tibb İşçiləri Həmkarlar Təşkilatına müraciət etməyə məcbur olmuşdur. Yuxarıda göstərilən səbəblərdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, onun tərəfindən 05.04.2021-ci il tarixdə əmək kitabçasında dəyişikliklər edilməsi barədə iddia ərizəsi verilmişdir. O, yalnız 1 dəfə 18.05.2021-ci il tarixdə – 08.06.2021-ci il tarixdə məhkəmə iclasının keçiriləcəyi barədə məlumat almışdır, lakin cavabdehin onun iddiası ilə razılaşmadığına dair yazılı məlumatın surəti ona təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-in 171-ci maddəsinə əsasən hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır. O, 4 dəfə (15.05.2021, 02.06.2021, 23.06.2021, 02.07.2021-ci il tarixlərdə) Nəsimi rayon məhkəməsinə ərizə ilə müraciət etmişdir ki, ayaqlarının xəstəliyi ilə əlaqədar onun iştirakı olmadan ərizəyə baxılsın. Lakin indiyə qədər məhkəmə tərəfindən heç bir qərar qəbul olunmamışdır. Dəfələrlə Nəsimi rayon Məhkəməsinin girişindən 31548 nömrəli daxili telefonla müraciət etdiyi zaman adını bilmədiyi köməkçi iclasın təxirə salındığını bildirmişdir. 30.07.2021-ci il tarixdə isə ona demişlər ki, ya o şəxsən iclasda iştirak etməlidir, ya da o, nümayəndəsini və ya vəkili göndərməlidir. Əks halda onun ərizəsi baxılmayacaq. Həm də 3-cü tərəf kimi DOST xidmətinin nümayəndəsi də iclasa dəvət olunmalıdır. Bir daha məhkəmənin nəzərinə çatdırır - o, məhkəməyə müraciət etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasında və Əmək Məcəlləsində nəzərdə tutulan hüquqları qorunsun. Çünki, o, süründürməçiliklə rastlaşmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsində işçinin əmək, sosial, iqtisadi hüquqları müvafiq hüquq normalarında təsbit olunmuşdur. Əmək Məccəlləsinin 308-ci maddəsinə əsasən işəgötürənlər, işçilər, icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən bu Məcəllənin, eləcə də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dürüst və eyni cür tətbiq edilməsinə, onların tələblərinin düzgün yerinə yetirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində prokurorluq orqanları, habelə səlahiyyəti bu Məcəllənin 15-ci maddəsi ilə müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bu orqan – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. 05 aprel 2021-ci il tarixli iddia ərizəsində o, xahiş etmişdir ki, barəsində Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru A.Rəştiyevə tapşırılsın ki, onun əmək kitabçasında 23.02.1988-ci il tarixdən 19.02.2021-ci il tarixə qədər işlədiyi müəssisənin adının dəyişməsi haqqında müvafiq qeydiyyat aparsın. Əvvəllər «Sanitariya-Epidemioloji Stansiya» adlanan müəssisə hal-hazırda «Gigiyena və Epidemiologiya Mərkəzi» adlanır. Lakin 32 il işlədiyi müəssisənin adının dəyişməsi barədə əmək kitabçasında heç bir qeyd aparılmamışdır. Təkcə onun Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzində işdən azad olunması haqqında qeyd vardır. Elə çıxır ki, o, heç vaxt işləmədiyi bir müəssisədən işdən azad olunmuşdur? Bu, qanunvericiliyə və əmək kitabçasının doldurulması qaydalarına ziddir. Belə ki, o, 1979-cu il tarixdən 1988-ci il tarixə qədər Azərbaycan Respublikası Sanitariya-Epidemioloji Stansiyasında işləmişdir və müəssisənin adı dəyişdirilib Azərbaycan Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi olduqda bu haqda əmək kitabçasında müvafiq qeydiyyat aparılmışdır. Nəyə görə Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nəsimi rayon X1 rayon Gigiyena və Epidemiologiya Mərkəzinə çevrilməsi haqqında əmək kitabçasında qeydiyyat aparmaqdan boyun qaçırır? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 saylı «işçilərin əmək kitabçasının tərtibi forma və Qaydalarının təsdiq edilməsi haqqında» qərarına əsasən, işəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Ancaq Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru A.Rəştiyev bu qərarın müddəalarını pozaraq, onun əmək kitabçasında əmrin nömrəsi və tarixi göstərilməklə, müəssisənin adının dəyişdirilməsi haqqında qeydiyyat aparmamışdır. Əmək Məcəlləsinin 309-cu maddəsi bu Məcəllənin tələblərinə əməl olunmasına ictimai nəzarəti nəzərdə tutur. Həmin maddəyə əsasən işçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanununda və bu Məcəllədə nəzərdə tutulmuş qaydada müvafiq həmkarlar ittifaqları orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanları tərəfindən həyata keçirilir. İşəgötürən və əmək münasibətlərinin digər iştirakçıları tərəfindən həmkarlar ittifaqlarının bu Məcəlləyə və digər normativ hüquqi aktlara əsaslanmış ictimai nəzarətinin həyata keçirilməsinə mane olunması, habelə onların qanuni və əsaslı tələblərinə əməl edilməməsi yolverilməzdir. Buna görə də, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin pozulmasına görə Azərbaycan Respublikası Tibbi X10 Komitəsinə müraciət etmişdir. Həmkarlar Komitəsi əvvəl şifahi, sonra isə yazılı şəkildə A.Rəştiyevə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 saylı «işçilərin əmək kitabçasının tərtibi forma və Qaydalarının təsdiq edilməsi haqqında» qərarını pozduğunu göstərmişlər. Buna baxmayaraq, Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru A.Rəştiyev yenə də əmək kitabçasında qeydi aparmaqdan boyun qaçırmış və bunu onunla izah etmişdir ki, o, artıq əmək kitabçasında işdən azad olunma barədə qeyd aparmışdır və ona müəssisənin adının dəyişdirilməsi haqqında arayış verilməsini təklif etmişdir. Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Yəni, arayış əmək fəaliyyəti haqqında sənəd deyil, mütləq əmək kitabçasında qeyd olmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, təqdim etdiyi əmək kitabçasının surətində ali məktəbdə oxuduğu dövrdə işləməsi haqqında qeyd vardır. Bu qeyd təqdim etdiyi arayış əsasında aparılmış və möhürlə təsdiq edilmişdir. Əgər o indi təqaüdə çıxmışdırsa və işləmirsə, bu arayışa əsasən qeydiyyatı kim aparacaq? Hesab edir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru səhvən deyil, bilərəkdən onun əmək kitabçasında müvafiq qeydiyyat aparmamış, bilərəkdən Azərbaycan Respublikası Əmək Məcəlləsinə və onun hüquqlarını pozmuşdur. Bu hərəkətlərin bilərəkdən olduğunu qeyd etmək istəyir. Belə ki, Respublika Tibb İşçiləri Həmkarlar Təşkilatının şifahi və yazılı müraciətlərindən sonra da Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru əmək kitabçasında qeydiyyat aparmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, əmək kitabçasında qeydiyyatın aparılmaması DOST Mərkəzinin hüquq və vəzifələrini pozmadığı üçün onların 3-cü tərəf kimi məhkəməyə dəvət olunması məqsədə uyğun deyildir. 3-cü tərəf kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iclasa dəvət olunmasını daha məqsədə uyğun sayır, çünki bu icra orqanıdır və onun hüquqları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsi ilə təsbit olunmuşdur. Məhkəmədən xahiş edir ki, işəgötürən Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru A.Ə.Rəştiyev onun hüquqlarının və Azərbaycan Respublikası Əmək Məcəlləsinin pozulmasında təqsirli bilinsin; Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru A.Ə.Rəştiyevə tapşırılsın ki, onun əmək kitabçasına Nəsimi rayon X1 rayon Gigiyena və Epidemiologiya Mərkəzinə çevrilməsi haqqında əmrin tarixi və nömrəsi göstərilməklə qeydiyyat aparsın; səlahiyyətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsində qeyd olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3-cü tərəf kimi məhkəmə prosesinə cəlb olunsun və onun iddia tələbləri əsasında əmək kitabçasında hüquqi işəgötürənin adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əmək kitabçasında qeydiyyat aparılmamasına rəy versin; iddia ərizəsinə onun iştirakı olmadan baxılsın. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, İddiaçı 23 fevral 1988-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək 33 il ərzində Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzində həkim epidemioloq vəzifəsində işləmiş, bundan sonra əmək pensiyasına çıxmışdır. Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi əvvəllər Bakı şəhəri Nəsimi rayon X7 adlandırılmış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 16 avqust 1990-cı il tarixli 63 saylı əmrinə əsasən Bakı şəhəri Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi adlandırılmış, lakin həmin vaxt bütün işçilərin, o cümlədən İddiaçı əmək kitabçalarında bu barədə müvafiq dəyişikliklər edilməmişdir. İddiaçı özü də dəyişiklik edilən vaxt Nəsimi rayon GEM-in rəhbərliyinə bu barədə əmək kitabçasına qeydiyyat aparılması barədə müraciət etməmiş, həmin səbəbdən əmək kitabçasındə dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 3.2-ci bəndinin 6-cı abzasında göstərilir ki, hüquqi şəxsin adı dəyişdirildikdə əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq olaraq aparılır. İddiaçı yalnız pensiya yaşına çatması ilə əlaqədar işdən çıxdıqdan və bu barədə əmək kitabçasında müvafiq qeydiyyat aparıldıqdan sonra Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edib, əmək kitabçasında Nəsimi rayon X4 adının dəyişdirilməsi, Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi adlandırılması barədə qeydiyyat aparılmasını xahiş etmiş, ona görə də əmək kitabçasında Bakı şəhər X7 tərəfindən müvafiq qeyd vaxtında aparılmadığı üçün ona Səhiyyə Nazirliyinin 16.08.1990-cı il tarixli 63 saylı əmrinə əsasən Bakı şəhər X4 və onun tabeliyində olan rayon X2 da adlarının dəyişdirilərək Gigiyena və Epidemiologiya Mərkəzi adlandırılması barədə əmək kitabçası əvəzi arayış təqdim olunmuş, lakin o, arayışı qəbul etməkdən imtina etmişdir, əsassız olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edib əmək kitabçasında əlavə yazıların yerinə yetirilməsini və ona guya mənəvi zərər vurulmasını göstərərək, buna görə ona 800 manat məbləğində pul ödənilməsini cavabdeh kimi göstərdiyi Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin üzərinə qoyulmasını xahiş etmişdir. Bununla əlaqədar bir daha qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin dəlillərin də heç bir hüquqi əsası yoxdur. Çünki, cavabdeh Bakı şəhəri Nəsimi rayon Gigiyena və X8 Artamasova qarşı onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən heç bir hərəkət edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinin qeydində göstərilir ki, işçiyə vurulmuş «mənəvi ziyan» dedikdə işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Nəsimi rayon GEM rəhbərliyi və kollektivi Mərkəzin bütün əməkdaşları kimi İddiaçı həmişə hörmət və ehtiramla yanaşmış, onun şəxsiyyətinə toxunan, şərəf və ləyaqətini alçalda bilən heç bir hərəkət etməmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 25 sentyabr 1979-cu il tarixdə doldurulmağa başlanmış İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı əmək fəaliyyəti barədə müxtəlif tarixlərdə qeydlər aparılmışdır. Həmin qeydlərin arasında iddiaçının iş yeri olmuş Bakı şəhəri Nəsimi rayon X4 adının dəyişdirilərək Bakı şəhəri Nəsimi rayonu Gigiyena və Epidemiologiya Mərkəzi adlandırılması barədə qeyd mövcud deyil; - İddiaçı yuxarıda adı çəkilən qeydin aparılması üçün cavabdeh Bakı şəhəri Nəsimi rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etmişdir; - Bakı şəhəri Nəsimi rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru A.Ə.Rəştiyev iddiaçının müraciətinə cavab olaraq əmək kitabçasına yuxarıda adı çəkilən qeydi etməmişdir. Lakin, iddiaçıya təqdim edilməsi üçün əmək kitabçası əvəzi adlı arayış tərtib edilmişdir. Həmin arayışda göstərilmişdir ki, Nəsimi rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-epidemioloqu İddiaçı əmək kitabçasında Bakı şəhər X7 tərəfindən müvafiq qeyd vaxtında aparılmadığı üçün bu arayış əmək kitabçasına əlavə kimi verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 16.08.1990-cı il tarixli 63 saylı əmrinə əsasən Bakı şəhər X3 və onun tabeliyində olan rayon sanitariya epidemioloji stansiyalarının da adları dəyişdirilərək Gigiyena və Epidemiologiya Mərkəzi adlandırılsın. Bu arayış tələb olunan yerlərə əmək kitabçası əvəzi kimi təqdim oluna bilər; - İddiaçının cavabdehə əsaslı müraciəti təmin edilmədiyindən, iddiaçı hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Sanitariya Epidemiologiya Xidmətinin X9 Komitəsinə müraciət etmişdir; - Azərbaycan Respublikası Sanitariya Epidemiologiya Xidmətinin X9 Komitəsinin 17 mart 2021-ci il tarixdə Nəsimi rayon Gigiyena və X6 İttifaqı Komitəsinə və surəti məlumat üçün iddiaçıya ünvanladığı 06 saylı məktubdan görünür ki, X9 Komitəsi əmək kitabçasında uyğunsuzluqla əlaqədar şikayəti təmin və icra edilməsi məqsədi ilə «işçilərin əmək kitabçasının tərtibi forma və Qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını Nəsimi rayon Gigiyena və X6 İttifaqı Komitəsinə göndərmişdir; - yuxarıda qeyd olunanlara baxmayaraq, iddiaçının müraciəti təmin edilməmişdir; - bu səbəbdən, iddiaçı hazırkı mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixdə təsdiq edilmiş 186 nömrəli qərarından görünür ki, «Fərdi əmək müqavilələri (kontraktları) haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli 420 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti - Azərbaycan Respublikasında «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və əlaqədar təşkilatlarla razılaşdırılmış Əsasnamnin təsdiq edilməsini (əlavə 1); Əmək kitabçasının və onun içliyinin formasının təsdiq edilməsini (əlavə 2, 3) qərara almışdır. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 3.2-ci maddəsinə əsasən işəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. İşin faktiki hallarından görünür ki, işəgötürən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 16.08.1990-cı il tarixli 63 saylı əmrinə əsasən Bakı şəhər X3 və onun tabeliyində olan rayon sanitariya epidemioloji stansiyalarının adları dəyişdirilərək Gigiyena və Epidemiologiya Mərkəzi adlandırıldığı zaman müvafiq əmr, yaxud sərəncam verməmiş, işçilərin, o cümlədən iddiaçının əmək kitabçasında müvafiq qeydiyyat aparmamışdır. Həmin qeydiyyatın aparılmaması işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının tələblərinə riayət edilməməsi ilə yanaşı, iddiaçının pensiya təminatı ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Hazırda əmək kitabçasında həmin qeydin aparılmaması iddiaçının hüquqlarını pozulması ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddiaçının iddia tələbi əmək kitabçasında müvafiq qeydin aparılmasına dair hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Nəsimi rayon sanitar-X5 rayonu Gigiyena və Epidemiologiya Mərkəzi adlandırılması barədə İddiaçı əmək kitabçasına müvafiq qeydin aparılması (əmrin nömrəsi və tarixi qeyd olunmaqla) öhdəliyi cavabdeh Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin üzərinə qoyulmalıdır. İddia qalan hissədə əsassız olduğundan təmin edilə bilməz. Həmçinin cavabdeh barəsində xüsusi qərardad çıxarılması üçün də əsas yoxdur. Belə ki, iddiaçı tərəfindən ona mənəvi ziyan vurulmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəfindən iddiaçıya münasibətdə barəsində xüsusi qərardad çıxarılmasına əsas verən hərəkət və ya hərəkətsizliyə yol verməmiş və cavabdehin iddiaçının əmək kitabçasında qeyd aparmaması iddiaçıya hər hansı ziyan vurulması məqsədi ilə bağlı olmasına dair işin hər hansı faktiki halı müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Nəsimi rayon sanitar-X5 rayonu Gigiyena və Epidemiologiya Mərkəzi adlandırılması barədə İddiaçı əmək kitabçasına müvafiq qeydin aparılması (əmrin nömrəsi və tarixi qeyd olunmaqla) öhdəliyi cavabdeh Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3405/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3405/2021
12.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver