Məhkəmə qərarları › İş №2(006)-3414/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3414/2021

29.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3414/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan “xxxx” ASC-nin nümayəndəsi X2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azərbaycan xxxx” ASC-yə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə “cavabdehə işdən azad olunma barədə ehökümət və dövlət sosial sistemində müvafiq qeydin aparılmasının həvalə edilməsi və məcburi işsizlik müddətinə görə zərərin kompensasiya kimi ödənilməsi” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərbaycan xxxx” ASC-yə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə “cavabdehə işdən azad olunma barədə ehökümət və dövlət sosial sistemində müvafiq qeydin aparılmasının həvalə edilməsi və məcburi işsizlik müddətinə görə zərərin kompensasiya kimi ödənilməsi” iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan xxxx” ASC-yə İddiaçı işdən azad edilməsi barədə ehökümət və Dövlət sosial sığorta sistemində müvafiq qeydin aparılmasının həvalə edilməsi, məcburi 48 ay işsizlik müddətinə görə zərərin kompensasiyası kimi 38400 (otuz səkkiz min dörd yüz) manat pulun “Azərbaycan xxxx” ASC-dən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 12.01.2012-ci il tarixdə “Azərbaycan xxxx” ASC-nin Nəsimi filialına “əməliyyat şöbəsinin aparıcı mütəxəssisii” vəzifəsinə işə qəbul edilmiş, 16.02.2015-ci il tarixdə bankın Mərkəzi filialında “mühasibat uçotu və nəzarət şöbəsinin aparıcı mütəxəssisi-nəzarətçi vəzifəsinə, 30.03.2015-ci il tarixdə isə əməliyyat şöbəsinin fiziki şəxslərlə iş qrupunun aparıcı mütəxəssisi vəzifəsinə keçirilmişdir. İddiaçı 19.01.2017-ci il tarixində 11K saylı Əmr əsasında ixtisara düşərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. İşdən azad olunması barədə əmr verilməsinə və Əmək kitabçasında buna dair qeyd aparılmasına baxmayaraq İddiaçı adı e-hökümət portalından silinməmiş, “Azərbaycan xxxx” ASC-nin işçisi kimi qalması səbəbindən nə başqa işə düzələ bilmiş, nə də ki işsizliyə görə müavinət almışdır. İddiaçı qeyd edilən məsələ ilə əlaqədar “Azərbaycan xxxx” ASC-yə müraciət etməsinə baxmayaraq bank tərəfindən hər hansı tədbir görülməmişdir. İddiaçı adının hökümət portalından silinməməsi ona 48 ay ərzində 38400 (otuz səkkiz min dörd yüz) manat zərərin vurulmasına gətirib çıxartmışdır. İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizə təqdim edərək iddia tələbinin “cavabdehə işdən azad olunma barədə e-hökümət və dövlət sosial sistemində müvafiq qeydin aparılmasının həvalə edilməsi” hissədə baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “Azərbaycan xxxx” ASC-yə qarşı “cavabdehə işdən azad olunma barədə e-hökümət və dövlət sosial sistemində müvafiq qeydin aparılmasının həvalə edilməsi” hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmsil etdiyi şəxsin məcburi 48 ay işsizlik müddətinə görə zərərin kompensasiyası kimi 38400 (otuz səkkiz min dörd yüz) manat pulun “Azərbaycan xxxx” ASC-dən alınaraq İddiaçı ödənilməsi hissədə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azərbaycan “xxxx” ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyib, iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X4 bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə baxış keçirilən zaman İddiaçı ilə “Azərbaycan xxxx” ASC-nin Nəsimi filialı arasında bağlanılmış 09.01.2012-ci il tarixli əmək müqaviləsi üzrə 13.04.2017-ci il tarixdə xxxxxxx000102 nömrəli (əmək müqaviləsinin müddətsiz olması və iş yerinin əsasdan əlavəyə dəyişdirilməsi) əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin nümayəndələrinin izahatlarını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan işəgötürən “Azərbaycan xxxx” ASC ilə işçi İddiaçı arasında bağlanmış 18.02.2015-ci il tarixli müddətli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 18.02.2015-ci il tarixdən 31.12.2015-ci il tarixədək əsas iş yeri olmaqla ASC-nin Mərkəzi filialının “mühasibat uçotu və nəzarət şöbəsinin aparıcı mütəxəssisi-nəzarətçi vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilə ilə əmək haqqının məbləği hər ay 850 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarında olan məhkəmə sorğusu ilə təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 29.06.2021-ci il tarixli **********6 saylı məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə baxış keçirilən zaman məlum olmuşdur ki: “Azərbaycan xxxx” ASC-nin Nəsimi filialı ilə İddiaçı arasında: - 09.01.2012-ci il tarixdə əsas iş yeri qeyd edilməklə əmək müqaviləsi bağlanılmışdır; - 25.12.2014-cü il tarixində əmək müqaviləsinə dəyişiklik edilmişdir (müddət uzatma və əmək haqqının artımı ilə əlaqədar); - 13.04.2017-ci il tarixində əmək müqaviləsinə yenidən dəyişiklik edilmişdir (müqavilənin müddətsiz edilməsi və iş yerinin əsasdan əlavəyə keçirilməsi ilə əlaqədar) - 19.01.2017-ci il tarixində həmin müqaviləyə Əmək Məcəllsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsinə baxmayaraq elektron informasiya sisteminə əmək müqaviləsi bildirişi 29.04.2021-ci il tarixində daxil edilmişdir. “Azərbaycan xxxx” ASC-nin Mərkəzi filialı ilə İddiaçı arasında: - 18.02.2015-ci il tarixində əlavə iş yeri qeyd edilməklə əmək müqaviləsi bağlanılmışdır; - 30.03.2015-ci tarixində həmin müqaviləyə dəyişiklik edilmişdir (işçinin vəziəsi dəyişdirilmişdir); - 19.01.2017-ci il tarixində həmin müqaviləyə Əmək Məcəllsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir baxmayaraq və həmin tarixdə elektron informasiya sisteminə əmək müqaviləsi bildirişi daxil edilmişdir. Mülki işin materiallarında olan işəgötürən “Azərbaycan xxxx” ASC ilə işçi İddiaçı arasında bağlanmış 30.03.2015-ci il tarixli müddətli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 30.03.2015-ci il tarixdən 31.12.2015-ci il tarixədək əsas iş yeri olmaqla ASC-nin Mərkəzi filialının “fiziki şəxslərlə iş qrupunun aparıcı mütəxəssisi” vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilə ilə əmək haqqının məbləği hər ay 850 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı: - 09 yanvar 2012-ci il tarixdən 18 fevral 2015-ci il tarixədək Azərbaycan xxxxnın Nəsimi filialının “əməliyyat şöbəsinin aparıcı mütəxəssisi-nəzarətçi vəzifəsinə; - 18 fevral 2015-ci il tarixdən 30 mart 2015-ci il tarixədək Azərbaycan xxxxnın Mərkəzi filialının “mühasibat uçotu və nəzarət şöbəsinin aparıcı mütəxəssisi-nəzarətçi vəzifəsinə; - 30 mart 2015-ci il tarixdən 19 yanvar 2017-ci il tarixədək Azərbaycan xxxxnın əməliyyat şöbəsinin “fiziki şəxslərlə iş qrupunun aparıcı mütəxəssisi” vəzifəsinə təyin edilmişdir. Mülki işin materiallarında olan əmək kitabçasının surətindən o da görünür ki, İddiaçı ASCnin 19.01.2017-ci il tarixli 11K saylı Əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən və Məcəllənin 77-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq tutduğu vəzifədən azad edilmişdir. Mülki işin materiallarında olan əmək müqaviləsi bildirişinə dair sosial arayışdan görünür ki, İddiaçı 09.01.2012-ci il tarixli əmək müqaviləsi üzrə 13.04.2017-ci il tarixdə xxxxxxx000102 nömrəli (əlavə iş yeri üzrə) əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilmiş, həmin bildiriş qüvvədədir və müqavilə statusu etibarlı olaraq qeyd edilmişdir. Mülki işin materiallarında olan məlumat sənədindən görünür ki, İddiaçı 18.02.2015-ci il tarixindən “Azərbaycan xxxx” ASC-nin əməliyyat şöbəsinin “fiziki şəxslərlə iş qrupunun aparıcı mütəxəssisi” vəzifəsində işləmiş, 19.01.2017-ci il tarixli 11k №-li Əmr üzrə işçilərin sayı və ya ştatları ixtisar edilməsi ilə əlaqdar əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarında olan “Azərbaycan xxxx” ASC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanladığı 21.01.2021-ci il tarixli 07-3-717/2021 saylı məktubundan görünür ki, “Azərbaycan xxxx” ASC (bundan sonra – Bank) ilə onun Nəsimi filialında çalışıb sonradan baş ofisə keçirilən bəzi işçilərə (o cümlədən əmək müqavilələrinə xitam verilmiş işçilərə) dair məlumatlarda “işə götürən” qismində Bank deyil, Nəsimi filialı göstərilmişdir ki, bu da əmək münasibətlərinin tənzimlənməsi zamanı həmin şəxslərə müəyyən çətinliklər yaradır. Yaranmış problemin həlli məqsədilə Bank tərəfindən X6 Xidmətinə həm şifahi, həm də yazılı müraciətlər edilmişdir. Yuxarıda qeyd edilən şəxslərə dair müvafiq məlumatlarda “işə götürən” qismində Nəsimi filialının Bankla əvəz edilməsi məqsədilə, “X7”nda Bankın Nəsimi filialının adında olan 1881-14010 nömrəli VÖEN-i ilə bağlı səlahiyyətlərin X8 sədrinə (X3) təqdim edilməsi üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin “Azərbaycan xxxx” ASC-yə ünvanladığı 17.02.2021-ci il tarixli **********8 saylı məktubundan görünür ki, “Azərbaycan xxxx” ASC-nin Nəsimi filialı tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri ilə bağlı müvafiq əməliyyatların aparılması üçün X8 sədrinin ASAN imzasına (imzanın nömrəsi-051226-16-89) səlahiyyətlərin verilməsi təmin edilmişdir. Mülki işin materiallarında olan “Azərbaycan xxxx” ASC-nin 19.05.2021-ci il tarixli arayışından görünür ki, 2017-ci ilin noyabr ayından etibarən filial şəbəkəsinin mərkəzləşdirilməsindən cari tarixədək Bankın Mühasibatlıq və uçot departamenti tərəfindən İddiaçı ilə bağlı heç bir DSMF ödənişi və yaxud gəlir vergisi hesablanması aparılmamışdır. İddiaçı ilə bağlı DSMF ödənişi və yaxud gəlir vergisinin hesablanıb ödənilməsi üçün müvafiq dövlət orqanlarından Bankın Mühasibatlıq və uçot departamentinə hər hansı sorğu daxil olmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmirdir ki, İddiaçı barəsində mərkəzləşdirilmiş informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində “Azərbaycan xxxx” ASC-nin Nəsimi filialına əsas iş yeri üzrə 09.01.2012-ci il tarixdə işə qəbul edilmiş, 13.04.2017-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilərək, o, həmin filialda əsas iş yerində əlavə iş yerinə keçirilməsi ilə bağlı qeydlər aparılmışdır. Eyni zamanda iddiaçı 18.02.2015-ci il tarixdən Azərbaycan xxxxnın Mərkəzi filialında əsas iş yeri üzrə işə qəbul edilsə də “Əmək müqaviləsi bildirişi” altsisteminə əlavə iş yeri kimi qeydiyyatdan keçirilmiş və 19.01.2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilərkən Mərkəzi filialında göstərilən iş yeri üzrə elektron bildiriş həmin gündə daxil edilmiş, lakin Nəsimi filialı üzrə sistemdə görünən elektron bildiriş isə sistemə yalnız 29.04.2021-ci il tarixində daxil edilmişdir. İddiaçı onu mübahisələndirir ki, onunla bağlanmış əmək müqaviləsinə “Azərbaycan xxxx” ASC tərəfindən 19.01.2017-ci il tarixdən xitam verilməsinə baxmayaraq hazırki vaxtadək əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə vaxtında daxil edilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi səbəbindən digər orqanlarda işə qəbul edilməmiş, həmçinin işsizliyə görə müavinət ala bilməmişdir. Cavabdehin nümayəndəsi etiraz edərək bildirdi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin vaxtında qeydiyyata alınmaması onların təqsiri ucbatından deyil, elektron informasiya sistemində yaranmış ləngimələr nəticəsində baş verib. Aparılmış danışıqlar nəticəsində müqavilə 29.04.2021ci il tarixdə qeydiyyata alınıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir (maddə 12). Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir (49-cu maddəsinin 1-ci bəndi). Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar (maddə 192). Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsinin) 58.1-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Əmək Məcəlləsinin 58.3-cü maddəsinə əsasən iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Əmək Məcəlləsinin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Əmək Məcəlləsinin 49.1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Mülki Məcəlləyə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1096.1, 1097.1). Məhkəmə yuxarıda sadalananları ümumiləşdirib qeyd edir ki, Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: -zərərin mövcud olması; -zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; -zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi İddiaçı onunla bağlanmış əmək müqaviləsinə (əlavə iş yeri üzrə) “Azərbaycan xxxx” ASC tərəfindən 19.01.2017-ci il tarixdən xitam verilməsinə baxmayaraq hazırki vaxtadək əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi səbəbindən digər orqanlarda işə qəbul edilməmiş, həmçinin işsizliyə görə müavinət ala bilməməsi ilə bağlı müvafiq kompensasiya tələbi ilə bağlı iddia qaldırsa da, əmək müqaviləsinin vaxtında qeydiyyata alınmaması nəticəsində onun məruz qaldığı əlverişsiz nəticələr ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, ilk öncə qeyd edilməlidir ki, qanunvericiliyə əsasən işçinin əlavə iş yeri üzrə işləməsi onun əsas iş yeri üzrə işə qəbul edilməsi üçün imtinayə əsas ola bilməz, bundan əlavə iddiaçı qeyd edilən müddət ərzində işə qəbul edilməsi ilə əlaqədar hər hansı bir orqana (müəssisə, təşkilat və s.) rəsmi qaydada müraciət etməsi, onun əmək müqaviləsinə xitam verilməsi barədə bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi səbəbindən işə qəbul edilməməsi və ya işə qəbul edilməkdən imtina barədə, habelə işsizlik müavinəti almaq üçün müvafiq orqanlara müraciəti və bu səbəbdən imtina alması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı 19.01.2017-ci il tarixdən hazıradək elektron qeydiyyatı aparılmadığı üçün işsizlik müavinəti ala bilmədiyindən ona dəymiş maddi ziyanı işəgötürəndən tələb etsə də real zərərin nədən ibarət olduğunu göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin) 89.3-cü maddəsi). Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azərbaycan xxxx” ASC tərəfindən əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməməsi səbəbindən 48 ay işsiz qalması və zərərin kompensasiyası kimi 38400 (otuz səkkiz min dörd yüz) manat maddi ziyanın vurulması barədə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “Azərbaycan xxxx” ASC-yə qarşı “məcburi işsizlik müddətinə görə zərərin kompensasiya qismində ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azərbaycan xxxx” ASC-yə qarşı “məcburi işsizlik müddətinə görə zərərin kompensasiya qismində ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar