Məhkəmə qərarları › İş №2(006)-3414/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3414/2023

14.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3414/2023 14.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "mülkiyyətə qəsdə son qoyulması və vurulmuş zərərin bərpa edilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı İddiaçı vəsatətinə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "mülkiyyətə qəsdə son qoyulması və vurulmuş zərərin bərpa edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ona məxsus ünvan 1 ünvanında çoxmənzilli binada yerləşən 18 saylı mənzilə edilən qəsdə son qoyulması və həmin mənzilin yerləşdiyi blok, binanın dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsinin üzərində salınmış asfalt yoluna vurulmuş zərərin cavabdeh tərəfindən bərpa edilməsi və gələcəkdə zərər vurulmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında yazılı ərizə təqdim edərək, ərizənin təmin edilməsini və hər iki işin bir icraatda baxılması üçün müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbi məhkəmənin icraatındadır. Eyni zamanda, Cavabdeh MMC-nin cavabdehlər İddiaçı, X1, X3 və X2 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair 2(006)-2632/2023 saylı mülki iş Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə xanım Heydərovanın icraatındadır. Hər iki iş əlaqəli iş olduğundan icraatda olan mülki işlə Əfsanə xanım Heydərovanın icraatında olan mülki işlərin birləşdirilərək bir icraatda baxılması məqsədəmüvafiq olardı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh MMC məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə vəsatətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, vəsatəti nəzərdən keçirib, mülki işin materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməli, hazırda icraatda olan İddiaçı Cavabdeh MMC-yə qarşı "mülkiyyətə qəsdə son qoyulması və vurulmuş zərərin bərpa edilməsi" tələbinə dair mülki iş məhkəmənin digər hakiminin icraatında olan 2(006)- 2632/2023 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatına daxil olmuş iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı "mülkiyyətə qəsdə son qoyulması və vurulmuş zərərin bərpa edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Vəsatətdən görünür ki, məhkəmənin digər hakiminin (X5) icraatında iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı, X1, X3 və X2 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, məhkəmənin yekun aktının tez əlçatanlığını, tərəflərin icraatın birləşdirilməsinə etiraz etmədiklərini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, hazırda icraatda olan İddiaçı Cavabdeh MMC-yə qarşı "mülkiyyətə qəsdə son qoyulması və vurulmuş zərərin bərpa edilməsi" tələbinə dair 2(006)-3414/2023 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı, X1, X3 və X2 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair 2(006)-2632/2023 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Hazırda icraatda olan İddiaçı Cavabdeh MMC-yə qarşı "mülkiyyətə qəsdə son qoyulması və vurulmuş zərərin bərpa edilməsi" tələbinə dair 2(006)-3414/2023 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı, X1, X3 və X2 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair 2(006)-2632/2023 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılsın. Mülki işlərə birlikdə baxılaraq 2(006)-2632/2023 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar