Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3421/2022 01.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə «doğum aktı qeydinin bərpa edilməsi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə «doğum aktı qeydinin bərpa edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 07 fevral 1944-cü il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Hazırda Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, 1061-ci məhəllədə 4 nömrəli evin 108 nömrəli mənzilində yaşayır. Doğum haqqında şəhadətnamədə ərizəçinin adı “Məhəmməd" kim qeyd edilmiş, həmin şəhadətnamədən başqa, indiyədək mövcud olmuş bütün digər sənədlərdə isə adı “Məmməd" kimi yazılmışdır. Bundan əlavə, AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsində doğulduğu gün və ay “xx.xx" kimi qeyd edilmişdir. Ərizəçinin adı məhz “Məmməd” kimi yazılmalıdır. Çünki doğum haqda şəhadətnamədən başqa, birmənalı olaraq bütün sənədlərdə adı məhz “Məmməd” kimi qeyd edilmişdir. Eyni zamanda, şəxsiyyət vəsiqəsində doğum tarixinin gün və ayı “xx.xx” kimi deyil, 13 fevral 1944-cü il kimi qeyd edilməlidir. Ərizəçi, bununla bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 05/Q-389/68 saylı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli məktubla cavab olaraq bildirmişdir ki, Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş A3 № 031598 nömrəli doğum haqqında şəhadətnamədə adı “Məhəmməd” kimi qeyd edilmiş, həmin şəhadətnamə üzrə doğum haqqında aktın əldə edilməsi məqsədi ilə arxivə sorğu verilmiş, lakin həmin akt aşkar edilməmişdir. Cavab məktubunda həmçinin qeyd edilmişdir ki, Ailə Məcəlləsinə istinadən, adı ilə bağlı mövcud sənədlərlə doğum haqqında şəhadətnamə arasında ziddiyyət olduğundan doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Göstərilənlərə əsasən ərizəçinin adının «Məmməd», doğum tarixinin isə “13 fevral 1944-cü iİ” kimi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, doğum akt qeydinin bərpası üçün doğumun qeyd edilmə faktının müəyyən edilərək, adının “Məmməd”, soyadının “Həsənov”, ata adının “Kərim”, doğum tarixinin “13 fevral 1944-cü il”, doğum yerinin “Bərdə şəhəri”, ata adının ”X8”, milliyyəti “azərbaycanlı”, ana adının “X6”, milliyyəti “azərbaycanlı” olması barədə doğum akt qeydinin bərpa olunması və onun əsasında yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Nəsimi Rayon Qeydiyyat Şöbəsi məhkəməyə müraciət edərək mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxs Nəsimi Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, Ərizəçi ilə birlikdə işləmişlər. Ərizəçinin adı Məmməddir. X16, anası Həsənova Ballıdır. Ərizəçinin doğum tarixi isə xx.xx.1944-cü ildir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, Ərizəçi onun dostudur. Ərizəçinin adı Məmməddir. X16, anası Həsənova Ballıdır. Ərizəçinin doğum tarixi xx.xx.1944-cü ildir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçinin adı Məmməddir. O, 13 fevral 1944-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, atası X8, anası X2r. İşin materiallarında olan Bərdə rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1961-ci il tarixdə verilmiş A3 № 031598 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 13 fevral 1944-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, atası X8, anası X2r. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin verdiyi AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1944-cü ildə Bərdə şəhərində anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İİ № 243840 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1975-ci il tarixdə 177 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlər nəzərdən keçirilərkən şəxsiyyət vəsiqəsində adın “Məmməd” qeyd edildiyi halda, Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ 031598 nömrəli doğum haqqında şəhadətnamədə adın “Məhəmməd” kimi qeyd edildiyi aşkar edilmişdir. Eyni zamanda, Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1944-cü ildə tərtib edilmiş 06 nömrəli doğum haqqında akt qeydinin istənilməsi barədə Azərbaycan Respublikasının Dövlət Arxivinə və Bərdə rayon Qeydiyyat şöbəsinə sorğu göndərilmiş, lakin doğum haqqında məlumat aşkar edilməmişdir. Qeyd olunanlara əsasən təqdim edilmiş sənədlər arasında ziddiyyət olduğundan doğum haqqında akt qeydinin bərpası qeydiyyat şöbəsində mümkün olmamışdır. Əsaslandırıcı hissə: Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx.xx.1944-cü ildə Bərdə şəhərində anadan olmuş, atası X8, anası X2r. Ərizəçinin doğum haqqında şəhadətnaməsində adı səhvən Məhəmməd yazılmışdır. Eyni zamanda, şəxsiyyət vəsiqəsində doğum tarixi dəqiq yazılmamışdır. Ərizəçi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Maraqlı şəxs bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1944-cü il tarixdə, Bərdə şəhərində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunmalı, doğum haqqında akt qeydləri kitabında adının “Məmməd”, soyadının “Həsənov”, ata adının “Kərim”, doğum tarixinin “13 fevral 1944-cü il”, doğum yerinin “Bərdə şəhəri”, atasının adının ”X8”, milliyyəti “azərbaycanlı”, anasının adı “X6”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılmalı və bunun əsasında doğum haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «doğum akt qeydinin bərpa edilməsinə dair» ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.1944-cü il tarixdə, Bərdə şəhərində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunsun. Doğum haqqında akt qeydləri kitabında adının “Məmməd”, soyadının “Həsənov”, ata adının “Kərim”, doğum tarixinin “13 fevral 1944-cü il”, doğum yerinin “Bərdə şəhəri”, atasının adının ”X8”, milliyyəti “azərbaycanlı”, anasının adı “X6”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılsın və bunun əsasında yeni doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3421/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3421/2022
01.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver