Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3439/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı "istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində yerləşən, 5 "A" saylı evin, 35 saylı mənzili Bakı Şəhəri 51 saylı X7 X1 tərəfindən 4Ə-494 nömrəli reyestrlə təsdiq edilmiş xx xxx 2019-cu il tarixli "Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi"nə əsasən X11 tərəfindən İddiaçı bağışlanmışdır. Həmin "Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi"nə əsasən mübahisəli mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxx 2019- cu il tarixli "Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış"a əsasən iddiaçının mülkiyyətinə keçmişdir.Belə ki, İddiaçı Cavabdeh ilə xx xxxx 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, onların birgə nikahından xx xxxxxx 2016-cı il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-978/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2016-cı il tarixdə bağlanmış və 1 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 178 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin uşağı xx xxxxxx 2016-cı il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması qət edilmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh azyaşlı uşağı ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4cümikrorayon Əlisgəndər İsgəndərov küçəsində yerləşən 5 "A" saylı evin, 35 saylı mənzilinə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş X2 Respublikası Kaspiysk şəhəri inzibati ərazi nümayəndəliyinin VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2016-cı il tarixdə X2 Respublikası Kaspiysk şəhərində doğulmuş, atası İddiaçı, anası Cavabdehdır. İşin materiallarında olan Bakı şəhəri 51 saylı X7 notariusu Ü.F.Kərimov tərəfindən təsdiq olunmuş, 4ə-494 reyestrlə qeydə alınmış xx xxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X11 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 4cümikrorayon, Əlisgəndər İsgəndərov küçəsində yerləşən 5 "A" saylı evin, 35 saylı mənzilini İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cümikrorayon, Əlisgəndər İsgəndərov küçəsi, b.5a, m.35 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarındakı Azərbaycan Respublikası Bakı şəhər X5 Mənzil Kooperativ Təsərrüfat İdarəsi “T” 70 №-li mənzil-tikinti kooperativi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X11, X10, Cavabdeh və X9 Bakı şəhəri, Nəsimi rayonu, 4-cümikrorayon, Əlisgəndər İsgəndərov küçəsində yerləşən 5 "A" saylı evin, 35 saylı mənzilində pasport qeydiyyatındadırlar. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-978/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 178 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin övladı xx xxxxxx 2016-cı il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması, İddiaçı xx xxxx 2020-ci il tarixdən başlayaraq, tərəflərin övladı xx xxxxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cümikrorayon, Əlisgəndər İsgəndərov küçəsi, ev 5 "A", mənzil 35 İddiaçı xüsusi mülkiyyətindədir, cavabdeh əvvəllər həmin mənzildə yaşamış, hazırda isə orada formal olaraq qeydiyyatdadır. Eyni zamanda müəyyən olundu ki, cavabdeh mübahisəli mənzildə uzun müddətdir ki, yaşamır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» x xxxxxxx 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan Qərarda belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki işdən göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibətləri 2016-cı ildə yarandığından Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Eyni Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh mənzilin mülkiyyətçisi İddiaçı keçmiş ailə üzvüdür. Bu səbəbdən mübahisəli hüquq münasibətləri yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən sonra yarandığından (2016-cı il), cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələ Mənzil Məcəllənin 30.4-cü maddəsi əsasında həll olunmalıdır. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mülkiyyətçinin keçmiş ailə üzvü kimi özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması işə baxılarkən öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh azyaşlı uşağı X9 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4cümikrorayon, Əlisgəndər İsgəndərov küçəsində yerləşən 5 "A" saylı evin, 35 saylı mənzilinə dair istifadə hüququnun olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh azyaşlı uşağı X9 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cümikrorayon, Əlisgəndər İsgəndərov küçəsində yerləşən 5 "A" saylı evin, 35 saylı mənzilinə dair istifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3439/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3439/2020
29.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver