Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3468/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "doğumun qeyd edilmə faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi " doğumun qeyd edilmə faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası - X9, anası - X2 olan Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistanın Amasiya rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistanın Amasiya rayonunda doğulmuşdur. Atası - X9, anası isə X1r. Valideynlərinin xx.xx.1980-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Onun doğumu Ermənistanın Amasiya rayon qeydiyyat şöbəsində qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. 1988-ci il tarixdə, erməni işğalçılarının torpaqlarının işğal etməsi səbəbindən ailəsi ilə məcburiyyət qarşısında qalaraq, Bakı şəhərinə köçməli olmuşlar. Bakı şəhərində yaşadığı müddətdə naməlum şəraitdə doğum haqqında şəhadətnaməmi itirmişdir. Hal-hazırda anasına pensiya təyin edilməsi üçün ondan övladlarının doğum haqqında şəhadətnamələri tələb olunur. Ərizə ilə Maraqlı şəxsnə müraciət edərək, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-62- 125/2024 saylı cavab məktubunda bildirilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə qərarı olmadan doğum haqqında akt qeydinin bərpa edilməsinin və ona doğum haqqında təkrar şəhadətnamənin verilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə onun doğumumun qeydə alınma faktı təsdiq olunmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan, Amasiya rayonunda doğulmuşdur. Ermənistan SSR-nin Amasiya rayonunun Güllubulaq kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli 453880 nömrəli nikah haqqında şədatənamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X10 ilə X5 ilə xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuşlar. Hərbi Komisarlıq tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli AO ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətində Ərizəçi doğulduğu yer kimi Ermənistan Respublikası, Amasiya rayonu göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-20255/2024 saylı məktubuna əsasən, xx.xx.1982-ci il təvəllüdlü Ərizəçi xx.xx.2018-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin alınmasına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün olmamışdır. 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ İV 977099 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, ərizəçinin qardaşı X13 xx.xx.1987-ci il tarixdə Ermənistan, Ağbaba rayonunda doğulmuşdur, atası X9, anası X3r. Ermənistan SSR Amasiya rayonunun Güllübulaq kənd soveti tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli 385206 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, ərizəçinin bacısı X12 xx.xx.1984-cü il tarixdə Ermənistan SSR, Amasiya rayonunda doğulmuşdur, atası X9, anası X3r. Ermənistan SSR Amasiya rayonunun Güllübulaq kənd soveti tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli 257784 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, ərizəçinin qardaşı X11 xx.xx.1985-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonunda doğulmuşdur, atası X9, anası X3r. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X9 ifadəsində bildirmişdir ki, Ərizəçi atasıdır. Ərizəçi anası X2 ilə xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 5 uşaqları - Əsgərov Əsgər, Əskərova Könül, Əsgərov Sabutay, Əsgərov Şəhriyar və Ərizəçi doğulmuşdur. Ərizəçi da daxil olmaqla onlardan dördü Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. 1988-ci ildə Ermənistan Respublikasından məcburi köçkün kimi Bakı şəhərinə gəlmişlər. Uşaqlarından yalnız biri Əsgərov Şəhriyar 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Oğlu Ərizəçi özünə məxsus doğum haqqında şəhadətnaməsini itirmişdir. X2 ifadəsində bildirmişdir ki, Ərizəçi anasıdır. xx.xx.1981-ci il tarixdə Ərizəçi atası ilə nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 5 uşaqları olmuşdur. Ərizəçi da daxil olmaqla onlardan dördü Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. 1988-ci ildə Ermənistan Respublikasından məcburi köçkün kimi Bakı şəhərinə gəlmişlər. Uşaqlarından biri 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür; 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1982-ci ildə Ermənistan, Amasiya rayonunda doğulmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün maraqlı şəxs Nəsimi Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edildiyi, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadığından, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi da məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1982-ci ildə Ermənistanın Amasiya rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin faktı təsdiq edən sənədin alınması ərizəçiyə bir sıra hüquqi məsələlər üçün lazımdır. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin bərpasını tələb etdiyi halı, yəni Ərizəçi xx xxxxxx 1982-ci ildə Ermənistanın Amasiya rayonunda doğulmasını iş üzrə toplanmış sübutlarla təsdiq etmək mümkündür. Bu halı təsdiq edən sənəd- yəni şəxsə məxsus doğum haqqında şəhadətnamə hazırda mövcud olmadığından, bu hal yalnız aparılmış icraat çərçivəsində toplanmış sübutlarla təsbit olunmalıdır. Beləliklə, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1982-ci ildə Ermənistanın Amasiya rayonunda doğulmasına dair doğum akt qeydi bərpa edilməli və doğum akt qeydində ata qrafasında “X9”, atanın milliyyəti “azərbaycanlı”, ana qrafasında “X4”, ananın milliyəti “azərbaycanlı” qeyd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1982-ci ildə Ermənistanın Amasiya rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Əskərov”, adı “Elşən”, ata adı “Murad”, doğum tarixi “xx.xx.1982-ci il”, doğum yeri “Ermənistan, Amasiya rayonu”, ata qrafasında “atası X9, milliyyəti “azərbaycanlı”, ana qrafasında “anası X5, milliyyəti “azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3468/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3468/2024
26.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver