Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3471/2025 23.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, Ərizəçi (Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb olunmaqla) mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyən edilməsi barədə ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi (Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb olunmaqla) mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və ünvan 218 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X1 mülkiyyət hüququnun tanınması və bu əmlaklarla bağlı Ərizəçi mülkiyyət hüququnun qorunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş materialları araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizə qəbul etməkdən imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. Mülki Prosesual Məcəllənin 305.1-ci maddəsi ilə məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxılır. Ərizənin məzmunundan müəyyən olunur ki, Ərizəçi məhkəmə aktı ilə xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlakların (Abşeron rayonu, Quşçuluq yaşayış massivi, 8-ci küçə ünvanındakı fərdi yaşayış evi və ünvan 4aq sahəsinin) cinayət törədilməmişdən əvvəlki dövrdə, birgə nikah dövründə və birgə vəsait hesabına əldə olunaraq birgə mülkiyyət olmasına, belə olan halda həmin əmlakların ona aid hissənin müsadirəsinin yolverilməzliyinə istinad edərək, həmin əmlaklar üzərində özünün də payının müəyyən olmasına nail olmaq istəyir ki, göründüyü kimi ərizəçinin müvafiq tələbi xüsusi icraat qaydasında baxılması nəzərdə tutulan MPM-in 307.2.6-cı maddəsinin dispozisiya şərtlərinə uyğun deyildir. Ərizəçi isə mülki prosessual qanunvericilikdə nəzərədə tutulmuş iddia icraatı qaydasında deyil, xüsusi icraatı qaydasında məhkəməyə müraciət etmişdir ki, bu da qeyd olunan tələbə müvafiq icraat çərçivəsində baxılmasını mümkünsüz edir. Belə olan halda məhkəmə hesab edir ki, bu növ tələblərə iddia icraatı qaydasında baxılmalı olmadığından ərizə qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Ərizəçiyə izah olunur ki, birgə mülkiyyət hesab etdiyi əmlaklar üzərində payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməklə iddia icraat qaydasında məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi (Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb olunmaqla) mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyən edilməsi barədə ərizəsinin yolverilməzliyə görə qəbulundan imtina edilsin. Ərizəçiyə, sadalanan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3471/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3471/2025
23.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver