Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3492/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı məcburi işburaxma üçün əmək haqqı və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə X9 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 31 05 2023-cü il tarixli, 52/K-A nömrəli əmrin ləğv edilməsi, X3 "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ümumilikdə ödənilmiş 800 manat, mediasiya prosesi üçün ödənilən 56 manat rüsum, vurulmuş mənəvi zərərin əvəzi 10000 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq X5 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, əmək fəaliyyəti ilə bağlı xx.xx.2021-ci ildə "Buta Traidinq“ MMC-nin İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənlə rəsmiləşdirilmiş Əmək Müqaviləsi müddətli bağlanmış və xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur. Əmək münasibətlərinə, qanun qaydalara ciddi riayət edərək fəaliyyət göstərmiş və vicdanla davranaraq heç bir qüsur və çatışmazlıqlara yol verməmiş bir neçə iş günü keçdikdən sonra, birbaşa tabeçiliyində olduğu şöbə müdiri Tağızadə Aidə ona vəzifə borclarına tamamilə zidd olan (iş vaxtı onun saçlarının fenlə düzləşdiriməsi, iş vaxti avtomobil vasitəsilə onun övladını evdən götürərək müəllim yanına hazırlığa aparmasını, sonra isə evə geri gətirməsini və digər şəxsi məsələlər) tapşırıqlar və göstərişlər verməyə başlamışdır. Bu cür tapşırıq və göstərişlərə haqlı olaraq razılıq vermədiyi üçün, lakin iş fəaliyyəti ilə bağlı heç bir əsas və səbəb olmadan birbaşa əlaqələrlə işlədiyi şöbə müdirinin ona yersiz etirazları ilə qarşılaşmışdır və 19.04 2021-ci ildə AR ƏM-nin 70-ci maddəsinin "d" bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xəbərdarlıq olunmadan əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad etmişdir. Xüsusilə vurğulamaq istəmişdir ki, onunla Əmək Müqaviləsi 3 aylıq müddətə bağlanmışdır və bitmə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur, heç bir sınaq müddəti qeyd edilməmişdir. Lakin, məhkəmə prosesləri zamanı müqaviləni saxtalaşdıraraq 1 ay sınaq müddəti qeyd edilməsi qarşı tərəfdən iddia edilmişdir. Müqavilənin saxtalaşdırılması faktının olub-olmamasını müəyyən etmək üçün Apellyasiya Məhkəməsi tərəfindən Əmək müqaviləsi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli Ekspert Rəyində tədqiqatın nəticəsi olaraq Əmək Müqaviləsinin saxtalaşdırılması faktı təsdiq olunmuşdur. İşdən çıxarılması ilə razılaşmayıb müəssisə rəhbərliyinə və sonradan müvafiq aidiyyəti orqana şikayətlər etmiş və Əmək hüquqlarının Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli **********5 saylı məktubu ilə bildirilmişdir ki, onun Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X13 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı “Buta Traidinq" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən cəmiyyət ilə arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021 -ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda "xxxx" MMC-nin direktoru X16 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək. "xxxx" MMC- dən işdən azad olunması barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, insan resursları şöbəsinin insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi, barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin № 2(006)-4705/2021, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC-nin X11 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmrin ləğv edilməsi, X3 "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğinin "xxxx" MMC-dən tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1135/2022 nömrəli, xx.xx.2022 tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin bu qətnaməsindən də kassasiya şikayəti versə də, Ali Məhkəmənin 2(102)-5682/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin sözügedən qərarı xx.xx.2022-ci ildə çıxsa da indiyədək icra olunmumamışdır. Yalnız xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də işə bərpa olunduğunu bir neçə gün keçdikdən sonra öyrənsə də, yenidən rəhbərlik tərəfindən işə buraxılmamış və xx.xx.2023-cü il tarixdə işdən azad edilmişdir. Cavabdeh tərəfindən qətnamə və qərarların icrasına könülsüzlük nümayiş etdirildiyini gördükdə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023cü il tarixlərdə iş yerinə gedərək mövcud vəziyyətlə maraqlanmaq istəmişdir. Orada ona İnsan Resursların şöbə rəhbəri X6 və İcraçı direktor müavini X17 tərəfindən hədə-qorxu edilmiş, problemlər yaradaçaqlarını və burada işləməyinin mümkün olmayaçağını bildirmişlər. Bundan sonra cavabdehin işçiləri tərəfindən əmək fəaliyyətinin həyata keçirilməsinə icazə verilmədiyini öyrənmiş və dərhal Əmək Müfəttişliyinə şikayət etmişdir. İşlə bağlı Əmək Müfəttişliyi tərəfindən araşdırılma aparılmış və yekunda cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimələnməsi barədə məlumat verilmişdir. Qanunu pozmaqları azmış kimi, həmin şəxslər ailə üzvlərinə kobud, qeyri-etik davranış nümayiş etmişlər və xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin ofisindən evə qayıtdıqdan sonra atasının səhhətində ciddi narahatlıq yaranmış və onlar Təcili tibbi yardıma müraciət etmək məcburiyyətində qalmışlardır. Cavabdehin xx.xx.2023cü il tarixli, 52/K-A nömrəli xitam əmri poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixində sorğu göndərdiyindən sonra ona xx.xx.2023-cü il tarixdə çatmışdır. Cavabdeh bu dəfə onu Əmək Məcəlləsinin 68/2 b bəndi ilə əmək fəaliyyətinə xitam vermişdir. Bununla bağlı bildirmək istəmişdir ki, sözügedən xitam əmri tamamilə qanunsuz və əsassızdır. Belə ki, yuxarıda qeyd edilən məhkəmə qərarlarının icra olunmaması azmış kimi, cavabdeh iyun ayının 17si bağlanan əmək müqaviləsinə may ayının 31-i müddətin qurtarması ilə xitam verərək qanuna hörmətsizlik nümayiş etdirmişdir. Eyni zamanda analoji hallar üçün Əmək Məcəlləsində müəyyənləşdirilmiş bir həftə əvvəlcədən xəbərdarlıq edilməsi və ya bildirişin verilməsi cavabdeh tərəfindən həyata keçirilməmişdir. Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi, cavabdeh yenə qanunsuz əməllərinə davam etmiş və əsassız olaraq onu işdən azad etmişdir. Bununla bağlı xitam əmrini alan kimi dərhal mediasiya proseslərinə başlamış və daha sonra 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2023-cü il tarixə, saat 16:00-a X10 təyin edilsə də cavabdeh və ya onun nümayəndələri həmin sessiyaya gəlməmişdir. Bununla bağlı Mediasiya təşkilatından arayış almışdır və 56 manat ödəniş etmişdir. Eyni zamanda bildirmək istəmişdir ki, "xxxx" MMC ilə əvvəlki məhkəmə mübahisəsi zamanı Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)-1135/2022 nömrəli iş olmuşdur. Qeyd olunan iş üzrə xx.xx.2022-ci il tarixində vəkil ilə müqavilə bağlamış və həmin müqavilənin dəyəri cavabdehdən tələb etmək imkanı olmamışdır. Həmin müqavilənin dəyəri 300 manat olmuşdur. Bununla yanaşı hazırki iş üzrə Vəkil ilə müqavilə bağlamış və həmin müqavilənin də qəbzi qoşmaya əlavə ediləcəkdir. Həmin müqavilənin dəyəri 500 manat olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hal-hazırda cavabdehin qanunsuz hərəkətləri nəticəsində işləmir və heç bir yerdən gəliri yoxdur. Sadalanan məbləğlərin hamısını borc almış həmin borcları qaytarmaq məcburiyyətindədir Ali Məhkəmənin 2(102)-5682/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı indiyədək icra olunmadığı üçün cavabdeh ona boşdayanma halları üçün müəyyənləşdirilən əmək haqqını ödəmir. Ona görə də bütün bu məbləğləri cavabdehdən tələb etmək məcburiyyətində qalmışdır. Bunlarla yanaşı bildirmək istərmişdir ki, cavabdehin qanunsuz əməlləri nəticəsində 2 ildən artıq müddətdir ki, yollardadır və mənəvi zərərə məruz qalmışdır. Bütün bunlara baxmayaraq heç bir nəticəyə nail olmamış və bu da onun mənəvi zərərini dərinləşdirmişdir. Məhkəmə prosesləri ilə yanaşı icra mərhələsində də qanunlara tabe olmayan cavabdehin qanunsuz hərəkətləri nəticəsində bəzən gün ərzində dəfələrlə müxtəlif qurumlara getmək məcburiyyətində qalmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri onda mənəvi sarsıntı və depressiya əlamətləri meydana gətirmişdir ki, nəticədə də o, fəal ictimai həyatını davam etdirməkdən məhrum olmuşdur. Bununla yanaşı qeyd olunan xoşagəlməz hallar nəticəsində özünə və ailəsinə kifayət qədər vaxt ayıra bilməmiş və onlara qayğı göstərməkdən məhrum olunmuşdur. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Ona vurulan mənəvi zərərin həcmi 10000 manatdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 52/K-A nömrəli əmr əsasında məcburi işburaxma müddəti üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı ödənilməsi; hüquqi xidmət göstərilməsi üçün ümumilikdə ödənilmiş 800 manat, mediasiya prosesi üçün ödənilən rüsum olan 56 manat, vurulmuş mənəvi zərərin əvəzi 10000 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəmə elektron sisteminə əlavə edilən xx.xx.2023-cü il tarixli 69/k nömrəli əmrdən aydın olur ki, xx.xx.2023-cü il tarixli, 52/K-A nömrəli xitam əmri ləğv edilmiş və İddiaçı "xxxx" MMC-də insan resursları şöbəsinə insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilmişdir. Buna əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023 tarixli qərarı olmuşdur. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddiaçının izahatına oxşar izahat verdi. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili X7 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli BT-İX-049 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də insan resursları üzrə kiçik mütəxəssiz vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X16 tərəfindən işdən azad edilmə barədə 52/K-A №-li xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, həmin əmr Cavabdeh MMC-də insan resursları üzrə kiçik mütəxəssiz vəzifəsinə çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilməsi, istifadə etmədiyi 9 təqvim günü əmək məzuniyyəti üçün pul əvəzinin ödənilməsinin təmin edilməsi haqqında verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X16 tərəfindən işçinin işə bərpası barədə 69/K №-li xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, həmin əmr Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin 17 iyul 2023-cü il İş №-3-17-5/2- 26228/2023 saylı qərarı əsasında 31 may 2023-cü il tarixli 52/K-A saylı xitam əmrinin ləğv edilməsi, yeni ştat vahidi yaradılaraq İddiaçı “insan resursları üzrə kiçik mütəxəssis” vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti (xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək) üçün əmək haqqının ödənilməsi, işçinin əmr ilə tanış edilməsi, bu əmrin sürətinin maliyyə şöbəsinə təqdim edilməsi, əmrin icrasına nəzarətin İnsan Resursları şöbəsinə tapşırılması, işçinin xx.xx.2023-cü il tarixindən işə başlanması haqında verilmişdir. Əmrin verilməsinə əsas Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin 17 iyul 2023-cü il İş №-3-17-5/2- 26228/2023 saylı qərarı göstərilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən X8 xx.xx.2023-cü il tarixdə ünvanlanmış 56 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin çıxardığı xx.xx.2023cü il iş №3-17-5/2-26228/2023 saylı qərara əsasən, onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixli 52/K-A saylı xitam əmrinin ləğv edilməsi bildirilmişdir. İşçinin işə bərpa barəsində 69/K nömrəli xx.xx.2023-cü il tarixli əmrə əsasən xx.xx.2023-cü il tarixindən işə başlamasına rica edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsi tərəfindən Cavabdeh MMC-nin direktoru X12 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, X3 Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı Cavabdeh MMC-dən X13 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023 tarixli qərarına əsasən X9 barəsində verilmiş xx.xx.2021 -ci il tarixli BT-İX-049 saylı xitam əmri ləğv edilərək müddətli (xx.xx.20221-xx.xx.2021) əmək müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən vəzifəsinə bərpa edilmişdir. Lakin E. Vəliyeva ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası gözlənilmədən xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci mədəsinin 2-ci hissəsinin “b” bəndi (müqavilənin müddətinin qurtarması) ilə xitam verildiyi məlum olmuşdur. İddiaçı müddətli əmək müqaviləsinə müddəti qurtarmadan xitam verildiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin (müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir) tələbləri pozulmuş və bu səbəbdən barənizdə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Qeyd olunanları nəzərə alaraq 30 gün ərzində İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 52/K-A nömrəli əmri ləğv edərək törədilmiş qanun pozuntusunu aradan qaldırılmasını təmin edib nəticəsi barədə X13 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan əmək haqqı üzrə çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı AZ92PAHA41010AZNFK********** saylı hesabına xx.xx.2023-cü il tarixdə iyun, iyul ayları üçün 989.04 manat köçürülmüşdür. İş materiallarında olan tərəflər arasında 17 mart 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, iddiaçının aylıq əmək haqqısı 549,16 manat qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçı ödənilən məbləğin doğru hesablanmadığını və onun hesablamalarına uyğun olmadığını qeyd etdi. İş materiallarında olan qəbzlərin sürətlərindən görünür ki, iddiaçı hüquqi yardıma görə 19 yanvar 2022-ci il tarixdə 300, 16 iyun 2023-cü il tarixdə 500 manat vəsait ödəmişdir. İş materiallarında olan Abşeron Rayon Mərkəzi X4 Şöbəsinin xx.xx.2023-cü il tarixli siqnal vərəqəsinin surətindən görünür ki, X2 “arterial hipertenziya” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə, hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndində nəzərdə tutulmuş ləğv edilməsi əsasları pozulduğundan İddiaçı xx.xx.2023-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin “10 000 manat mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən o, müəyyən müddət işsiz qalmaqla məyus olmuş, müəyyən məhrumiyyətlərlə üzləşməklə ona mənəvi zərər dəymişdir. Lakin, məhkəmə, iddiaçının qısa müddətdə işinə bərpa edilməsini nəzərə alaraq mənəvi zərərin həcminin iddiada göstərilən məbləğdə deyil 500 manat miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “hüquqi xidmət göstərilməsi üçün ümumilikdə ödənilmiş 800 manat, mediasiya prosesi üçün ödənilən rüsum olan 56 manat”ın tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 300 manat və 500 manat ödənişlər edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 800 manat məbləğində pul tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X10nda tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X10nda üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərcini tələb etdiyindən, onun tərəfindən mediasiya təşkilatına ödənilmiş 56 manat Cavabdeh MMC-dən alınaraq, İddiaçı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunaraq İddiaçı xx.xx.2023-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 56 manat mediasiya xərci və hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi 800 manat Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməli, İddiaçı vurulmuş mənəvi ərərin əvəzi 500 manat Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 56 manat mediasiya xərci və hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi 800 manat Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilsin. İddiaçı vurulmuş mənəvi zərərin əvəzi 500 manat Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3492/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3492/2023
19.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver