Məhkəmə qərarları › İş №2(006)-3493/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3493/2020

08.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3493/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Professor Ə.F.Qarayev adına 2 saylı X2rşı «işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Professor Ə.F.Qarayev adına 2 saylı X2rşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Professor Ə.F.Qarayev adına 2 saylı X3 xx.xx.2010-cu il tarixli 8-K nömrəli əmrinin ləğv edilməsi, tutduğu vəzifəyə yenidən qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində mülki işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1984-cü ildən Professor Ə.F.Qarayev adına 2 saylı X4 həkim kimi iş fəaliyyətinə başlamışdır. 1993-cü ildən isə həmin xəstəxananın Kliniki-diaqnostik laboratoriyasının şöbə müdiri vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə iş kollektivi ilə səmimi iş münasibətində olması ilə yanaşı, həm də işini yüksək səviyyədə peşəkarcasına yerinə yetirmişdir. Lakin onun yerinə özünün «layiqli» müştərisini tapan baş həkim Azər Xudiyev özünün sifarişi əsasında qanunsuz yoxlama təşkil etdirərək, əvvəlcə fəaliyyətini yoxlatdırmışdır. Bu yoxlamada onun barəsində toplanmış material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Lakin sifariş əsasında göndərilmiş materialın haqlı olaraq böhtan olması öz təsdiqini tapmışdır. Bundan sonra Baş həkimin sifarişi ilə yenidən Səhiyyə Nazirliyindən iş otağına yoxlama göndərilmişdir. Lakin bu yoxlamada heç bir nöqsan aşkar olunmadığına görə ona hədə-qorxu ilə guya öz xahişi ilə işdən azad olunması barədə dekabr ayının sonlarında ərizə yazdırılmışdır. O, əvvəlcə razı olmasa da, baş həkim onu hədələmişdir ki, «əgər öz razılığınla işdən çıxmasan səni maddə ilə işdən çıxaracam və heç bir yerdə işləyə bilməyəcəksən». Buna görə də, o, qorxub razılaşmışdır və öz xahişi ilə işdən azad olunması barədə ərizə yazmışdır. Lakin sonradan yaxınları ilə məsləhətləşdikdə sonuncular ona iradlarını bildirərək baş həkimin onu cinayətkarcasına aldatdığını bildirmişlər. Buna görə də, o, dərhal həm baş həkimin, həm də həmkarlar təşkilatının sədrinə poçtla teleqram vuraraq ərizəni zorla yazdırdıqlarını, tutduğu vəzifədən azad olunmaq istəmədiyini bildirmişdir. Məhz bu müraciətlərindən sonra 2020-ci ilin ilk iş günündə – xx.xx.2020-ci il tarixdə qondarma həmkarlar təşkilatının iclası ilə onu qərəzli və əsassız olaraq vəzifəsindən azad etmişlər. Vəzifəsindən azad edilməsi ilə bağlı əmri o, poçt vasitəsi ilə xx.xx.2020-ci il tarixdə aldıqdan sonra, xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmədə ona izah etmişlər ki, işə bərpa edilmə tələbi ilə bağlı aidiyyatı üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etməlidir. Buna görə də, hesab edir ki, Professor Ə.F.Qarayev adına 2 saylı X3 Baş həkiminin xx.xx.2010-cu il tarixli 8-K nömrəli əmri məhkəmə tərəfindən ləğv edilməli və yenidən tutduğu vəzifəyə qaytarılması barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə bərpa tələbinə dair işlərə 1 ay müddətində baxılaraq, yekun məhkəmə aktı çıxarılmalı olmasını, həmçinin cavabdeh tərəfin işə baxılmasını tələb etməsini nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı barəsində müxtəlif səpkili şikayət ərizələrinın daxil olmasını, iddiaçıya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işində müntəzəm pozuntulara yol verdiyi üçün işdən azad edilmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı barəsində vətəndaşlar tərəfindən müntəzəm olaraq nazirliyə şikayətlər daxil olmuş, iddiaçıya işində yol verdiyi pozuntuların aradan qaldırılması tələb edilsə də, göründüyü kimi nəticə çıxarmamış və Professor Ə.F.Qarayev adına 2 saylı X8 tərəfindən haqlı olaraq işdən azad edilmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Professor Ə.F.Qarayev adına 2 saylı X3 baş həkimi A.Xudiyevin xx xxxxxx 2019-cu il tarixli 200 saylı əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 6-7/Ə-25880 saylı məktubuna və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən Kliniki diaqnostik laboratoriyanın şöbə müdiri İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Professor Ə.F.Qarayev adına 2 saylı X3 baş həkimi A.Xudiyevin xx xxxxxx 2020-ci il tarixli 8-K saylı əmri ilə əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən kliniki-diaqnostik laboratoriyanın şöbə müdiri vəzifəsindən azad edilmiş, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 23 t.g. ödənilməsi və işçi ilə son haqq-hesab aparılması, İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surətinin Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi əmr edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, işəgötürən ona qərəzli davranmış, hədə-qorxu gələrək işdən azad edilməsi barədə ərizə yazılmasına nail olunmuşdur. Lakin işin faktiki hallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçı barəsində müxtəlif səpkili şikayət ərizələri daxil olmuş, həmin ərizələr araşdırılmış, işəgötürən tərəf iddiaçıya münasibətdə hər hansı qərəzli hərəkət və ya hərəkətsizliyə yol verməmişdir. Hədə-qorxu gəlmə ilə bağlı mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı indiyə qədər ona hədə-qorxu gəlinməsi ilə əlaqədar heç bir orqana şikayət etməmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi bağlanmış, işəgötürənə iddiaçı ilə bağlı şikayət ərizələri daxil olmuş, işəgötürən işçiyə münasibətdə qərəzli olmamış, obyetiv araşdırma aparılmış, iddiaçıya Əmək Qanunvericiliyinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, daha sonra isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Professor Ə.F.Qarayev adına 2 saylı X2rşı «işə bərpa» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Professor Ə.F.Qarayev adına 2 saylı X2rşı «işə bərpa» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar