Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-351/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi evə sahiblik və istifadə hüququ olmayan hesab edilmələrinə, pasport qeydiyyatından çıxarılmaları üçün Nəsimi rayon Polis İdarəsi Pasport Qeydiyyat Şöbəsinin üzərinə öhdəlik qoyulması barədə qətnaməm çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu əsasında ünvan 1 ünvanında yerləşən fərdi ev onun istifadəsindədir və Nəsimi rayon İcra Hakimiyyətinin 17 aprel 1996-cı il tarixli 721 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən evə pasport qeydiyyatına alınmışdır. 1992-ci ildən ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Son zamanlar ona məlum olub ki, bacısı və onun övladı ona məxsus fərdi evə onun xəbəri olmadan qeydiyyata düşüb. Bacısı Cavabdeh1 1997-ci ildə X7 ilə nikaha daxil olub və onunla birlikdə müxtəlif ünvanlarda yaşamış, hal-hazırda isə ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayırlar. Dəfələrlə Cavabdeh1 evdən çıxması tələb olunsa da, o, evdən çıxmayacağını bildirmiş və hətta, evin bölünməsini də tələb etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, yazılı etiraz təqdim edərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı Nəsimi rayon Polis İdarəsi Pasport Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə sahiblik və istifadə hüququ olmayan hesab edilmələri, pasport qeydiyyatından məcburi qaydada çıxarılmaları üçün Nəsimi rayon Polis İdarəsi Pasport Qeydiyyat Şöbəsinin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. Belə ki, iş materiallarında olan 17.04.1996-cı il tarixli sərəncamdan görünür ki, İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək, C.Məmmədquluzadə küçəsi 121A ünvanında yerləşən evə pasport qeydiyyatına düşməsini xahiş etmişdir. Rayon İcra Hakimiyyətinin müstəsna qaydada pasport qeydiyyatına baxan komissiyasına təqdim edilmiş ərizə və digər sənədlərə baxılmış və müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən ev özbaşına tikilmişdir və İddiaçı orada qeydiyyatsız yaşayır. Həmin Sərəncamı ilə İddiaçı ünvan 4 ünvanında yerləşən evə pasport qeydiyyatına götürülmışdür. İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon MKTB-nin 59 saylı MKİS-nin 19 may 2021-ci il tarixli Arayışından görünür ki, C.Məmmədquluzadə küçəsi 121a ünvanında yerləşən evdə İddiaçı gğstərilən ailə tərkibi ilə qeydiyyatdadır: bacısı Cavabdeh1, bacısı oğlu X5, bacısı qızı Cavabdeh2, h.yoldaşı X6, oğlu X10, qızı X8. İş materiallarında olan 02 may 2021-ci il tarixli aktdan görünür ki, aktı imzalayan şəxslər X2, X9, X1 həmin aktı tərtib etdilər ondan ötəri ki, həqiqətən Cavabdeh1, Cavabdeh2, X5 adlı şəxslər İddiaçı məxsus C.Məmmədquluzadə küçəsi 121a ünvanında yerləşən evdə heç bir vaxt yaşamamışlar və birgə təsərrüfat aparmırlar və o adda şəxsləri həmin ünvanda gərməmişlər. İş materiallarında olan 10. 09.2021-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 5 ünvanına dair İdarənin arxivində aşkar edilən texniki pasportun təsdiq edilmiş surətini təqdim edilir. məlumat üçün bildiririk ki, arxiv əsaslarında sözügedən ünvan ilə əlaqədar ilkin torpaq sənədləri və cizgi haqqında məlumat (sənəd) aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdırıb, tətbiq edilməli olan hüquq normalarına əsasən onlara qiymət verib belə hesab edir ki, İddiaçı istifadəsində olan və ünvan 1 ünvanında yerləşən fərdi ev özbaşına tikinti olduğundan onun cavabdehlər Cavabdeh1 və qızı Cavabdeh2, mübahisəli evdən sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma tələbi əsassızdır və təmin edilməməlidir. Bu səbəbdən də İddiaçı cavabdehlər Cavabdeh1 və qızı Cavabdeh2 qarşı sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma tələbi təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-351/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-351/2022
24.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver