Məhkəmə qərarları › İş №2(006)-3522/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3522/2025

29.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3522/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 1 saylı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 doğum akt qeydinin bərpa edilərək onun 09 sentyabr 1955-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonunda doğulma faktının müəyyən edilməsi, yeni doğum haqqında şəhadətnamə verilməsi və yeni doğum haqqında şəhadətnamə verilərkən doğum tarixinin 09 sentyabr 1955-ci il, doğum yerinin Ermənistan SSR-nin Vardenis rayonu, ad, soyad, ata adı qrafasında X3 qeyd edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında X4, ana qrafasında X2 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə etmiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə xüsusi icraat qaydasında təqdim edilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. İş materialları ilə müəyyən edilən hal ondan ibarətdir ki, ərizəçinin atası Qazaxıstan Respublikasının Alma-Ata şəhərində anadan olmuşdur, belə ki, elektron məhkəmə informasiya sistemi üzərində verilmiş sorğulara əsasən və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrindən də qeyd edilən hal müəyyən edildiyindən mərhum şəxsin Ermənistan Respublikasında doğulması faktının müəyyən edilməsi və bununla da şəxsin doğum aktı qeydinın bərpası mümkün deyildir. Odur ki, hazırki halda ərizəçinin mərhum atasının doğum akt qeydinin bərpası barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.10, 306, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi 1 saylı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Hökumət ödəniş portalı, mədaxil qəbz nömrəsi: **********, tarix: xx.xx.2025) dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar