Məhkəmə qərarları › İş №2(006)-3527/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3527/2020

14.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3527/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı XX oğlunun, iddiaçının nümayəndəsi və vəkili XX oğlunun və cavabdeh XX Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili XX oğlunun iştirakları ilə İddiaçı XX oğlunun cavabdeh XX Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx əmrinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı XX oğlunun cavabdeh XX Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx əmrinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, XX MMC-nin 001-W-20 nömrəli, xx xxx 2020-ci il tarixli əmri ilə XX MMC-nin X5 Satış üzrə yarımbölmə rəhbəri olan iddiaçıya “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” verilmişdir. İddiaçı XX MMC-nin Baş İcraçı Direktoru M.M.Rainerə şikayət ərizəsi ilə müraciət edərək, XX MMC-nin 001-W-20 nömrəli, xx xxx 2020-ci il tarixli əmrinin ləğv edilməsini, hazırkı məsələ ilə bağlı hərtəfli, tam və obyektiv araşdırma aparılması, qanunsuzluqların aradan qaldırılması və təqsirli şəxslərin məsuliyyət məsələsinin həll olunması üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq iddiaçının şikayəti ilə əlaqədar hər hansı müsbət qərar qəbul olunmamışdır. Sözügedən əmrin qəbul edilməsindən əvvəl də iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddiaçının barəsində aparılan “gizli kampaniya” ilə bağlı xx xxx 2020-ci il tarixdə rəsmi müraciət göndərilməsinə baxmayaraq, bu müraciətlərə də cavabdeh tərəfindən əhəmiyyət verilməmişdir. İddiaçı barəsində verilmiş xx xxx 2020-ci il tarixli əmr ona qarşı süni hazırlanmış kampaniyanın, saxtalaşdırılmış dəlillərin, birtərəfli aparılmış araşdırmanın nəticəsində qəbul edilmişdir, bu səbəbdən və aşağıda göstərilənlərə əsasən iddiaçı hesab edir ki, məhkəmə tərəfindən əmr ləğv olunmalıdır. Birincisi, iddiaçı bildirir ki, XX MMC-nin Satış İdarəsinin bir neçə şəxsi xeyli müddətdir ki, onu istərsə XX MMC-dən, istərsə idarəsindən uzaqlaşdırmaq məqsədilə ona qarşı çirkin oyun aparır. xx xxx 2020-ci il tarixə qədər onlar öz məqsədlərinə nail ola bilməsələr də, axır ki, iddiaçı haqqında xx xxx 2020-ci il tarixli əmrin verilməsinə nail oldular. Belə ki, bundan sonra iddiaçının cüzi bir xətasını əsas götürüb bu kampaniyanın müəllifləri onun işdən çıxarılmasını və ya digər idarə və şöbələrə başqa aşağı maaşlı bir işə keçirilməyisini planlaşdırıblar. Ardından, xx xxxxxx 2020-ci il tarixdə bütün qanunvericilik normaları alt-üst edilərək Pərakəndə Satış Şöbəsinin rəhbəri X12un adından iddiaçı istisna olmaqla şirkətin bir çox əməkdaşına Ərazi üzrə Satış menecerlərinin rəhbəri İddiaçı apardığı fəaliyyətində bəzi dəqiqləşdirmələr tələb olunduğuna görə Satış Direktorunun qərarı ilə XXun müəyyən müddətə vəzifədən kənarlaşdırıldığı barədə mail göndərilmişdir. İşdən kənarlaşıdırılması və bunun əsasları barədə an şifahi və yazılı məlumat tələb etməsinə, bu barədə qərarın surətinin verilməsini istəməsinə baxmayaraq, iddiaçıya heç bir məlumat və bu barədə qərar təqdim edilməmişdir. Əksinə, yenə də qeyri-qanuni olaraq iddiaçını bu günə kimi öz vəzifəsinin icrasından uzaqlaşdırıblar, hətta iddiaçının vəzifə funksiyalarını başqa şəxslər arasında bölüşdürüblər ki, bu, ona qarşı aparılan kampaniyanın məqsədini açıqcasına göstərir. Belə ki, xx xxx 2020-ci il tarixli əmrlə iddiaçıya yalnız xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx verilsə də, nədənsə ona qarşı qurulmuş kampaniyanın memarları bu günə kimi onu öz vəzifələrinin icrasına buraxmamışlar. Bu kampaniya o qədər qərəzli və qanunsuzdur ki, sözügedən əmrin verildiyi xx xxx 2020-ci il tarixə qədər də bir sıra qanun pozuntuları ilə müşaiyət olunmuşdur. Əmək Məcəlləsinin 16-cı maddəsində əmək münasibətlərində işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti şəkildə qadağan edilsə də, sözügedən məsələnin araşdırılması zamanı buna riayət olunmamışdır. İddiaçı bildirir ki, barəsində verilmiş xx xxx 2020-ci il tarixli əmr, sübut və dəlilləri nəzərə alınmasa belə qanuniliyi və əsaslığı şübhə doğurur. Belə ki, 1) İddiaçının haqqında qəbul edilən əmrin verilməsinə əsas olmuş sənədlərdən biri kimi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri üzrə dilerlərlə keçirilən iclasın protokolları, iclasda iştirak etmiş bəzi dilerlərin çıxışları götürülsə də, nədənsə əmrə yalnız əvvəlcədən öyrədilmiş bir neçə dilerin izahatları əlavə olunmuş, qərəzli olaraq iclasda iştirak etmiş digər dilerlərin izahatları alınmamış və protokolda təhrif edilmişdir. Halbuki, onların izahatları bir çox məsələyə aydınlıq gətrmiş olardı. Bundan başqa, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri üzrə dilerlərlə keçirilən iclasın protokollarına diqqət yetirildikdə müəyyən olunur ki, iddiaçıya qarşı onun hər-hansı qanunsuz hərəkətləri barədə bir müddəa yoxdur. 2) Əmrdə qeyd olunub ki, sanki əməliyyat-axtarış işi aparılıb və iddiaçının avtomobilinin baqaj hissəsində 3500 ədəd “xxxxxxxxxxxi” aşkar olunub, bununla da onun təqsiri müəyyən olunub. Əvvəla, 3500 ədəd “xxxxxxxxxxxi”nin avtomobildə olmasını şəxsən iddiaçı özü bildirmişdir, ikincisi, avtomobil iddiaçının xüsusi mülkiyyətində olan əmlak deyil, onun işlədiyi XX MMC-yə məxsus əmlakdır, bütün səyyar işlər xidməti avtomobil vasitəsi ilə həyata keçirilir, “xxxxxxxxxxxi”nin avtomobildə olması işin qaydasıdır, sözügedən avtomobil hər gün saat 18:00-da şirkətə geri təhvil verilir, eyni zamanda həftəsonları şirkətin qarajında qalır. Eyni zamanda, avtomobil “pool car” olduğu üçün, iddiaçıdan başqa daha iki nəfər tərəfindən idarə edilir. Bundan başqa, iddiaçı bildirir ki, ümumiyyətlə nömrələrin paylanması onun məsul olduğu bir vəzifə öhdəliyi deyil, əgər Departament rəhbəri ona nömrələrin paylanması göstərişini verməsə, iddiaçı ümumiyyətlə bu tapşırığı yerinə yetirməzdi. Eyni zamanda yoxlanılsa müəyyən olunar ki, nömrələrin paylanmasına məsul olmuş hər 2 kurator həmin vaxt işə çıxmamışlar, odur ki, işdə olmadığı təqdirdə bu işin görülməsi üçün əlavə adam ayrılmalı idi ki, ayrılmadığından iddiaçıya həvalə olunmuşdur. 3) Əmrdə iddiaçıya qarşı irəli sürülən məsələlərdən biri də, “xxxxxxxxxxxi”nin verilməli olmasına baxmayaraq bəzi dilerlərin təmin edilməməsi, buna görə hədəfə çatmadıqları barədə Emin Bayramovun izahatıdır. İddiaçı bildirir ki, Emin Bayramovun izahatı mötəbər və qərəzsiz sayıla bilməz. Belə ki, bu kampaniyanın memarları çox gözəl bilirlər ki, sözügedən hadisədən bir neçə ay əvvəl bir çox neqativ hallara görə Emin Bayramov iddiaçı tərəfindən rəhbərlik etdiyi qrupdan kənarlaşdırılmışdır. Lakin, iddiaçının razılığı olmadan bir müddət sonra bu kampaniyanın memarlarından və icraçılarından olan X12 tərəfindən X13-u əvəz etmək üçün geri qaytarılmışdır. Odur ki, Emin Bayramovun iddiaçıya qarşı çıxış etməsi və bu sifarişdə iştirak etməsinin şəxsi səbəblərinin olması aydındır. 4) Göstərilənlərdən başqa, əgər obyektiv araşdırma aparılsaydı, dəqiq müəyyən olunardı ki, “xxxxxxxxxxx”lərinin lazımi qaydada paylanmasında, vaxtında paylanmasında və s. neqativ məsələlərdə iddiaçının təqsiri olmamışdır. Bunu müəyyən etmək üçün iddiaçının zənninə görə, hərtərəfli və obyektiv yanaşma kifayət edəcəkdir. 5) Hətta aparılmış araşdırmanın nəticələri qəbul edilsə belə, iddiaçı düşünür ki, ona “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” kimi intizam tənbehinin verilməsi ədalətli sayıla bilməz. Belə ki, o, 2005-ci ildən XX MMC-də işləyir. İşlədiyi dövr ərzində özünü nümunəvi işçi kimi göstərmiş, bir dəfə olsun belə nizam-intizam qaydalarının pozuntusuna yol verməmiş, əksinə, dəfələrlə rəhbərlik tərəfindən təltif edilmiş, mükafatlandırılmış, bir neçə dəfə “ilin işçisi” seçilmiş, bir sözlə, daima şirkətin ona göstərdiyi yüksək etimadın doğruldulması üçün çalışmış və bütün işini bu prinsip əsasında qurmuşdur. Belə olan halda birdən-birə hətta onun tərəfindən hər hansı çatışmazlığa yol verilməsini qəbul etsək belə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” kimi ağır intizam tənbehinin verilməsi ədalətli deyil. Beləliklə, bütün yuxarıda göstərilənlərə əsaslanaraq iddiaçı hesab edir ki, XX MMC-nin 001-W-20 nömrəli, xx xxx 2020-ci il tarixli əmri mötəbər olmayan, qərəzli və qeyri-obyektiv dəlillər əsasında qəbul edilmişdir, bununla bağlı tam araşdırma aparılmamışdır. Bu səbəbdən həmin əmrin ləğv olunması zəruridir. Göstərilənlərə əsasən "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" verilməsinə dair XX MMC-nin 001-W-20 nömrəli, xx xxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı XX oğlu iddia ərizəsinə əlavə təqdim edərək, ərizədə göstərilən xüsusatlar barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı XX oğlu, onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh XX Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk növbədə intizam tənbehinin verilməsi üçün müddətin ötürülməsi ilə bağlı qeyd edir ki, 2020-ci ilin yanvar ayında XX MMC-yə rəsmi dilerlərdən “xxxxxxxxxxx”lərinin paylanmasında ayrı-seçkiliyə yol verilməsinə dair şikayətlər daxil olmuş və məsələnin araşdırılması “xxxxxxxxxxx” MMC-nin Daxili və X3 həvalə edilmişdir. Qeyd olunan məsələ ilə bağlı “xxxxxxxxxxx” MMC-nin Daxili və X4 tərəfindən xx.xx.2020ci il tarixdə XX MMC-nin rəhbərliyinə yekun arayış təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli arayış əsasında İddiaçı Namiq oğluna XX MMC tərəfindən 001-W-20 nömrəli, xx.xx.2020ci il tarixli əmr ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” verilmişdir. Belə ki, əmək intizamının pozulması “xxxxxxxxxxx” MMC-nin arayışı ilə təsdiq olunmuşdur. Yəni intizam tənbehinin aşkar edildiyi gün arayışın tarixi olan xx.xx.2020-ci il hesab olunmalıdır. XX MMC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” əmri isə xx.xx.2020-ci il tarixdə verilmişdir. Qeyd olunanlara əsasən aydın olur ki, əmək intizamının pozulduğunun aşkar edildiyi gündən bir ay keçmədən intizam tənbehi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, XX MMC-də rəsmi dilerlərdən daxil olan şikayətlərin araşdırılması və pozuntuların aşkarlanması zərurəti meydana gəlmişdir və bununla əlaqədar olaraq “xxxxxxxxxxx” MMC-nin Daxili və X2 araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı XX oğlunun “099” prefiksi ilə başlayan nömrə resurslarının satışı məqsədilə ayrılmış “xxxxxxxxxxx”lərinin dillerlərə paylanmasında ayrıseçkiliyə yol verdiyi, hədəflərə uyğun paylanmadığı və bir neçə dilerə isə müraciət etmələrinə baxmayaraq onlara "xxxxxxxxxxxi"nin verilmədiyi müəyyən edilmişdir. Eyni zamanda İddiaçı Namiq oğlunun idarə etdiyi XX MMC-yə məxsus "Hyundai Elantra" markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobilin baqaj hissəsində 3500 (üç min beş yüz) ədəd "xxxxxxxxxxxi" olduğu aşkar edilmişdir. Vəzifə təlimatına əsasən iddiaçı satışın idarə və icra edilməsinə görə məsul şəxs olmuşdur. Belə ki, satışa çıxarılan məhsulların distribütor və diler kanalları üzrə bölgüsünü aparmaq İddiaçı Namiq oğlunun vəzifə funksiyalarına daxil olmuşdur. İş materiallarında olan işəgötürən XX MMC ilə işçi XX oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 1370/1 nömrəli əmək müqaviləsindən görünür ki, XX oğlu XX MMC-nin Satış departamentinin Pərakəndə satış bölməsində ərazi üzrə satış meneceri vəzifəsinə işə qəbul olunmuşdur. Həmin əmək müqaviləsinə xx.xx.2017-ci il tarixli 3 saylı dəyişiklikdən görünür ki, XX oğlu XX MMC-nin Satış idarəsinin Pərakəndə satış şöbəsinin Ərazilərdə satış üzrə yarımbölmə rəhbəri vəzifəsinə keçirilmişdir. XX MMC-nin Satış İdarəsinin əməkdaşı tərəfindən yol verilmiş pozuntulara dair “xxxxxxxxxxx” MMC-nin Daxili və X1 xx.xx.2020-ci il tarixli arayışından görünür ki, XX MMC-nin Satış idarəsinin Pərakəndə satış şöbəsinin Ərazilərdə satış üzrə yarımbölmə rəhbəri vəzifəsində çalışan İddiaçı XX oğlunun “099” seriyalı nömrələrin dillerlərə paylanmasında ayrı-seçkiliklərə yol verməsinə 20-yə yaxın diller etirazlarını bildirərək, müraciətlərinə qısa müddətdə baxılmasını və problemin həll olunmasını xahiş etmişlər. Tərəflərindən aparılmış araşdırma zamanı bir neçə dilerlə görüş keçirilmiş, X6, X7, X8, X9 və X10 izahatlarında göstərmişlər ki, son dövrdə Satış departamentinin, xüsusən də İddiaçı rəhbərlik etdiyi şöbənin fəaliyyətindən narazıdırlar. Belə ki, onlara qarşı yad, kobud münasibət bəslənilir, sim kart paylanışında ayrı-seçkilik edilir, bazarda süni qiymət artımı yaratmaq üçün müxtəlif manipulyasiyalar aparılır. Həmçinin, “**” prefiksi bazara çıxdıqdan sonra əhalinin tələbatı qarşılığında onlara istənilən sayda sim kart ayrılmır, hətta iclasda dilerlərə təqdim olunan sim kartların sayında qəsdən “artıq yazma” halları baş verir. Müəyyən edilmişdir ki, cari ilin əvvəlindən etibarən 8000 (səkkiz min) ədəd boş sim kartın dilerlər arasında paylanması üçün göstəriş verilmişdir. XX və onun rəhbərlik etdiyi şöbənin əməkdaşları birbaşa rəhbərin tələblərinə əməl etmədən, özbaşına qərarlar qəbul etmiş, distribütor Caspian GSM-ə 1500 ədəd, qeyri-rəsmi diler kimi fəaliyyət göstərən Səyavuş Kərimova isə 3500 ədəd sim kart verməklə, qalan sim kartları özü istədiyi kimi paylamış, 500 ədəd sim kartın isə harada olması barədə məlumat əldə etmək mümkün olmamışdır. Bu istiqamətdə aparılmış tədbilər zamanı XXun idarə etdiyi şirkətə məxsus **-PX-*** dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomibilə baxış keçirilərkən, baqaj hissəsində təxminən 3500 ədəd boş sim kart aşkar edilmişdir. Aparılan araşdırma ilə əlaqədar Satış departamentinin əməkdaşı Elçin Əbilov verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə birbaşa rəhbəri XX anbardan 8000 ədəd balvanka çıxarılması üçün ona İRF (anbardan malın çıxarılmasına dair qaimə) təqdim etmiş, növbəti gün o, 8000 ədəd balvanka və 3000 ədəd dublikat (LTE 4G sim kart) götürmüş, lakin sistemin “donması” ilə əlaqədar akt verilməmişdir (xx.xx.2020-ci il tarixədək sistem donmuşdur). O, T.Bədəİovla, Xəqani küçəsində yerləşən “Barvo” marketin yanında görüşmüş, sonuncunun tapşırığı ilə 2000 ədəd balvanka və 1000 ədəd dublikat kartı hərhansı akt və yaxud sənəd olmadan görüşdə iştirak edən S.Kərimova vermişdir. Sonradan xəstəliyi ilə əlaqədar evdə olarkən, İddiaçı ona zəng etmiş, qalan 6000 ədəd balvankanı dilerlərə paylamaq üçün götürdüyünü bildirmişdir. Eyni zamanda, E.Ə bildirmişdir ki, 2019cu ilin noyabr ayında onun adına anbardan 5500 ədəd “Data sim” nömrə çıxarılmış, onlardan 1400 ədədi xx.xx.2019-cu il tarixdə təhvil-təslim aktı ilə 9 (doqquz) dilerə verilmiş, 1600 ədəd kartı isə S.K ona məlumat vermədən götürmüşdür (qalan 2500 ədəd “Əhmədli” ofisində saxlanılır). Daha sonra müəyyən olunmuşdur ki, Aran bölgəsində yerləşən dilerlərin sim karta ehtiyacı olduğu halda, XX guya bu dilerlərin yanvar ayı üçün hədəfə çatdıqlarını səbəb gətirərək, dörd dilerə sim kart verilməsini dayandırmışdır. Lakin, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixli POSAP hesabatına əsasən, hədəfə çatmayan qeyd olunan dilerlərin əlavə sim kart istəkləri XX tərəfindən bloklanmışdır. Qeyd edilmişdir ki, bu tip şikayətlər XX haqqında ilk deyil. Belə ki, 2018-ci ildə tərəflərindən onun haqqında araşdırma aparılmış, daha sonra isə şikayətçi C.M məsələyə hüquqi qiymət verilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. XX haqqında xarekterizə edici məlumatlar toplanılarkən müəyyən olmuşdur ki, onun kollektiv arasında hörməti yoxdur, mütəmadi olaraq işçilər arasında rəhbərinin fəaliyətindən narazılıq edir, hər yerdə atasının və özünün səhmdara yaxın insan olmasını “reklam” etməyi xoşlayır, qeyri-peşəkar və konfliktli vəziyyətlər yaratmağa meyilli şəxs kimi səciyyələndirilir. Sonda İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi XX MMC-nin baş icraçı direktoru X14 təklif edilmişdir. Bakı şəhəri üzrə dilerlərlə keçirilən xx xxxxxx 2020-ci il tarixli iclasın protokollarında dilerlərin qeyd olunan izahatlarından görünür ki, XX MMC-nin rəsmi dilerləri arasında “xxxxxxxxxxx”lərinin paylanması zamanı ayrı-seçkiliyə yol verilmiş, bölgü ədalətsiz aparılmış, bu səbədən bir sıra dilerlər göstərilmiş hədəflərə çata bilməmiş, hədəfə çatmaq üçün dilerlər subdilerlərdən əlavə “xxxxxxxxxxx”ləri almağa məcbur olmuşlar. İş materiallarında olan fotoşəkillərdən görünür ki, şirkətə məxsus olan iddiaçının idarə etdiyi **-PX-*** dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomibilin baqaj hissəsində “xxxxxxxxxxx”ləri aşkar edilmişdir. XX MMC-nin 001-W-20 nömrəli xx xxx 2020-ci il tarixli əmrindən görünür ki, cari ilin yanvar ayının sonlarında XX MMC-nin əməkdaşlıq etdiyi dilerlərin əksər hissəsi "099" prefiksi ilə başlayan nömrə resurslarının satışı üçün ayrılmış boş sim kartların ("xxxxxxxxxxxi") dilerlər arasında distribusiyasından narazılıqlarını bildirmiş və müraciətlərinə baxılmasını xahiş etmişlər. Müraciətlərlə əlaqədar Satış idarəsinin rəhbərliyi tərəfindən dilerlərlə görüşlər keçirilmiş və görüşlərin nəticələri müvafiq protokollarla rəsmiləşdirilmişdir. Görüşdə iştirak edən dilerlərin bir çoxu xxxxxxxxxxxlərinin paylanmasında ayrı-seçkiliyə yol verildiyini, onların hədəflərə uyğun paylanmadığını bildirmişlər. Bir neçə diler isə müraciət etmələrinə rəğmən ümumiyyətlə onlara "xxxxxxxxxxxi" verilmədiyini bildirmişlər (XXXXXXXXXX). Məsələ ilə əlaqədar aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, cari ilin əvvəlində "099" prefiksi ilə başlayan nömrə resurslarının satışı üçün 8000 (səkkiz min) ədəd "xxxxxxxxxxxi" ayrılmışdır. Qeyd edilən "xxxxxxxxxxx'ləri Pərakəndə satış şöbəsinin əməkdaşı X8 tərəfindən anbardan təhvil alınmış, onlardan 2000 (iki min) ədədi Ərazilərlə satış üzrə yarımbölmə rəhbəri XX oğlunun tapşırığı ilə Elçin Əbilov tərəfindən diler Həmidov Fuadın nümayəndəsi Kərimov Səyavuşa, 6000 (altı min) ədədi isə İddiaçı özünə təhvil verilmişdir. Təqdim olunmuş sənədlərlə Kərimov Səyavuş tərəfindən cəmi 800 (səkkiz yüz) ədəd "xxxxxxxxxxxi"nin dilerlərə təqdim edildiyi müəyyən edilmişdir. Araşdırma çərçivəsində izahatı alınmış Ərazi satış meneceri X7 da bir sıra dilerlərin hədəfə çatmadıqlarına və bu səbəbdən onlara "xxxxxxxxxxxi" verilməli olmasına baxmayaraq həmin dilerlərin "xxxxxxxxxxxi" ilə təmin edilmədiklərini bildirmişdir. Yuxarıda göstərilənlərə baxmayaraq İddiaçı idarə etdiyi XX MMC-yə məxsus "Hyundai" markalı "Elantra" modelli, **-PX-*** dövlət nömrə nişanlı avtomobilin baqaj hissəsində 3500 (üç min beş yüz) ədəd "xxxxxxxxxxxi" olduğu aşkar edilmişdir. İzahatı alınmış İddiaçı dilerlərə paylanılması üçün ayrılmış "xxxxxxxxxxx'lərindən 3500 (üç min beş yüz) ədədinin idarə etdiyi avtomobildə saxlanılmasını birbaşa rəhbəri X12la danışdığını və onun məlumatlı olduğunu bildirsə də, bunu təsdiq edən sübut təqdim etməmişdir. Parakəndə satış şöbəsinin rəhbəri X6 belə bir məsələnin onunla müzakirə olunmadığını və "xxxxxxxxxxx"lərinin saxlanılmasından məlumatsız olduğunu qeyd etmişdir. XX oğlunun "Vəzifə təlimatı"na görə bazarda distribusiya və satışı idarə etmək və düzgün icra edilməsinə nəzarət etmək, satışa çıxarılacaq məhsulların distribyutor və diler kanalları üzrə bölgüsünü aparmaq adı çəkilən işçinin vəzifəborclarıdır. Lakin İddiaçı göstərilən vəzifə borclarını keyfiyyətlə icra etməmiş, Korporativ davranış qaydalarının 3.4.1-ci bəndinin "a", 3.6.1-ci bəndinin "b" və "c", 3.6.2-ci bəndinin "a", 3.8.8-ci bəndinin "a" yarımbəndlərinin və 3.9.1.2-ci bəndinin tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən "Cavabdeh' MMC-nin X5 satış üzrə yarımbölmə rəhbəri XX oğluna "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Namiq oğlu XX MMC-nin Satış idarəsinin Pərakəndə satış şöbəsinin Ərazilərdə satış üzrə yarımbölmə rəhbəri vəzifəsində işləmiş, vəzifə borclarını keyfiyyətlə icra etməmiş və XX MMC-nin 001-W-20 nömrəli, xx xxx 2020-ci il tarixli əmri ilə ona “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Əmək Məcəlləsinin 10-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Beləliklə, məhkəməyə təqdim edilmiş sübutlarla bir daha öz təsdiqini tapır ki, İddiaçı Namiq oğlu vəzifə funksiyalarından irəli gələn öhdəliklərə tam əməl etməmiş və pozuntulara yol vermişdir. Göründüyü kimi əmrin qanuni əsası mövcuddur və ona görə də onun ləğv edilməsi üçün əsaslar yoxdur. Bundan əlavə, məhkəmə iddiaçının “xüsusi qərardad” çıxarılması ilə bağlı tələbinə qiymət verərək, hesab edir ki, məhkəmə baxışı zamanı bu hallar öz təsdiqini tapmamışdır. Həmçinin, ərizədə qeyd olunan xüsusatlarla bağlı İddiaçı Namiq oğlu Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətin araşdırılmasının nəticəsi olaraq hazırkı vaxta qədər qüvvədə olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi”nə dair qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı XX oğlunun cavabdeh XX Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxx əmrinin ləğv edilməsi" tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı XX oğlunun cavabdeh XX Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxxx əmrinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar