Məhkəmə qərarları › İş №2(006)-3530/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3530/2024

16.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3530/2024 16.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh 162 saylı körpələr evi uşaq baxçasının müdirəsi Cavabdeh qarşı “barəsində verilmiş əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 162 saylı körpələr evi uşaq baxçasının müdirəsi Cavabdeh qarşı “barəsində verilmiş əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 162 nömrəli körpələr evi uşaq bağçasının müdirəsi Cavabdeh onun işdən çıxarılmasına dair əmrinin ləğv edilməsi və onun öz işinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə təqdim edərək, tərəflərin barışıqla bağlı razılığa gəldiklərini bildirmiş, barışığın şərtlərini aşağıdakı formada müəyyənləşdirmişlər:

1. Cavabdeh 162 nömrəli körpələr evi uşaq bağçasının müdiri Cavabdeh barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli əmrin ləğv olunmasına dair yeni əmr imzalayır və onu işə bərpa edir.

2. Cavabdeh tərəfindən iddiaçı işə bərpa edilməsi barədə əmr qəbul edildiyi gün İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməyi öz öhdəsinə götürür.

3. İddiaçı 162 nömrəli körpələr evi uşaq bağçasının müdiri Cavabdeh qarşı məhkəmədə qaldırdığı iddia tələbindən imtina edir.

4. İddiaçının gələcəkdə cavabdehə qarşı hər hansı bir iddia və tələbi olmayacağı barədə üzərinə öhdəlik götürür.

5. Cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verdiyi gün onun işdən azad edilməsi barədə qərar qəbul etmək barədə üzərinə öhdəlik götürür.

6. İcraata xitam verimə qaydasını və nəticələrini nəzərdə tutan AR MPM-nin 262-ci maddəsinin tələbləri tərəflərə məlumdur. Tərəflər bilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

7. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir.

8. Barışıq sazişi eyni hüquqa malik olmaqla 3 nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə tərəflərdə saxlanılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi barışıq sazişinin göstərilən məzmunda təsdiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən iddiaçı ilə videokonfrans vasitəsilə əlaqə yaradılaraq barışıq sazişi ilə bağlı mövqeyi öyrənilmiş və iddiaçı da həmçinin barışıq sazişinin şərtləri ilə razılığını ifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflərin imzaladıqları barışıq sazişi qanunauyğundur və üçüncü şəxslərin mənafelərinə toxunmur, odur ki,tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh 162 saylı körpələr evi uşaq baxçasının müdirəsi Cavabdeh qarşı “barəsində verilmiş əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair mülki iş üzrə tərəflər – bir tərəfdən İddiaçı, digər tərəfdən Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:

1. Cavabdeh 162 nömrəli körpələr evi uşaq bağçasının müdiri Cavabdeh barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli əmrin ləğv olunmasına dair yeni əmr imzalayır və onu işə bərpa edir.

2. Cavabdeh tərəfindən iddiaçı işə bərpa edilməsi barədə əmr qəbul edildiyi gün İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməyi öz öhdəsinə götürür.

3. İddiaçı 162 nömrəli körpələr evi uşaq bağçasının müdiri Cavabdeh qarşı məhkəmədə qaldırdığı iddia tələbindən imtina edir.

4. İddiaçının gələcəkdə cavabdehə qarşı hər hansı bir iddia və tələbi olmayacağı barədə üzərinə öhdəlik götürür.

5. Cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verdiyi gün onun işdən azad edilməsi barədə qərar qəbul etmək barədə üzərinə öhdəlik götürür.

6. İcraata xitam verimə qaydasını və nəticələrini nəzərdə tutan AR MPM-nin 262-ci maddəsinin tələbləri tərəflərə məlumdur. Tərəflər bilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

7. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir.

8. Barışıq sazişi eyni hüquqa malik olmaqla 3 nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə tərəflərdə saxlanılır. İddiaçı cavabdeh 162 saylı körpələr evi uşaq baxçasının müdirəsi Cavabdeh qarşı “barəsində verilmiş əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar