Məhkəmə qərarları › İş №2(006)-3547/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3547/2023

14.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3547/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1, Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X19 Şəxsinin nümayəndəsi X8, Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Xəzər Gənclərin X2 qarşı əmək haqqının, istifadə edilməmiş məzuniyyətin və ödənişin gecikdirilməsinə görə kompensasiyalara hesablanmış ayırmaların tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Xəzər Gənclərin X2 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X10rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək haqqı ödənişləri üzrə hesablanmış, lakin İddiaçı1 DSMF-dəki hesabına 23876,42 manat istehlak qiymətləri indeksinin illik səviyyəsinə əsasən hesablanmış 4958,35 manat, cəmi 28834,77 manat və İddiaçı2 DSMF-dəki hesabına 4424,92 manat və istehlak qiymətləri indeksinin illik səviyyəsinə hesablanmış 1309,54 manat, cəmi 5734,46 manat və ümumilikdə 28301,34+6267,89=34569,23 manat məbləğində olan borcun Xəzər GETYM-dən tutularaq onların DSMF-dəki şəxsi hesablarına uyğun olaraq ödənilməsinin təmin edilməsi, DSMF hesablanmış əmək haqqı üzrə Xəzər GETYM-in vergi uçotundakı şəxsi vərəqində yaranmış borcun alınması üçün daha ciddi tədbirlər görməsi, iddia ərizəsi üçün ödənilmiş rüsumun Xəzər GETYM-dən tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlərdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı1, xx.xx.2005-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər Xəzər GETYM-də maliyyə məsələləri üzrə məsləhətçi vəzifəsində işləmiş və uzun müddət əmək haqqının verilməməsi səbəbindən ərizə ilə müraciət edərək 30 avqust 2019-cu il tarixli 215/k saylı əmrlə işdən çıxmışdır. O, həmin müəssisədə mühasibatlıqda hesabatların tərtib olunması və təqdim edilməsi kimi işlər görmüşdür. Xəzər GETYM-nin xx.xx.2019-cu il tarixə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-137/2022 saylı Qətnaməsinə əsasən ona əmək haqqı üzrə borcu 73318,31 manatdır. Digər tərəfdən my.gov.az saytının e-Sosial bölməsindən xx.xx.2023-cü il tarixə alınmış onlayn Sosial arayışa əsasən Xəzər GETYM müəssisəsi ona hesablanmış əmək haqqına görə DSMF-na 2018-ci il üzrə 1942,87 manat, 2019-cu il üzrə 9013,30 manat və 2022-ci il üzrə 12920,25 manat, cəmi 23876,42 manat az pul vəsaiti köçürmüşdür. İddiaçı2, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər Xəzər GETYM-də mühasib vəzifəsində işləmiş və uzun müddət əmək haqqının verilməməsi səbəbindən ərizə ilə müraciət edərək 30 avqust 2019-cu il tarixli 216/k saylı əmrlə işdən çıxmışdır. O, həmin müəssisədə mühasibatlıqda hesabatların tərtib olunması və təqdim edilməsi kimi işlər görmüşdür. Xəzər GETYM-nin xx.xx.2019-cu il tarixə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-5212/2021 saylı qətnaməsinə əsasən ona əmək haqqı üzrə borcu 11840,0 manatdır. Digər tərəfdən mv.gov.az saytının e-Sosial bölməsindən xx.xx.2023-cü il tarixə alınmış onlayn Sosial arayışa əsasən Xəzər GETYM müəssisəsi ona hesablanmış əmək haqqına görə DSMF-ə 2018-ci il üzrə 1625,07 manat və 2019-cu il üzrə 2799,85 manat, cəmi 4424,92 manat az pul vəsaiti köçürmüşdür. Digər tərəfdən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmiş sorğunun xx.xx.2023-cü il tarixli 3- 17-1/2-M-156038/2023 cavab məktubuna əsasən təqdim edilən istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınsa İddiaçı1 üzrə 4958,35 (28834,77-23876,42) manat, İddiaçı2 üzrə 1309,54 (5734,46-4424,92) manat, cəmi 6267,89 manat yığım kapitalı az olmuşdur. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X19 Şəxsi üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı H.K. Mustafayev xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsində qeyd edilən borc məbləği xx.xx.2023-cü il tarixədək borc kimi müəyyən və qeyd edilməsini və borcun 2023-cü il ərzində və növbəti illər ərzində tam ödənilməzsə qalan məbləğə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2023-cü il və sonrakı illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə müvafiq olaraq qiymətləndirilməsini təbiq edilməsini və nəzərə alınmasını xahiş etmişdir. Sonradan iddiaçı və digər iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər GETYM tərəfindən əmək haqqı ödənişləri üzrə İddiaçı1 DSMF-dəki hesabına 23876,42 manat istehlak qiymətləri indeksinin illik səviyyəsinə əsasən hesablanmış əlavə 4958,35 manat, cəmi borc 28834,77 manat və İddiaçı2 DSMF-dəki hesabına 4424,92 manat və istehlak qiymətləri indeksinin illik səviyyəsinə hesablanmış əlavə 1309,54 manat, cəmi əlavə 5734,46 manat və ümumilikdə 28834,77+5734,46=34569,23 manat məbləğində olan borc, Xəzər GETYM-dən tutularaq DSMF-dəki şəxsi hesablara uyğun olaraq qeyd edilən məbləğlər dəyərində hesablamaların aparılması və ödənilməsinin təmin edilməsi; iddia ərizəsi üçün ödənilmiş rüsumun Xəzər GETYM-dən tutularaq ödənilməsini; Vergi xidmətinin qaldırılan iddia üzrə məhkəmə qərarı olduğu halda həmin məbləğlərin Xəzər GETYM-nin cari rüb üçün təqdim edəcəyi Vahid Bəyənnamə nəzərə alınmasına nəzarət etməsini; Vergi xidməti İddiaçı1 üzrə 28834,77 manat və İddiaçı2 üzrə 5734,46 manat, cəmi 34569,23 manat olan borcu Xəzər GETYM-də tutularaq müvafiq olaraq DSMF-dəki şəxsi hesablarına ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X19 Şəxsinin nümayəndəsi X12 izahatında bildirdi ki, "Sosial sığorta haqqında" Qanunun 9-cu maddəsində sığortaçının, 10-cu maddəsində isə sığortaedənin vəzifələri müəyyən olunmuşdur. Belə ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qurumun (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlet Vergi Xidməti) təqdim etdiyi məlumatlar (rüblük (illik) hesabatlar) əsasında sığortaedənlərin uçotunu aparmaq sığortaçının, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək isə sığortaedənin vəzifəsidir. Eyni zamanda, həmin Qanunun 13.1-ci maddəsinə əsasən, sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar (hesabatlar üzərindən) əsasında aparılır. Həmin Qanunun 14-cü maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir, əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinin əhatəsi isə həmin qanunun 15-ci maddəsinə əsasən müəyyən edilir. Sığortaolunanların fərdi uçotunun aparılması qaydaları“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunu ilə tənzimlənir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, sığortaolunanlar haqqında məlumatlarin uçota alınmasının ümumi və məcburi olması fərdi uçotun əsas prinsiplərindəndir. Həmin Qanunun 4-cü maddəsində qeyd edilir ki, fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (sığortaçı) aparır. Bu sahədə göstərilən xidmətlər elektron olduğu halda da, sığortaçının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsində sığortaolunanın fərdi uçot məlumatlarına əlavə edilməli məlumatlar sadalanır. Sığorta stajının hər ayı üçün məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər, həmçinin sığortaedən tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği bu məlumatlar sırasındadır. "Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2019-cu ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idareetməni Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmaninin 4.4-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti həyata keçirir. Belə ki, "Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabin sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Əmək Məcəlləsinin 175.2-ci maddəsi ilə işəgötürənin sərəncam ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələrin tutulduğu müəyyən edilir. İşin hallarından göründüyü kimi, iddiaçıların sözügedən məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər olmamışdır. Olduğu təqdirdə isə məsələyə Azərbaycan Respublikasinın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən münasibət bildiriləcəkdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X9 izahatında bildirdi ki, iddiaçı müəssisə tərəfindən 2018-ci il, 2019-cu il və 2022-ci il üzrə məcburi dövlət sosial sığorta haqlarının Fonda ödənilməməsini bildirmişdir. Məlumat üçün bildirmişdir ki, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasinin Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360- VQD nömrəli Qanununun tətbiqi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasi Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasi Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmani ilə "Sosial siğorta haqqında" Azərbaycan Respublikasinin Qanununda düzəliş edilməsi qərara alınmış və əlavə edilmiş 9-1-ci maddəyə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsinə nəzarət vergi orqanlarının üzərinə qoyulmuşdur. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasinin Qanununda dəyişiklik ediməsi barədə xx.xx.2018-ci il tarixli Qanunu və xx.xx.2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikasinin Prezidentinin Fərmanı 01 yanvar 2019-cu il tarixindən qüvvəyə minmişdir. Qeyd edilənlərə əsasən məcburi dövlət sosial sığorta haqları üzrə yığımlara nəzarətin 01 yanvar 2019-cu il tarixindən etibarən vergi orqanlarının öhdəliyinə verilməsi nəzərə alınsa, 2018-ci il üzrə hesablanmış və ödənilmiş sığorta haqları barədə vergi orqanının mübahisələndirilən məsələyə müvafiq hissədə münasibət bildirməsi mümkün deyildir. Bildirmişdir ki, iş üzrə cavabdeh "Xəzər" Genclərin X4 tərəfindən 2019-cu ilin rüblük məcburi dövlət sosial sığorta haqları üzrə bəyannamələr vergi orqanına təqdim edilmişdir. Müvafiq bəyannamələrdə hər bir işçi (sığortaolunanlar), o cümlədən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 barəsində 2019-cu ilin ilk 8 ayı ərzində (xx.xx.2019-cu il tarixindən hər iki işçinin əmək müqaviləsinə xitam verilmişdir) məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə cəlb olunan gəlirləri üzrə hesablamaların aparılmasına dair hesabat verilmişdir. Lakin, qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqları üzrə hesablamalar aparılmasına baxmayaraq müəssisə tərəfindən ödənişlər həyata keçirilməmiş, sığorta haqları aidiyyəti üzrə köçürülməmişdir. Həmçinin, müəssisə tərəfindən 2022-ci il üzrə rüblük məcburi dövlət sosial sığorta haqları bəyannaməsi aidiyyəti vergi orqanına təqdim edilmişdir. Lakin, 2019-cu il üzrə təqdim edilmiş bəyannamələrdə olduğu kimi hesablamalar aparılmış, buna baxmayaraq ödənişlər həyata keçirilməmişdir. Ümumilikdə bildirmək istəmişdir ki, vergi ödəyicisi "Xəzər” Gənclərin X4 tərəfindən 2019-cu və 2022-ci illər üzrə yuxarıda qeyd olunan rüblərə dair vergi orqanına təqdim edilmiş bəyannamələrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesablamalar aparılmasına baxmayaraq, müvafiq hesablamalar üzrə ödənişlər həyata keçirilməmiş və ödənilməli haqlar üzrə müəssisənin borc öhdəliyi yaranmışdır. Cavabdeh "Xəzər” Gənclərin X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləməklə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, əmək haqqı ödənişləri üzrə 40.085,57 manat, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq 22.767,77 manat, əmək haqqının gecikdirildiyi günlər üzrə hesablanmış əlavə ödənc kimi 7.695.49 manat və maddi zərər olaraq 2.769,48 manat, cəmi 73.318,31 manat məbləğində pul "Xəzər" Gənclərin X1 tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılması, iddia qismən təmin olunmaqla xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə cəmi 11 840 manat məbləğində hesablanmış əmək haqqının cavabdeh X18 X7 tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı1a ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempi 2017-ci il tarixdə 5.7 faiz, 2018-ci il tarixdə 3.0 faiz, istehlak qiymətləri indeksinin illik səviyyəsi isə 2019-cu ildə 2.6 faiz, 2020-ci il tarixdə 2.8 faiz, 2021-ci il tarixdə 6.7 faiz, 2022-ci il tarixdə 13.9 faiz təşkil etmişdir. İş materiallarında olan X18 X13 tərəfindən sığorta edilən İddiaçı1 Sığortaolunanın hesabı cədvəldən görünür ki, 2018-ci il tarixdə 6364.46 manat təşkil edir. İş materiallarında olan cədvəldən görünür ki, İddiaçı1 2018-ci il tarixdən 2022-ci ilə hesablanmış indeks məbləği 4958.35 manat, İddiaçı2 1309.55 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin işlə bağlı xx.xx.2023-cü il tarixli mülahizəsində qeyd olunmuşdur ki, vergi ödəyicisi X18 X13 tərəfindən iddiaçılara 2019- 2022-ci illər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə hesablamalar aparılmasına baxmayaraq, ödənişlər həyata keçirilməmiş və ödənilməli haqlar üzrə müəssisənin borc öhdəliyi yaranmışdır. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunun 1.1.10-cu maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Məhkəmə qeyd edir ki, cavabdeh vergi ödəyicisi "Xəzər” Gənclərin X4 tərəfindən 2019-cu və 2022-ci illər üzrə vergi orqanına təqdim edilmiş bəyannamələrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesablamalar aparılmasına baxmayaraq, iddiaçılara müvafiq hesablamalar üzrə ödənişlər həyata keçirilmədiyini və ödənilməli haqlar üzrə müəssisənin borc öhdəliyinin yaranması barədə məlumatı nəzərə alaraq, ödənilməmiş məbləğ üzrə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempini nəzərə alınmaqla hesablanmasını və Dövlət sosial müdafiə fondundakı şəxsi hesablarına ödənilməsini tələb etməkdə iddiaçılar haqlıdır. Belə olduğu təqdirdə cavabdehin öhdəliyinin müəyyən edilməsi və ödənilməsi barədə məhkəmə qətnaməsi olmadığından, iddiaçıların tələbi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması kimi deyil, iddia olunan pul məbləğinin müstəqil tələb formasında araşdırılması aparılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçların DSMF-dəki şəxsi hesablarına ödənilməsini tələb etdikləri pul məbləğlərinin borc kimi müəyyən edilməsi və həmin hesablarına ödənilməsinin təmin edilməsi onların qanuni mənafelərini müdafiə etmək məqsədi daşıdığından, bu tələbləri təmin edilməlidir. İddia tələbinin “bocun 2023-cü il ərzində və növbəti illər ərzində tam ödənilməzsə qalan məbləğə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2023-cü il və sonrakı illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə müvafiq olaraq qiymətləndirilməsini tətbiq edilməsini və nəzərə alınması” hissəsinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. İstinad olunan prosessual normanın tələbindən müəyyən olunur ki, tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirməsi qətnamənin icrası zamanı mümkündür. İddia tələbinin “DSMF hesablanmış əmək haqqı üzrə Xəzər GETYM-in vergi uçotundakı şəxsi vərəqində yaranmış borcun alınması üçün daha ciddi tədbirlər görməsi” və “Vergi xidmətinin qaldırılan iddia üzrə məhkəmə qərarı olduğu halda həmin məbləğlərin Xəzər GETYM-nin cari rüb üçün təqdim edəcəyi Vahid Bəyannamə nəzərə alınmasına nəzarət etməsini” hissəsi qeyri müəyyən olduğundan təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "Xəzər” Gənclərin X4 tərəfindən İddiaçı1 Dövlət Sosial Müdafiə Fondundakı kapital yığım hesabında olan vəsaitinə xx.xx.2023-cü il tarixinə qədər məcburi dövlət sosial sığorta haqları üzrə əlavə 4958,35 manat, İddiaçı2 Dövlət Sosial Müdafiə Fondundakı kapital yığım hesabında olan vəsaitinə xx.xx.2023-cü il tarixinə qədər məcburi dövlət sosial sığorta haqları üzrə əlavə 1309,54 manat məbləğ borc hesablansın, həmin məbləğlərdə vəsait "Xəzər” Gənclərin X1 tutulsun və İddiaçı1 və İddiaçı2 DSMF-dəki hesabına ödənilməsi təmin edilsin. İddia “bocun 2023-cü il ərzində və növbəti illər ərzində tam ödənilməzsə qalan məbləğə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2023-cü il və sonrakı illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə müvafiq olaraq qiymətləndirilməsini tətbiq edilməsini və nəzərə alınması”, “DSMF hesablanmış əmək haqqı üzrə Xəzər GETYM-in vergi uçotundakı şəxsi vərəqində yaranmış borcun alınması üçün daha ciddi tədbirlər görməsi” və “Vergi xidmətinin qaldırılan iddia üzrə məhkəmə qərarı olduğu halda həmin məbləğlərin Xəzər GETYM-nin cari rüb üçün təqdim edəcəyi Vahid Bəyannamə nəzərə alınmasına nəzarət etməsi” hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh GETYM-dən tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar