Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3551/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3 Mkr, ev 14, mənzil 24, yeni qaydalarla: AZ 1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 76, М3, m 3-dən yerləşən mənzilə dair İddiaçı xx.xx.2023-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış verilmişdir. Onun qardaşı Cavabdeh onun mənzilində pasport qeydiyyatındadır. Lakin qardaşı həmin mənzildə yaşamır, çünki Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayır. Qardaşının onun mənzilində heç vaxt yaşamadığı üçün istifadə hüququ yaranmamış və tam itmişdir. Ona görə də ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3 Mkr, ev 14, mənzil 24, Yeni qaydalarla: AZ 1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 76, М3, m 3-də yerləşən mənzildə Cavabdeh qarşı istifadə hüquqlarına xitam verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Ona görə ki, qardaşı onun evindən qeydiyyatdan çıxmaq istəmir. O, Cavabdeh mənzilindən istifadə hüququna xitam verilməsi tələbi barədə birinci dəfə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etsə də, lakin Bakı İnzibati Məhkəməsi iddia ərizəsinin qəbul edilməsindən imtina etmiş, səbəb olaraq Cavabdeh qardaşı olduğu üçün onun birinci instansiya məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. O, bu gün də həmin yaşayış sahəsində qeydiyyatda olması səbəbindən kommunal xidmətlər üçün onlara görə də haqq ödəyir. Göstərilənlərə əsasən, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3 MKR., ev 14, mənzil 24, Yeni qaydalarla: AZ 1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 76, M3, m3-də olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçıya ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2023cü il tarixli çıxarış verilmişdir. Hazırda iddiaçının qardaşı, hazırki mülki iş üzrə cavabdeh həmin mənzildə qeydiyyatdadır. Lakin orada yaşamır və heç vaxt yaşamayıb. Onun qeydiyyatda olaraq qalması iddiaçının mülkiyyətində olan mənzilə dair mülkiyyət hüquqlarını sərbəst həyata keçirməsinə maneə yaradır. Həmçinin, həmin mənzil iddiaçının mülkiyyətinə vərəsəlik yolu ilə anası X1. Bu zaman cavabdeh ərizə verərək ona çatası paydan iddiaçının xeyrinə imtina etdiyini bildirmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin ediməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3 Mkr, ev 14, mənzil 24, yeni qaydalarla: AZ 1111, ünvan 2 iddiaçının anası X6 məxsus olmuş, daha sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən mənzil İddiaçı xüsusi mülkiyyətinə keçmişdir. Cavabdehin mənzil üzrə pay hüququndan iddiaçının xeyrinə imtina etməsinə və indiki vaxta qədər iddiaçıya məxsus mənzildə yaşamamasına baxmayaraq, cavabdeh iddiaçıya məxsus mənzildə pasport qeydiyyatındadır. Hazırda iddiaçı cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3 Mkr, ev 14, mənzil 24, yeni qaydalarla: AZ 1111, ünvan 2 ünvanına istifadə hüququna xitam verilməsini tələb edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 51/2-A-4185 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr. H.Əliyev küçəsi ev 14 mənzil 24 (Yeni qaydalarla H.Əliyev küçəsi 76, M3, m3) ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququnaxitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. 8.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin verdiyi çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3 Mkr, ev 14, mənzil 24, yeni qaydalarla: AZ 1111, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Bununla bağlı xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır. 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı 28 avqust 2010-cu il tarixindən etibarən ünvan 4 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslərin siyahısında Cavabdeh da var. 10.Mülki işin materiallarında olan qonşular H.Əliyev küçəsi, ev 14, mənzil 29 ünvanında yaşayan X15 və Rzayeva sevil Rafiq qızının, həmçinin H.Əliyev küçəsi ev 14, mənzil 51 ünvanında yaşayan X3 tərtib etdikləri xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, H.B.Əliyev küçəsi ev 14, mənzil 24-də qeydiyyatda olan Cavabdeh uzun müddətdir ki (dörd ildir), göstərilən mənzildə yaşamır, mənzildə hal-hazırda mənzilin sahibi İddiaçı yaşayır. 11.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) AZN dövlət rüsumu ödəmişdir. 12.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-33815/2024/**********15 nömrəli məktubun qoşmasına əlavə edilmiş, Qanun üzrə X19 xx.xx.2023-cü il tarixli Şəhadətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş X7 vərəsəsi ünvan 6 ünvanında qeydiyyatda olan qızı – İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. ƏMDKnin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X6 verilmiş **********89-05101-093005 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 45.33 kv/m, yaşayış sahəsi 31.03 kv/m, 2 otaqlı olan mənzildən ibarətdir. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 1700 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mərhum – xx.xx.1957-ci il təvəllüdlü X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi bağlı 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontoruna qızı – İddiaçı tərəfindən müraciət olmuşdur. X4 xx.xx.2023-cü il tarixdə vəfatı ilə əlaqədar vərəsə qızı - İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq Bakı şəhəri, Binəqəi rayonu, Görədil bağ massivində ayrılmış 1400 kv.m ünvanında yerləşən bağ evi üçün ayrılmış torpaq sahəsinə daşınmaz əmlaka dair mərhum X5 adına çıxarış verilməsi xahiş olunmuşdur. 14.Bakı şəhəri 1 saylı Dövlət Notariat Ofisi tərəfindən verilən 2V-860 nömrəli notariat işinin materiallarında olan İddiaçı 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusuna xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixində İddiaçı anası – X11 vəfat etmişdir. Mirasın tərkibi: ünvan 4 ünvanında yerləşən mənzildən ibarətdir, anasından qalmış mirası qəbul edir. Mirasın tərkibinə ünvan 4 qeyri-yaşayış və torpaq sahələrindən habelə digər əmlak hüquqlarından ona çatası hissəyə dair qanun vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 15.ünvan 4 ünvanında qeydiyyatda olan X8 tərəfindən Notariat ofisinə verilən ərizədən görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş anası X2 irs qalmış irs qalmış mirasın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina edir. 16.ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh Notariat ofisinə verdiyi ərizədən görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş anası X2 irs qalmış irs qalmış mirasın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina edir. 17.ünvan 4 ünvanında qeydiyyatda olan X9 Notariat ofisinə verdiyi ərizədən görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş anası X2 irs qalmış irs qalmış mirasın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina edir. 18.xx.xx.2023-cü il tarixində verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2023-cü ildə vəfat etmişdir. 19.Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən ******* nömrəli, MH seriyalı çıxarışdan görünür ki, ünvan 4 ünvanında istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində 45.33 kv.m ümumi, 31.03. kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 24 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X10ən adına daşınmaz əmlakın dövlət reyestrində 227 nömrəli reyestr kitabının 22810 nömrəli vərəqində qeydiyyata alınmışdır. 20.xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil tam pay olmaqla X5 adına olmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 21.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 22.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 24.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 mart 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” 25.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 26.Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.Həmin Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
28. Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir 29.Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 30.Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. 31."Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. 32.Hazırki iş üzrə iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3 Mkr, ev 14, mənzil 24, yeni qaydalarla: AZ 1111, ünvan 2 iddiaçının anası X6 məxsus olmuş, daha sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən mənzil İddiaçı xüsusi mülkiyyətinə keçmiş və hazırda da onun xüsusi mülkiyyətindədir. Sözügedən mənzildə qeydiyyatında olan cavabdeh mənzil üzrə ona çatası pay hüququndan iddiaçının xeyrinə imtina etmişdir, həmçinin Cavabdeh faktiki olaraq da iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxıb getməklə (uzun müddətdir ki, ölkə hüdudlarından kənarda yaşayır) həmin mənzildə yaşamır. Göründüyü kimi cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır ki, bu da yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin müvafiq qərarına uyğun olaraq kompensasiya verilməməsi anlayışına uyğun olmuşdur. Odur ki, məhkəmə Cavabdeh mübahisə predmeti olan evdən uzun müddət fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (həmin yaşayış sahəsinə ehtiyacının) mövcudluğunu göstərən hər hansı hərəkətinin olmamasını, o cümlədən istifadə hüququnun həyata keçirilməsinə iddiaçı tərəfindən maneələrin törədilməsinin müəyyən edilməməsini, həmçinin cavabdehin mübahisəli mənzilə dair pay hüququndan iddiaçının xeyrinə imtina etməsini (Mülki Məcəllənin 228.4-cü maddəsi) nəzərə alaraq hesab edir ki, bu hallar məhz cavabdehin həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və cavabdehin mübahisəli mənzildən kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməlidir. 33.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3 MKR., ev 14, mənzil 24, Yeni qaydalarla: AZ 1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 76, M3, m3-də olan istifadə hüququna xitam verilməlidir. 34.Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 35.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 36.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3 MKR., ev 14, mənzil 24, Yeni qaydalarla: AZ 1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 76, M3, m3-də olan istifadə hüququna xitam verilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 3 MKR., ev 14, mənzil 24, Yeni qaydalarla: AZ 1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 76, M3, m3-dən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.