Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3554/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ HakimTağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, Ərizəçi iştirakıilə Ərizəçi «hüquqi əhəmiyyətli doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1958-ci il tarixdə Ermənistan SSR Noyemberyan rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində ata qrafasında X1, ana qrafasında X2 qeyd edilməsi barədə qətnamə çıxarılmasını, qətnamənin nəticə hissəsində bu qətnamənin onun xx.xx.1958-ci il tarixdə Ermənistan SSR Noyemberyan rayonunda doğulması barədə akt qeydinin bərpa edilməsi üçün əsas olmasına dair xüsusi qeydin göstərilməsini xahişetmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, məlum hadisələr zamanı Ermənistan SSR-dən məcburi olaraq Bakı şəhərinə köçmüşdür. Köç zamanı doğum haqqında şəhadətnaməsi itmişdir. Hazırda həmin sənədin bərpa edilməsi zərurəti yaranmışdır. Bu məqsədlə, Bakışəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin həmin şöbənin xx.xx.2020ci il tarixli 05/9-96/68 nömrəli məktubu ilə sözügedən akt qeydinin bərpa edilməsinin mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, xx.xx.1958-ci il tarixdə Ermənistan SSR Noyemberyan rayonunda doğulmuşdur. Həmin vaxt valideynləri tərəfindən onun adına doğum haqqında şəhadətnamə alınmışdır. Elə həmin doğum haqqında şəhadətnamə əsasında da böyüyəndən sonra ona pasport, hərbi bilet və daha sonra köhnə tipli pasport əsasında burada şəxsiyyət vəsiqəsiv erilmişdir. Məlum hadisələr, yəni Qəbri Azərbaycanda dədəbaba torpaqlarında yaşayan azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası zamanı doğum haqqında şəhadətnaməni itirmişdir. Onun atası X1 müvafiq sənədləri (hərbi bilet, üzvlük vəsiqəsi, təltif olunduğu medallar və s.), atası ilə anasının nikahları haqqında arayış, qardaşlarının doğum haqqında şəhadətnamələrinin əsli ərizəsinin əsaslı olmasını təsdiqedir. Hazırda İqtisadiyyat Nazirliyiyanında X14 Parkı MMC-də işləyir. Atasımüharibəveteranıolmuşdur. Müharibə veteranının övladları isə müəyyən vergi tutulmalarından azaddır. O, bununla bağlı işəgötürənə müraciət edən zaman doğum haqqında şəhadətnaməsi tələb edilmiş, lakin həmin sənədi itirdiyindən iş yerinə təqdim edə bilməmişdir. Bundan başqa, qısa müddətdən sonra əmək pensiyası hüququy aranırki, bu zaman dadoğum haqqında şəhadətnaməsi ona lazım olacaq. Doğum haqqında şəhadətnamə Ermənistan SSR-də alındığından, hazırda məlum səbəblərdən doğum haqqında şəhadətnaməsinin başqa qaydada əldə olunması mümkün olmadığından, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nəsimirayon Qeydiyya tşöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrin idinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizəəsaslıolduğundantəmin edilməlidir. Belə ki, şahidlər X4 və X5 hər biri ayrı-ayrılıqda məhkəmə iclasında ifadə verərək bildirdilər ki, Ərizəçi onların qardaşıdır. Ataları X6, anaları X3r. Anaları atalarının 3-cü həyat yoldaşıdır. Hidayət Məmmədovun birinci həyat yoldaşının adı Fatma olmuşdur. Atalarının birinci nikahdan 3 övladı – Nurəddin, Vaqif və Sahibə doğulmuşdur. İkinci həyat yoldaşı Gürcüstanlı olub, bir yerdə az yaşamışlar və övladları olmamışdır. Onlar isə 3 qardaş, 1 bacı olmuşlar, bacıları Günəş vəfat edib, onlar, yəni 3 qardaş isə sağdırlar. 1988-ci ildə qaçqın düşən zaman qardaşları Oktayın doğum haqqında şəhadətnaməsi orada qalmışdır. Ata mülkü kiçik övlad olduğu üçün Mübarizə qalıb, vərəsəlik işi açılmayıb. Qardaşları Oktay sənədləri tam olsun deyə, doğum haqqında şəhadətnamənin bərpasını istəyir. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSR Noyemberyan rayonunda doğulmuşdur. Atası X6, anası X7 olan ərizəçinin adına doğum haqqında akt qeydi Ermənistan SSR Noyemberyan rayonunun səlahiyyətli orqanı tərəfindən icra edilmiş, ona doğum haqqında şəhadətnamə təqdim olunmuş, illər sonra həmin doğum haqqında şəhadətnaməyə əsasən ərizəçiyə öncə pasport, daha sonra hərbi bilet verilmişdir. 1988-ci ildə baş vermiş olaylar, yəni azərbaycanlıların doğma dədə-baba yurdlarından deportasiyası zamanı ərizəçi də digər həmin vəziyyətdə olan şəxslərin bir çoxu kimi doğum haqqında şəhadətnaməsini itirmişdir. Azərbaycana pənah gətirən ərizəçiyə SSRİ pasportuna əsasən müxtəlif sənədlər, o cümlədən şəxsiyyət vəsiqəsi təqdim olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs xx xxxx 2020-ci il tarixli 05/Q-196/68 saylı məktubundan görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuş və qanunvericiliyin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, atası X6, anası X7 olan Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSR Noyemberyan rayonunda doğulmuş və doğum səlahiyyətli orqan tərəfindən qeydə alınaraq, ona doğum haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi ərizəçi doğumun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Atası X6, anası X7 olan Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSR Noyemberyan rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim CeyhunTağıyev
Məhkəmə qərarları › İş №2(006)-3554/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3554/2020
14.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver