Məhkəmə qərarları › İş №2(006)-3559/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3559/2025

28.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3559/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «doğumun qeyd edilmə faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «doğum faktının müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci il tarixində Ermənistan Respublikası Masis rayonunda anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında yaşayır. O, 05 iyul 1988-ci il tarixində X6 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. xx.xx.2024-cü il tarixində həyat yoldaşı X6 vəfat etmişdir. Mərhum həyat yoldaşından miras əmlaklar qalmışdır ki, həmin əmlakların əldə edilməsi üçün onun doğum şəhadətnaməsi tələb edilmişdir. Lakin mərhum həyat yoldaşı X6 Ermənistan Respublikası Masis rayonunda anadan olduğu üçün onun doğum haqqında şəhadətnaməsinin və doğum aktı qeydinin əldə edilməsi imkanlar xaricindədir. Bu səbəbdən də həmin sənədin məhkəmə qaydasında əldə edilməsi zərurəti yaranmışdır. Onun mərhum həyat yoldaşı X6 xx.xx.1967-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuşdur. Onun atası X7 və anası X2 olmuşdur. Bunu təsdiq edəcək faktları və şahidləri vardır ki, məhkəmə baxışında təqdim ediləcəkdir. Göstərilənlərə əsasən, mərhum həyat yoldaşı X3 xx.xx.1967-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olması faktının müəyyən (onun atası X7 və anası X2 olmuşdur) edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 3.Daha sonra Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 2(006)-3559/2025 saylı iş üzrə ərizənin xahiş etdi hissəsinin “doğum faktının müəyyən edilməsi” deyil, “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” kimi oxunmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun anası, mərhum isə atasıdır. X1 28 oktyabr 1967-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, 08 fevral 2024-cü ildə isə vəfat etmişdir. Mərhum atasının atasının adı Oruc, anasının adı isə Sarıtel olmuşdur. 7.Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin mərhum həyat yoldaşı X6 xx.xx.1967ci il tarixdə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, onun doğum haqqında şəhadətnaməsi itmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-16-5/8-H-15-969/2025 saylı cavab məktubu ilə ərizəçiyə məhkəməyə müraciət edilməsini tövsiyə edilmişdir. Ərizəçi də hazırki tələblə məhkəməyə müraciət etmişdir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan AZ-İİ seriyalı, 414336 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixində vəfat etmiş, ölüm səbəbi tubulyar nekroz ilə müşaiyət olunan kəskin böyrək müəyyən edilmişdir. 10.Mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 25 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-462/2024 nömrəli arayışdan görünür ki, X6 və X5 arasında bağlanan nikah haqqında 25 sentyabr 2024-cü il tarixdə 43 №-li bərpa akt qeydi tərtib olunmuşdur. X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda vəfat etmişdir. Bu barədə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə 291 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. Ermənistan, Masis rayonunda qeydə alınmış xx.xx.1988-ci il 31 saylı nikah akt qeydi bərpa edildi. 11.Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-16-5/8-H-15-969/2025 saylı cavab məktubundan görünür ki, mərhum həyat yoldaşı xx.xx.1967-ci il təvəllüdlü X6 “Ermənistan, Masis rayonunda” anadan olduğu üçün onun doğum şəhadətnaməsinin və doğum akt qeydinin bərpa edilməsi imkanları xaricindədir. Bildirilir ki, Azərbacan Respublikası Ailə Məcəlləsinin 162ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunun təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlələ bağlı nəzərə çatdırılır ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 12.Mülki işin materiallarında olan AR Ədliyyə Nazirliyi Vətəndaşlıq X4 tərəfindən Ərizəçi ünvanlanan cavab məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən X3 doğumu haqqında akt qeydinə dair hər hansı məlumat aşkar olunmamışdır. Qeyd edilir ki, Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq X4ndə mühafizə olunmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən, ərinin doğumu haqqında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Mülki- Prosessual Məcəllənin) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 14.Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 15.Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 16.Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 17.Mülki-Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 18.Mülki-Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 19.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 20.Həmin Qərarın 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 21.Həmin Qərarın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 22.Hazırki iş üzrə işin araşdırılan hallarından göründüyü kimi ərizəçinin mərhum həyat yoldaşı X6 xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası Masis rayonunda anadan olmuşdur. Daha sonra onun doğum haqqında şəhadətnaməsi itmişdir. Hazırda ərizəçi mərhum həyat yoldaşının doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. 23.Göründüyü kimi ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyrimümkündür. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. 24.Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə də ərizə təmin edilməli, ərizəçinin həyat yoldaşı X3 xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmasının qeyd edilməsi faktı müəyyən edilməklə doğum haqqında şəhadətnamə verilməli, X3 təvəllüdü xx.xx.1967-ci il, doğulduğu yer Ermənistan Respublikası, Masis rayonu, atası X7, milliyyəti azərbaycanlı, anası X2, milliyyəti azərbaycanlı kimi yazılmalıdır. 25.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 26.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 27.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçinin həyat yoldaşı X3 xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçinin həyat yoldaşı X3 təvəllüdü xx.xx.1967-ci il, doğulduğu yer Ermənistan Respublikası, Masis rayonu, atası X7, milliyyəti azərbaycanlı, anası X2, milliyyəti azərbaycanlı kimi yazılsın. Hazırki qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar