Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-356/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit üzrə borcun qaytarılması və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit üzrə borcun qaytarılması və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 fevral 2018-ci ildə «X5 Azərbaycan» QSC ilə Cavabdeh1 arasında 210/21176/2018/1 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh1 digər öhdəliklərinin bağlanılması ilə bağlı 1.800.000 manat məbləğində pul ayrılmışdır və o, 13 (on üç) ay müddətində kreditin əsas məbləği və ona illik 16 % (on altı) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Borcalanın 210/21176/2018/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 27 fevral 2018-ci il tarixində bank ilə ipoteka qoyan Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 103.0 kv.m olan qeyri-yaşayış sahəsi «X5 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair DƏDRX tərəfindən 28.02.2018-ci il tarixili yüklülük barədə RX seriyalı ******* №-li müvafiq Çıxarış təqdim edilmişdir. Borcalanın 210/21176/2018/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 27 fevral 2018-cü il tarixində bank ilə ipoteka qoyan Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 51,2 kv.m., əsas sahəsi 28,5 kv.m., köməkçi sahəsi 22,7 kv.m. olan qeyri-yaşayış sahəsi «X5 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair DƏDRX tərəfindən 28.02.2018-ci il tarixili yüklülük barədə RX seriyalı ******* №-li müvafiq çıxarış təqdim edilmişdir. Borcalanın 210/21176/2018/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 27 fevral 2018-ci il tarixində bank ilə ipoteka qoyan Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, 5-ci mərtəbəsində və çardaqda yerləşən, ümumi sahəsi 195.0 kv.m, əsas sahəsi 195.0 kv.m., olan qeyri-yaşayış sahəsi «X5 Azərbaycan» QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair DƏDRX tərəfindən 28.02.2018-ci il tarixili yüklülük barədə RX seriyalı ******* №-li müvafiq Çıxarış təqdim edilmişdir. Borcalanın 210/21176/2018/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 27 fevral 2018-cü il tarixində bank ilə ipoteka qoyan Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, yerləşən, ümumi sahəsi 22,8 kv.m, əsas sahəsi 22,8 kv.m., olan qeyri-yaşayış sahəsi «X5 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair DƏDRX tərəfindən 28.02.2018-ci il tarixili yüklülük barədə RX seriyalı 12479018 №-li müvafiq Çıxarış təqdim edilmişdir. Borcalanın 210/21176/2018/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 27 fevral 2018-ci il tarixində bank ilə ipoteka qoyan Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında, ümumi sahəsi 205,7 kv.m, yaşayış sahəsi 128,6 kv.m, yardımçı sahəsi 77,1 kv.m., 5 otaqlı mənzil «X5 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair DƏDRX tərəfindən 28.02.2018-ci il tarixli yüklülük barədə RX seriyalı ******* №-li müvafiq Çıxarış təqdim edilmişdir. Borcalanın 210/21176/2018/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 27 fevral 2018-ci il tarixində bank ilə ipoteka qoyan Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında, ümumi sahəsi 177,18 kv.m, yaşayış sahəsi 110,55 kv.m, yardımçı sahəsi 66,63 kv.m., 4 otaqlı mənzil «X5 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair DƏDRX tərəfindən 28.02.2018-ci il tarixli yüklülük barədə RX seriyalı ******* №-li müvafiq Çıxarış təqdim edilmişdir. «X5 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi «X5 Azərbaycan» QSC-yə olan borclarını ödəməmişlər. Borcalanın «X5 Azərbaycan» QSC-nə 210/21176/2018/1 №-li, 27 fevral 2018-ci il tarixli kredit müqaviləsi üzrə olan ümumi kredit borcu 2.737.287,68 manat təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh1 1.787.969,58 manat əsas kredit borcunun, 505.325,70 manat əsas məbləğə hesablanmış faiz borcunun, 446.992,40 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, ümumilikdə 2.737.287,68 manat məbləğində kredit borcunun və 1354 manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqı, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun «X5 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanında, 1 -ci mərtəbədə yerləşən, ümumi sahəsi 103,6 kv.m. qeyri-yaşayış sahəsinə, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 51,2 kv.m., əsas sahəsi 28,5 kv.m., köməkçi sahəsi 22,7 kv.m. olan qeyri-yaşayış sahəsinə, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, 5-ci mərtəbəsində və çardaqda yerləşən, ümumi sahəsi 195.0 kv.m, əsas sahəsi 195.0 kv.m. olan qeyri-yaşayış sahəsinə, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, yerləşən, ümumi sahəsi 22,8 kv.m, əsas sahəsi 22,8 kv.m. olan qeyri-yaşayış sahəsinə, Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında, ümumi sahəsi 205,7 kv.m, yaşayış sahəsi 128,6 kv.m, yardımçı sahəsi 77,1 kv.m., 5 otaqlı mənzilə, Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında, ümumi sahəsi 177,18 kv.m, yaşayış sahəsi 110,55 kv.m, yardımçı sahəsi 66,63 kv.m., 4 otaqlı mənzilə yönəldilməsi, açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini borcludan tutulmasının təmin edilməsi, hərracda mənzil «X5 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh1 1.787.969,58 manat əsas kredit borcunun, 880.580,60 manat əsas məbləğə hesablanmış faiz borcunun, 1.014.374,74 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, ümumilikdə 3.682.924,92 manat məbləğində kredit borcunun və 1354 manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən çəkilmiş sığorta haqqı, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun «X5 Azərbaycan» QSCnin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanında, 1 -ci mərtəbədə yerləşən, ümumi sahəsi 103,6 kv.m. qeyri-yaşayış sahəsinə, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 51,2 kv.m., əsas sahəsi 28,5 kv.m., köməkçi sahəsi 22,7 kv.m. olan qeyri-yaşayış sahəsinə, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, 5-ci mərtəbəsində və çardaqda yerləşən, ümumi sahəsi 195.0 kv.m, əsas sahəsi 195.0 kv.m. olan qeyri-yaşayış sahəsinə, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, yerləşən, ümumi sahəsi 22,8 kv.m, əsas sahəsi 22,8 kv.m. olan qeyri-yaşayış sahəsinə, Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında, ümumi sahəsi 205,7 kv.m, yaşayış sahəsi 128,6 kv.m, yardımçı sahəsi 77,1 kv.m., 5 otaqlı mənzilə, Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında, ümumi sahəsi 177,18 kv.m, yaşayış sahəsi 110,55 kv.m, yardımçı sahəsi 66,63 kv.m., 4 otaqlı mənzilə yönəldilməsi, açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini borcludan tutulmasının təmin edilməsi, hərracda mənzil «X5 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "X5 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "X5 Azərbaycan" QSC ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2018-ci il tarixli, 210/21176/2018/1 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 13 ay müddətinə, illik 16% faiz ödəmək şərtilə 1.800.000 manat məbləğində kredit verilmişdir. İş materiallarındakı "X5 Azərbaycan" QSC ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2018-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 65 c ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən 103,0 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi öhdəliklərin təminatı kimi "X5 Azərbaycan" QSC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmetinin likvid dəyəri 85.500 manat təşkil edir. İş materiallarındakı "X5 Azərbaycan" QSC ilə Cavabdeh2 arasında bağlanmış 27 fevral 2018-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 9 nömrəli binanın 1-ci mərtəbəsində 51,2 kv.m ümumi, 28,5 kv.m əsas, 22,7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi öhdəliklərin təminatı kimi "X5 Azərbaycan" QSC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmetinin likvid dəyəri 850.000 manat təşkil edir. İş materiallarındakı "X5 Azərbaycan" QSC ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2018-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində istifadədə olan 0,16312 ha torpaq sahəsində yerləşən 28 nömrəli binada 22,8 kv.m ümumi, 22,8 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi öhdəliklərin təminatı kimi "X5 Azərbaycan" QSC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmetinin likvid dəyəri 20.570 manat təşkil edir. İş materiallarındakı "X5 Azərbaycan" QSC ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2018-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanında, ümumi sahəsi 205,7 kv.m, yaşayış sahəsi 128,6 kv.m, yardımçı sahəsi 77,1 kv.m., 5 otaqlı mənzil, ünvan 7 ünvanında, ümumi sahəsi 177,18 kv.m, yaşayış sahəsi 110,55 kv.m, yardımçı sahəsi 66,63 kv.m., 4 otaqlı mənzil öhdəliklərin təminatı kimi "X5 Azərbaycan" QSC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmetinin likvid dəyəri 770.000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin "X5 Azərbaycan" QSC-yə ünvanladığı məktublardan görünür ki, ipoteka predmetlərinə dair tutmanın yönəldilməsi haqqında bildirişlər qeydə alınmışdır. İşdə olan "X5 Azərbaycan" QSC tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan "X5 Azərbaycan" QSC-nin Cavabdeh1 ünvanlanmış «ipoteka predmetinə tutmanın yönəldilməsinə dair» bildirişdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir. İşdə olan "X5 Azərbaycan" QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 1.787.969,58 manat əsas kredit borcu, 505.325,70 manat faiz borcu, 446.992,40 manat cərimə borcu, cəmi 2.737.287,68 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 22.06.2021-ci il tarixli, H/01-PLS saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 65 C ünvanında, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 180.000 manat, ünvan 1 ünvaında, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 225.000 manat, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 nömrəli binanın 5ci mərtəbəsində və çardaqda yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 85.000 manat, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 30.000 manat, ünvan 6-in likvid dəyəri 360.000 manat, ünvan 7-nin likvid dəyəri 310.000 manat təşkil edir. Qiymətləndiricinin xidmət haqqı 1800 manat təşkil etmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsidir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtini pozmuşdur. Ona görə də borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqavilələrinin şərtlərinə müvafiq qaydada ipoteka predmetləri olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 65 C ünvanında, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə (likvid dəyəri 180.000 manat), ünvan 1 ünvaında, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə (likvid dəyəri 225.000 manat), Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 nömrəli binanın 5-ci mərtəbəsində və çardaqda yerləşən qeyri-yaşayış sahəsinə (likvid dəyəri 85.000 manat), Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (likvid dəyəri 30.000 manat), ünvan 6-ə (likvid dəyəri 360.000 manat), ünvan 7-yə (likvid dəyəri 310.000 manat) yönəldilməli, həmin əmlaklar açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiymətləri "xxxx" MMC-nin 22.06.2021-ci il tarixli, H/01-PLS saylı qiymətləndirmə hesabatında göstərildiyi həcmdə müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh1 və Cavabdeh2 qaytarılmalıdır. Həmçinin məhkəmə iddia tələbinin «hərracda mənzil «X5 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşaldılaraq banka təhvil verilməsi» hissəsi ilə bağlı qeyd edir ki, həmin məsələ icra mərhələsində həll olunmalı olan məsələlərə aid olduğundan iddia həmin hissədə təmin edilə bilməz. Bundan əlavə, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 100.000 (bir yüz min) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş pandemiyanı, ölkəmizdə baş vermiş manatın devalvasiyasını, həmçinin cavabdehin maliyyə vəziyyətini nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 1.787.969,58 (bir milyon yeddi yüz səksən yeddi min doqquz yüz altmış doqquz manat, əlli səkkiz qəpik) manat əsas, 880.580,60 (səkkiz yüz səksən min beş yüz səksən manat, altmış qəpik) manat faiz borcu, 100.000 (bir yüz min) manat cərimə borcu, habelə 1354 (bir min üç yüz əlli dörd) manat sığorta haqqı və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2.769.934,18 (iki milyon yeddi yüz altmış doqquz min doqquz yüz otuz dörd manat, on səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "X5 Azərbaycan" QSC-yə ödənilməli, tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 103,6 kv.m. qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 180.000 (bir yüz səksən min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalı, tutma ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 51,2 kv.m., əsas sahəsi 28,5 kv.m., köməkçi sahəsi 22,7 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 225.000 (iki yüz iyirmi beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalı, tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, 5-ci mərtəbəsində və çardaqda yerləşən, ümumi sahəsi 195.0 kv.m, əsas sahəsi 195.0 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 85.000 (səksən beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalı, tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, yerləşən, ümumi sahəsi 22,8 kv.m, əsas sahəsi 22,8 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalı, tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında, ümumi sahəsi 205,7 kv.m, yaşayış sahəsi 128,6 kv.m, yardımçı sahəsi 77,1 kv.m., 5 otaqlı mənzilə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 360.000 (üç yüz altmış min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalı, tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında, ümumi sahəsi 177,18 kv.m, yaşayış sahəsi 110,55 kv.m, yardımçı sahəsi 66,63 kv.m., 4 otaqlı mənzilə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 310.000 (üç yüz on min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalı, satışlardan əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı "X5 Azərbaycan" QSC-yə olan kredit borcu ödənilməli, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 1800 (bir min səkkiz yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1.787.969,58 (bir milyon yeddi yüz səksən yeddi min doqquz yüz altmış doqquz manat, əlli səkkiz qəpik) manat əsas, 880.580,60 (səkkiz yüz səksən min beş yüz səksən manat, altmış qəpik) manat faiz borcu, 100.000 (bir yüz min) manat cərimə borcu, habelə 1354 (bir min üç yüz əlli dörd) manat sığorta haqqı və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2.769.934,18 (iki milyon yeddi yüz altmış doqquz min doqquz yüz otuz dörd manat, on səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "X5 Azərbaycan" QSC-yə ödənilsin. Tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 103,6 kv.m. qeyri-yaşayış sahəsinə yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 180.000 (bir yüz səksən min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılsın. Tutma ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 51,2 kv.m., əsas sahəsi 28,5 kv.m., köməkçi sahəsi 22,7 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 225.000 (iki yüz iyirmi beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılsın. Tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, 5-ci mərtəbəsində və çardaqda yerləşən, ümumi sahəsi 195.0 kv.m, əsas sahəsi 195.0 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 85.000 (səksən beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılsın. Tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, yerləşən, ümumi sahəsi 22,8 kv.m, əsas sahəsi 22,8 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılsın. Tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında, ümumi sahəsi 205,7 kv.m, yaşayış sahəsi 128,6 kv.m, yardımçı sahəsi 77,1 kv.m., 5 otaqlı mənzilə yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 360.000 (üç yüz altmış min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılsın. Tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında, ümumi sahəsi 177,18 kv.m, yaşayış sahəsi 110,55 kv.m, yardımçı sahəsi 66,63 kv.m., 4 otaqlı mənzilə yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 310.000 (üç yüz on min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılsın. Satışlardan əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı "X5 Azərbaycan" QSC-yə olan kredit borcu ödənilsin. Əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 1800 (bir min səkkiz yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-356/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-356/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver