Məhkəmə qərarları › İş №2(006)-3566/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3566/2021

02.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3566/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Ərizəçi X5 İctimai Birliyinin maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi X5 İctimai Birliyi 20.04.2020-ci il tarixdə ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X3 15 mart 2013-cü il tarixdə doğulması faktı müəyyən edilməsi, doğum akt qeydində doğulduğu yer Bakı şəhəri, ana qrafasında X9, ata qrafasında X11, soyad qrafasında İsmayılov qeyd edilməklə bu barədə müvafiq şəhadətnamə verilməsi, X4 15 sentyabr 2011-ci il tarixdə doğulması faktı müəyyən edilməsi, doğum akt qeydində doğulduğu yer Bakı şəhəri, ana qrafasında X9, ata qrafasında X11, soyad qrafasında İsmayılova qeyd edilməklə bu barədə müvafiq şəhadətnamələrin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) X10 ərizəni müdafiə edərək, izahatında bildirdi ki, 06.07.2018-ci il tarixdə Yasamal Rayon Polis İdarəsi 27-ci Polis oölməsi tərəfindən şərti adı Nuray olan azyaşlı uşaq Azərbaycan Uşaqlar Birliyinə təqdim edilmişdir. Bundan sonra 31.07.2019-cu il tarixdə Azərbaycan Uşaqlar Birliyi tərəfindən müraciət edilərək, şərti adı Nuray olan azyaşlı qız uşağının müalicəsinin və sığınacaqda qalma müddətinin bitməsi qeyd edilərək, onun Ərizəçi X5 ictimai Birliyinin filialı olan “X21” yerləşdirilməsi təklif edilmiş və 31.07.2019-cu il tarixdə “X22”nə qəbul edilmişdir. Bundan əlavə 17.10.2018-ci il tarixdə Xətai Rayon Polis İdarəsi 35-ci Polis bölməsi tərəfindən şərti adı Fuad olan azyaşlı uşaq Azərbaycan Uşaqlar Birliyinə təqdim edilmişdir. 31.07.2019-cu il tarixdə Azərbaycan Uşaqlar Birliyi tərəfindən müraciət edilərək, şərti adı Fuad olan azyaşlı oğlan uşağının müalicəsinin və sığınacaqda qalma müddətinin bitməsi qeyd edilərək, onun Ərizəçi X5 İctimai Birliyinin filialı olan X22”nə yerləşdirilməsi təklif edilmiş və 31.07.2019-cu il tarixdə “X22”nə qəbul edilmişdir (əmrlər ərizəyə əlavə olunur). Bildirmək istəyir ki, Birliyin himayəsində olan kimsəsiz uşaqların hazırki yaşının təyin olunması barədə məhkəmə-tibbi ekspertizası keçirilmiş və 05.09.2019-cu tarixli 517 saylı ekspert rəyinə əsasən şərti adı Nuray olan azyaşlının müəyinə olunan sümük yaşının təxminən 7- 8 ilə uyğun olması göstərilmişdir. Bundan əlavə 05.09.2019-cu tarixli 516 saylı ekspert rəyinə əsasən şərti adı Fuad olan azyaşlının müəyinə olunan yaşının təxminən 5-5,5 ilə uyğun olması göstərilmişdir (Rəylər ərizəyə əlavə olunur). Həmin kimsəsiz uşaqların gələcək həyatının qurulması, təhsil və inkişafı üçün onlarının doğumlarının qeydə alınması və hüquq müəyyən edici sənədlərin alınması mütləq və zəruridir. Bu səbəbdən Ərizəçi X5 İctimai Birliyi tərəfindən Bakı şəhəri Maraqlı şəxsnə müraciət edilərək 15.09.2011-ci il tarixdə Bakı şəhərində doğulmuş qız uşağının və 15.03.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş oğlan uşağının doğumlarının qeydə alınması barədə müraciət olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs 07 dekabr 2019-cu il tarixli, 1317 saylı məktubuna əsasən doğumun qeydə alınmasından imtina edilmiş və uşağın doğulması faktının məhkəmə qaydasında müəyyən edilməsi göstərilmişdir. Sonda ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Lakin Şöbənin rəisi məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasın xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasın mümkün hesab edir. Məhkəmədə şahid qismində ifadə verən X11 ifadəsində bildirmişdir ki, Ərizəçi uşaq evində baş mühasib işləyir. Orda iyirmiyə yaxın uşaq vardır. Fuad və Nuray 2019-cu ildə oraya gətirilmişdir. Birlik 2019-cu ildə fəaliyyət başlamışdır. Hazırda uşaqlar ordadırlar. Məhkəmədə şahid qismində ifadə verən X6 ifadəsində bildirmişdir ki, Ərizəçi uşaq evinin direktorudur. Uşaqlar Ərizəçi X5 İctimai Birliyinə 31.07.2019-cu il tarixdə təhvil verilmişdir. Ekspertiza keçiriləndə onlar artıq uşaq evində idi. Fuadın 6, Nurayın 8 yaşı var idi. Uşaqların ataları və anaları bəlli deyil, onları aktla təhvil götürüblər. Fuad Xətai də, Nuray Yasamal rayonund tapılıb. Sürücü gətirib polisə vermişdir. Polis də gətirib onları sığınacaqlara vermişdir. Ata qrafasında adının yazılmasına etiraz etmir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi X5 İctimai Birliyinin nümayəndəsi X7 ərizəsindən görünür ki, 17.10.2018-ci il tarixdə Xətai Rayon Polis İdarəsi 35-ci polis bölməsi tərəfindən şərti adı Fuad olan azyaşlı uşaq Kəmalə Ağazadənin rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinə təqdim edilmişdir. 31.07.2019-cu il tarixdə Kəmalə Ağazadə müraciət edərək, onun Ərizəçi X5 İctimai Birliyinin filialı olan “X22”nə yerləşdirilməsini təklif etmişdir. Fuad 31.07.2019-cu il tarixdə “X22”nə yerləşdirilməsini təklif etmişdir. Fuad 31.07.2019-cu il tarixdə “X22”nə qəbul edilmişdir. Milliyəti azərbaycanlı olan, şərti adı Fuad olan azyaşlının doğum faktının qeydə alınması üçün aidiyyatı üzrə məhkəməyə göndərilməsində və doğum haqqında şəhadətnamənin alınmasında, şəhadətnamənin ana qrafasında X9, ata qrafasında X11, soyad qrafasında İsmayılov, doğum tarixinin 15.03.2014-cü il olaraq qeyd olunmasında köməklik göstərməyinizi Sizdən xahiş edirik. İş materiallarında olan Ərizəçi X5 İctimai Birliyinin nümayəndəsi X7 ərizəsindən görünür ki, 06.07.2018-ci il tarixdə Yasamal Rayon Polis İdarəsi 27-ci polis bölməsi tərəfindən şərti adı Nuray olan azyaşlı uşaq Kəmalə Ağazadənin rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinə təqdim edilmişdir. 31.07.2019-cu il tarixdə Kəmalə Ağazadə müraciət edərək, onun Ərizəçi X5 İctimai Birliyinin filialı olan “X22”nə yerləşdirilməsini təklif etmişdir. Fuad 31.07.2019-cu il tarixdə “X22”nə yerləşdirilməsini təklif etmişdir. Fuad 31.07.2019-cu il tarixdə “X22”nə qəbul edilmişdir. Milliyəti azərbaycanlı olan, şərti adı Fuad olan azyaşlının doğum faktının qeydə alınması üçün aidiyyatı üzrə məhkəməyə göndərilməsində və doğum haqqında şəhadətnamənin alınmasında, şəhadətnamənin ana qrafasında X9, ata qrafasında X11, soyad qrafasında İsmayılov, doğum tarixinin 15.09.2021-ci il olaraq qeyd olunmasında köməklik göstərməyinizi Sizdən xahiş edirik. İş materiallarında olan 05.09.2019-cu il tarixli, 517 saylı ekspert rəyindən görünür ki, Nuray müəyyən edilmiş yaşı 7-8 ilə uyğun gəlir. İş materiallarında olan 05.09.2019-cu il tarixli, 516 saylı ekspert rəyindən görünür ki, Fuad müəyyən edilmiş yaşı 5.5,5 ilə uyğun gəlir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan və şahidlərin ifadələrindən məlum olur ki, 05.09.2019-cu il tarixli, 517 saylı ekspert rəyindən göründüyü kimi Nuray müəyyən edilmiş yaşı 7-8 ilə uyğun gəlir. 05.09.2019-cu il tarixli, 516 saylı ekspert rəyindən göründüyü kimi Fuad müəyyən edilmiş yaşı 5-5,5 ilə uyğun gəlir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, doğum akt qeydində doğulduğu yer Bakı şəhəri, ana qrafasında X9, ata qrafasında X11, soyad qrafasında İsmayılov qeyd edilməklə bu barədə müvafiq şəhadətnamə verilməli, X1 15 sentyabr 2011-ci il tarixdə doğulması faktı müəyyən edilməli, doğum akt qeydində doğulduğu yer Bakı şəhəri, ana qrafasında X9, ata qrafasında X11, soyad qrafasında İsmayılova qeyd edilməklə bu barədə müvafiq şəhadətnamələrin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X8 15 mart 2013-cü il tarixdə doğulması faktı müəyyən edilsin. Doğum akt qeydində doğulduğu yer Bakı şəhəri, ana qrafasında X9, ata qrafasında X11, soyad qrafasında İsmayılov qeyd edilməklə bu barədə müvafiq şəhadətnamə verilsin. X1 15 sentyabr 2011-ci il tarixdə doğulması faktı müəyyən edilsin. Doğum akt qeydində doğulduğu yer Bakı şəhəri, ana qrafasında X9, ata qrafasında X11, soyad qrafasında İsmayılova qeyd edilməklə bu barədə müvafiq şəhadətnamələrin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar