Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3585/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bank vasitəsilə ondan aldığı 5500 manatı qaytarmaqla əlaqədar üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün 5500 (beş min beş yüz) manat, dəymiş mənəvi zərərə görə 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat, cəmi 6030 manat pulun Cavabdeh tutularaq onun, yəni İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi uzun müddətdir ki, tanıyır. Uzun müddət həmin şəxsi tanıdığı üçün hazırki mülki iş üzrə cavabdehin müraciəti əsasında onunla Cavabdeh arasında əvvəlcədən olan razılığa əsasən o, xx xxx 2019-cu il tarixdə “Kapital Bank”ın Qara Qarayev filialında cari hesaba mədaxil yolu ilə Cavabdeh 5500,00 (beş min beş yüz) manat pul vermişdir. Lakin cavabdeh verdiyi sözün üstündən 1 ildən artıq vaxt keçsə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.Cavabdeh pulu alarkən şəxsi işləri ilə əlaqədar pula ehtiyacı olduğunu bildirmiş, pulu vaxtında qaytaracağına söz versə də, buna əməl etməmişdir. Ödəməni gecikdirməyə başladıqda o, cavabdehə hər dəfə zəng vurduqda müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Son bir neçə aydır hər dəfə ona söz versə də vədinə əməl etmir.Belə olan halda o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Müvafiq halda Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməməsi və ona olan borcunu qaytarmaması nəticəsində xeyli miqdarda maddi itkilərə məruz qalmışdır. Hesab edir ki, bu itkilər də cavabdeh tərəfindən ona ödənilməlidir. Nəticədə o, bu şəxsə qarşı mülki iddia qaydasında məhkəməyə müraciət etməklə ona olan pul borcunun və vurduğu əlavə ziyanın qaytarılmasını tələb etmək zərurətində qalır.Cavabdeh tərəfindən hal-hazırkı iddia üzrə ödənilməsini tələb etdiyi məbləğ 6030 manat(altı min manat) təşkil edir. Bu məbləğdən 5500 manat bank vasitəsilə cavabdehin götürdüyüməbləğ, 500 manat mənəvi zərər və 30 manat məhkəməyə müraciət edərkən ödədiyi dövlət rüsumu olmaqla yaranmışdır.Müvafiq halda Cavabdeh ondan 5.500 (beş min beş yüz) manat borc götürüb 02-03 ay ərzində qaytaracağını öhdəsinə götürsə də, 13 aya yaxındır ki, öhdəliyini yerinə yetirməyərək onun verdiyi puldan faydalanmış, onu isə öz pulundan faydalanmaq imkanından məhrum etmişdir. Bundan başqa məhkəməyə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu da ödəmişdir. Cavabdehin öhdəliyi yerinə yetirməməsi səbəbindən o, bu məbləğlərdən məhrum olmuşdur. Həmçinin cavabdehin məsuliyyətsizliyi və yalançılığı üzündən ona 500 manat dəyərində mənəvi ziyan dəymişdir.Yuxarıda göstərilənləri nəzərə alaraq bank vasitəsilə ondan aldığı 5500 manatı qaytarmaqla əlaqədar üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün 5500 (beş min beş yüz) manat, dəymiş mənəvi zərərə görə 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat, cəmi 6030 manat pulun Cavabdeh tutularaq onun, yəni İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi olan 5500 manat puldan ona 1.000 manat ödənildiyi üçün Cavabdeh 4500 manat, dəymiş zərərə görə 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək 4500 manat pulun ondan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı ilə cavabdeh olan Cavabdeh borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. İddiaçı izahatından görünür ki, o, Cavabdeh 5500 manat məbləğində borc pul vermiş, həmin puldan 1.000 manatı cavabdeh ona qaytarmış, qalan 4500 manatının qatarılmasına dair söz vermişdir. Məhkəmə baxışı zamanı Cavabdeh ərizə ilə müraciət edərək ödənilməmiş borcun 4500 manat məbləğində olmasını etiraf etmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Cavabdeh məhkəmə iclasında iddiaçıya tələb olunan məbləğdə borclu olduğunu etiraf etmişdir. Cavabdeh tərəfindən iddiaçıya borcunun olması faktının etiraf edilməsi iddiaçını bu faktı sübut etmə vəzifəsindən azad edir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə etmədiyindən, etirafı qəbul edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən müqavilənin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia borcun tutulması hissəsində təmin edilməli, 4500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddiaçı həmçinin cavabdehdən onun xeyrinə mənəvi zərərin əvəzi olaraq 500 manat pulun tutulmasını xahiş etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Mənəvi zərərin ödənilməsi barədə tələblə bağlı qeyd olunmalıdır ki, hazırki halda pozulmuş hüququn bərpa edilməsi mənəvi zərərin ödənilməsi kimi də qiymətləndirilməlidir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təqdim olunmuş sənədlər əsasında iddiaçının 30 manat məbləğində dövlət rüsumu ödədiyi müəyyən olunmuşdur. Məhkəmə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 27 manatı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Borca görə 4500 manat və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 27 manatı, cəmi 4527 (dörd min beş yüz iyirmi yeddi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3585/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3585/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver