Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3604/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "doğum haqqında akt qeydinin bərpası və s." tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, onun doğum haqqında akt qeydinin bərpa edilərək soyadının sonluğuna düzəliş edilməsi, yəni Çekmeneva kimi yazılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə dəqiqləşdirilmə barədə ərizə ünvanlayaraq Ərizəçi barəsində Maraqlı şəxs tərəfindən xx.xx.1973-cü il tarixdə tərtib edilmiş doğum haqqında akt qeydində düzəliş edilməsi və doğum haqqında akt qeydində soyadının “Çekmenova”dan “Çekmeneva”ya, atası barədə məlumatlar qrafasında atasının soyadının “Çekmenov”dan “Çekmenev”a dəyişdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Maraqlı şəxs tərəfindən xx.xx.1973-cü il tarixli 2415 saylı doğum akt qeydi tərtib edilmişdir. Daha sonra nikahı ilə əlaqədar Qazaxıstan vətəndaşlığı qəbul etmişdir. X7 şəhərində yaşayır. Hər iki valideynin soyadı Çekmenev olduğu halda ərizəçinin soyadı Çekmenova kimi qeyd edilmişdir. Hazırda ərizəçi İspaniya vətəndaşlığı qəbul etmək niyyətindədir. Lakin doğum haqqında qeyddə bu uyğunsuzluq müəyyən çətinliklər yaradır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, oradan rəsmi imtina verilərək məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-T seriyalı 097197 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixində Bakı şəhərində anadan olmuşdur, onun atası X4, anası isə X1. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş NO9328901 saylı Qazaxıstan vətəndaşının pasportunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.1973-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İş materiallarında olan İE seriyalı, 082988 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1948-ci ildə Azərbaycan SSR, Bakı şəhəri, Voroşilov rayonunda anadan olmuşdur. Doğum haqqında qeydiyyat Bakı şəhəri, Voroşilov VVAQ bürosu tərəfindən xx.xx.1948-ci il tarixdə 862 nömrəsi ilə aparılmışdır. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.1948-ci il tarixində anadan olmuşdur. İş materiallarında olan İE seriyalı, 035348 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X3 xx.xx.1948-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikah bağlandıqdan sonra arvada Çekmeneva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ünvanlanmış 05/Q-72/68 nömrəli xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X6 Respublikasının vətəndaşı olduğundan və Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı olmadığından Çekmeneva Yelenanın doğum haqqında akt qeydində soyadının “Çekmenova”dan “Çekmeneva”ya düzəliş edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 340-cı ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Eyni Məcəllənin 445.0.5-ci maddəsinə əsasən barəsində yanlışlıqların müəyyən edilməsi haqqında ərizə verilən vətəndaşlıq vəziyyəti aktlarının qeydləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildiyi halda Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə baxırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, ərizəçinin soyadının “Çekmeneva”, atasının soyadının isə “Çekmenev” olması məhkəmə araşdırması zamanı tədqiq edilmiş müxtəlif sənədlərlə təsdiq edilmişdir. Buna baxmayaraq ərizəçiyə məxsus doğum akt qeydi kitabında ərizəçinin soyadı səhvən Çekmenova, atası barədə məlumatlar qrafasında isə atasının soyadı “Çekmenov” kimi göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 barədə Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx xxxxxxxx 1973-cü il tarixdə tərtib edilmiş doğum haqqında akt qeydində düzəliş edilməli, doğum haqqında akt qeydində ərizəçinin soyadı “Çekmenova”dan “Çekmeneva”ya, atasının soyadı “Çekmenov”dan “Çekmenev”ə dəyişdirilməli, edilmiş düzəliş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydə alınmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi barədə Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx xxxxxxxx 1973-cü il tarixdə tərtib edilmiş doğum haqqında akt qeydində düzəliş edilsin. Doğum haqqında akt qeydində ərizəçinin soyadı “Çekmenova”dan “Çekmeneva”ya, atasının soyadı “Çekmenov”dan “Çekmenev”ə dəyişdirilsin. Edilmiş düzəliş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-3604/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3604/2020
28.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver