Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-361/2020 19.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəonunlaəsaslandırılmışdırki, Derjinski (indiki Nəsimi) rayon icrakomunun mənzil idarəsi tərəfindən 03098 nömrəli, 17 noyabr1959-cu il tarixli orderə əsasən, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 53,6 kv.metr sahəsi olan 64 saylı mənzil vətəndaş x2 və 7 nəfər ailə üzvünün istifadəsinə verilmişdir. x2 29 yanvar 1971-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Mənzil Kommunal İstismar Sahəsinin 06.03.2019-cu il tarixli 106 nömrəli Forma 2 arayışına əsasən yuxarıda qeyd olunan mənzildə x9, x10, Ərizəçi (bundan sonra ərizəçi), x14, x5, x18 qeydiyyatdadır. Ərizəçinin əmisi 25.05.1949-cu il təvəllüdlü x3 harada olması barədə 2012-ci il tarixindən etibarən ailə üzvlərində hər hansı məlumat mövcud deyildir. Onunla bütün əlaqələrini itirmişlər. Onlarla uzun müddət qonşuluq edən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev35, mənzil 62-də yaşayan x19, həmin binada mənzil 71 -də yaşayan x11, ev 35A mənzil 39-da yaşayan x6 notarial qaydada təsdiq olunmuş ərizəsində qeyd etmişlər ki, x3 ünvan 1 ünvanındakı 64 saylı mənzildə qeydiyyatda olmasına baxmayaraq, 2012-ci ildən bu günədək onun orada yaşadığını görməmişlər. 04 aprel 2017-ci il tarixində Nəsimi Rayon Polis idarəsinin 21-ci Polis Bölməsinə ərizə ilə müraciət edilərək əmisi x9 ilə əlaqə qurulmasında ərizəçiyə köməklik göstərilməsi xahiş olunmuşdur. 21 -ci Polis bölməsinin 05 may 2017- ci il tarixli, 085-2174D-1217 nömrəli məktubunda bildirilmişdir ki, x3 yerini müəyyən etmək üçün tədbirlər görülmüş, lakin keçirilmiş tədbirlər nəticəsində onun yerini müəyyən etmək mümkün olmamışdır. x3 olmaması səbəbindən onlar hal-hazırda istifadə etdikləri mənzili özəlləşdirə bilmirlər. Nəticədə ərizəçi və ailə üzvlərinin mənzilə mülkiyyət hüququnun danışmaz əmlakın dövlət reyestrində qeydə alınmasını həyata keçirə bilmirlər. Göstərilənlərə əsasən 25.05.1949-cu il təvəllüdlü x3 ölmüş elan edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etdi və ərizədə göstərilənləri təsdiq edərək onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və mülki işin materiallarını araşdırıb hesab edir ki, hüquqi faktın müəyyən edilməsi barədə ərizə təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən 19.03.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 712866 saylı doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən görünür ki, x7 xx xxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, atası x4, anası Hacıyeva x28r. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-nin Ərizəçi ünvanladığı 05.05.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, x3 yerini müəyyən etmək üçün tərəflərindən tədbirlər keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində M.Hacıyevin yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilən 31 avqust 2017-ci il tarixli, AZ-İ № 821058 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x4 29.08.2017-ci ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarındakı Bakı şəhər Nəsimi rayon İH MKTB-nin 52 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 06.03.2019-cu il tarixli forma 2 arayışına əsasən x9, x10, Ərizəçi, x14, x5, x18 Bakı şəhəri, Nəsimi rayonu,S.Rüstəm küçəsi,ev 35 ünvanında pasport qeydiyyatındadırlar. İşdə olan qonşular x19, x15 və Məmməd x20 notarial qaydada təsdiq edilmiş 31.05.2019-cu il tarixli ərizəsindən görünür ki, x3 Bakı şəhəri, Nəsimi rayonu,S.Rüstəm küçəsi,35 ünvanındakı 64 saylı mənzildə qeydiyyatda olmasına baxmayaraq, 2012-ci ildən bugünədək orada yaşamır, orada yaşadığını görməmişlər. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 iyun 2019-cu il tarixli arayışdan görünür ki, x4 16.10.1947-ci ildə Bakı şəhərində anadan olmuş, atası x8, anası x17 və barədə akt qeydləri kitabında 28.10.1947-ci il tarixdə 1837 №-li akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş x13 09.10.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, x3 axtarışda olmasına dair Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x1 müvafiq uçotları üzrə yoxlanılmış, hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 21.01.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, tərəflərindən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və 25.05.1949-cu il təvəllüdlü x3 ölümü barədə məlumat aşkar edilməmişdir. Hazırki ərizə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Eyni Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Göstərilən Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni aşağıdakı dörd şərt olduqda icraata qəbul edib xüsusi icraat qaydasında baxa bilər: 1) əgər həmin fakt qanuna əsasən hüquqi nəticələr doğurursa; 2) faktın müəyyən edilməsi sonradan məhkəməyə aid olan hüquq haqqında mübahisənin məhkəmədə baxılması ilə əlaqəli olmamalıdır; 3) ərizəçinin hüquqi əhəmiyyəti olan faktı başqa qaydada almaq qeyri-mümkün olmalıdır; 4) konkret fakta münasibətdə mövcud qanunvericilik onun müəyyən edilməsinin digər (qeyri-məhkəmə) qaydasını müəyyən etməməlidir. Hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçməlidir və ya qeyri məhkəmə (inzibati) qaydasında müəyyən edilməlidir. Şərh edilən maddə hətta inzibati qaydanın mövcud olduğu halda belə bu və ya digər səbəblərdən hüquqmüəyyənedici sənədin alına bilməyəcəyi təqdirdə, hüquqi faktların məhkəmə qaydasında müəyyən edilməsini nəzərdə tutur. Ərizəçinin müvafiq sənədləri başqa qaydada ala bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması (məsələn, öhdədə olma faktı), ya faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü (məsələn, bədbəxt hadisə faktı ilə bağlı aktın tərtib edilməməsi və hazırda onun tərtibinin mümkünsüzlüyü), ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılmalıdır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə, həmin sənədləri qeydə alan (verən) müvafiq orqanın (məsələn, Qeydiyyat orqanı) həmin sənədin dublikatının verilməsi imkanının olmaması başa düşülməlidir. Məsələn, Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş rayonlarda həmin sənədləri qeydə alan müvafiq orqanın (VVAQ orqanı, notariat kontoru və s.) arxivinin yanması, itirilməsi nəticəsində hüquqmüəyyənedici sənədlərin dublikatının verilməsi imkanının mümkünsüzlüyü. Hazırki mübahisəni araşdıran zamanı məhkəmə mülki prosessual qanunvericiliyinin ümumi hissəsinin normalarına istinad edir və qeyd edir ki, hüquqi faktı müəyyən edən zamanı təqdim edilən sübutlar əsas götürülür, məhkəmənin gəldiyi nəticənin həqiqətə uyğunluğu isə işdə olan sübutların mötəbərliyindən asılı olur, sübutlar hər hansı halınfaktın olub-olmamasının qiymətləndirilməsində rol oynayır. Bununla bağlı olaraq Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Qavazov Bolqarıstana qarşı” iş üzrə qəbul etdiyi 06.03.2008-ci il tarixli qərarında qeyd edilmiş hüququ mövqeyə görə, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, tələbin əsasını sübut etmək vəzifəsi ərizəçinin üzərinə düşür. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizəçi 25.05.1949cu il təvəllüdlü x3 ölmüş elan edilməsini tələb etsə də, x3 onun əmisi olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, iş materiallarında ərizəçinin ölmüş elan edilməsini tələb etdiyi şəxsin- x3 axtarışda olması ilə bağlı hər hansı sübuta rast gəlinmədi. Məhkəmə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-361/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-361/2020
19.06.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver