Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3619/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor Bank "xxxx" ASC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, MK-01292-16/14A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2016-cı il tarixinə ödənilməmiş 7336.83 (yeddi min üç yüz otuz altı manat, səksən üç qəpik) manat əsas borc, 1394.41 (min üç yüz doxsan dörd manat, qırx bir qəpik) manat faiz borcu, ümumilikdə 8731.24 (səkkiz min yeddi yüz otuz bir manat, iyirmi dörd qəpik) manat, 20 (iyirmi) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidməti haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə əmr çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, kreditor Bank "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, MK-01292-16/14A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya istehlak məqsədi ilə 24 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 10000 manat məbləğində aylıq əsasla qaytarılmaq şərtilə kredit verilmişdir. Borclu Cavabdeh2 xx.xx.2014-cü il tarixdə kreditorla MKZ-01292-16/14A saylı zaminlik müqaviləsi bağlayaraq borclu Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Borclu Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini icrasında gecikmə əmələ gəlmiş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borclunun kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 7336.83 manat, faiz borcunun məbləği 1394.41 manat təşkil edir. Beləliklə, borclunun xx.xx.2016-cı il tarixinə ümumi borcu 8731.24 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-9098/2016 saylı əmri ilə tələbkarın ərizəsi təmin edilmişdir. Borclu Cavabdeh2 xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3619/2023 saylı qərardadı ilə etiraz təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 9098/2016 saylı məhkəmə əmri ləğv edilmiş, kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə materiallar iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək, onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı Bank "xxxx" ASC və digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli, MK-01292-16/14A №-li kredit müqaviləsindən müəyyən edilir ki, bank tərəfindən müştəri Cavabdeh1 24 ay müddətinə illik 30 faiz dərəcəsilə 10.000 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli, MKZ-01292-16/14A №-li zaminlik müqaviləsindən müəyyən edilir ki, bu müqaviləyə əsasən, zamin borcverən qarşısında borcalanın 04 fevral 2014-cü il tarixli MK-01292-16/14A saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan iddiaçı Bank "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh1 banka əsas borc məbləği 7336.83 manat, ümumi faiz borcu 1394.41 manat, cəmi borc 8731.24 manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2016-cı il tarixli xəzinə mədaxil orderindən görünür ki, iddiaçı tərəfindən ərizənin verilməsinə görə 20 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli bildirişdən görünür ki, Bank tərəfindən borclu Cavabdeh1 borcun olması və müəyyən edilmiş vaxt aralığında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə qabaqcadan xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Bank "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilənin təminat üsulu kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bank iddiaçı qismində məhkəməyə müraciət edərək, borclular tərəfindən müqavilələr üzrə ödənilməyən borc pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 Bank "xxxx" ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliklərin icra edilməsini öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə Bank "xxxx" ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü tarixli müqaviləsi üzrə borcu: - əsas borc üzrə – 7336.83 manat; - faiz borcu üzrə – 1394.41 manat; - cəmi borc- 8731.24 manat. Xəbərdarlıq məktubundan görünür ki, Bank "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bank "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, MK-01292-16/14A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2016-cı il tarixinə ödənilməmiş 7336.83 (yeddi min üç yüz otuz altı manat, səksən üç qəpik) manat əsas borc, 1394.41 (min üç yüz doxsan dörd manat, qırx bir qəpik) manat faiz borcu, ümumilikdə 8731.24 (səkkiz min yeddi yüz otuz bir manat, iyirmi dörd qəpik) manat, 20 (iyirmi) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidməti haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. xx.xx.2016-cı il tarixli xəzinə mədaxil orderindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 20.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, dövlət rüsumu olaraq ödənilmiş 149.60 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MülkiProsessualMəcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bank "xxxx" ASC-nin Həzi Aslanov filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, MK-01292-16/14A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2016-cı il tarixinə ödənilməmiş 7336.83 (yeddi min üç yüz otuz altı manat, səksən üç qəpik) manat əsas borc, 1394.41 (min üç yüz doxsan dörd manat, qırx bir qəpik) manat faiz borcu, ümumilikdə 8731.24 (səkkiz min yeddi yüz otuz bir manat, iyirmi dörd qəpik) manat, 20 (iyirmi) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidməti haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3619/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3619/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver