Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3623/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X13, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair ilk, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 511 saylı evə üç uşağı ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi, iddiaçının övladı X7 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 511 saylı evə köçülməsi hissəsində baxılmamış saxlanılmışdır. Cavabdeh İddiaçı qarşı «istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanda olan evə istifadə hüququna xitam verilməsi, evdən çıxarılması və vəkillə bağladığı müqavilə üzrə 120 manat ödənişin İddiaçı tutulub Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini onunla əsaslandırmışlar ki, İddiaçı, mərhum X4 ilə 26 iyul 2000-ci il tarixdə evlənmiş, 25 oktyabr 2000-ci ildə nikahları qeydə alınmış və Cavabdeh sahibliyində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 511 saylı evə gəlin köçmüşdür. 2000-ci ilin noyabrında kirayə ev tutmuş və 2004-cü ilin əvvəllərində yenidən həmin evə köçmüş, 03 yanvar 2018-ci il tarixədək birgə yaşamışlar. İddiaçı Cavabdeh ilə birlikdə ümumi təsərrüfatın idarə olunmasında iştirak etmiş, Həsənov Fuadla evliliyindən xx.xx.2003-cü il təvəllüdlü X16, xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X17 olmuşdur. X1 03 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Cavabdeh İddiaçı və uşaqlarını 2021-ci ilin yanvarın 6-da evdən çıxarmışdır. İddiaçı bununla bağlı polis orqanlarına müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. İddiaçı hal hazırda üç uşağı ilə kirayələrdə yaşayır. İddiaçı dəfələrlə evə köçmək istəsə də Cavabdeh buna imkan verməmişdir. Mübahisəli ev iki mərtəbəli evdir. İddiaçı ailə üzvləri ilə birinci mərtəbədə, Cavabdeh və qeyriləri isə ikinci mərtəbədə yaşamışlar. İddiaçı birinci mərtəbədə üçotaqlı mənzillərdə təmir işlərini, sanitar qovşaqlarını öz vəsaiti hesabına təmir etmişdir. Ev daşınmaz əmlakın Dövlət reyesatrində qeydə alınmamışdır. İddiaçı mübahisəli evdə 2000ci ildən, uşaqları isə doğulduqları vaxtdan yaşayış yeri üzrə qeydiyyata alınmışlar. İddiaçı və üç uşağının mənzil hüquqları Cavabdeh tərəfindən pozulmuş və yeganə yaşayış yerindən məhrum edilmişlər. İddiaçı başqa yaşayış yeri yoxdur və ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X18 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh keçmiş gəlinidir. O, oğlu X4 ilə 2000-ci ildə rəsmi nikaha girərək, Cavabdeh məxsus evə xx.xx.2000-ci ildə qeydiyyata düşmüşdür. Lakin xx.xx.2018-ci ildə Cavabdeh oğlu rəhmətə getmişdir. Cavabdeh oğlu rəhmətə gedəndən sonra Marina bir müddət onunla yaşasa da, sonra öz şəxsi həyatını qurmaq qərarına gəlmiş və uşaqları götürərək yaşadığı evdən çıxmışdır. Artıq iki ilə yaxın İddiaçı ünvan 1 ünvanda yaşamır və onun Cavabdeh evində qeydiyyatı sadəcə formal olaraq qalmışdır. xx.xx.2022-ci il tarixli qonşular tərəfindən tərtib edilmiş ərizəyə əsasən İddiaçı 2021-ci ildən ünvan 1 ünvanda yaşamır. Hal-hazırda İddiaçı Cavabdeh ailə üzvü deyil və onun Cavabdeh evində formal olaraq qeydiyyatda qalması Cavabdeh hüquqlarını kobud şəkildə pozur. İddiaçı birincisi Cavabdeh gəlini deyil artıq və ikincisi Cavabdeh ilə birlikdə yaşayıb ümumi təsərrüfat aparmır. Keçmiş gəlini artıq iki ilə yaxın tam başqa ünvanda yaşayır. Beləliklə, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin ikinci hissəsinin tətbiqi baxımından, İddiaçı mübahisəli evdən könüllü çıxması, hazırki dövrə kimi başqa ünvanda yaşaması, faktiki olaraq onun mübahisəli evə olan istifadə hüququnun itirilməsinə gətirib çıxartmışdır. İddiaçı Cavabdeh ailə üzvü artıq olmadığından, Cavabdeh məxsus evdən çıxdıqdan və iki ilə yaxın başqa ünvanda yaşadıqdan onun Cavabdeh evinə olan istifadə hüququna xitam verilməli və o hazırki yaşadığı yer üzrə qeydiyyata alınmalıdır. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2018-ci il tarixli 563/69 saylı arayışdan görünür ki, X4 ilə X6 arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanmış və nikahdan sonra arvada “Həsənova” soyadı verilmişdir. AZ-İ seriyalı 919441 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür. AZ-İ seriyalı 383165 saylı, AZ-İ seriyalı 788847 saylı və AZ-İİ seriyalı 629944 saylı Doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X9 atası X4, anası isə İddiaçıdır. Bakıə şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1076 saylı arayışdan görünür ki, İddiaçı və övladları xx.xx.2003-cü il təvəllüdlü X16, xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X17 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 511 saylı evdə qeydiyyatdadırlar. X1 1975-ci ildən xx.xx.2018-ci il tarixədək həmin evdə qeydiyyatda olmaqla yaşamışdır. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 8İ-13326 reyestr nömrəsi ilə təsdiq edilmiş, X5, X2 və X11 tərəfindən verilmiş Ərizədən görünür ki, İddiaçı qeydiyyatı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi ünvanında yerləşən 511 saylı ev olsa da, 2021-ci il tarixdən hal-hazıra kimi o, həmin ünvanda yaşamamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********80 saylı məktubundan görünür ki, İddiaçı adına hazırda respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********95 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 511 saylı evinin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərin eyni hüquq və vəzifələrinə onlarda malik olurlar. Həmin maddənin 2-ci hissəsinə əsasən həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. Həmin maddənin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İş materiallarından görünür ki, mübahisəli evin icarədarının və ya mülkiyyətçisinin kim olması müəyyən deyildir. Yəni Cavabdeh mübahisəli evin icarədarı olmamaqla ev özbaşına tikilidir (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********80 saylı məktubu). Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan görünür ki, İddiaçı Cavabdeh oğlu X4 ilə nikaha daxil olduqdan sonra mübahisəli tikili İddiaçı ilə Cavabdeh yaşayış yeri olmaqla birlikdə yaşamışlar, yalnız X4 öldükdən sonra İddiaçı ilə Cavabdeh arasında münaqişə yaranmış və bundan sonra İddiaçı övladları ilə evi tərk etmişdir. Cavabdeh həmin tikili üzərində sərəncam vermək hüququna malik olmadığına görə onun İddiaçı tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və İddiaçı hüquqlarına bu cür müdaxilə qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, sonradan cavabdeh orada yaşamasına maneə yaratmışdır. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin mübahisəsi gedən ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və Cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq İddiaçı və onun övladlarının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni İddiaçı evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, Cavabdeh münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə məhkəmə, İddiaçı da Cavabdeh ilə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onun mübahisəli evə köçürülməsini qanunamüvafiq hesab edir. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən göstəriş yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, İddiaçı evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüquqlarının tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bundan əlavə məhkəmə hesab edir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən Cavabdeh sahibliyində olan evə köçürülməsi ədalətli olmaqla yanaşı yaşayış yerindən məhrum edilmiş İddiaçı mənafeyinə uyğundur. Cavabdeh İddiaçı tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və İddiaçı hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçı qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Belə ki, qarşı tərəf mübahisəli tikiliyə İddiaçı üstün hüquqa malik deyildir. Qeyd olunun mövqeyin əksi İddiaçı hüquqlarını pozmaqla yanaşı qanunun bərabərlik prinsipinin kobud şəkildə pozulması ilə nəticələnmiş olar. Məhkəmə hesab edir ki, İddiaçı köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, Cavabdeh həmin tikili üzərində hər hansı hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun İddiaçı qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuz olduğundan ilkin iddia təmin olunmalıdır. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh irəli sürdüyü faktiki hal onun qarşılıqlı iddia tələbinin qanuni əsasının dispozisiya əlaməti ilə uzlaşmamaqdadır; çünkü iş materialları ilə müəyyən edilir ki, mübahisəli ev özbaşına tikilmiş tikinti kateqoriyasına aiddir və sözügedən evin hər hansı hüquqla Cavabdeh məxsusluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, Cavabdeh qarşılıqlı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli evin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə qarşılıqlı iddia ərizəsinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 511 saylı evə iki uşağı (xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X17) ilə birlikdə köçürülsün. İlk iddia tələbi üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3623/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3623/2022
14.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver