Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3624/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı – İddiaçı Cavabdeh MMC-nin nümayəndəsi – X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məhkəmə qaydasında ləğv edilməsi və işə bərpa» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məhkəmə qaydasında ləğv edilməsi və işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh t.kilatdan əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh MMC-nin Mərkəzi Aran regional filialının 1240 nömrəli əmrinin məhkəmə qaydasında ləğv edilməsi və işə bərpa barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan – xx.xx.2022-ci il tarixdə iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə “işin ərazi aidiyyətinin dəyişdirilməsi” barədə vəsatət göndərmiş və qeyd olunan mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə qərardada qəbul eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək, cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatətə etiraz etmədiyini və vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli və iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, «AZEMİS» Elektron Məhkəmə Sistemində olan «vergi ödəyiciləri haqqında» elektron portalın çıxarışından və vəsatətdən görünür ki, cavabdehin rəsmi qeydə alındığı yer ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin, 35.2, 44.2.2, 45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məhkəmə qaydasında ləğv edilməsi və işə bərpa» tələbinə dair mülki üzrə Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilsin. İş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3624/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3624/2022
02.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver