Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3636/2020 26.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı X3 cavabdeh Karasu əməliyyat şirkətinə «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X14 cavabdeh Karasu əməliyyat şirkətinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsi 2(032)-585/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadla mülki işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 2019-cu il tarixli 16.88-3 saylı əmr və əmək müqaviləsinə əsasən “X12 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında neftin hazırlanması və nəqli sexi, nasos stansiyaları üzrə böyük usta vəzifəsinə təyin edilmişdir. Filialın xx xxxx 2020-ci il tarixli, 02X-OK əmri ilə Azərbacn Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni mülkiyyətçiyə madddi ziyan vurmaqla əmək vəzifələrini kobud şəkildə pozulduğuna görə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, işdən azad edilməsi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. Belə ki, peşə təlimatı üzrə iddiaçının işi nasos və mühərriklərin işləmə prinsiplərinə nəzarət etməkdir. Sobanın yuyulması isə həmmin təlimata daxil deyildir. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 08:00-da işə başlayarkən sex rəisi Şaiq Vəliyev iddiaçını otağına çağıraraq bildirmişdir ki, sobanın içərisində olan ilanvari borudan axan mayedən sızma müşahidə olunmuşdur. Ona görə də sobanın içərisində olan ilanvari borunun daxilini yumağı iddiaçıya tapşırmışdır. İddiaçı həmin tapşırığı yerinə yetirərkən operatoru da özü ilə aparmışdır. Əraziyə gedərkən iddiaçıya bəlli olmuşdur ki, sobada əlli faiz işlər görülüb başa çatmışdır. O, operator Nurəddin adlı şəxslə birlikdə həmmin borunu iki maşın su ilə yumuş və ofisə qayıtmışdır. Sobanın içərisində olan ilanvari borunu yumaq səlahiyyətində olmasa da sex rəisinin tapşırığını icra etmək məcburiyyətində qalmışdır. Həmin iş başqa bir işçinin səlahiyyətinə aiddir. Əslində isə həmin partlayışın sobanın içərisində olan borunun yuyulması ilə heç bir əlaqəsi yoxdur. Sobada partlayış olmamışdan öncə orada qazın olmaması ilə bağı iki sex rəisi rəy vermişdir. Onların razılığı əsasında qaynaq işləri başlanılmış və bu zaman partlayış baş vermişdir. Qeyd olunmalıdır ki, sobanın təmiri tədbirlər planına əsasən aparılmalı idi. Lakin həmmin tədbirlər planı xx xxxxxx 2020-ci il tarixdə qanunsuz olaraq tərtib edilmiş və tədbirlər planına onun adı daxil edilmişdir. Göründüyü kimi baş vermiş hadis ilə bağlı iddiaçının heç bir təqsiri olmamasına baxmayaraq şirkət tərəfindən onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Onun barəsində görülmüş intizam tənbehi qanunvericiliyə uyğun olmamışdır. Belə ki, iddiaçı barəsində iltizam tənbehi tətbiq olunan zaman onun şəxsiyyəti, sosial statusu peşə bilikləri əvvəllər intizam tənbehinə məruz qalmaması kimi hallar nəzərə alınmadan barəsində ən ağır intizam tənbehi görülmüşdür. Bu əsasdan cavabdehlə (işəgötürənlə) imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx xxxx 2020-ci il tarixli, 02X-OK saylı əmrinin iddiaçıya aid hissədələğv edilərək Karasu əməliyyat şirkətində tutmuş olduğu vəzifəyə bərpa edilməsinə və məcburi i buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə əvvəlki iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının məhkəməyə gəlmədiyini və işə mahiyyəti üzrə baxlmasını tələb edərək iddianı qəbul etmədiyini bildirdi və onun rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan təsis sənədlərindən görünür ki, Kayman adalarının “X15” şirkəti təşkilati-hüquqi forması “filial” olmaqla xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh Karasu Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə (bundan sonra - Filialı) ilə X14 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli 1688/3№-li əmək müqaviləsinə əsasən X1 neftin hazırlanması və nəqli sexi/nasos stansiyaları üzrə böyük usta vəzifəsinə işə qəbul olunmuşdur. İşdə olan xx xxxx 2020-ci il tarixli 02X-OK nömrəli əmrin surətindən görünür ki, Filialda işləyən X14 ilə bağlanmış xx xxxxx 2019-cuil tarixli 1688-3 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxxx 2020-ci il tarixdə xitam verilmişdir. Həmin əmrin əsası kimi aşağıdakılar qeyd olunmuşdur: xx xxxxxx 2020-ci il tarixdə saat 15:40 radələrində Filialın cari təmir sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləyən X9 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Qeyd olunan hadisə istehsalat xarakterli olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə 04-2/086 nömrəli xx xxxxxx 2020-ci il tarixli məktubla dərhal məlumat verilmişdir. Əmək müfəttişliyinin xx xxxxxx 2020-ci il tarixli **********9 nömrəli əmri ilə hadisənin araşdırılması üçün təhqiqat komissiyası yaradılmışdır. Təhqiqat komissiayası tərəfindən hadisə hərtərəfli araşdırılmış və nəticədə müvafiq təhqiqat aktı tərtib edilərək təsdiq edilmişdir. Təhqiqat aktı filiala xx xxxx 2020-ci il tarixdə **********2 nömrəli mktubla rəsmi qaydada təqdim edilmişdir. Təsdiq edilmiş təhqiqat aktına əsasən hadisənin baş verməsinə səbəb olaraq təhqiqat aktının 4.1-ci bəndinə əsasən, Filialın baş mexaniki X8, 4.2-ci və 4.6-cı bəndlərinə əsasən mühəndis X10 4.3 və 4.6-cı bəndlərinə əsasən, neftin hazırlanması və nəqli sexinin rəisi X11, 4.4-cü və 4.6-cı bəndlərinə əsasən neftin hazırlnaması və nəqli sexinin nasos stansiyaları üzrə böyük ustası X4 cavabdehliyini, 4.5-ci bəndinə əsasən kirayə təmir sexinin rəisi X2 nəzarətsizliyi göstərilmiş və beləliklə adıçəkilən işçilər özlərinin əmək funksiyasının və ya əçək müqaviləsi üzrə öhdəliklərini yerinə yetrimədiyi və bundan əlavə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi ilə əmək vəzifələrinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşlar. Bundan əlavə baş vermiş hadisənin araşdırılması, səbəbinin təhqiq edilməsi və gələcəkdə bu kimi halların qarşısının alınması məqsədi ilə şirkət rəhbərinin 02/L nömrəli xx xxxxxx 2020-ci il tarixli əmri ilə Filial rəhbərinin sədrliyi ilə Filial üzrə daxili komissiya yaradılmışdır. Daxili komissiyanın xx xxxxx 2020-ci il tarixli aktına əsasən hadisənin baş verməsinə əsas verən yuxarıda adları çəkilən işçilərdən əlavə Filialın hasilat üzrə vitseprezidenti Vladimr Navozovun, neftin hazırlanması, təhvili və satış şöbəsinin meneceri X6 və İstehsalatın operativ idarə edilməsi üzrə menecer İbrahimov Cavid Adıgözəl oğlunun öz əmək funksiyalarına laqeyid yanaşmaları ilə vəzifə təlimatlarının tələblrini, əmək və icra intizamını pozduqları müəyyən edilmişdir. İşdə olan Şirvan şəhər Prokurorluğunun xx xxxxx 2020-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, “Qarasu əməliyyat şirkətində” elektrik qaz qaynaqçısı işləyən 1974-cü il təvəllüdlü X9 şirkətin X17 Kompleks hazırlanması sexində X18 Parkında yerləşən Yol qızdırıcısının təmiri zamanı xəsarət alması hadisəsi cinayət əlamətlərini əks etdimədiyindən, baş vermiş hadisə cinayət hadisəsi olmadığından xx xxxxxx 2020-ci il tarixdə Azərbaycaan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə xitam verilmişdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Filial arasında əmək münasibətləri mövcud olmuş və xx.xx.2020-ci il tarixdə həmin münasibətlərə xitam verilmişdir. İdidaçı hazırda onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini tələb edir. Yuxarıda sadalanan hallardan göründüyü kimi Filialda istehsalatda bədbxt hadisə baş vermiş və bu qəza iddiaçı tərəfindən ona həvalə edilmiş işin lazımınca yerinə yetirilməməsi səbəbindən olmuşdur. İddiaçı tərəfindən təmirə bağlanmış sobanın ilanvari borusunun yuyulması işin mübahisə edilməyən halıdır. İddiaçı bu barədə ona verimiş tapşırığın qanunsuz olduğunu bildirmiş, lakin həmin qanunsuz əmri icra etməmək barədə əmri verən şəxsə hər hansı bir irad bildirməmişdir. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarı). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Qeyd olunan faktı təsdiq edən təhqiqat aktı mövcuddur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Nəticədə iddiaçı cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Belə ki, iddiaçı işlədiyi dövrdə öz vəzifəsini yerinə yetirərkən pozuntulara yol vermişdir. Bununla yanaşı, öz əmək funksiyalarını yerinə yetirərkən istehsalatda qəza törətmişdir ki, qeyd olunan hallar müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirən hüquqazidd hərəkətlər hesab edilməlidir. Yuxarıdaqeydolunanişinhallarınımüzakirəedib, onlarahüquqiqiymətverərəkməhkəməhesabedirki, iddiaçı X14 cavabdeh Karasu əməliyyat şirkətinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsiəsassızolduğunagörə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 cavabdeh Karasu əməliyyat şirkətinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3636/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3636/2020
26.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver