Məhkəmə qərarları › İş №2(006)-3637/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3637/2025

28.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3637/2025 28.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi ünvan 1tariat kontorunu, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10ni maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ünvan 1tariat kontorunu, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10ni maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 Aleksandrovaya məxsus Bakı şəhərində 27 aprel 1989-cu il tarixdə bağlanmış müqaviləni Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5D ünvanında yerləşən daşınmaz əmlakın X5 aralarında bağlanmış borc müqaviləsinin daşınmaz əmlak barəsində bağlanması hüquqi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh 1989-cu il tarixdə məlum hadisələrlə əlaqədar yaşadığı ünvanı digər ailə üzvləri ilə birlikdə tərk etmişdi, belə ki daşınmaz əmlakla bütün işləmlər X6 həvalə edilmişdi. Bundan sonra Ərizəçi cavabdehin oğlu X3 Bakı şəhərində 27 aprel 1989-cu il tarixdə 22 saylı Bakı şəhəri Dövlət Notariat kontorunda reyestrdə D-4832 sayı ilə qeydə alınaraq bir il müddətinə on min rubl (Doqovor zayma) müqaviləsi bağlayaraq həmin müqaviləni təsdiq etdirmişdir. Belə ki, müqavilə o dövr üçün verilən borcun cavabdeh tərəfindən geri qaytarılmasını həyata keçirmək qeyri-mümkün olduğundan, cavabdehin oğlu X7 borcu ödəmədiyi təqdirdə, öhdəliyi yaşadığı və istifadəsində olduğu Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5D ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi barədə şifahi razılaşmışlar. Habelə mövcud zaman ərzində hamıya bəlli olan müharibə olduğunu və daşınmaz əmlakının Maraqlı şəxs2 adına qeydiyyata alınmasını nəzərə almaqla “10 min rubl borc” müqaviləsini yuxarıda qeyd olunan daşınmaz əmlakın alqı-satqısına görə bağlamışdılar. Müqavilənin şərtlərində təsbit olunduğu kimi öhdəlik Bakı şəhərində həyata keçirməli və Ərizəçi müqaviləni tutulma üçün təqdim etmək hüququna malikdir müddəaları cavabdehdən təhvil-təslim aldıqları Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5D ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqı müqaviləsi üçün nəzərdə tutulmuşdur. Nəzərə çatdırır ki, həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, maraqlı şəxs və ailə üzvlərinin, heç biri həyatda yoxdur və bununla əlaqədar ailə üzvləri olması barədə iddia ərizəsinə əlavə olunmuş sənədlərdə öz əksini tapır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Həmçinin izahatında bildirmişdir ki, maraqlı tərəf olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri sorğulara məsuliyyətsiz yanaşır. 34 ildir ki, məsuliyyətsizliyi ucbatından vətəndaş o həddə gəlib çatıb. Zöhrə xanımın da ayağında problem var deyə gələ bilmədi, özündən başqa bir nəfər sübut edən şəxs yoxdur ki, gələcəkdə vərəsələri iddia qaldıra bilsin. Ona görə də 3 ildir məhkəmələrdədirlər. Maraqlı tərəfin əvvəlki icraat çərçivəsində şikayət vermələrinin əsas səbəbi məhz budur. Baxırlar ki, bu ev kimin adınadır, sonra apellyasiya şikayəti verirlər. Onun fikrincə gözləməməlidir ki, o qədər illər burda yaşayan ailə evsiz qalsın. Əvvəlki qətnamə maraqlı tərəfin xətirlərinə dəyib ki, onları niyə cəlb etməmişlər, halbuki 6 dəfə bildiriş göndərib cəlb etmişlər. Apellyasiya instansiyasında onlara 2 dəfə sübutları təqdim etmələri bildirilmişdir. 3-cü prosesdən sonra əlavə etdilər, şikayətlərinin əsası cavabdehin düzgün seçilməməsi idi. Yeganə səbəb budur. Avropa məhkəməsininin mülkiyyət hüququ ilə bağlı mövqeyi odur ki, əgər əlaqəli olaraq vasitələrlə məqsədlər arasında mütənasib bir bağlılıq olmalıdır. Ailə üzvləri var, sonra ərini götürüb Saratova köçür. Aleksandr burda qalıb görür ki, vəziyyət gərgindir, bələdiyyə ilə razılaşırlar. Əgər xanım bilsə idi ki, evin qeydiyyatı anasının adınadır, onda tamam başqa cür olardı. Məhkəmə qərarları var ki, qanunun məqsədlərini həyata keçirmək üçün dövlət geniş səlahiyyətlərə malikdir. Ərizəçinin bu əmlak barəsində hüququ necə müəyyən olunmalıdır, pul verməyə məqsədi nə ola bilər. Bu adam buradan köçüb,sənəd də vermişdir ki, Sonya Aleksandrın anasıdır və anasının adından təmsil olunması bu o deməkdir ki, orada yaşayır ki, bu evi təhvil-təslim edə bilib. Ərizəçi məcburi köçkün deyildir, evi zəbt etməyibdir. Dövlət reyestrində qeydiyyat sənədlərində hüquq Aleksandrın anasının adınadır. Reyestr xidməti gözləyir ki, 2-3 ildən sonra yenidən problem olsun. Ya Zöhrə xanım ən azından faktı təsdiq etməlidir ki, bu borcu Sonyanın oğluna o niyyətlə vermişdir, əvəzli qaytarılmayan borcdur, bu borcu verəndə evin borc alanın anasının adına olmasını bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər ünvan 1tariat kontorunun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmişdir. İş üzrə maraqlı şəxs qismində göstərilmiş Maraqlı şəxs2 xx.xx.2001-ci ildə ölmüşdür. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Rusiya Federasiyası Stavropol vilayəti Şpakovskiy rayon VVADQ şöbəsi tərəfindən verilmiş İİİ-ДН seriyalı 596080 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, xx.xx.1936-cı il tarixdə Bakı şəhərində anadan olmuş X7 xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyası Stavropol vilayəti Mixaylovsk şəhəri Şpakovskiy rayonunda vəfat etmişdir. Rusiya Federasiyası Stavropol vilayəti Şpakovskiy rayon VVADQ şöbəsi tərəfindən verilmiş İ-ДН seriyalı 589160 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1911-ci il tarixdə Azərbaycan SSR Hadrut rayonu Xırmancıq kəndində anadan olmuş X4 xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyası Stavropol vilayəti Mixaylovsk şəhəri Şpakovskiy rayonunda vəfat etmişdir. Bakı şəhəri Dzerjinski (indiki Səbail) rayon VVADQ şöbəsi tərəfindən verilmiş 1720 nömrəli doğum haqqında şəhadənamənin surətindən görünür ki, X7 xx.xx.1936-cı il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə xx.xx.1936-cı il tarixdə 216кз nömrə ilə qeyd aparılmışdır. Ərizəçi ilə X7 arasında xx.xx.1989-cu il tarixdə notarial qaydada təsdiq edilməklə bağlanmış borc müqaviləsinin surətindən görünür ki, Ərizəçi X6 10.000 rubl borc verməyi, X7 isə borcu 1 il ərzində qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin icra yeri Bakı şəhəri qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin Ərizəçi ünvanlanmış xx.xx.2025-cil tarixli məktubunda göstərilmişdir ki, ünvan 1tariat ofisində 27 aprel 1989-cu il tarixdə Д-4-832 reyestr nömrəli ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X10 1 Saylı Bakı Ərazi İdarəsinin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, 5D saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X10 1 Saylı Bakı Ərazi İdarəsinin məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktubu ilə ünvan 5 dair Maraqlı şəxs2 adına hazırlanmış texniki pasport təqdim edilmişdir.Texniki pasportun 1989-cu ilin yanvar ayına tərtib edilməsi göstərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3600/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Ərizəçi ilə X7 arasında Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5D ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqısı üzrə müqaviləsinin bağlanmış hesab edilməsi və X6 məxsus olmuş Bakı şəhəri, V.Kasparov küçəsi, ev 5D ünvanında yerləşən daşınmaz əmlakına Ərizəçi mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-932/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2022-ci il tarixli, e-2(006)- 3600/2023 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri" X9 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2(006)- 3600/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması və iddiaçı Ərizəçi cavabdeh X2rşı “əqdin bağlanmış hesab edilməsi” barədə iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri həmin dövrdə yarandığından hazırki işə xx.xx.2000-ci il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları baxımından da nəzər yetirilməlidir. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43-cü maddəsinə əsasən, tərəflərdən biri notariat qaydasında təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. 228-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. 230-cu maddəsinə əsasən, tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. xx.xx.2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. «R.Cavadov və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 may 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarından görünür ki, əqdi (yaşayış evinin alğı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. «Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarından görünür ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmaldıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalıdır və onun yazılı formada tərtib edilməsinə dair tələb əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, iddia əsassız hesab edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq müəyyən etdi ki, mübahisələndirilən fərdi yaşayış evinə münasibətdə Maraqlı şəxs2 hüquqları yalnız yaşayış evinin texniki göstəricilərini əks etdirən, lakin hüquqların qeydiyyatı üçün əhəmiyyət kəsb texniki pasportda qeyd edilmişdir, bu hal isə onun özünün belə həmin əmlaka münasibətdə hüquqlarının tam təsbiti üçün kifayət deyil. Digər tərəfdən X1 Aşotoviçə həmin mənzil üzərində hər hansı səlahiyyətlərin icrasına dair etibarnamə verməmişdir. Ərizəçi bildirir ki, o, X7 ilə borc müqaviləsi bağlamış və aralarında şifahi razılaşmaya əsasən borcun təminatı kimi həmin ev göstərilmişdir. Lakin borc müqaviləsində borcun məcburi qaydada tələb edilməsi heç də şəxsin anasının hüquqlarının qeydə alındığı əmlakla bağlı tutulmanı nəzərdə tutmur. Borc müqaviləsi üzrə X7 öz öhdəliyini icra etmədiyindən ərizəçi hesab edir ki, daşınmaz əmlak üzərində onun mülkiyyət hüquqları tanınmalı və bu səbəbdən də X3 arasında bağlanmış borc müqaviləsinin daşınmaz əmlak barəsində bağlanması hüquqi faktının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. X3 bağlanmış borc müqaviləsinin təminatı kimi anası olsa belə, başqa şəxs - Maraqlı şəxs2 məxsus daşınmaz əmlakın göstərilməsini məhkəmə ağlabatan hesab etmir. Tərəflər xx.xx.1989-cu ildə borc müqaviləsini notariat orqanında rəsmiləşdirdiyi zaman iradə ifadəsi olaraq və həmçinin həmin mənzilə A.Aşotoviçin hüquqları olmuş olsa idi, həmin mənzilin borc üzrə öhdəliyin təminatı olması barədə şərti daxil etməkdə sərbəst olmuşlar, lakin tərəflər arasında belə bir müqavilə şərti razılaşdırılmamışdır. Məhkəmə Ərizəçi ilə A.Aşotoviç arasında xx.xx.1989-cu ildə bağlanmış borc müqaviləsinin S.Aleksandrovnaya məxsus əmlaka dair bağlanması faktının hüquqi əhəmiyyətli fakt olaraq müəyyən edilməsi üçün əsaslar müəyyən etmir. Yekunda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ünvan 1tariat kontorunu, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10ni maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar