Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3658/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsi və Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxslər qismində cəlb edilməklə «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsi və Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X5 xx.xx.1930-cu il tarixdə Ermənistan Respublikasının Meqri rayonunda doğulması faktı müəyyən edilməklə doğum akt qeydinin bərpa edilməsi və atasına doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadının “Həsənov”, adının “Kərəm”, ata adının “Cəfər” doğum tarixinin “xx.xx.1930-cu il”, doğum yerinin “Ermənistan Respublikasının Meqri rayonu”, ata qrafasında “X3, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X6, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, atası X18 xx.xx.1930-cu il tarixdə Ermənistan Respublikasının Meqri rayonunda anadan olmuş və xx.xx.2002-ci il tarixdə kəskin ürək-damar çatışmazlığı xəstəliyindən ünvan 4 fərdi yaşayış evində vəfat etmişdir. Onlar məlum hadisələrlə bağlı Ermənistan Respublikasından qaçqın düşərək Bakı şəhərinə gəlmişlər. Ailələrinə məxsus bir çox sənədlər, o cümlədən, atasına aid olan doğum haqqında şəhadətnamə Ermənistan Respublikasında qalmışdır. Ermənistan Respublikası ilə aralarındakı hazırki vəziyyətlə əlaqədar o, arxivdən doğum haqqında şəhadətnaməni təkrar götürə bilmir. Ərizəçi bununla bağlı 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, oradan ona bildirmişlər ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Bu səbəbdən də ona doğum haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkünlüyü barədə rəsmi imtina məktubu təqdim edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Atasına məxsus doğum haqqında şəhadətnamənin olması və onun xx.xx.1930-cu il tarixdə Ermənistan Respublikasının Meqri rayonunda doğulması faktını bilən şahidlər vardır. Doğum akt qeydinin bərpa olunması ona atasının ölümü ilə əlaqədar miras qalmış əmlakın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün lazımdır. a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinin və Nəsimi rayon Qeydiyyat şöbəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, iş yükünün çoxluğu səbəbindən məhkəmə baxış iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşıdır, mərhum X13 onun atasıdır. Atası 13 avqust 1930-cu ildə Ermənistanın Meqri rayonunda anadan olub. X1 və X4r. Milliyyətcə azərbaycanlıdırlar, Qərbi Azərbaycanda yaşamışlar. Atalarından onlara miras kimi qardaşının yaşadığı əmlak qalmışdır.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, mərhum X13 onun dayısı, Ərizəçi isə onun dayısı oğludur. Özü Bakıda, atası Gürcüstanın Bolnisi rayonunda, anası isə Ermənistanın Meqri rayonunda anadan olmuşdur. Mərhumu görmüşdür. Mərhumun atasının adı Cəfər, anasının adı Laladır.
7. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şahid ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:
8. Doğum haqqında İ-СЛ seriyalı 469347 nömrəli şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan SSR-in Meqri rayonunda anadan olmuş, atası X13, anası X2r.
9. Ölüm haqqında AZ-İ seriyalı 001375 nömrəli şəhadətnamədən görünür ki, X13 xx.xx.2002ci il tarixdə ölmüşdür.
10. xx.xx.2003-cü il tarixli 129 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X13 xx.xx.2002-ci il tarixdə 72 yaşında kəskin ürək-damar çatışmazlığı səbəbindən vəfat etmişdir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ına əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
12. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən xx.xx.2002-ci ildə vəfat etmiş Kərəm Həsənovun ölümünün xx.xx.2003-cü ildə Nəsimi rayon Qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. İnformasiya sistemində K.Həsənovun doğumunun, nikahının, nikahının pozulmasının, övladlarının doğumunun qeydə alınmasına dair hər hansı məlumat aşkar olunmamışdır.
14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1930-cu il təvəllüdlü X5 qeydiyyata alınması barədə əsas olan sənədlər “DİN-in sistemində istifadə olunan sənədlərin saxlama yeri və müddətləri haqqında Siyahısının təsdiq edilməsi barədə” DİN-nin xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli Qərarına əsasən 5 (beş) il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir.
15. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1930-cu ilə dair Bakı şəhəri Oktyabr (Yasamal), Voroşilov (Səbail) rayonları üzrə doğum haqqında qeydiyyat kitablarında X5 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır.
16. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1930-cu il təvəllüdlü X5 ölkə ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat aşkar edilməmişdir.
17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 4 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat və texniki pasport aşkar edilməmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Məhkəmə araşdırmaları zamanı ərizəçi tərəfin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi atası X13 xx.xx.1930-cu il tarixdə Ermənistan Respublikası, Meqri rayonunda anadan olmuşdur. X3, anası X6 olmuşdur. X9 aid bütün sənədlər, o cümlədən doğum haqqında şəhadətnamə Ermənistan Respublikasında qalmış və itirilmişdir. X13 xx.xx.2002-ci il tarixdə ölmüşdür.
19. X13 vəfat etdikdən sonra onun vərəsələrinin dairəsinin müəyyən edilməsi üçün “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış zamanı onun doğum akt qeydi aşkar olunmamışdır. Bu barədə Ərizəçi 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən məktub göndərilmiş və atası X5 doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi ərizəçinin müraciətinə imtina verərək məhkəməyə müraciət etməsini tövsiyə etmişdir.
20. Məhkəmə araşdırması zamanı şahid qismində ifadə vermiş X8 ərizəçinin bacısı və X5 qızı olmaqla sonuncunun xx.xx.1930-cu il tarixdə Ermənistan Respublikası, Meqri rayonunda anadan olduğunu, Kərəm Həsənovun atasının X12, anasının X6 olduqlarını bildirmişdir. İş üzrə şahid qismində ifadə vermiş X11 isə X5 onun dayısı və Ərizəçi dayısıoğlu olduğunu bildirmişdir. c) Məhkəmənin mövqeyi:
21. Belə ki, ərizəçinin atası xx.xx.2002-ci il tarixdə vəfat etdiyinə görə atasından qalan miras əmlaka payların müəyyən edilməsi məqsədilə atasının doğum haqqında akt qeydi barədə məlumatın təqdim edilməsi zərurəti yaranmışdır. Həmin akt qeydi barədə məlumat olmadığına görə qeydiyyat şöbəsinə müraciət etmiş və qeydiyyat şöbəsi müvafiq akt qeydinin aşkar edilmədiyinə görə faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsini ərizəçiyə tövsiyə etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmır.
22. Göründüyü kimi, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün mərhumun oğlu olaraq subyektiv hüququ yaranmışdır. Belə ki, ərizəçiyə münasibətdə hüquqi nəticə doğuracaq, onun əmlak hüquqlarının yaranmasına səbəb olacaq hərəkətlərin edilməsi üçün atasının doğum faktının tanınması zərurəti yaranmışdır. Ərizəçi aidiyyəti qeydiyyat şöbəsinə müraciət etməklə akt qeydinin bərpa edilməsini xahiş etsə də aidiyyəti orqanlar müvafiq akt qeydi barədə məlumatı aşkar etmədiklərinə görə ərizəçi məhkəmədənkənar qaydada məsələnin həlli üçün bütün vasitələri tükətmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, ərizəçinin atasının doğum haqqında akt qeydinin bərpa edilməsinin məhkəmədənkənar qaydada həlli mümkün deyil.
23. Məhkəmə qeyd olunanları, şahid ifadələrini və müvafiq hüquq haqqında mübahisənin olmadığını nəzərə alaraq hesab edir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Buna görə də ərizə təmin edilməlidir. d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: 1.2-ci bənd. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bənd. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bənd. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 4-cü bənd. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bənd. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı: 14-cü bənd. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 16-cı bənd. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.
26. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
28. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, X5 xx.xx.1930-cu il tarixdə Ermənistan Respublikası, Meqri rayonunda doğulması, atasının X12, anasının X6 olması faktı müəyyən edilməli, X5 doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir.
Nəticə:
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. X5 xx.xx.1930-cu il tarixdə Ermənistan Respublikası, Meqri rayonunda doğulması, atasının milliyyətcə azərbaycanlı olan X12, anasının milliyyətcə azərbaycanlı olan X6 olması faktı müəyyən edilsin. X5 doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova