Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3659/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və pul” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2*13-cü ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentində müxtəlif vəzifələrdə işləmişdir. Həmin təşkilatda 12 illik əmək təcrübəsi əldə etmişdir. Daim işinə və əmək vəzifələrinin icrasına məsuliyyətlə yanaşmışdır. 2*25-ci ilin aprel ayının 24-də Mühafizə Departamentinin Həmkarlar Təşkilatına dəvət edilərək Departament rəhbərliyinin tələbi ilə ərizəsi ilə işdən azad olmaq təklif edilmiş, əks təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunacağı barədə məlumat verilmiş, lakin bunun üçün hər hansı əsaslı səbəb göstərilməmişdir. *6.*5.2*25-ci il tarixdə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Mühafizə Departamentinin rəisinin *6.*5.2*25-ci il tarixli, 13-1-18/3-1*- 333*/2*25 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Hesab edilir ki, əmək müqaviləsinin ləğv edlməsinə dair cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Mühafizə Departamentinin qeyd edilən əmri qanunsuzdur, əsassızdır və iddiaçının hüquqlarını kobud şəkildə pozur. Cavabdeh əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad etsə də, yol verdiyi kobud səhvlərin və hüquq pozuntularının nədən ibarət olduğunu, eləcə də işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsinin nədə ifadə olunmasını göstərməmişdir və cavabdehin bununla bağlı hər hansı əsaslandırması yoxdur. Cavabdeh təşkilat əmək müqaviləsinə xitam verərkən qanunun normalarının qoyduğu bu şərtlərə əməl etməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində qeyd olunan əmək intizamı pozuntularına yol vermədiyi halda heç bir əsas olmadan, əsaslandırma aparmadan həmin maddəni tətbiq etmiş, faktiki olaraq əsaslandırıcı hissəsi olmayan qanunsuz əmr verərək əmək hüquqlarını pozmuşdur. Göstərilənləri nəzərə alaraq hesab edilir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdehin *6.*5.2*25-ci il tarixli, 13-1-18/3-1*-333*/2*25 saylı əmrinin hər hansı hüquqi əsası yoxdur, həmin əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsi ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilmədən verilmişdir və həmin əmr məhkəmə qaydasında ləğv edilməlidir. *8.*5.2*25-ci il tarixdə cavabdehlərə mediasiya təklifləri göndərilmiş, *2.*6.2*25-ci il tarixdə Bakı şəhəri 6 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş, qarşı tərəflər mediasiyada iştirak etməmiş və mübahisənin mediasiyada həlli mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, əmək müqaviləsinin ləğv edilməsinə dair *6.*5.2*25-ci il tarixli, 13-1-18/3-1*-333*/2*25 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin Hacıqabul mühafizə bölməsində baş atıcı vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və mediasiya prosesi zamanı ödənilmiş 6* manat məbləğində pulun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutulub iddiaçıya ödənilməsi ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsinə qarşı etiraz təqdim edərək, İddiaçı "xxxx" QSC-yə (ADY) qarşı “əmək müqaviləsinin ləğv edilməsinə dair əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi”nin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh olaraq ADY-yə və ADY-nin Mühafizə departamentinə qarşı iddia qaldırmışdır. Mühafizə departamenti ayrıca hüquqi şəxs deyildir, ayrıca VÖEN-i yoxdur. Bu səbəbdən iş üzrə cavabdeh kimi çıxış edə bilməz. Bundan əlavə, iddia ərizəsi qəbul edilmir. Hesab edilir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə ADY-nin Mühafizə departamentinin *6.*5.2*25- ci il tarixli, 13-1-18/3-1*-333*/2*25 nömrəli əmri tam qanuni və əsaslıdır. Belə ki, ADY-nin Mühafizə Departamentinin rəisi Tikrar Quliyevin 11.12.2*24-cü il tarixli, 13-1-18/3-13-9*39/2*24 nömrəli əmrinə əsasən Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsi rəisinin 22.11.2*24-cü il tarixində saat *1:**-dan *4:3*-dək bölmənin axşam növbəsində xidmət aparan əməkdaşların xidməti fəaliyyəti yoxlanılmışdır. 4 saylı lokomotiv depo postunda xidmət aparan baş atıcı İddiaçı post otağında yatması müəyyən edilmişdir. İddiaçı mühafizəsi ona həvalə olunmuş postu nəzarətsiz qoyaraq yatmaqla xidmətin təşkili qaydalarını və vəzifə təlimatının tələblərini kobud şəkildə pozduğu aşkarlanmışdır. Bu səbəbdən İddiaçı töhmət elan olunmuş və gələcəkdə belə hallar təkrar baş verdikdə qanunvericiliyə əsasən ona qarşı daha ciddi tədbirlər görüləcəyi bildirilmişdir. Bundan sonra, Azərbaycan Respublikasının Prokurorluğu Hacıqabul Rayon Prokurorluğunun *8.*4.2*25-ci il tarixli, 2-2-42*/2-*7*312/2*25 nömrəli “Qanun pozuntularının, onları doğuran səbəb və şərait yaradan halların aradan qaldırılması”na dair təqdimatına əsasən məlum olur ki, ADY-nin Mühafizə Departamentinin Hacıqabul mühafizə bölməsinin atıcıları X1*, X7 və X11 rəhbərliyə müraciət edərək həmin bölmənin rəisi vəzifəsində işləyən Emil Hüseynovun onlardan müxtəlif vaxtlarda işə düzəlmə və başqa işə keçirilmə müqabilində pullar aldığını qeyd etmişlər. X1 26.*2.2*25-ci il və 1*.*3.2*25-ci il tarixlərdə, X1* isə *7.*3.2*25-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı müraciətlərində Emil Hüseynov barəsində əsassız olaraq şikayət etmələrini, hazırda əməldən peşman olmalarını bildirmişlər. Həmçinin, araşdırma zamanı izahatı alınmış X6 işə qəbul edilməsi müqabilində Emil Hüseynova 6*** manat pul verməsini təsdiq edə biləcək şahid qismində adlarını qeyd etdiyi dayısı X14 və X12 onun dediklərini təkzib edərək Ağanur tərəfindən Emil Hüseynova pul verilməsinin şahidi olmadıqlarını bildirmişlər. 1*.*3.2*25-ci il tarixdə Yevlax rayon prokurorluğundan daxil olmuş materiala əlavə edilmiş “CD diskə” baxış keçirilən zaman X7 ilə İddiaçı arasında danışıqların olması, həmin danışıqlarda Xalid İsmayılovun işə qəbul olunmaq müqabilində Emil Hüseynova 53** manat pul verməsini bildirməsi müəyyən olunsa da, həmin çəkilişi aparmış İddiaçı izahatında 2*24-cü ilin yay aylarında Xalid ilə “Whatsapp” tətbiqi ilə videozənglə danışan zaman ona bilərəkdən Emilə pul verməsi barədə suallar verməsini və həmin danışıqları görüntüyə almasını bildirmişdir. Emil ilə arasında soyuq münasibət olduğuna görə həmin görüntünü Xalid, Ağanur və Feyruz vasitəsi ilə ADY-nin Mühafizə Departamentinin Baş İdarəsinə göndərmişdir. Emil Hüseynov tərəfindən hər hansı şəxsdən pul alınaraq işə qəbul olunması barədə məlumatı yoxdur. Beləliklə, araşdırma zamanı ADY-nin Mühafizə Departamentinin Hacıqabul rayon Mühafizə bölməsində mühafizə işinin düzgün təşkil edilmədiyi, bölmə daxilində xidmətlə əlaqədar olmayan şəxsi maraqlar naminə müxtəlif səs yazılarının və videoçəkilişlərinin aparılması, əvvəlcədən əlbir olunmuş şəkildə yuxarı vəzifəli şəxslərin barəsində şikayət ərizələrinin yazılmasının təşkil etdirməsi müəyyən edilmişdir. Nəticə olaraq, “Azərbaycan Respublikasının dəmiryolu müəssisələrində işçilərin intizam nizamnaməsi”nə uyğun olaraq ADY-nin Mühafizə Departamentinin Hacıqabul rayon Mühafizə bölməsinin rəisi Emil Hüseynov tərəfindən kollektiv arasında əmək intizamına riayət edilməsinə nəzarət lazimi qaydada edilmədiyindən, qrup rəisi vəzifəsində işləyən Firqət İbrahimov və baş atıcı vəzifəsində işləyən İddiaçı tərəfindən kollektiv arasında nizam intizamın pozulması, əsassız şikayətlərin olunması təşkil edildiyindən, qeyd olunan nöqsanlara bir daha yol verilməməsi məqsədi ilə qeyd edilən işçilərin intizam məsuliyyətinə cəlb edilmələri məqsədi ilə səlahiyyətlər çərçivəsində tədbirlər görmək və nəticəsi barədə 1 ay müddətində rayon prokurorluğuna yazılı məlumat vermək bildirilmişdir. Bundan sonra, ADY-nin Mühafizə Departamentinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 25.*4.2*25-ci il tarixli, 14 nömrəli protokoldan çıxarışına əsasən İddiaçı tərəfindən kollektiv arasında nizam intizamın pozulması, əsassız şikayətlərin olunması təşkil edildiyindən, həmçinin, işə davamiyyətinin aşağı səviyyədə olması səbəbindən, AR ƏM-nin 7*-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi təklif edilmişdir. Həmçinin, X3 Komitəsinin sədri İsmayıl Abdullayev öz çıxışında iddiaçı və digər şəxslərə əmək müqavilələrinə öz ərizələri əsasında xitam verilməsi üçün müraciət edəcəkləri halda, onlara şiddətli töhmət verilməklə əmək müqavilələrinə öz xahişləri əsasında xitam verilməsi yönündə rəy bildirəcəyini qeyd etmişdir. BHİK-nin sədrinin təklifi Emil Hüseynov tərəfindən qəbul edilmiş, Firqət İbrahimov və İddiaçı tərəfindən isə rədd edilmişdir. Bu səbəbdən, İddiaçı əmək müqaviləsinin AR ƏM-nin 7*-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Eyni zamanda, 25.*4.2*25-ci il tarixli akta əsasən Hacıqabul Rayon Prokurorluğundan daxil olmuş təqdimata əsasən Mühafizə departamentində müzakirələr aparılmış və adı çəkilən şəxsin əmək müqaviləsinə ƏM-nin 7*-ci maddəsinin ç bəndi ilə ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı 25.*4.2*25-ci il tarixdə BHİK sədri ilə birgə təşkil olunan iclasa dəvət olunmuş və ondan daxil olan təqdimat, həmçinin orada qeyd olunan iddialarla bağlı açıqlama və izahat istənilmişdir. Əlavə olaraq, BHİK sədri tərəfindən rəyində də qeyd etdiyi barəsində yumşaldıcı tədbirlər görülməsi üçün sözügedən şəxsə müvafiq təkliflər irəli sürülmüşdür. Lakin İddiaçı edilən təkliflərdən, izahat və açıqlamalar verməkdən imtina edərək prokurorluğun təqdimatında qeyd edilən qərarların əsassız olduğunu bildirmişdir. Əlavə olaraq, iddiaçı 11.12.2*24-cü il tarixli, 13-1-18/3-13-9*39/2*24 nömrəli intizam tənbehinin verilməsi haqqında əmrdən nəticə çıxarmayaraq təkrar əmək və icra intizamını ciddi şəkildə pozmaqla intizam xətasına yol vermişdir. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı bu hərəkətləri kollektiv arasında nizam intizamın pozulması, əsassız şikayətlərin olunması təşkil edildiyindən, qeyd olunan nöqsanlara bir daha yol verilməməsi məqsədi ilə işəgötürənin onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi tam qanuni və əsaslı olmuşdur. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh Şirkət bu hadisələrdən sonra öz ərizəsini yazaraq işdən çıxmağını tələb etdi, lakin bu təklifi qəbul etmədi və 1* gün ərzində onu işdən azad etdilər. Sonda iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 6.Məhkəmə iclasında cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək, iddiaya qarşı etirazın məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərarda qeyd olunur ki, "xxxx" QSC-nin Mühafizə Departamentinin Hacıqabul rayon mühafizə bölməsində “Karaul” rəisi vəzifəsində işləyən Xəzər adlı şəxslə danışan zaman ona Emil Hüseynova pul verməyini deməyi həqiqətə uyğun deyildir. Belə ki, Xəzər danışıqdan əvvəl zəng edərək, ona zəng edəcəyini və danışıq vaxtı Emilə pul verməyini deməsini xahiş etmişdir. Bundan sonra Xəzər ona zəng edərək onunla pul verməsi barədə danışmış və bunun videoçəkilişini aparmışdır. Qeyd edilən görüntü Xəzər tərəfindən Emilə qarşı planlı şəkildə çəkilmişdir. Həmçinin, araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, Emil ilə arasında soyuq münasibəti olduğuna görə həmin görüntünü Xalid, Ağanur və Feyruz vasitəsilə "xxxx" QSC-nin Mühafizə Departamentinin Baş İdarəsinə göndərmişdir. Adlarını sadaladığı iş yoldaşlarının müraciətləri əsasında araşdırma başladıqdan sonra onların yalan olaraq Emillə aralarında olan soyuqluq səbəbindən şikayət etmələrini öyrənmişdir. Hazırda tutduğu əməlin düzgün olmadığını, Emil barədə Xalid tərəfindən deyilmiş yalan məlumatları yaydığına görə əməlindən peşmandır və Emil Hüseynovdan hər hansı şikayəti və tələbi yoxdur. Verilən suallara cavab olaraq İddiaçı bildirmişdir ki, Xalid İsmayılov ilə danışan zaman ona Emil barəsində şikayət etməsini xahiş etməmişdir. Emil Hüseynov tərəfindən hər hansı şəxsdən pul alınaraq işə qəbul edilməsi barədə məlumatı yoxdur. Xalid bu barədə özü dediyinə görə onun videosunu çəkmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərar hazırda qüvvədədir. Eyni zamanda müəssisəyə təqdimat ünvanlanmışdır ki, hadisənin səbəbkarı olan şəxslər barəsində bir tədbir görülsün. Daha sonra İbrahimov Firqət həmin təqdimatdan şikayət vermişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə əsas kimi iddiaçının cavabdeh müəssisənin daxili intizam qaydalarını pozması olmasını, iddiaçının Əmək Məcəlləsinin 1*cu maddəsinə uyğun olaraq, əmək funksiyalarını vicdanla yerinə yetirmədiyini, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyini, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozduğunu, hərəkətləri nəticəsində departamentin bütün işçilərinin araşdırmaya cəlb olunduğu, istəmədən iş vaxtlarında işdən kənarlaşdıqlarını, bundan əlavə, iddiaçının 2*24-cü il dekabr ayına aid qüvvədən düşməmiş töhmət əmrinin olduğunu, həmin əmrdə iddiaçının bundan sonrakı fəaliyyətində hər hansısa bir qüsur aşkar olunarsa, barəsində daha ciddi bir tədbirin görüləcəyinin qeyd ediləcəyi, baş vermiş hadisələrin cavabdehin nüfuzuna xələl gətirdiyi, insanlarda müəssisənin bir departamentində korrupsiya hallarının baş verməsi fikrinin yarandığı, halbuki "xxxx" QSC-də hər bir şəxs şəxsi məlumatlar (CV) vasitəsilə işə qəbul olunduğu, atılan bu böhtan nəticəsində Emil Hüseynovun işdən çıxarıldığını, müəssisənin Departamentinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin iclasında iddiaçının öz ərizəsi ilə işdən çıxmağı və ona şiddətli töhmət verilməsini qəbul etdiyini, iddiaçı ilə birlikdə digər adı çəkilən şəxslərin isə bu təklifi qəbul etməyərək, AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə işdən azad edildiyini qeyd etdi. 7.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Baçısının Talış kənd İcra Nümayəndəliyi tərəfindən verilən 12* nörməli Arayışa əsasən Ağayev X4 rayonunun Talış kəndində qeydiyyatdadır. 9.Mülki işin materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Mühafizə Departamenti tərəfindən verilən 11.12.2*24-cü il tarixli, 13-1-18/3-13- 9*39/2*24 nömrəli “İntizam tənbehinin verilməsi” haqqında Əmrə əsasən Hacıqabul mühafizə bölməsinin baş atıcısı İddiaçı və aqreqatlar maşinisti X9 “töhmət” elan olunmuş və gələcəkdə belə hallar baş verdiyi təqdirdə qanunvericiliyə əsasən onlara qarşı daha ciddi tədbirlər görülücəyi barədə xəbərdar edilmişlər. Əsas kimi Mühafizə Departamentində keçirilmiş iclasın *5.12.2*24-cü il tarixli, 626*89 nömrəli protokolu götürülmüşdür. 1*.Mülki işin materiallarında olan Hacıqabul rayon prokurorluğu tərəfindən qəbul edilən *5.*4.2*25-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, "xxxx" QSC sədrinin müşavinin *4.12.2*24-cü il tarixdə məktubla DİN-in X15 Polis İdarəsinə müraciət edərək, "xxxx" QSC-nin Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsinin atıcıları "xxxx" QSC-nin rəhbərliyinə müraciət edərək həmin bölmənin rəisi vəzifəsində işləyən Emil Hüseynovun onlardan müxtəlif vaxtlarda işə düzəlmə və başqa işə keçirilmə müqabilində pullar aldığını qeyd etmələrini və bununla əlaqədar toplanmış 13 C 25 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, "xxxx" QSC-nin Mühafizə Departamentinin Hacıqabul rayon mühafizə bölməsində baş atıcı vəzifəsində işləyən İddiaçı tərəfindən xidməti fəaliyyət zamanı və kollektiv daxilində qruplaşma yaradaraq yol verdikləri nöqsanlara görə barələrində xidməti yoxlama aparılması məsələsinə baxılması üçün Hacıqabul rayon prokuroru qarşısında məsələs qaldırılması qərara alınmışdır. 11.Mülki işin materiallarında olan Hacıqabul Rayon Prokurorluğu tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin rəhbərliyinə ünvanlanan *8 aprel 2*25-ci il tarixli, 13 C-25 nömrəli “Qanun pozuntularının, onları doğuran səbəb və şərait yaradan hallarından aradan qaldırılması”na dair təqdimata əsasən həmin təqdimatın "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin iclasında geniş və hərtərəfli müzakirə edilməklə, adları qeyd edilmiş əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması, gələcəkdə qeyd olunan nöqsanların təkrarlanmaması, şöbə əməkdaşlarının öz xidməti vəzifələrinə uyğun olaraq məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlər görülməsi və təqdimatın müzakirəsi və görülmüş tədbirlər barədə qanunda nəzərdə tutulmuş 1 ay müddətində Hacıqabul rayon prokurorluğuna məlumat verilməsi tələb edilmişdir. 12.Mülki işin materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin iclasının 25 aprel 2*25-ci il tarixli, 14 nömrəli protokoldan çıxarışa əsasən "xxxx" QSC-nin Mühafizə Departamentinin Hacıqabul mühafizə bölməsinin bölmə rəisi X8 şiddətli töhmət verilməklə azad olunması ərizəsinin nəzərə alınması, Hacıqabul mühafizə bölməsinin qrup rəisi X2 və baş atıcı İddiaçı əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır. 13.Mülki işin materiallarında olan 25.*4.2*25-ci il tarixli akta əsasən, həqiqətən də *8 aprel 2*25-ci il tarixdə və 13 C-25 nömrəli Hacıqabul Rayon Prokurorluğundan İddiaçı intizam tədbiri görülməsi barədə təqdimat daxil olmuş, daxil olan təqdimata əsasən departamentdə müzakirələr aparılmış və adı çəkilən şəxsin Əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç bəndi ilə ləvğ edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı 25.*4.2*25 -ci il tarixdə BHİK sədri ilə birgə təşkil olunan iclasa dəvət olunmuş və ondan daxil olunan təqdimat, həmçinin orada qeyd olunan iddialarla bağlı açıqlama və izahat istənilmişdir. Əlavə olaraq, BHİK sədri tərəfindən rəyində də qeyd etdiyi kimi barəsində yumşaldıcı tədbirlər görülməsi üçün sözügedən şəxsə müvafiq təkliflər irəli sürülmüşdür. Lakin, İddiaçı edilən təkliflərdən, izahat və açıqlamalar verməkdən imtina edərək, prokrorluğun təqdimatında qeyd edilən qərarların əsassız olduğunu və bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. 14.Mülki işin materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Mühafizə Departamenti tərəfindən verilən *6.*5.2*25-ci il tarixli, 13-1-18/3-1*-333*/2*25 saylı “Əmək müqaviləsinin ləğv edilməsi”nə dair Əmrə əsasən Mühafizə departamentinin Hacıqabul mühafizə bölməsində baş atıcı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin7*-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “e” bəndi ilə xitam verilmiş, əmrin verilməsi üçün əsas araşdırma materialları və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 25.*4.2*25-ci il tarixli, 14 nömrəli protokolundan çıxarış qeyd edilmişdir. 15.Mülki işin materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilən *2.*6.2*25-ci il tarixli, MŞB/6-**878 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışa əsasən həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin cavabdehlər isə iştirak etməmişdir. 16.Mülki işin materiallarında olan *2.*6.2*25-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 6* manat məbləğində mediasiya xərci ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 17.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı, "xxxx" QSC-nin Mühafizə Departamentinin Hacıqabul mühafizə bölməsində baş atıcı olaraq işləmiş, işlədiyi dövrdə 11.12.2*24-cü il tarixli əmrə əsasən barəsində “töhmət” növündə intizam tənbeh tədbiri tətbiq edilmiş və iddiaçıya gələcəkdə belə halların təkrar baş verəcəyi təqdirdə daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. 18.Müəyyən edilmişdir ki, Hacıqabul rayon prokurorluğunda aparılan iş üzrə izahatı alınmış İddiaçı izahatında 2*24-cü ilin yay aylarında digər işçi Xalid ilə “Whatsapp” tətbiqi ilə videozənglə danışan zaman ona bilərəkdən müəssisənin digər işçisi Emil adlı şəxsə pul verməsi barədə suallar verməsini və həmin danışıqları görüntüyə almasını bildirmiş, Emil adlı şəxslə arasında soyuq münasibət olduğuna görə həmin görüntünü cavabdeh müəssisənin Baş İdarəsinə göndərdiyini bildirmişdir. Hacıqabul rayon prokurorluğu, həmin hadisəni də əsas götürməklə cavabdehin Hacıqabul rayon mühafizə bölməsində mühafizə işinin düzgün təşkil edilmədiyi, bölmə daxilində xidmətlə əlaqədar olmayan şəxsi maraqlar naminə müxtəlif səs yazılarının və videoçəkilişlərin aparılması və s. müəyyən edildiyindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Mühafizə Departamentinə təqdimatla müraciət edərək, həmin şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması tələb edilmişdir. 19.Bundan sonra həmin təqdimata münasibətdə Həmkarlar İttifaqı Komitəsi iclası keçirilmiş və həmin iclasın 25.*4.2*25-ci il tarixli protokoluna əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə *6.*5.2*25-ci il tarixli, 13-1-18/3-1*-333*/2*25 saylı əmrlə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad edilməklə 7*-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. 2*.Hazırda iddiaçı, həmin əmri mübahisələndirərək əmrin qanunsuz və əsassız olduğunu iddia edərək, əmrin ləğv edilməsini və əvvəlki vəzifəsinə bərpa edilməsini, eləcə də məcburi iş buraxma müddəti üçün əmək haqqının və mediasiya xərcinin ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbinin əsassız olduğunu, belə ki, iddiaçıya daha əvvəl töhmət verildiyini, belə halın təkrar baş verdiyi təqdirdə barəsində daha ciddi tədbirlər görüləcəyini, Hacıqabul rayon prokurorluğunun təqdimatı əsasında iddiaçıya ilk öncə şiddətli töhmət verilməklə ərizəsi əsasında işdən azad olunmasının təklif edildiyi, lakin iddiaçı qəbul etmədiyi üçün ƏM-nin 7*-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verildiyini, odur ki, iddia tələbinin əsassız hesab edilməklə rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 21.Azərbaycan Respublikası Konstitusiyasının: 26.1-ci madəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 22.Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 7*-ci maddəsinin “ç” bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericiliklə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 3**-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 23.Əmək qanunvericiliyinin istinad olunan normalarının məzmunundan aydın olur ki, hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmış və bu münasibətlərə əsasən, iddiaçı işçi, cavabdeh isə işəgötürən hesab olunmuşdur. Tərəflər arasındakı əmək münasibətləri həmin əmək müqaviləsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq tənzimlənməlidir. Əmək qanunvericiliyinə görə, işəgötürənin əsas vəzifələrindəndir ki, Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirsin, əmək müqavilələrini həmin Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozsun. “Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər” məzmunlu norma imperativ xarakter daşımaqla işəgötürən tərəfindən öz hüquqlarından sui-istifadə edilməsinə mane olur. 24.Hazırki iş üzrə məhkəmə ilk olaraq qeyd edir ki, araşdırma zamanı iş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin müvafiq maddəsi ilə xitam verilməsinin əsasında Hacıqabul rayon prokurorluğunun cavabdehə ünvanlandığı təqdimat olmuşdur. Hansı ki, həmin təqdimatda qeyd edilir ki, iddiaçı “whatsapp” videozəngi vasitəsi ilə danışdığı şəxslə bilərəkdən ona mühafizə bölməsi rəisi olan “Emil” adlı şəxsin işçilərdən pul almasına dair danışığı çəkib cavabdeh müəssisəyə göndərməsi olmuşdur. İddiaçı sonradan belə bir halın olmadığı, bilərəkdən belə bir videonu çəkdirib Baş İdarəyə göndərdiyini etiraf etmişdir. Bununla bağlı məhkəmə ilk olaraq onu qeyd edir ki, göründüyü kimi Hacıqabul rayon prokurorluğu sözügedən təqdimatı cavabdehə göndərərkən təqdimatda adı çəkilən işçilərin intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını tələb etmiş, cavabdeh isə iddiaçıya ona şiddətli töhmət verməklə öz ərizəsi əsasında işdən azad edilməyi təklif etmiş, iddiaçı bu təklifi qəbul etmədiyi üçün 7*-ci maddənin “ç” bəndi ilə əmək müqaviləsinə xitam vermişdir. 25.İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə əsas kimi Həmkarlar İttifaqı Komitəsinin 25.*4.2*25-ci il tarixli protokolundan çıxarış əsas götürülmüşdür. Məhkəmə ilk olaraq qeyd edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə yalnız Həmkarlar İttifaqı Komitəsinin iclas protokoluna istinad edilirsə, bu yetərli sayılmır. Belə ki, Həmkarlar ittifaqının rəyi və ya protokolu işəgötürənə hüquqi əsas yaratmır, sadəcə razılıq və ya münasibət bildirir. Əmək müqaviləsinə xitam vermək səlahiyyəti isə işəgötürənə aiddir və qərar Əmək Məcəlləsinə əsasən, konkret hüquqi və faktiki əsaslarla verilməlidir. Yəni, əmr işəgötürən işçi tərəfindən törədilən konkret pozuntu, Əmək Məcəlləsinin müvafiq maddəsi, sübutlar və ya daxili aktlarla əsaslandırılmalıdır. İddiaçı barədə verilən əmrdə isə sadəcə ƏM-nin müvafiq maddəsi və Həmkarlar İttifaqı Komitəsinin protokoluna istinad edilsə də, onun tərəfindən edilən konkret olaraq kobud səhvlərin və hüquq pozuntuların nədən ibarət olduğu, eləcə də işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsinin nədə ifadə olunması göstərilməmişdir. 26.Daha sonra məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1) əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi; 2) 72-ci maddədə sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması. 27.İkinci əsasla bağlı qeyd edilməlidir ki, qanunvericilikdə əmək vəzifələrinin kobud şəkildə pozulması əsaslarından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi nəzərdə tutulmuşdur, hansı ki, hazırda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə də bu əsasla xitam verilmişdir. 28.Məhkəmə bu yerdə maddənin məzmununa hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, işçi əmək fəaliyyəti zamanı – 1) kobud səhvə və ya 2) hüquq pozuntusuna yol veribsə və bunun nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafelərinə ciddi zərər dəyibsə, onda bu işəgötürənə işçini işdən azad etmək hüququ verir. Bu zaman "Kobud səhv" dedikdə, bu, sadə, təsadüfi texniki səhv deyil (məsələn, işçi tərəfindən məsuliyyətsizlik edilməsi, təhlükəsizlik qaydalarının ciddi pozulması, tapşırığın bilərəkdən düzgün yerinə yetirilməməsi və s. ola bilər), “Hüquq pozuntusu” dedikdə, məsələn iş rejiminin və ya daxili nizam-intizam qaydalarının pozulması və s., "Qanuni mənafelərə ciddi xələl" dedikdə isə maddi zərər (məsələn, işçinin səhvi ucbatından şirkətə cərimə kəsilməsi), nüfuzun zədələnməsi və s. başa düşülür. 29.Hazırki iş üzrə cavabdeh tərəfindən istinad edilən hal, yəni onun tərəfindən bölmə rəisinin pul alması barədə yalan məlumat verilməsi faktı sözügedən maddənin tələbləri ilə uzlaşmır. Belə ki, məhkəmə qeyd edilən hərəkət nəticəsində iddiaçı tərəfindən pozuntunun törədilməsi faktı ilə razılaşsa da, lakin həmin əməl iddiaçı tərəfindən birinci olaraq əmək fəaliyyəti zamanı törədilməmiş, ikinci olaraq isə pozuntu nəticəsində cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirilməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, işəgötürən müəssisənin nüfuzuna və ya maliyyə vəziyyətinə real təsir göstərən nəticələri sübuta yetirməmiş, həmçinin, işəgötürən tərəfindən təqdim edilən əsaslandırmada işçinin davranışının etimadın itirilməsinə səbəb olan hüquq pozuntusu kimi qiymətləndirilməsi üçün zəruri hüquqi və faktiki meyarlar mövcud olmamışdır. Bu halda “qanuni mənafelərə ciddi xələl” anlayışı tətbiq oluna bilməz. 3*.İş üzrə tərəflərin izahatları və yazılı sübutlara əsasən, işçi sadəcə müəssisədəki vəziyyətlə bağlı fikir bildirmiş və bu barədə onun vasitəçiliyi ilə rəhbərliyə məlumat verilmiş, lakin bu şikayətlərin təşkil olunması və ya yayılması nəticəsində müəssisənin qanuni mənafelərinə real, sübuta yetirilmiş ciddi xələl dəyməmişdir. Məhkəmə qeyd edir ki, işçinin müvafiq halla bağlı fikir bildirməsi, bu barədə məlumat verməsi (yalan və ya doğru olması fərq etmir) onun ifadə azadlığı, şikayət vermək hüququ və haqsızlıqla bağlı müraciət etmək hüququndan irəli gəlir və bu, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçinin gələcək iş həyatı ilə bağlı ən ağır maddə hesab edilən ƏM-nin 7*-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsi üçün qanuni və əsaslı hal hesab edilməsi yolverilməz hesab edilir. Konstitusiyanın 47-ci və 57-ci maddələrinə uyğun olaraq, işçinin fikrini sərbəst ifadə etmək və hüquqlarını müdafiə etmək hüququ vardır. İşçinin bu hüququndan istifadə etməsi əmək müqaviləsinə xitam üçün əsas ola bilməz, bu, işçi barəsində hər hansı bir intizam tənbeh tədbirinin tətbiq edilməsi üçün əsas hesab edilə bilərdi ki, işəgötürən əmri ləğv etməzdən əvvəl iddiaçıya şiddətli töhmət verilməklə öz ərizəsi əsasında işdən çıxmağı təklif etmiş, iddiaçı isə bu təklifi qəbul etmədiyi üçün əmək müqaviləsinə intizam tədbiri tətbiq edilmədən xitam verilmişdir. Bu isə Əmək Məcəlləsinin 186 və 187-ci maddələrinin tələblərinə ziddir. 31.Beləliklə də, məhkəmə qeyd edilənlərdən çıxış edərək hesab edir ki, iddiaçının hüquqlarının pozulması öz təsdiqini tapdığından, iddia tələbi əmrin ləğv edilməsi hissəsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsinə münasibətdə təmin edilməli, *6.*5.2*25-ci il tarixli, 13-1-18/3-1*-333*/2*25 saylı əmr ləğv edilməli və iddiaçıya cavabdeh "xxxx" QSC tərəfindən məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanıb ödənilməlidir. 32.Məhkəmə tələbin iddiaçının "xxxx" QSC-nin Mühafizə Departamentinin Hacıqabul mühafizə bölməsi baş atıcı vəzifəsinə bərpa edilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassız hesab edilməklə təmin edilməməlidir. Belə ki, tələbin əmrin ləğvi hissəsi təmin edilərək əmr ləğv edildiyindən, yəni ilkin vəziyyət bərpa olunduğundan (yenidən əmək müqaviləsi aktivləşdiyindən), prosessual qənaət prinsipi nəzərə alınmaqla tələbin həmin hissəsinə ayrıca hüquqi qiymət verilərək təmin edilməsinə zərurət yoxdur. 33.Həmçinin, məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi). Hazırki iş üzrə iddia tələbi əmrin ləğvi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində təmin edildiyindən mediasiya xərci olaraq ödənilən 6* manat məbləğində pul vəsaiti də cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməlidir. 34.Beləliklə də qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, əmək müqaviləsinin ləğv edilməsinə dair *6.*5.2*25-ci il tarixli, 13- 1-18/3-1*-333*/2*25 saylı əmr ləğv edilməli, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məcburi işburaxma müddəti üçün əmək haqqı, həmçinin ödənilmiş 6* manat məbləğində mediasiya xərci İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 35.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 22*.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22* və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair *6.*5.2*25-ci il tarixli, 13-1-18/3-1*-333*/2*25 saylı əmr ləğv edilsin və məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanaraq cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 6* (altmış) manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Bu qətnamə İddiaçı əvvəlki vəzifəsinə ("Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin Hacıqabul mühafizə bölməsində baş atıcı vəzifəsinə) bərpa edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3659/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3659/2025
16.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver