Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3677/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, İddiaçı vəkili Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı və X14 cavabdeh X10 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 Bakı şəhəri Nəsimi rayonu, 5-ci mikrorayon, Məhərrəmov küçəsində yerləşən ev 42, 44 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qeydiyyatda olduğu və hazırda yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, B.Məhərrəmov küçəsində yerləşən ev 42, 44 nömrəli mənzil xx xxxxxx 1962-ci il tarixli order əsasında babası X9 istifadəsinə verilmişdir. Babasının ölümündən sonra Nəsimi rayon Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli 51/11 saylı Qərarı əsasında mənzilin icarədarı X4 olmuş və ailə tərkibi 4 nəfərdən ibarət olmaqla onun istifadəsinə və sahibliyinə verilmişdir. X4 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində xəstəlikdən vəfat etmişdir. Hazırda mənzildə o, 1987-ci ildən, cavabdeh olan atası 1961-ci ildən, əmisi X19 1969-cu ildən və qardaşı X17 1990-cı ildən qeydiyyatdadırlar. Mənzil onun istifadəsində və sahibliyində olmaqla doğulduğu vaxtdan orada yaşayır. Cavabdeh 2001-ci il tarixdən evi tərk edərək Rusiya Federasiyasına getmiş və həmin vaxtdan etibarən geri qayıtmamış, özünə daimi yaşayış yeri kimi həmin ölkəni seçmişdir. Hesab edir ki, cavabdehin 2001-ci il tarixdən mənzili tərk edərək daimi olaraq Rusiya Federasiyasına getməsi və həmin vaxtdan etibarən geri qayıtmaması, özünə daimi yaşayış yeri kimi həmin ölkəni seçməsi onun sözügedən mənzildən istifadə ilə bağlı hüququnun itirilməsinə gətirib çıxarmışdır. Bu səbəbdən də qanunun göstərilən tələblərindən irəli gələn hüquqlarının həyata keçirilməsi üçün cavabdehin mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Odur ki, göstərilənlərə əsasən, X8 Bakı şəhəri Nəsimi rayonu, 5-ci mikrorayon, Məhərrəmov küçəsində yerləşən ev 42, 44 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mənzildə qeydiyyatda olan və yaşayan X14 iddiaçı qismində işə cəlb edilməsini xahiş etmişdir. Daha sonra məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh X8 Bakı şəhəri Nəsimi rayonu, 5-ci mikrorayon, Məhərrəmov küçəsində yerləşən ev 42, 44 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Digər iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. xx xxxxxx 1962-ci il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, B.Məhərrəmov küçəsi, ev 42, 44 nömrəli mənzil order əsasında X9 istifadəsinə verilmişdir. Nəsimi rayon Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli, 51/11 saylı Qərarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Məhərrəmov küçəsi, ev 42, 44 nömrəli mənzilin icarədarı kimi X16 ( ailə tərkibi 4 nəfərdən ibarət olmaqla ) tanınmışdır. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 673 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi: Hipertoniya xəstəliyi İİİ M. Nəsimi rayon MKTB-nin 31 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Məhərrəmov küçəsində yerləşən ev 42, 44 nömrəli mənzilin sahibi X13r (xx.xx.2016-cı il tarixdə ölüb) və bina İcra hakimiyyətinə məxsusdur. İddiaçı, X15, X19 və X17 həmin mənzildə daimi qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Nəsimi Rayon Məhkəməsinə ünvanladığı sorğuya cavabından görünür ki, X8 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. X1 məhkəmə baxışı zamanı ifadə verərək bildirmişdir ki, iddiaçıların qonşusudur. İddiaçı yaşadığı mənzilin nömrəsi 44, onun yaşadığı mənzilin nömrəsi isə 40-dır. O, daimi olaraq həmin mənzilə gedib gəlsə də nə cavabdehi, nə də ki ona aid hər-hansı əşya 2001ci ildən bəri bu mənzildə görməmişdir. Bacısı cavabdehi çox axtarsa da tapa bilməmişdir. X6 məhkəmə baxışı zamanı ifadə verərək bildirmişdir ki, iddiaçıların qonşusudur. Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, B.Məhərrəmov küçəsi, ev 42, 44 nömrəli mənzildə Məlahət, Ramiz, Əli və Elçin də yaşayır. O, həmin binaya 2001-ci ildə köçsə də, cavabdehi görməmişdir. Şahid X2 qızı məhkəmə baxışı zamanı ifadə verərək bildirmişdir ki, X19 onun əridir. O, 20 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, B.Məhərrəmov küçəsi, ev 42, 44 nömrəli mənzildə yaşayır. Cavabdehi 2002-ci ildən bəri görməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, B.Məhərrəmov küçəsi, ev 42, 44 nömrəli mənzil dövlət mənzil fonduna aid yaşayış sahəsi olmaqla iddiaçılardan İddiaçı nənənsi və X14 anası olan X11 istifadəsinə və sahibliyinə verilmişdir. Cavabdeh X15 2001-ci ildən faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Lakin o, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçıların istifadəsində və sahibliyində olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Order əsasında mənzilin icarədarı olan X16 öldükdən sonra mübahisəli mənzildə daimi qeydiyyatda olan İddiaçı və X19 məhkəməyə müraciət edərək X8 Bakı şəhəri Nəsimi rayonu, 5-ci mikrorayon, Məhərrəmov küçəsində yerləşən ev 42, 44 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibəti xx xxxxxxx 2009-cu il tarixədək (cavabdeh mübahisəli mənzildə xx.xx.1983-cü il tarixdə qeydiyyata alınmış, 2001-ci ildə mənzili tərk etmişdir) yarandığıdan və mübahisəli yaşayış sahəsinin dövlət mənzil fonduna aid edildiyindən hazırki mübahisə köhnə Mənzil Məcəlləsinin müddəalarına əsasən həll edilməlidir. xx.xx.1982-ci ildə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 54-cü maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi əvvəlki qanunvericilik şəxsin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını dövlət orqanında qeydiyyata alınması ilə şərtləndirməyərək, yaşayış sahəsinə köçmüş və orada daimi yaşayan şəxsin həmin yaşayış sahəsindən istifadə hüququnu tanıyırdı. Əvvəlki Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ və Vİ hissələrinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Beləliklə, cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi üçün əvvəlki Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsas müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Göründüyü kimi, cavabdeh iddiaçıların qanuni sahibliyində olan mənzildə əvvəllər yaşasa da, uzun müddətdir ki, ölkəni tərk edərək həmin mənzildə daimi olaraq yaşamır. Ona görə də, onun Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, B.Məhərrəmov küçəsi, ev 42, 44 nömrəli mənzil üzərində istifadə hüququ itirilmiş hesab edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X8 Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, B.Məhərrəmov küçəsi 42 saylı evin 44 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3677/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3677/2020
02.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver