Məhkəmə qərarları › İş №2(006)-3698/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3698/2024

23.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3698/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 64, mənzil 39 (yeni qaydalarla: AZ 1102, ünvan 1 ünvanında yerləşən sahəsi 39.80 kv.m mənzili zəbt edənlər – X2 və digər şəxslərin çıxarılması və mənzilin iddiaçının istifadəsinə verilməsi; Onun paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, sahəsi 39.62 kv.m təşkil edən mənzilə, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 3169-cu məhəllə, ev-mənzil 145 (yeni qaydalarla: AZ 1102, ünvan 4 ünvanında yerləşən sahəsi 148.60 kv.m təşkil edən mənzilə köçürülməsi və həmin mənzillərdən istifadə etməyinə cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 və digərləri tərəfindən yaradılan maneənin aradan qaldırılması; ünvan 5 ünvanında yerləşən sahəsi 85, 30 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən qanunsuz istifadə edən şəxslərin çıxarılması və həmin sahədən maneəsiz istifadə etməyinə yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsinin dəqiqləşdirilməsi və düzəliş edilməsi barədə ərizə təqdim edərək onun paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 64, mənzil 39 (yeni qaydalarla: AZ 1102, ünvan 1 ünvanında yerləşən sahəsi 39.80 kv.m mənzili zəbt edənlər – X2 və ailə üzvlərinin çıxarılması və mənzilin iddiaçının istifadəsinə verilməsi; onun paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, sahəsi 39.62 kv.m təşkil edən mənzilə, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 3169-cu məhəllə, ev-mənzil 145 (yeni qaydalarla: AZ 1102, ünvan 4 ünvanında yerləşən sahəsi 148.60 kv.m təşkil edən mənzilə köçürülməsi və həmin mənzillərdən istifadə etməyinə cavabdehlər Qurbanov (Qurbanlı) Namiq Natiq oğlu, Qurbanova (Qurbanlı) Arzu Natiq qızı, Cavabdeh3 və digərləri tərəfindən yaradılan maneənin aradan qaldırılması; Cavabdeh4 və onun ailə üzvləri paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 30A, 5 saylı mənzildən çıxarılmaları və mənzilin iddiaçının istifadəsinə verilməsi, ünvan 5 ünvanında yerləşən sahəsi 85, 30 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən istifadə etməyinə cavabdehlər tərəfindən Qurbanov (Qurbanlı) Namiq Natiq oğlu, Qurbanova (Qurbanlı) Arzu Natiq qızı, Cavabdeh3 və ailə üzvləri tərəfindən yaradılan maneənin aradan qaldırılması və həmin sahədən iddiaçının maneəsiz istifadə etməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1949/2024 nömrəli 25 iyun 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsinin “İddiaçı X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi” ayrılaraq, ayrıca icraatda baxılması, həmçinin İddiaçı X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi üzrə işə yeni nömrə verilməsi məhkəmənin kargüzarlıq xidmətinə həvalə ediməsi qərara alınmışdır. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi X3 ərizə təqdim edərək, iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərinin geri qaytarımasını məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə prosesdə iştirak etməyən cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi X1 xx.xx.2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar