Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3712/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı1, Cavabdeh2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” ASC və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” ASC və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 14İSMLƏ/13, xx.xx.2014 tarixli 14İSMLƏ/14 və xx.xx.2014-cü il tarixli 20İSMLƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə “xxxx” KB ASC ilə İddiaçı1 və İddiaçı2 arasında ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ailə üzvü X3 qayınatası Cavabdeh2 “xxxx” KB ASC ilə arasında xx.xx.2013-cü ildə 14İSMLK/13 saylı əsas kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh2 60 ay müddətində, yəni xx xxxxxx 2018-ci il tarixədək ******* manat (AZN) kredit verilməsi nəzərdə tutulmuşdur. Beləliklə onlar Cavabdeh2 ilə “xxxx” KB ASC arasında xx.xx.2013-cü ildə bağlanmış 14İSMLK/13 saylı əsas kredit müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış şərtlərlə razılaşaraq, yəni Bank tərəfindən Cavabdeh2 xx.xx.2013-cü ildən xx.xx.2018-ci il müddətədək olan 60 ay ərzində əlavə ödəniləcək ******* AZN-nin qaytarılması təminatı kimi paylı birgə mülkiyyətlərində olan, Sumqayıt şəhəri, məhəllə 14, ev 21/4-də yerləşən 4 saylı mənzili ipoteka qoymuşlar. Mənzili ipotekaya qoyarkən kredit müqaviləsi üzrə ödəniləcək valyutanın azərbaycan manatı ilə müəyyənləşdiyinə razılaşmışlar və əsas kredit müqaviləsində kredit kimi ödəniləcək valyutanın dəyişdiriləcəyi və ya hər hansı valyutada ödəniləcəyindən asılı olmayacağı şərti əsas kredit müqaviləsində göstərilməmiş, şərt yalnız azərbaycan manatı ilə ödəniləcək kredit olmuşdur. Lakin Cavabdeh2 ilə “xxxx” KB ASC arasında xx.xx.2013-cü ildə və ondan sonra bağlanmış əlavə kredit müqavilələri üzrə ödənilmiş kreditin valyutası onlarla razılaşdırılmadığı halda ABŞ dolları ilə müəyyənləşmiş, Cavabdeh2 ilə cavabdeh Bank arasında onların məlumatları və imzaları olmadan xx xxxxxx 2013-cü il tarixli əsas kredit müqaviləsinə dəyişiklik edilməsi barədə xx xxxxxx 2014-cü il tarixdə saziş imzalanmışdır. Bundan sonra Cavabdeh2 cavabdeh Bank tərəfindən xx.xx.2013-cü il tarixli 14İSMLƏ/13 saylı əlavə kredit müqaviləsi ilə 30000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 14İSMLƏ/13-01 saylı əlavə kredit müqaviləsi üzrə 35000 ABŞ dolları və xx.xx.2014-cü il tarixli 20İSMLƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə isə 30000 ABŞ dolları olmaqla, ümumilikdə 95000 ABŞ dolları həcmində kredit vermilmişdir. Bank və kredit alan tərəfindən valyutanın dəyişdirildiyi barədə məlumatlandırılmamışlar, razılığıqları alınmamış, ipoteka müqaviləsinə bu barədə əlavə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx xxxxxxx 2019-cu il tarixli qərardadı haqqında məlumat aldıqdan sonra bu iddianı qaldırmaq hüququnun yarandığını bilərək hazırkı iddia ilə məhkəməyə müraciət edir. Həmin Qərardadda qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zamin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlüklə xitam verilir. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu 10.1, 10.5 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafıq olaraq kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faizdərəcəsi, valyuta və s) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadan, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli Plenumu hesab etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin müraciətləri əsasında qəbul edilmiş Plenumun xx xxx 2018-ci il və xx xxxx 2019-cu il tarixli Qərarlarında mülki qanunvericiliyin müvafiq normalarına verilmiş şərh nəticəsində bu normaların geniş təfsir edildiyini və bu təfsirin təcrübə tətbiqində müəyyən dəyişikliklərə səbəb ola biləcəyini nəzərə alaraq, bu Qərarlarda əks olunmuş hüquqi mövqelər müvafiq olaraq onların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil edilir. Lakin Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli Plenumu göstərilən Qərarların həmin müraciətlərə səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də müraciətlərə baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarında ifadə olunmuş hüquqi mövqelər həmin qərarların qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə tətbiq olunmalıdır. Bu baxımdan hesab edir ki, “xxxx” KB ASC-nin ona, Cavabdeh2 və digərlərinə qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən iddiaçı “xxxx” KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(105)-8/2020 saylı qərardadı ilə təkrar dayandırılmış və hazırda həmin mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır, mülki işə yekun vurulmamışdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 14İSMLƏ/13, xx.xx.2014 tarixli 14İSMLƏ/14 və xx.xx.2014-cü il tarixli 20İSMLƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə “xxxx” KB ASC ilə İddiaçı1 və İddiaçı2 arasında ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 yuxarıda qeyd olunan məzmunda izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələblərini qəbul edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər iddiaçı və cavabdeh, onlara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 14İSMLK/13 saylı əsas kredit müqaviləsindən görünür ki, bank, kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri Tərəflərin razılığı ilə Əlavə kredit müqavilələri ilə tənzimləmək şərti ilə, borcalana 60 ay müddətinə xx.xx.2013-cü il tarixinədək 1.000.000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İpoteka saxlayan “xxxx” KB ASC ilə ipoteka qoyanlar İddiaçı1 və İddiaçı2 və borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 14İSMLİ/13 saylı ipoteka müqaviləsinə əsasən “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 14İSMLK/13 saylı əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Azərbaycan Respublikası ƏMDKY DƏDRX-ın X6 tərəfindən xx.xx.2011-ci il tarixində 155 nömrəli reyestr kitabında 28 nömrəli vərəqində, reyestr nömrəsi **********046-05101-093031, qeydiyyat nömrəsi **********, MA seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə ¾ hissə İddiaçı1 və ¼ hissə İddiaçı2 məxsus olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 4/21, 4 nömrəli mənzil ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 14İSMLƏ/13 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə, illik 21 % ödəmək şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14İSMLƏ/13-01 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə, illik 21 % ödəmək şərti ilə 35.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 20İSMLƏ/14 saylı əlavə kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə, illik 21 % ödəmək şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 14İSMLK/13 saylı əsas kredit müqaviləsinə (müqaviləyə dəyişiklik haqqında) xx.xx.2013cü il tarixli sazişə əsasən Əsas kredit müqaviləsinin 5.1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Borcalan”ın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası “25” Dekabr 2013cü il tarixli 14İSMLİ/13 saylı ipoteka müqaviləsinə əsasən paylı mülkiyyət hüququ üzrə ¾ hissə İddiaçı1 və ¼ hissə X4 məxsus olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 4/21, 4 nömrəli mənzili, “28” Dekabr 2013-cü İl tarixli 15İSMLİ/13 saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə X1 məxsus olan İsmayıllı şəhəri, Natəvan küçəsi, 6 saylı evin 5 nömrəli mənzili və “14” yanvar 2014-cü il tarixli 16İSMLİ/14 saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə X1 məxsus olan İsmayıllı şəhəri, Natəvan küçəsi, 6 saylı evin 5 nömrəli mənzili ilə təmin olunur. “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 14İSMLK/13 saylı əsas kredit müqaviləsinə (müqaviləyə dəyişiklik haqqında) xx.xx.2014cü il tarixli sazişə əsasən Əsas kredit müqaviləsinin 5.1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Borcalan”ın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası “25” Dekabr 2013cü il tarixli 14İSMLİ/13 saylı ipoteka müqaviləsinə əsasən paylı mülkiyyət hüququ üzrə ¾ hissə İddiaçı1 və ¼ hissə X4 məxsus olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 4/21, 4 nömrəli mənzili, “28” Dekabr 2013-cü İl tarixli 15İSMLİ/13 saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə X1 məxsus olan İsmayıllı şəhəri, Natəvan küçəsi, 6 saylı evin 5 nömrəli mənzili və “14” yanvar 2014-cü il tarixli 16İSMLİ/14 saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan İsmayıllı şəhəri. Nizami küçəsi, ev №2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi ilə təmin olunur. “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 14İSMLƏ/13 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx xxxx 2015ci il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 14İSMLƏ/13 saylı kredit müqaviləsinə aşağıdakı dəyişikliklər edilmişdir: Kredit müqaviləsinin 1.3-cü bəndində nəzərə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 19.5 (on doqquz tanı onda beş) faiz, müddət isə xx.xx.2017-ci il tarixinədək müəyyən edilsin. Bu Sazişlə kredit müqaviləsinə edilən dəyişikliklər nəzərə alınmaqla kredit üzrə borc qalığının "Borcverən”ə qaytarılmasının dövriliyinin müəyyən edən yeni ödəniş cədvəli tərtib olunsun və həmin cədvəl kredit müqaviləsinə 2 (iki) saylı əlavə hesab edilsin. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 14İSMLK/13 saylı əsas kredit müqaviləsinə əsasən bank, kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə Əlavə kredit müqavilələri əsasında tənzimləmək şərti ilə, borcalana müvafiq məbləğdə kredit verməyi öhdəsinə götürmüşdür. Əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq paylı mülkiyyət hüququ üzrə ¾ hissədə İddiaçı1 və ¼ hissədə X4 məxsus olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 4/21, 4 nömrəli mənzili, “28” Dekabr 2013-cü İl tarixli 15İSMLİ/13 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 14İSMLƏ/13 saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 21 % ödəmək şərti ilə 30.000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 14İSMLƏ/13-01 saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 21 % ödəmək şərti ilə 35.000 ABŞ dolları və xx.xx.2014-cü il tarixli 20İSMLƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə, illik 21 % ödəmək şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda iddiaçılar “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli və “”Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarlarında əks olunmuş hüquqi mövqeyə əsaslanaraq Cavabdeh2 ilə «xxxx» KB ASC arasında bağlanmış xx.xx.2013, xx.xx.2014 və xx.xx.2014-cü il tarixli 20İSMLƏ/14 əlavə kredit müqavilələrində kreditə verilən pulun X2 pul vahidi olan dollar ilə müəyyən edildiyinə, bu faktın isə onun ipoteka qoyan kimi məsuliyyətinin ağırlaşmasına səbəb olduğuna istinad edir və buna əsasən mübahisəli ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərar qəbul etmişdir. Həmin Qərarda aşağıdakılar göstərilmişdir:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, hər hansı şərt qoymadan kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir.
3. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanan kredit müqavilələrində faiz dərəcəsi baradə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında 2019-cu il 25 iyul tarixli Qərarla “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələri əlaqəli şəkildə şərh edilmişdir. Sözügedən Qərarda aşağıdakılar göstərilmişdir:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.
2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” xx xxxxxxx 2019-cu il tarixli Qərardad qəbul etmişdir. Həmin Qərardada əsasən müəyyən edilmişdir ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarından göründüyü kimi mübahisəli münasibətlərin yaranması tarixi xx.xx.2013, xx.xx.2014 və xx.xx.2014-cü il tarixlərə təsadüf edir. Məhkəmə iddiaçının istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarlarında əks olunmuş hüquqi mövqelərin həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunduğunu nəzərə alaraq hesab edir ki, hazırki mübahisə bu Qərarlarla müəyyən edilən qaydalara əsasən həll oluna bilməz. Eyni zamanda qeyd edilməlidir ki, hazırki iş, iddianın predmetinə uyğun olaraq Plenumun 2018ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmənin icraatında olmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, iddiaçı əlavə kredit müqavilələrinə əsasən kreditə verilən pulun X2 pul vahidi olan dollar ilə müəyyən edilməsinin onun ipotekaqoyan kimi məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olmasına istinad etsə də, məhkəmə araşdırması zamanı həmin halların baş verdiyi müəyyən edilməmişdir. Belə ki, əlavə kredit müqavilələri üzrə Cavabdeh2 ayrılmış 95.000 ABŞ dollarının əsas kredit müqaviləsi ilə tənzimlənən ümumi limit məbləğini, yəni 1.000.000 manat məbləğini aşmadığı, həmçinin əlavə kredit müqaviləsində nəzərdə tutulan 36 aylıq müddətin, əsas kredit müqaviləsində 60 ay kimi müəyyən edilmiş kreditin verilmə müddətindən çox olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə də, məhkəmə hesab edir ki, araşdırma zamanı mübahisələndirilən müqavilənin bağlanmamış hesab edilməsi üçün hüquqi əsaslar müəyyən olunmadığından iddianın təmin edilməsi mümkün deyildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən maddəyə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2nın cavabdehlər “xxxx” ASC və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Cəmilə Musayeva