Məhkəmə qərarları › İş №2(006)-3714/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3714/2023

15.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3714/2023 15.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini etmişdir. Məhkəmədə İddiaçı cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə cavabdeh nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin məhkəməyə təqdim etdikləri xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən: 2.1 İddiaçı işdən çıxması barədə qanunvericiliyə uyğun şəkildə cavabdehə müraciət etmədiyini və işə gəlmədiyini qəbul və təsdiq edir. Cavabdeh humanizm prinsiplərindən çıxış edərək barışıq sazişinin bağlanması ilə razılaşıb, iddia tələbini qismən qəbul edir və bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 10 (on) iş günü ərzində aşağıda göstərilənləri icra edir: 2.2 Cavabdeh iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə əsasən xitam verilməsi barədə 159-K nömrəli, xx.xx.2018-ci il tarixli əmrini ləğv edir, iddiaçının əmək müqaviləsinə barışıq sazişinin 2.2-ci bəndində müəyyən edilmiş əsasla və qaydada xitam verir və bu barədə zəruri rəsmiləşdirmələri yerinə yetirir. 2.3 İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair tələbi ilə və onun bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 2 (iki) iş günü ərzində təqdim edəcəyi ərizə əsasında iddiaçının əmək müqaviləsinə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 159-K nömrəli, xx.xx.2018-ci il tarixli ilkin əmrin ləğv edilməsindən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilir. İddiaçı əmək münasibətlərini davam etdirmək istəməməsi ilə bağlı iradə ifadəsini məhkəmədə bildirdiyindən və əmək müqaviləsinin onun təşəbbüsü ilə ləğvini tələb etdiyindən cavabdeh iddiaçının əmək müqaviləsinə bu bənddə qeyd edilən ərizə təqdim edilmədən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verə bilər. 2. İddiaçı cavabdehin 2-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə bütün tələblərinin təmin edildiyini təsdiq edir, mülki iş üzrə iddia tələbindən və cavabdehə qarşı əmək münasibətlərindən irəli gələn bütün digər tələblərindən, (yəni - işə berpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı, ödənilməmiş məzuniyyət haqqı və, s) imtina edir. 2.5 Eyni zamanda tərəflər bir-biri ilə razılığa gəlirlər ki, bu məsələ ilə bağl, gələcəkdə bir-birlərinə qarşı heç bir iddia qaldırmayacaqlarını öz öhdələrinə götürürlər. 3.1. Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 3.2. Bu barışıq sazişi 2 (iki) orifinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır. 3.3. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər-hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsləhətçiləri tərəfindən izahlar verilmişdir. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, onlar arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 191, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: Barışıq sazişinin şərtləri: 2.1 İddiaçı işdən çıxması barədə qanunvericiliyə uyğun şəkildə cavabdehə müraciət etmədiyini və işə gəlmədiyini qəbul və təsdiq edir. Cavabdeh humanizm prinsiplərindən çıxış edərək barışıq sazişinin bağlanması ilə razılaşıb, iddia tələbini qismən qəbul edir və bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 10 (on) iş günü ərzində aşağıda göstərilənləri icra edir: 2.2 Cavabdeh iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə əsasən xitam verilməsi barədə 159-K nömrəli, xx.xx.2018-ci il tarixli əmrini ləğv edir, iddiaçının əmək müqaviləsinə barışıq sazişinin 2.2-ci bəndində müəyyən edilmiş əsasla və qaydada xitam verir və bu barədə zəruri rəsmiləşdirmələri yerinə yetirir. 2.3 İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair tələbi ilə və onun bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 2 (iki) iş günü ərzində təqdim edəcəyi ərizə əsasında iddiaçının əmək müqaviləsinə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 159-K nömrəli, xx.xx.2018-ci il tarixli ilkin əmrin ləğv edilməsindən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilir. İddiaçı əmək münasibətlərini davam etdirmək istəməməsi ilə bağlı iradə ifadəsini məhkəmədə bildirdiyindən və əmək müqaviləsinin onun təşəbbüsü ilə ləğvini tələb etdiyindən cavabdeh iddiaçının əmək müqaviləsinə bu bənddə qeyd edilən ərizə təqdim edilmədən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verə bilər. 2. İddiaçı cavabdehin 2-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə bütün tələblərinin təmin edildiyini təsdiq edir, mülki iş üzrə iddia tələbindən və cavabdehə qarşı əmək münasibətlərindən irəli gələn bütün digər tələblərindən, (yəni - işə berpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı, ödənilməmiş məzuniyyət haqqı və, s) imtina edir. 2.5 Eyni zamanda tərəflər bir-biri ilə razılığa gəlirlər ki, bu məsələ ilə bağl, gələcəkdə bir-birlərinə qarşı heç bir iddia qaldırmayacaqlarını öz öhdələrinə götürürlər. 3.1. Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 3.2. Bu barışıq sazişi 2 (iki) orifinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır. 3.3. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər-hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsləhətçiləri tərəfindən izahlar verilmişdir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar