Məhkəmə qərarları › İş №2(006)-3747/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3747/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3747/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh «xxxxxxxxx» ASC-yə qarşı « Mingəçevir şəhəri Gəncə şossesində olan 0,03 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasının və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekadan və yüklülükdən azad edilməsi »nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxx» ASC-yə qarşı « Mingəçevir şəhəri Gəncə şossesində olan 0,03 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasının və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekadan və yüklülükdən azad edilməsi »nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə «xxxxxx» İKB ASC-nin Yevlax filialı arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 136500 manat kredit götürmüşdür. Aralarında bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan Mingəçevir şəhəri, Gəncə şossesində olan 0,03 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binasını və Mingəçevir şəhəri, Günəş küçəsi, 1A ünvanda yerləşən fərdi yaşayış evini ipoteka qoymuşdur. Hazırda həmin borc tam şəkildə ödənilmişdir. Onun banka borcu qalmamışdır. Buna baxmayaraq borc müqabilində ipoteka qoyulmuş evlərin ipotekadan azad edilməsi barədə zəruri sənədləri verməkdən imtina edir və bununla da onun hüquqlarını pozur. Göstərilənlərə əsasən «xxxxxx» İKB ASC xeyrinə yüklü edilmiş Mingəçevir şəhəri, Gəncə şossesində olan 0,03 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binasının və Mingəçevir şəhəri, Günəş küçəsi, 1A ünvanda yerləşən fərdi yaşayış evinin ipotekadan və yüklülükdən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxxxxxxx» ASC-nin nümayəndəsi X2 iddia tələbinə etirazını bildirərək iddiaçının hal-hazırda məhkəmə qətnaməsi ilə müəyyən olunmuş mövcud borcu vardır və bu səbəbdən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-14/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki,İddiaçı ilə «xxxxxx» İKB ASC-nin Yevlax filialı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış KBB№YEV 012F saylı kredit müqaviləsinə xitam verilməsi, İddiaçı ilə «xxxxxx» İKB ASC-nin Yevlax filialı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış KBB№YEV 012F saylı kredit müqaviləsi üzrə yaranmış 134440 manat əsas kredit borcu, 55708 manat faiz borcu və 4000 manat dəbbə pulu cəmi 194.148 manat borcun, habelə iddia verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı alınıb iddiaçıya ödənilməsi, İddiaçı xx.xx.2009-cu il tarixdə bağlanmış KBB№YEV 012F saylı kredit müqaviləsi üzrə ödənilməmiş 134440 manat əsas kredit borcu, 55708 manat faiz borcu, 4000 manat dəbbə borcu – cəmi 194148 manat borcun, habelə iddia ərizəsi verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun ödənilməsi onun tərəfindən ipotekaya qoyulmuş, Mingəçevir şəhərinin, Günəş küçəsində mülkiyyətində olan, 0,12 hektar torpaq sahəsində yerləşən iki mərtəbəli, 7 otaqlı, 170,49 kv.m. yaşayış, 250,98 kv.m.köməkçi sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evinə və Mingəçevir şəhəri, Gəncə şossesində olan 0,03 hektar torpaq sahəsində yerləşən 7№-li, 3 girişli, 283,08 kv.m. ümumi, 187,9 kv.m. əsas, 95,18 kv.m. köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası olan daşınmaz əmlaklara yönəldilərək açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı «xxxxxx» İKB ASC-nin Yevlax filialına olan cəmi 194148 manat borcunun ödənilməsi qət edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2008ci il tarixdə 1088 manat, xx.xx.2008-ci il tarixdə 930 manat, xx.xx.2009-cu il tarixdə 200 manat, xx.xx.2009-cu il tarixdə 100 manat, xx.xx.2009-cu il tarixdə 300 manat, xx.xx.2009cu il tarixdə 814 manat, xx.xx.2009-cu il tarixdə 70.785,46 manat, xx.xx.2009-cu il tarixdə 65.500 manat, xx.xx.2011-ci il tarixdə 800 manat, xx.xx.2011-ci il tarixdə 500 manat, xx.xx.2011-ci il tarixdə 200 manat, xx.xx.2011-ci il tarixdə 500 manat, xx.xx.2011-ci il tarixdə 300 manat, xx.xx.2011-ci il tarixdə 300 manat, xx.xx.2011-ci il tarixdə 400 manat, xx.xx.2011-ci il tarixdə 400 manat banka ödəniş edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər icra bölməsinin xx.xx.2011-ci il tarixli qərarının surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-14 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş üzrə «xxxxxxxxx» ASC tərəfindən Nəsimi rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, «xxxxxxxxx» («xxxxxx» İKB) ASC ilə bağlanmış xx.xx.2009-cu tarixli kredit müqaviləsinə əsasən İddiaçı 136500 manat məbləğində kredit verilmişdir. Kredit ödənişində gecikmələr yarandığından məhkəməyə müraciət edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(051)-14/2011 saylı qətnaməsi ilə xx.xx.2009-cu il tarixli KBB № YEV 012 saylı kredit müqaviləsinə xitam verilmiş, İddiaçı xx.xx.2009-cu il tarixli KBB № YEV 012 saylı kredit müqaviləsi üzrə yaranmış 134440 manat əsas kredit borcu, 55708 manat faiz borcu, 4000 manat dəbbə pulu, cəmi 194148 manat alınıb «xxxxxx» İKB ASC-yə verilməsi, ödənişinin ipotekaya qoyulmuş Mingəçevir şəhəri, Günəş küçəsi, 1A ünvanda 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə və Mingəçevir şəhəri, Gəncə şossesində 0,03 ha torpaq sahəsində yerləşən 3 girişli, 7 saylı qeyri-yaşayış binasına yönəldilmişdir. Hal-hazırda Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(051)-14/2011 saylı qətnamə üzrə «xxxxxxxxx» («xxxxxx» İKB) ASC-yə xx.xx.2020-ci il tarixə ödənilməmiş qalıq borcu 190.560 manat təşkil edir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(051)-14/2011 saylı qətnaməsi üzrə icra tədbirləri davam etdirilir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Həmin Məcəllənin 311.3-cü maddəsinə əsasən kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin, (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir. Məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcudan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2009-cu il tarixli KBB№YEV 012F saylı kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsi üzrə bank tərəfindən iddiaçıya 136500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə bank arasında xx.xx.2009-cu il tarixli ipoteka müqavilələri bağlanılmış və verilən kreditin qaytarılmasının təminatı kimi Mingəçevir şəhəri, Gəncə şossesində 0,03 ha torpaq sahəsində yerləşən 3 girişli, 7 saylı qeyri-yaşayış binası və ünvan 3 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə tərəfindən digər tərəfdən müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün bank borcun məcburi qaydada tutulması və tutmanın ipolekaya yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(051)-14/2011 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış KBB№YEV 012F saylı kredit müqaviləsinə xitam verilməsi, İddiaçı ilə «xxxxxx» İKB ASC-nin Yevlax filialı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış KBB№YEV 012F saylı kredit müqaviləsi üzrə yaranmış 134440 manat əsas kredit borcu, 55708 manat faiz borcu və 4000 manat dəbbə pulu - cəmi 194.148 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı alınıb iddiaçıya ödənilməsi, ödənişin ipotekaya qoyulmuş, Mingəçevir şəhərinin, Günəş küçəsində 0,12 hektar torpaq sahəsində yerləşən iki mərtəbəli, 7 otaqlı, 1A nömrəli fərdi yaşayış evinə və Mingəçevir şəhəri, Gəncə şossesində olan 0,03 hektar torpaq sahəsində yerləşən 7 nömrəli, 3 girişli, bir mərtəbəli qeyri-yaşayış binası olan daşınmaz əmlaklara yönəldilərək açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı «xxxxxx» İKB ASC-nin Yevlax filialına olan cəmi 194148 manat borcunun ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, borc tam şəkildə ödənildiyinə görə bankın xeyrinə yüklü edilmiş qeyri-yaşayış binasının və fərdi yaşayış evinin ipotekadan azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı borcun tam şəkildə ödənilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı tərəfindən bu halları təsdiq edən sübutlar da təqdim edilməmişdir. Əksinə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdə 2011-ci il tarixdən əvvəl ödəniş edilmişdir. Cavabdeh bank tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçının banka xx.xx.2020-ci il tarixə ödənilməmiş qalıq borcu 190568 manat təşkil etdiyini göstərilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürdüyü tələblərin əsası kimi gətirdiyi dəlillər öz təsdiqini tapmadığından və bununla bağlı sübutlar təqdim edilmədiyindən, iddia tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə xx xxxxx 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Yelo» («xxxxxx» İKB ASC) ASC-yə qarşı «Mingəçevir şəhəri Gəncə şossesində olan 0,03 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasının və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekadan və yüklülükdən azad edilməsi » nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxx» («xxxxxx» İKB ASC) ASC-yə qarşı « Mingəçevir şəhəri Gəncə şossesində olan 0,03 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasının və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekadan və yüklülükdən azad edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar