Məhkəmə qərarları › İş №2(006)-3751/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3751/2024

05.11.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3751/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək qəyyumluğu altında olan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 anaları, bacısı xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş X5 və ataları xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş X9 2019-cu ilin aprel aynında Suriya Ərəb Respublikasında ölmüş elan edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-2961/2024 nömrəli qərardadı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə “X5 ölmüş elan edilməsi” tələbinin ayrılaraq ayrıca icraatda baxılması qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək X5 Suriya Ərəb Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İşin ərizədə qeyd edilən halları: Ərizəçinin bacısı X11 xx.xx.2003-cü ildə X10 rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikahları Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 227 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Onların bu nikahından 3 övladları xx.xx.2004-cü il təvəllüdlü Seyfulin Əli-Sahib Nail oğlu, xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2013 cü il təvəllüdlü X12 anadan olmuşdur. 2014-cü ildə X16 işləmək adı ilə Türkiyə Respublikasına getmişdir. Həmin ilin oktyabr ayında bacısı X11 3 övladını da götürüb, Türkiyəyə, ərinin yanına getmişdir. Təxminən 2016-cı ildə X11 anası ilə telefon əlaqəsi saxlamış və Suriya Ərəb Respublikasında olduqlarını bildirmişdir. Həmin ildə Suriyada onların Sumeya adlı övladları anadan olmuşdur. 2019-cu ilin aprel ayının əvvələrində sosial şəbəkələrdən bacısı X5, əri X9 və onların övladları Seyfulin Əli-Sahib Nail oğlunun vəfat etdiklərini, qızları- Əzizə, Zeynəb və X24 Respublikasının “Əl-Hol” qaçqın düşərgəsində əsirlikdə olduqlarını öyrənmişdir. Bundan sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, müxtəlif dövlət orqanlarına müraciət edərək, vəfat etmiş bacısının Suriyada əsirlikdə olan azyaşlı övladlarının Azərbaycan Respublikasına gətirilməsini xahiş etmişdir. 13 yanvar 2021-ci il tarixində isə bacısı Səbinənin qızı Əzizə Suriyada əsir düşərgəsində vəfat etmişdir. 28 may 2022-ci il tarixində dövlət tərəfindən bacısının övladları- xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X13 Azərbaycan Respublikasına gətirilmişdir və onun himayəsinə verilmişdir. Uşaqlar hal-hazırda onunla birgə yaşayırlar. Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 1-1/132 Sərəncamına əsasən o, bacısı X5 övladları- xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X13 üzərində qəyyum təyin olunmuşdur. Mərhum bacısının azyaşlı övladları hal-hazırda onun qəyyumluğu altındadır və onların bütün maddi və mənəvi tələbatları onun üzərindədir. Lakin uşaqların özü ailəli olduğundan, və maddi imkanın aşağı olduğundan qəyyumluğu altında olan bacısı uşaqlarının maddi və mənəvi tələbatını qarşılaya bilmir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, 18 yaşına çatmayan uşaqların ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Lakin qəyyumluğu altında olan bacısı uşaqlarının anaları X5 və ataları X9 ölmələrini təsdiq edən sənəd olmadığına görə uşaqlara ailə başçısını itirməyə görə sosial müavinət ala bilmir. Odur ki, qəyyumluğu altında olan- xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 anaları, bacısı X5 2019-cu ilin aprel ayında Suriya Ərəb Respublikasında ölmüş elan edilmələri faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi və ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs rəisi ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X18 ifadəsində bildirmişdir ki, X11 baldızı olmuşdur. Onları çox yaxşı tanımışdır. Dindən uzaq insanlar olmuşdurlar. Sonra hansısa dəstəyə qoşulmuşdurlar. Demişdirlər ki, işləmək üçün Türkiyəyə gedirlər. Suriyaya gedəcəklərini bilməyiblər. Getdikdən sonra əlində avtomatla şəkil göndəriblər, ondan sonra biliblər. Sənədləri Milli Təhlükəsizlik Nazirliyinə təqdim ediblər. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəfələrlə gediblər. Ancaq telefon vasitəsilə məlumat ala biliblər. Onları tapanda 3 qız uşağı vardı. xx.xx.2004-cü il təvəllüdlü Seyfulin Əli-Sahib Nail oğlunu artıq öldürmüşdülər. xx.xx.2008-ci il təvəllüdlü X14 isə böyrək xəstəliyindən vəfat etdi. Ancaq xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X7 ölkəyə gətirə biliblər. X6 ifadəsində bildirmişdir ki, X5 anasıdır. Qızı ailəsi ilə birlikdə 2014-cü ildə Türkiyəyə işləmək adıyla gediblər, lakin sonradan məlum oldu ki, onlar silahlı dəstələrə qoşulub Türkiyədən Suriyaya keçiblər. 2014-cü ildə qapısına məktub qoyublar. Məktubda yazılmışdır ki, təcili bu ünvana gəlin, sizə vacib söz deməliyik. Məktubda yazılan nömrə ilə əlaqə saxlamış və həmin şəxslər bildirmişdir ki, qızı və ailəsi həlak olub. Sonra həmin ünvana getmiş, lakin artıq orada ayrı adamlar yaşayırmış. Qızının axtarışı ilə Ərizəçi məşğul olurdu. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 205904 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X16 ilə X5 birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X12 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 731413 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X16 ilə X5 birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X13 doğulmuşdur. Sverdlovsk vilayət Sverdlovsk şəhəri Oktyabrsk rayonu VVAQ şöbəsi tərəfidən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1983-cü il tarixdə anadan olmuş, atası X20, anası X2. Sverdlovsk vilayət Sverdlovsk şəhəri Oktyabrsk rayonu VVAQ şöbəsi tərəfidən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1985-ci il tarixdə anadan olmuş, atası X20, anası X2. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 1-1/132 saylı xx.xx.2022-ci il tarixli sərəncamına əsasən X12 və X4 üzərində Ərizəçi qəyyum təyin olunmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Qeydiyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/7-10- 1039/24 saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bidirilir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X8in, X9 ölümünün qeydə alınması mümkün olmamışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3320/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X4 xx.xx.2016-cı ildə Suriya Ərəb Respublikasında doğulması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 08/A-2358ƏH nömrəli Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinə ünvanladığı məktubun surətindən görünür ki, xx.xx.2020ci tarixli 4/15/2624/15/20 nömrəli məktubu əsasında 03.2013-cü il təvəllüdlü X3 xx.xx.1998ci il tarixli “Azərbaycan Respubitkasının vətəndaşlığı haqqında“ Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli 08/1674 nömrəli məktub göndərilmişdir. Həmçinin, xx.xx.2016-cı il təvəllüdlü Seyfulina Sumeyanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası"nın 4.1.5-ci yarım bandinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsuubiyyəti tanınır. Məhkəmə sorğusu əsasında məhkəməyə daxil olmuş: Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xx.xx.2024 tarixli 3-20-15/2-4- 46746/2024 saylı məktubuna əsasən vətəndaş Seyfulina (Xəlilova) Səbinə Faiq qızının Suriya Ərəb Respublikasında vəfat edib-etməməsi ilə bağlı Xarici İşlər Nazirliyində hər hansı bir məlumat mövcud deyildir. Lakin, qeyd olunan məsələ ilə əlaqədar məlumatın əldə edilməsi üçün Suriya tərəfinə sorğu göndərilməsi məqsədilə tərəfindən Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğuna müvafiq məktub göndərilmişdir. Baş Konsulluqdan məlumat daxil olduğu təqdirdə diqqətinizə təqdim ediləcəkdir. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş arayışa əsasən, X11 Bakı şəhəri, Balandin 42 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024cü il tarixli 3-38-2/33-3147/24 saylı məktubundan görünür ki, X11 xx.xx.2014-cü il tarixdə Türkiyə Respublikasına çıxış etmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Baş Prokurorluğun İstintaq İdarəsində, Naxçıvan MR, Bakı şəhəri və tabe rayon (şəhər) prokurorluqlarında xx.xx.1985-ci il tarixdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində anadan olmuş Seyfulina (Xəlilova) Səbinə Faiq qızının ölüm faktı ilə bağlı hər hansı bir formada araşdırma aparılmamışdır. Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 51/2-31345 saylı məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X5 ölməsi ilə bağlı hər hansı bir müraciət daxil olmamışdır. Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, X5 qeydiyyatda olduğu Balandin 42 ünvanı ünvan 2əlumatın verilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər; 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır; 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər; Maddə 42. Ölmüş elan edilmiş şəxsin gəlməsinin nəticələri 42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir; Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır; Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; Maddə 314. Ərizə verildikdən sonra hakimin hərəkətləri 314.1. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır; Maddə 315. Məhkəmənin ərizə üzrə qətnaməsi 315.2. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır; Maddə 316. Xəbərsiz itkin düşmüş hesab edilən şəxsin gəlməsinin və ya olduğu yerin aşkar edilməsinin nəticələri Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır;

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Məhkəmənin mövqeyi: Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən olunmuşdur ki, X11 barəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilmiş iş materiallarından, şahidlərin ifadələrindən məlum olur ki, xx.xx.1985-ci il təvəllüdlü X11 övladları - xx.xx.2004-cü il təvəllüdlü Seyfulin Əli-Sahib Nail oğlu, xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2013 cü il təvəllüdlü X12 ilə birlikdə xx.xx.2014-cü il tarixdə Türkiyə Respublikasına, oradan da Suriya Ərəb Respublikasına getmişdir. Onun və uşaqlarının qayıtmamasına görə bacısı aidiyyəti orqanlara müraciətlər etmiş və dövlət xətti ilə uşaqlardan X12 və X13 Azərbaycan Respublikasına gətirilmiş və Ərizəçi himayəsinə verilmişdir. Hazırda Ərizəçi məhkəməyə müraciət edərək, X5 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bacısının ölmüş elan edilməsi ərizəçiyə, bacısı uşaqları üzərində qəyyum təyin edildiyindən, onların ailə başçısını itirməyə görə müavinət almaq hüququndan istifadə edilməsi üçün lazımdır. Müvafiq hüquq mühafizə orqanlarına göndərilmiş sorğulara cavablardan görünür ki, X11 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında qeydə alınmış məlumata əsasən X11 xx.xx.2014-cü il tarixdə Türkiyə Respublikasına çıxış etmişdir, onun haqqında Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində heçbir məlumat aşkar olunmamış, Baş Prokurorluğun İstintaq İdarəsində, Naxçıvan MR, Bakı şəhəri və tabe rayon (şəhər) prokurorluqlarında onun ölüm faktı ilə bağlı hər hansı bir formada araşdırma aparılmamış, Xarici İşlər Nazirliyində Suriya Ərəb Respublikasında vəfat edib-etməməsi ilə bağlı hər hansı bir məlumat mövcud deyildir. Mülki Məcəllənin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi, şəxsin ölmüş elan edilməsi üçün müvafiq norma iki müstəqil əsas nəzərdə tutmuşdur. Hər iki əsasla məhkəmə şəxsi ölmüş elan etməkdə haqlıdır. Mülki Məcəllənin 41.1-ci maddəsi şəxsin məhkəmə qaydasında ölmüş elan edilə bilməsi üçün sonuncunun yaşayış yerində onun harada olması barədə beş il, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşdükdə 6 ay ərzində məlumatın olmamasını yetərli saymışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 9.5-ci bəndinə əsasən şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir. Məhkəmə hesab edir ki, X5 ölmüş elan edilməsi üçün Mülki Məcəllənin 41-ci maddəsində nəzərdə tutulan vaxt keçdiyindən, onun Suriya Ərəb Respublikasında bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi barədə kifayət qədər əsaslar olduğundan və həmin müddət ərzində harada olması barədə məlumat olmadığından X5 ölmüş elan edilməsi barədə ərizə təmin edilməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilisin. xx.xx.1985-ci il tarixdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində doğulmuş X1 Ərəb Respublikasında ölmüş elan edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün X5 ölüm günü hesab olunsun. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar