Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3779/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, X3, Ərizəçinin, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02 fevral 1988-ci ildə ölmüş X38 25 mart 1994-cü ildə ölmüş X7rdaşı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 11 iyul 1966-cı il təvəllüdlü X8 bibisi Bespalova (Pavlenko) Yevgeniya İvanovnanın nəvəsi, yəni bibisinin oğlu X4r. X18 yolda avtomobil vurmuş və o, 17 iyun 2023-cü il tarixdə ölmüşdür. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 1848-ci keçid, 4 saylı evin 17 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə X19 məxsus olmuş, ondan miras qalan həmin əmlakı qəbul etməsi üçün əvvəlki növbəli vərəsəsi olmadığına görə, o, beçinci növbəli vərəsi kimi ondan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 1848-ci keçid, 4 saylı evin 17 saylı mənzilini miras kimi qəbul etmək üçün Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət etmiş, həmin notariat ofisinin notariusu Süleyman Məmmədov notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında 01 dekabr 2023-cü il tarixli qərarla ona vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, o, X5 qohumu olmasını təsdiq edən sənədləri təqdim edə bilməmişdir. 17 iyun 2023-cü il tarixdə ölmüş X8 atası X38 bacısı X1 Boris Aleksandroviçin qızıdır və o, bu faktı təsdiq edən sənədləri başqa qaydada əldə edə bilməmişdir. Belə ki, onun atası X41 və onun bacısı X35 Rusiya Federasiyasında (ola bilər Ukraynada) anadan olmuş, onların bacı-qardaş olmaları barədə hər hansı bir sənəd Qeydiyyat və Arxiv şöbələrində müəyyən edilməmişdir. Belə ki, atasının X37ması onun A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnaməsi ilə, atası X38 xx.xx.1988-ci ildə ölməsi ölüm haqqında şəhadətnamə ilə sübuta yetir. X13 atasının X24ması A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamə ilə, X26 isə anasının X25ması faktı X26 PP seriyalı 775199 nömrəli doğum haqqında şəhadətnaməsi ilə sübuta yetir. Hər hansı bir başqa sənədlə sübuta yetirə bilmədiyikləri fakt isə mərhum X13 nənəsi, yəni atası Borisin anası X6 atası X39 bacı-qardaş olması faktıdır. Yəni nə onun atası X38 nə də ki, atasının bacısı X27 doğum haqqında şəhadətnaməsinin olmaması, bu faktın məhkəmə qaydasında sübuta yetirilməsi zərurətini yaratmışdır. Bildirmək istəmişdir ki, X12 bibisi olmuşdur, bibisi X21 nikaha daxil olduqdan sonra onun soyadı dəyişərək, Bespalov olmuş, bibisi 25 mart 1994-cü ildə Bakı şəhərində ölmüşdür. Hətta mərhum X13 atası X26 hərbi biletində də onun ailə vəziyyəti qrafasında nənəsinin adı X14 adı və dayısı kimi onun atası X38 adı göstərilmişdir. Onun bibisi Yevgeniyanın atasının adının və onun atası Borisin atasının adının İvan olması onların sənədləri ilə sübuta yetir, lakin bu fakt ya doğum haqqında şəhadətnamə ilə, ya da ki, məhkəmə qətnaməsi ilə sübuta yetməli olduğuna görə, bununla əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Bildirmək istəmişdir ki, X13 birinci dərəcəli vərəsəsi qalmamış, onun əri və övladları olmamış, anası və atası çoxdan ölmüş, digər növbəli vərəsələri də (bacısı və qardaşı) olmamışdır. Onun sonrakı növbəli vərəsələrindən yalnız o, qalmış, o, da beşinci növbəli vərəsə kimi bibisi uşağından qalan mirası faktiki qəbul etmiş, həmin mirasa sahiblik və idarə etmiş, lakin mirası rəsmi qaydada qəbul etmək istədikdə notarius yuxarıda qeyd etdiyi səbəbdən bundan imtina etmişdir. Məhkəmə iclasında ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və ərizənin məzmununa uyğun izahat verdilər. Maraqlı şəxs 17 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şahid X28 bildirmişdir ki, Ərizəçi ailəsini 1996-cı il tarixdən tanıyır. Ərizəçi mərhum X13 atası X26 dayısı qızıdır. X34 isə Ərizəçi bibisidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X40 bildirmişdir ki, o, 1957-ci il tarixdən mərhum X13 atasının qonşuluğunda yaşamışdır. Ərizəçi onlara getmişdir. Pavlenko Boris X2rdaşıdır. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. Onun atası X41, anası X11. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X41 xx.xx.1988-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş arayışdan görünür ki, X30 xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X33, anası X15. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.1942-ci il tarixdə doğulmuşdur, onun atası X32, anası X22. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş arayışdan görünür ki, X33 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş arayışdan görünür ki, X34 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş arayışdan görünür ki, X30 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 1848-ci keçid, ev 4, mənzil 17 xüsusi mülkiyyət olaraq X23 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.1962-ci il tarixdə verilmiş H3 № ******* seriyalı hərbi biletə əlavə uçot-xidmət kartının tərcüməsinin notarial qaydada təsdiq edilmiş surətində X26 dayısı (əmisi) kimi 1917-ci il təvəllüdlü X41 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, həmin arayış Ərizəçi xx.xx.2023-cü il tarixdə vəfat etmiş bibisi nəvəsi X13 Əmircan qəbiristanlığında dəfn edilməsi haqqında verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə Ərizəçi X13 hüquqi varisi tanınmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1159.5-ci maddəsinə əsasən vərəsəlik zamanı beşinci növbədə xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar. İşin araşdırılmış hallarından görünür ki, ərizəçinin qohumluq faktının təsdiq edilməsinə dair müraciəti miras qalmış əmlakın vərəsəlik qaydasında həllini tapmasından ibarətdir. Belə ki, iş üzrə müəyyən olunur ki, X16 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 1848-ci keçid, ev 4, mənzil 17 miras qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 02 fevral 1988-ci ildə ölmüş X38 25 mart 1994-cü ildə ölmüş X7rdaşı olmasına dair faktın müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, xahiş olunan faktın müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan və ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə qeyd edilən qohumluq əlaqəsinin olması ərizəçi tərəfin izahatı, şahid ifadələri, iş materialları ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə təmin edilərək 02 fevral 1988-ci ildə ölmüş X38 25 mart 1994-cü ildə ölmüş X7rdaşı olması barədə qohumluq əlaqələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 02 fevral 1988-ci ildə ölmüş X38 25 mart 1994-cü ildə ölmüş X7rdaşı olması barədə qohumluq əlaqələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3779/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3779/2024
03.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver