Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-378/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X10 iştirakları ilə İddiaçı X3 və X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməklə Cavabdeh qarşı «əqdin ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «əqdin ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12.10.2010-cu ildə Cavabdeh ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Nikahları Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsəsində 12.10.2010-cu ildə qeydiyyata alınmış və onlara AZ-İ №612635 nömrəli qeydiyyat haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlardan iki azyaşlı uşaqları var. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15.01.2010-cu il tarixli hökmü ilə CM-nin müvafiq maddələri ilə təqsirli bilinərək uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhrum edildiyindən cəza çəkdiyi Azərbaycan Respublikası Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində olarkən müxtəlif vaxtlarda həyat yoldaşı Cavabdeh adına iddiaçıya məxsus əmlaklarının, o cümlədən mülkiyyətində olan «Mercedes Benz E 320 Minik» markalı, 2003-cü il buraxılışlı, qara rəngdə, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün etibarnamələr vermişdir. Cavabdeh iddiaçıya məxsus ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair təmçilsi kimi cavabdehə verdiyi etibarnamə ilə ona əvvəlcədən məlumat vermədən, iddiaçının xəbəri və razılığı olmadan 09.03.2016-cı il tarixdə həmin avtomobili X44 orqanlarında öz adına rəsmiləşdirərək AC 626880 №-li şəhadətnamə almışdır. Bu barədə məlumatı iddiaçı cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra 2020-ci ilin sentyabr ayında bilmişdir. İddiaçıya məxsus «Mercedes Benz E 320 Minik» markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda da onun da razılığı olmadan, iradəsinə zidd olaraq başqa şəxslərin qanunsuz istifadəsindədir (mülkiyyətindədir). Avtomobilin geri qaytarılması ilə bağlı Cavabdeh dəfələrlə, müraciətlər etsə də, nəticəsi olmamışdır. İddia tələbin üzrə digər cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X44 İdarəsinin rəhbərliyinə müraciət edərək həmin avtomobilin iddiaçının sahibliyində (mülkiyyətində) olması barədə avtomobilin texniki şəhadətnaməsinin verilməsini tələb etmişdir. Lakin, cavabdeh baş X44 İdarəsinin rəhbərliyi Cavabdeh həmin avtomobili X44 orqanlarında öz adına rəsmiləşdirdiyi səbəbilə iddiaçının bu haqlı tələbini əsassız olaraq rədd etmişdir. Cavabdeh mülki qanunvericiliklə müəyyən edilmiş həmin qaydaları pozaraq, yəni iddiaçının etibarnamə ilə təmsilçi olduğu halda onun mülkiyyətində olan «Mercedes E320» minik markalı, 2003-cü il buraxılışlı, qara rəngdə, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair şəxsən özü barəsində X44 orqanlarında əqd bağlayaraq həmin avtomobili öz adına keçirmişdir. Bu isə Mülki Məcəllənin 359.3-c2 maddəsinə ziddir. Odur ki, Cavabdeh iddiaçıya məxsus olan «Mercedes Benz E320» minik markalı, 2003-cü il buraxılışlı, qara rəngdə, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilinin ona təmsilçiliyi ilə bağlı verdiyi etibarnamə ilə onun adından şəxsən özü barəsində bağladığı əqd etibarsız olduğundan ləğv olunmalı, iddiaçının həmin avtomobil üzərində olan hüquqları bərpa edilməli, həmin atomobilin iddiaçının sahibliyində (mülkiyyətində) olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X44 İdarəsi tərəfindən müvafiq qeyd aparılmaqla avtomobilin texniki şəhadətnaməsi verilməlidir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya məxsus «Mercedes Benz E320» minik markalı, 2003-cü il buraxılışlı, qara rəngdə, ** VM *** dövət qeydiyyat nişanlı avtomobilini ona təmsilçiliyi ilə bağlı verdiyi etibarnamə ilə öz adına rəsmiləşdirmək məqsədilə iddiaçının adından şəxsən özü barəsində bağladığı əqdin və ondan doğan hüquqi nəticələrinin etibarsız hesab edilərək ləğv edilsəsi, «Mercedes Benz E320» minik markalı, 2003-cü il buraxılışlı, qara rəngdə, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair iddiaçının hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və maşınla bağlı bügünədək bağlanmış əqdləri mübahisələndirdiyini qeyd edərək, iddia ərizəsində göstərilənləri təsdiq etmiş və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, ümumiyyətlə iddiaçının cavabdehə verdiyi etibarnamələrdən yalnız biri ləğv olub. İddiaçı ilə cavabdehin münasibətləri 2020-ci ilin noyabr ayına qədər yaxşı olub, cavabdeh 10 il ərzində iddiaçının bütün əmlak mübahisələrində, məhkəmə işlərində və əmlaklarının idarə olunmasında iddiaçının ona verdiyi etibarnamə əsasında şəxsən iştirak etmiş və ona köməklik etmişdir. Yeganə xanım etibarnamənin ləğv olunmasından xəbərdar olmayıb, iddiaçı heç kimə xəbər vermədən etibarnaməni ləğv etdirib. Mülki Məcəlləsinin 366-cı maddəsinə görə etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Maşını satan şəxs Nazim olub, hər şeydən xəbəri olmuş, müştəri və onun həbsxana yoldaşının qardaşı olub. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyə üçüncü şəxs X21 izahatında göstərmişdir ki, sözügedən maşın hal-hazırda X10 mülkiyyətindədir, o, nə iddiaçını, nə də cavabdehi tanımamışdır. O, maşını Ağayev Bilal adlı şəxsdən vicdanlı alıcı olaraq almışdır və bir neçə gün öncə Məmmədov Turalın adına rəsmiləşdirilmişdir. Məhkəməyə gəlməmişdən qabaq məsələnin əslini bilmək üçün Bilalla danışmış və maşını ona kimin satdığını soruşmuşdur. Tural ona maşının qiymətini Nazimlə razılaşdırdığını və rəsmiləşdirmə işlərində həm Nazimin, həm də Yeganənin olduğunu bildirmişdir.
6. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyə üçüncü şəxs X25 izahatında göstərmişdir ki, o, nə iddiaçını, nə də cavabdehi tanımır, maşını Elşəndən almışdır. Ağayev Bilalı qiyabi olaraq tanıyır, işin halları ilə bağlı onunla danışmamışdır.
7. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, O, Cavabdeh qardaşıdır, Yeganə ona etibarnamə vermiş və mübahisəli maşınını Yeganəyə həmin etibarnamə əsasında satmışdır. Daha sonra etibarnamə verməsi yadında deyildir. İddiaçı CÇM-dən çıxarkən maşını nasaz olduğundan atmaq istəyirdi. Müştəri ilə 8000 manata razılaşdığını ona bildirdi , ona ucuz olduğunu bildirdi. Daha sonra Nazim ona zəng elədəki artıq müştəri ilə razılaşıb və bağa maşına baxmağa gələcəklər. Biz getdik ora yerində maşına 9500 manatla razılaşaraq 500 manat beh götürdü. Sabahı gün maşın Yeganənin adına olduğundan qeydiyyat aparmaq üçün ora apardıq. Maşın Nazimin özünün iştirakı ilə Yeganənin imzası ilə satıldı. Satışdan əldə olunmuş 9000 manat orada İddiaçı özünə şəxsən verildi.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-889/2011 saylı, 10.06.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı qarşı onunla İddiaçı arasında həyata keçirilən «Mercedes Benz» markalı E-320 modelli, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış hesab edilməsi, həmin avtomobilə özünün mülkiyyət hüququnun tanınması və avtomobil üzərində qoyulmuş həbsin ləğvi barəsində iddiasının təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh İddiaçı X11, X12, Quliyev Bəhruz Telman oğluna Bakı şəhəri 32 saylı notariat kontoruna və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı – «Mercedes Benz» markalı E-320 modelli, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin və onun sənədlərinin X22 tərəfindən ona qaytarılması barəsində qarşılıqlı iddiasının təmin edilməsi, «Mercedes Benz» markalı E- 320 modelli, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin sənədləri X4 alınaraq İddiaçı qaytarılması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən şəxs X5 İddiaçı, X13 və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı - etibarnamənin etibarsız hesab edilməsi və pul tələbi barəsində iddiasının təmin edilməsi, ödənilən günə Azərbaycan Respublikası manatına olan məzənnəsi ilə 25.000 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı X6 alınaraq X12 ödənilməsi, qətnamənin «Mercedes Benz» markalı E-320 modelli, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin sənədlərinin X4 alınaraq İddiaçı qaytarılmasıvə ödənilən günə Azərbaycan Respublikası manatına olan məzənnəsi ilə 25.000 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının X6 alınaraq X12 ödənilməsinə dair hissəsi eyni vaxtda icra edilməsi qət edilmişdir.
10. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-776/2012 saylı, 13.03.2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10.06.2011-ci il tarixli 2(006)-889/2011 saylı qətnaməsi qismən – «Mercedes Benz» markalı E-320 modelli, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin və həmin avtomobilin sənədlərinin V.Mehdizadədən alınaraq İddiaçı qaytarılması və ödənilən günə Azərbaycan Respublikası manatına olan məzənnəsi ilə 2500 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının B.Quliyevdən alınaraq R.Mehdiyevə ödənilməsinə dair hissəsi eyni vaxtda icra edilməsi» - hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. İş materiallarında olan 2 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən vəkil X23 ünvanlanmış 08.06.2021-ci il tarixli məktubun və ona əlavə edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı məxsus **-VM-*** dövlət qeydiyyat avtomobilə dair 2016-cı il tarixdə 2 saylı Bakı «ASAN Xidmət» mərkəzinin notariat ofisində həyat yoldaşı Cavabdeh 11.03.2016-cı il tarixli, 7E/9797 reyestrli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə verilmişdir. Lakin etibarnamə öz qüvvəsini 11.03.2017-ci il tarixdə müddəti bitmişdir.
12. İş materiallarında olan Azərbaycan Respulikası Daxili İşlər Nazirliyinin Baş X44 İdarəsinin 08.05.2021-ci il tarixli arayışından görünür ki, «Mercedes Benz E320» markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı adına 13.12.2007-ci il tarixdə qeydiyyata alınmış, 13.12.2007-ci il tarixli etibarnaməyə əsasən X14 etibar edilmiş, 03.07.2009-cu il tarixli etibarnaməyə əsasən X12 etibar edilmiş, 28.11.2010-cu il tarixli etibarnaməyə əsasən X11 etibar edilmiş, 11.07.2011-ci il tarixli etibarnaməyə əsasən X30 etibar edilmiş, 23.12.2015-ci il tarixli etibarnaməyə əsasən X24 etibar edilmiş, 09.03.2016cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmiş, 11.06.2016-cı il tarixli etibarnaməyə əsasən X24 etibar edilmiş, 14.07.2020-ci il tarixdə avtomobilin nömrəsi və qeydiyyat şəhadətnaməsi dəyişilib (**-NN-*** d.n.n), 14.07.2020-ci il tarixli etibarnaməyə əsasən X15 etibar edilmiş, 24.10.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmiş, 24.10.2020-ci il tarixli etibarnaməyə əsasən X16 etibar edilmişdir.
13. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş 09.03.2016-cı il tarixli AC № 626880 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz E 320» minik markalı, ** VM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh adına qeydiyyata alınmışdır.
14. İş materiallarında olan Cavabdeh tərəfindən AR DİN BDYPİ Qİİ-yə yazılmış 14.07.2020-ci il tarixli ərizədən görünür ki, aldığı «Mercedes Benz E 320» minik markalı, ** VM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qeydiyyata alıb dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsinin verilməsini xahiş etmiş, avtomaşına ** NN *** dövlət qeydiyyat nişanı, AD 834929 seriyalı qeydiyyat şəhadətnaməsi verilmişdir.
15. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən verilmiş 14.07.2020-ci il tarixli AD № 834929 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz E 320» minik markalı, ** NN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh adına qeydiyyata alınmışdır.
16. İş materiallarında olan 14.07.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh X15 özünün mülkiyyətində olan ** NN *** dövlət nömrə nişanlı «Mercedes Benz E320» minik avtomobilini idarə etmək, bağışlamaq, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ərizə vermək, ipoteka qoymaq və.s sərəncamverici hərəkətlər etmək barəsində etibarnamə vermişdir.
17. İş materiallarında olan AR DİN BDYPİ Sumqayıt RQİ və TBŞ-də təsdiq edilmiş və satıcı Cavabdeh (onun adından etibarnamə əsasında X26) ilə alıcı X17 arasında bağlanmış 24.10.2020-ci il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh (onun adından etibarnamə əsasında X26) mülkiyyətində olan «Mercedes Benz E 320» minik markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomaşını X8 17.000 manata satmışdır.
18. İş materiallarında olan X27 tərəfindən məhkəməyə ünvanlanmış və notarial qaydada yazılmış ərizədən görünür ki, «Mercedes Benz E 320» minik markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobili 14.07.2020-ci il tarixdə Cavabdeh Baş X44 İdarəsində (BDYPİ) alqı-satqı etmişlər və buna görə də dəyəri 15.000 manat qiymətləndirilən avtomobilin pulunu qardaşı X18 yanında ona vermişdir. Avtomobilin alqı-satqısı zamanı Cavabdeh və qardaşı Ramin Cavadovdan başqa heç kimi tanımamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan «Mercedes Benz E 320» minik markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə həyat yoldaşı olmuş X19 vermiş, oda öz növbəsində etibarnamə ilə 3-cü şəxsə hüquqlarını ötürmüşdür. Hüquqlar ötürüldükdən sonra isə X29 ona verilmiş etibarnamə əsasında qeyd olunan sonuncu avtomobili Cavabdeh satmışdır. Cavabdeh isə daha sonradan avtomobili İddiaçı iştirakı ilə X2, X17 isə X1. Hal-hazırda «Mercedes Benz E 320» minik markalı avtomobil X10 mülkiyyətindədir.
20. Hazırda iddiaçı əqdlərin ləğv edilməsini, mülkiyyət hüququnun bərpa edilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
21. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri).
22. Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
23. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (maddə 362.2).
24. Məhkəmə verilmiş etibarnamə ilə bağlı ilk öncə qeyd edir ki, iddiaçının iddia etdiyini Cavabdeh verilmiş etibarnamənin ləğv edildiyini bildirsədə, mülki işin materiallarına başqa tarixli (11.03.2016-cı il tarixli, 7E/9797 reyestrli, nəqliyyat vasitəsi isə ondan əvvəl 09.03.2016-cı il tarixdə satılmışdır) , yəni sonradan verilmiş ləğv edilmiş etibarnaməni təqdim etmişdir. Yəni iddiaçı tərəf həqiqətəndə verilmiş etibarnamənin ləğv olunduğunu, olunduğu təqdirdə müvafiq reyestrdən qeydiyyatdan keçirdiyini, tərəflərə bu barədə məlumat verməsini təsdiq edən sübutu təqdim edə bilməmiş, yalnız şifahi məlumatlarla kifayətlənmişdir.
25. Azərbaycan Respunlikası Mülki Məcəlləsinin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur.
26. Əşyanı əldə edənlər vicdanlı və vicdansız əldə edənlər kimi fərqləndirilirlər. Əşyanı əldə edərkən onu özgəninkiləşdirənin həmin əşyanın mülkiyyətçisi olmadığını bilməyən və bilməli olmayan şəxs əşyanı vicdanlı əldə edən sayılır. Bir qayda olaraq vicdanlı əldə edənlərdən əşya tələb edilə bilməz. Lakin bu ümumi qaydadan belə bir istisna vardır ki, əşya əvəzsiz əldə edildikdə, eləcə də bu əşya qanuni mülkiyyətçisi tərəfindən itirilmişsə, ondan oğurlanmışsa və ya onun sahibliyindən çıxmışsa, onu əldə edən bunu bilməmiş olsa da vicdanlı əldə edən sayılır. Bu halda mülkiyyətçi həmin əmlakı əldə edəndən geri tələb edə bilər. Nəzərə almaq lazımdır ki, vicdanlılıq faktı əşya əldə edənə verilənə qədər olmalıdır.
27. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).
28. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
29. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı).
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
32. Göründüyü kimi qanunverici mülki dövriyyəni qorumaq məqsədilə vicdanlı əldə etmə institutunu müəyyən etmişdir.
33. Məhkəmə qeyd edir ki, sübut olunsaydı belə ləğv edilmiş etibarnamə əsasında tərəflər əqd bağlamışdır, bu halda belə artıq mübahisəli nəqliyyat vasitəsi iddiaçı ilə cavabdeh arasında bağlanmış əqd olmaqdan çıxaraq digər 3-cü şəxsə (X8), hətta 4-cü şəxsə (X16) satılmaqla sonuncunun mülkiyyətində olmaqdadır.
34. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin birinci hissəsi olan bağlanmış əqdlərin ləğv edilməsi hissəsi təmin edilmədiyindən ikinci hissəsi olan mülkiyyət hüquqlarının bərpası tələbi birinci tələblə bağlı olduğundan prosessual qənaət prisipini nəzərə alaraq iddia tələbi ikinci hissədə də təmin edilə bilməz.
35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X20 və X9 işə cəlb etməklə Cavabdeh qarşı «əqdin ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Həmçinin, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbləri təmin olunmadığına görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X20 və X9 işə cəlb etməklə Cavabdeh qarşı «əqdin ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov